Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə17/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   13   14   15   16   17   18   19   20   ...   187

nisbəsini,  istinad  etdiyimiz  mənbədə  necə  yazılmasından  aslı  olmayaraq,  ‚Dərbəndi‛ 

kimi qeyd etmişik. 

Əvvəla onu qeyd edək ki, orta əsr tarixi və coğrafi mənbələrin demək olar ki, tamamına 

yaxınının  Azərbaycan  şəhəri  kimi  göstərdiyi  Düveyn  şəhərinə  Azərbaycan 

tarixçiliyində  çox  az  yer  verilmişdi.  Azərbaycanın  tarixi  və  siyasi  coğrafiyası  ilə  bağlı 

qələmə  alınmış  tədqiqat  əsərlərində  Düveyn  erməni  şəhəri  kimi  qeyd  olunmuşdur. 

Halbuki, aşağıda görəcəyimiz kimi, bir neçəsi istisna olmaqla, tarixi mənbələrin hamısı 

Düveynin  Azərbaycanın  qədim  şəhərlərindən  biri  olduğunu  açıq-aşkar  şəkildə  bəyan 

etməkdədirlər. Əvvəla şəhərin adının yazılışından başlayaq. Azərbaycanlı tarixçilər bu 

şəhərin  adını,  bəzi  ərəbdilli  mənbələrdə  yazıldığı  formada  ‚Dəbil‛ 

[

َ٤تق


]

  kimi  qeyd 

edirlər.  Bunu  ‚Dübeyl‛  kimi  də  oxumaq  mümkündür.  Erməni,  rus  və  avropalı  tarixçi 

və şərqşünaslar isə şəhərin adını ‚Dvin‛ olaraq  yazırlar. Orta əsr ərəbdilli müəlliflərin 

əksəriyyəti  isə  şəhərin  adını  ‚Düveyn‛ 

[

ٖ٣ٝق



]

    olaraq  qeyd  edirlər.    Ərəb  qrafikası  ilə 

hərəkəsiz  bunu  Dvin  kimi  də  oxumaq  mümkündür.  Lakin  ərəb  orfoqrafiyasının 

xüsusiyyətlərindən irəli gələn tələblərə görə bu yazı məhz ‚Düveyn‛ kimi oxunmalıdır. 

Bir  çox  orta  əsr  müəllifləri  də  bu  yazını  məhz  ‚Düveyn‛ 

[

ٖ٣ُٝق



]

  kimi  oxunacaq  şəkildə 

hərəkələmişdirlər.  Şəhərin  adının  Dəbil  deyil,  məhz  Düveyn  kimi  yazılıb  oxunmasını 

bizim üçün zəruri edən başqa bir səbəb orta əsrlərdə Hindistan

92

 və Suriyada da Dəbil 



adlı  yaşayış  məntəqəsinin  mövcud  olmasıdır

93

.  Bəzi  mənbələrdə  bu  şəhərin  adının 



‚Düvən‛, burada yetişmiş şəxslərin nisbəsinin isə ‚Düvəni‛ şəklində qeyd olunduğunu 

da görürürk. Azərbaycanın şəhərlərinə etdiyi elmi səyaət vaxtı Düveynə də gələn Əbu 

Tahir  əs-Süləfi  əsərində  şəhərin  adını  Düvən,  orada  gösüşüb  hədis  dinlədiyi 

mühəddisin adını isə Əbu Muhəmməd Əbdürrəhman əd-Düvəni kimi qeyd etmişdir

94



İbn Xəllikan yazır: ‚o şəhərdən olanlar əd-Düveyni, həmçinin əd-Düvəni adlanırlar‛



95



Hüdudü’l-Aləm  müəllifi  də  bu  şəhəri  Düvən  adlandırır,  lakin  bolluq,  bərəkət  və  rifah 

dolu  olduğunu  bildirdiyi  şəhərin  Ərməniyyədə  olduğunu  qeyd  edir

96

.  İbn  Xordadbeh 



                                                 

92

 Bu şəhərin adı ‚Dəybil‛ idi. İndiki Pakistanın Sind vilayətində, təqribən Heydərabad şəhəri ətrafında yerləşirdi.  



93

 Bax: Cəmaləddin Əbdürrəhim əl-ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 252; Beyrut 1987; SƏM’ANİ,  Kitabü’l-Ənsab

C. II, s. 188.  

94

 ƏBU TAHİR İSFƏHANİ, Ərbəinü’l-Büldaniyyə, s. 73. 



95

 Vəfayatü’l-Əyan, C. I, s. 259. 

[

ٖ٣ٝقٝ


 ...

 اًاع٣أ ٢ٗٝكُاٝ ٢٘٣ٝكُا اٜ٤ُئ ةٍ٘٣ٝ

]

 

96



 Hüdudü’l-Aləm, s. 120.  


Nəşəva (Naxçıvan) ilə Düveyn arasında 20 fərsəx (113,7 km) məsafə olduğunu yazır

97



Müasir  ölçmə  texnologiyaları  da  indiki  Düveyn  xarabalıqları  ilə  Naxçıvan  şəhəri 

arasındakı məsafənin 113-115 km olduğunu göstərir.  

Yaqut  əl-Həməvi  Düveynin  Ərməniyyənin  Arranla  sərhəddindəki  şəhər  olduğunu 

yazmışdır

98

. Suriyalı Mixail də Düveyni erməni şəhəri adlandırır



99

. Yaqut əl-Həməvi, əl-

İstəxri,  Hüdudü’l-Aləm  müəllifi  kimi  mənbələr  Düveynin  erməni  şəhəri  olduğunu 

bildirsələr  də  orta  əsr  ərəbdilli  mənbələrin  əksəriyyətində  onun  Azərbaycan  şəhəri 

olduğu  qeyd  edilmişidir.  Cəmaləddin  əl-Himyəri  Düveynin  Azərbaycanın  şimalında, 

Gürcüstanla  sərhəddə  yerləşən  şəhər  olduğunu  yazır

100

.  İbnü’l-Əsir



101

,  Süyuti

102

,  İbn 


Xəllikan

103


,  Əbu  Bəkr  əl-Bağdadi

104


 ,  Əbu  Şamə  əl-Məqdisi

105


  kimi  bir  çox  tarixçi, 

coğrafiyaşünas və bioqraf Düveynin Azərbaycan şəhəri olduğunu qeyd etmişdirlər.  

Düveyni erməni şəhəri hesab edən M.  Streck  şəhərin adının etimoloji izahının məchul 

olduğunu qeyd edir

106

. Erməni salnaməçi M. Xorenatsi isə ‚Dvin‛ sözünün farsca təpə 



mənasını  ifadə  etdiyini  bildirmişdir

107


.  Xristianlığın  cənubi  Qafqazda,  o  cümlədən 

Azərbaycanda  yayılmağa  başlamasından  sonra,  həmin  vaxta  qədər  ehtimal  ki,  kiçik 

yaşayış  məntəqəsi  olan,  Düveyn  əhəmiyyət  qazanmağa  başlamışdı.  V  əsrdən  etibarən 

cənubi  Qafqazda  xristianlığın  əsas  təlim  mərkəzlərindən  biri  olan  Düveyn 

Azərbaycanın  Sasanilər  tərəfindən  zəbt  olunmasından  sonra  428-ci  ildə  Sasani 

canişinlərinin  inzibati  mərkəzinə  çevrilmişdi.  Həm  inzibati,  həm  də  dini  mərkəz  olan 

Düveyn sürətlə inkişaf etmişdi. M. Streck şəhərin təməlinin Sasani şahı I Xosrov Pərviz 

(531-579)  tərəfindən  qoyulduğunu  düşünsə  də

108

  aparılmış  arxeoloji  qazıntılar 



                                                 

97

 İBN XORDADBEH, Məsalik, s. 39.



 

افٌهك ٕٝهشػ

]

اً 


 

ٟٞشٗ



...

َ٤تق ٠ُئ ْش

  

98

 YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. III, s. 716. 



[

ٕا ّنأ ْـارذ ح٤٘٤ٓنأت ح٘٣كٓ اع٣أ َ٤تقٝ

]

 

99



 MICHEL le SYRIEN, Chronique, (J.B. Chabot), C. II, s. 318, C. III, s. 325, Paris 1905. 

100


 Nisbə ilə’l-Məvazi, s. 199. 

[

ؾهٌُا قلات نٝاعٓ ٍأشُا حٜظ ٖٓ ٕاع٤تنلأ ْ٤ِهئ هـآ ٢ك ٌجكِت ٖ٣ُِٝق



]

 

101



 Lübab, C. I, s. 517. 

[

٢٘٣ُٝكُا



...

ٕاع٤تنلأ ٖٓ جنٜٞشٓ ح٘٣كٓ ٠ُا حثٍُ٘ا ٙمٛ

 ,

ءأِؼُا ٖٓ حػأظ اٜ٘ٓ ضهـ



]

.  


102

 Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkr SÜYUTİ, Lübbü’l-Lübab fi Təhrir’l-Ənsab, (Nşr. M. Əbdüləziz), s. 91, Beyrut 

1991. 

[

٢٘٣ٝكُا



 : 

 

ٕاع٤تنلأت ح٘٣كٓ ٖ٣ُِٝق ٠ُئ



]

  

103



 Vəfayatü’l-Əyan, C. I, s. 259. 

[

ٖ٣ٝقٝ



...

ٕاع٤تنلأ ْ٤ِهئ هـاٝأ ٢ك جكِت ٢ٛٝ

]

 

104



 Əbu Bəkr Muhəmməd ibn Əbdülqəni BAĞDADİ,  Təkmilətü'l-İkmal, (Nşr. Ə. Əbdülqəyyum), C. II, s. 623, Məkkə 

1410. 


[

ٕاع٤تنلأت ح٘٣كٓ ٖ٣ٝقٝ

]

 

  



105

Şihabəddin Əbu Şamə Əbdürrəhman ibn İsmayıl əl-MƏQDİSİ, Rəvzəteyn fi Əxbari’d-Dövləteyn, (Nşr. İ. Zeybəq), C. 

I, s. 403, Beyrut 1997.

[  


ّٝهُا قلات ٢ِ٣ أٓ ٕاع٤ِت َنْلأ قلات هـآ ٖٓ جكِت ٢ٛٝ ٖ٣ُٝق

 ]

    



106

 Makxmilian STRECK, ‚Dvin‛, İA (MEB), C. IV, İstanbul 1977, ss. 682-683. 

107

 Movses XORENATSİ, İstoriya Armenii, (Trc. Q. Sarkisyan), s. 169, İrəvan 1990. 



108

 STRECK, həmin məqalə




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə