Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə18/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   14   15   16   17   18   19   20   21   ...   187

Düveynin  yaşayış  məntəqəsi  kimi  daha  əvvəl  də  mövcud  olduğunu  göstərmişdir

109


Ehtimal  ki,  I  Xosrov  şəhəri  əsaslı  təmir  etdirmiş,  qala  divarlarını  möhkəmləndirmişdi. 

Ərəblərin  Dvinə  ilk  hücumu  6  oktyabr  640-cı  ildə  baş  vermişdi

110


.  Şəhər 

müdafiəçilərinin müqavimətini qıran ərəblər Düveynə daxil olmuş və çoxlu qənimətlə 

şəhəri  tərk  edib  bir  qədər  aralıda  düşərgə  salmışdılar.  Bir  neçə  gün  sonra  yenidən 

şəhərə  hücum  edən  xilafət  ordusu  35  min  nəfəri  əsir  alıb  oradan  uzaqlaşmışdı

111



Ehtimal  ki,  bu  kəşfiyyat  xarakterli  hücumu  əl-Cəzirə  valisi  İ’yaz  ibn  Ğənəm  (ا)  tərtib 



etmişdi

112


.  Osman  ibn  Əffanın  (ا)  hakimiyyəti  dövründə  (644-656)  isə  Həbib  ibn 

Məsləmə  əl-Fıhrinin  (ا)  komandanlıq  etdiyi  xilafət  ordusu  Düveyni  ikinci  dəfə,  qalıcı 

olaraq  fəth  etmişdi.  Şəhər  əhalisi  ilə  əhdnamə  bağlayan  Həbib  ibn  Məsləmə  cizyə  və 

xərac  ödəmələri  qarşılığında  onların  canları,  malları,  mülkləri  və  məbədlərinin 

təhlükəsizliyinə təminat vermişdi

113


. Bu əhdnaməni bizim üçün əhəmiyyətli qılan digər 

bir  xüsus  da  640-cı  illərdə  yazılmış  bu  tarixi  sənəddə  tərəflərin  kimlərdən  ibarət 

olmasının  açıq  və  aydın  şəkildə  göstərilməsidir.  Əhməd  əl-Bəlazuri  əhdnamənin 

mətnini  olduğu  kimi  qeyd  etmişdir.  Orada  deyilir:  ‚Bu  yazı  Həbib  ibn  Məsləmə 

tərəfindən  Dübeyl  şəhərinin  xristianlarına,  yəhudilərinə,  məcusilərinə,  buna  şahid 

olanlara  və  digərlərinə  verilir‛ 

114

.  Bu  da  onu  göstərir  ki,  bu  qədim  Azərbaycan 



şəhərində  sadəcə  xristianlar  deyil,  müxtəlif  dinlərə  və  millətlər  mənsub  insanlar 

yaşamışdılar. Hətta erməni mənbələrinin verdiyi bir məlumat Düveyndə atəşpərətliyin 

xristianlığa  nisbətən  daha  güclü  mövqeyə  malik  olduğunu  düşünməyə  əsas  verir. 

Məsələn erməni salnaməçi Vardan yazır ki, Şavasp Artsruni və Vendo adlı iki xristian 

zadəgan dinlərini dəyişərək məcusiliyi qəbul etmiş və Düveyndə Hörmüzdün şərəfinə 

atəşgədə inşa etmişdilər

115

.  


                                                 

109


 Varazdat ARUTYUNYAN, ‚Arxitekturnıye Pamyatniki Dvina‛, ErmSSR EA Xəbərləri. Nr. 8, İrəvan 1947, ss. 39-

47. 


110

 YEPİSKOP SEBEOS, İstoriya, (Trc. Ct. Malxasyants), s. 57, İrəvan 1939  

111

  Yenə  orada.  Erməni  salnaməçi  Vardan  ərəblərin  Düveyndən  37  min  əsir  apardıqlarını  yazır.  Bax:  Vardan 



ARAVELTSİ, Vseobşaya İstoriya, (Trc. M. Emin), s. 86, Moskva 1861. 

112


 Bu haqda ətraflı məlumat üçün bax: Elnur NƏSIROV, Raşidi Xəlifələr Dövründə Azərbaycanın Fəthi, s. 51, Bakı 2006. 

113


 Bu əhdnamə haqqında ətraflı məlumat üçün bax: NƏSİROV, həmin əsər, s. 76. 

114


 BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 323. 

[

ْٜثئاؿٝ ْٛكٛاش اٛقٜٞ٣ٝ اٌٜٞعٓٝ َ٤تق َٛأ ٟناصُ٘ حٍِٔٓ ٖت ة٤ثؼ ٖٓ بارً امٛ



]

. Bu əhdnamənin 

mətni üçün həmçinin bax: Muhəmməd HƏMİDULLAH, Vəsaiqü’s-Siyasiyyə, s. 452, Beyrut 1985. 

115


 VARDAN, həmin əsər, s. 68.  


Sonrakı  əsrlərdə  Düveyn,  haqqında  yuxarıda  geniş  məlumat  verdiyimiz,  erməni 

kilsəsinin  həyata  keçirdiyi  qriqoryanlaşdırma  və  erməniləşdirmə  siyasəti  nəticəsində 

əsasən erməni şəhəri kimi tanınmışdı. Xristian məzhəbləri arasındakı ixtilaf Düveyndə 

açıq mübarizə forması almışdı. M. Kalankatuklu yazır: ‚Movsesin katolikosluq kürsüsü 

isə  Dəbil  şəhərində  idi.  Bizans  erməniləri  (diofizitlər-E.N)  isə  İohanın  katolikosluq 

kürsüsünü  də  Dəbilin  yaxınlığındakı  Avanda  yerləşdirdilər.  Hər  iki  katolikosluq 

arasında daim münaqişələr baş verirdi...‛

116


. Bizansa qarşı xilafətdən dəstək alan erməni 

qriqoryan  kilsəsi  Düveyni  özünün  məkəzinə  çevirmişdi.  Qriqoryan  kilsə  qurultayları 

bu şəhərdə keçirilirdi

117


. Buna baxmayaraq xilafət dövründə bir müsəlman şəhəri olaraq 

Düveyn özünün elmi, mədəni və ictimai həyatının canlılığı ilə məşhur olmuşdu. Bunun 

ən  tutarlı  dəlili  bu  şəhərdə  çox  sayıda  azərbaycanlı  alimin  yetişməsidir.  Sacilər  və 

Salarilərin dövründə Azərbaycanın qərbindəki ən böyük şəhərlərdən biri olan Düveyn 

Şəddadilərin  hakimiyyəti  dövründə  daha  da  inkişaf  etmişdi.  X  əsr  müəllifi  əl-İstəxri 

Düveynin  Ərdəbil  şəhərindən  daha  böyük  olduğunu  yazır

118

.  Haqqında  məlumat 



verərkən görəcəyimiz kimi Ərdəbil bu dövrdə 300 mindən çox əhalisi olan böyük şəhər 

idi.  əl-İstəxrinin  verdiyi  məlumat  doğrudursa  orta  əsrlərdə  Düveyn  əhalisinin  sayının 

300-400  min  arasında  olduğunu  söyləmək  olar.  Azərbaycan  Saci  hökmdarı  Yusif  ibn 

Əbu’s-Sac  914-cü  ildə  itaətdən  boyun  qaçıran  və  dikbaşlıq  edən  Ərməniyyə  hakimi  I 

Smbatı  yaxalayıb  Düveyndə  edam  etdirmişdi.  O,  daha  sonra  Smbatın  oğlu  Muşeqi, 

erməni knyazları David və Qurgeni də Düveynə gətirdərək edam etdirmişdi

119

. 1045-ci 



ildə  Düveyndə  baş  vermiş  zəlzələ  güclü  dağıntı  və  insan  tələfatına  səbəb  olmuşdu

120


Böyük  Səlcuqlu  dövləti  və  Azərbaycan  Atabəyləri  dövründə  də  iqtisadi-ticari  və 

ictimai-mədəni əhəmiyyətini itirməyən Düveyn bir neçə dəfə gürcü çarlarının dağıdıcı 

hücumuna məruz qalmışdı

121

. 1161-ci ilin avqustunda gürcü çarı III Georgi (1156-1184) 



əvvəlcə Anini sonra isə Dvini işğal etmişdi. Hər iki şəhərin əhalisinin böyük bir qismi 

                                                 

116

 Moisey KALANKATUKLU, Albaniya Tarixi, (Trc. Z. Bünyadov), s. 171, Bakı 1993. 



117

  Bax:  Kirakos  QANZAKETSİ,  İstoriya  Armenii,  (Trc.  L.  Xanlaryan),  s.  135,  Moskva  1976;  MICHEL  le  SYRIEN, 



Chronique,  C.  II,  s.  318;  Malachia  ORMANIAN,  The  Church  of  Armenia,  (Trc.  M.  Gregory),  s.44,  London  1910; 

VARDAN, həmin əsər, s. 88. 

118

 Məsalikü’l-Məmalik, s. 74.



َ٤تقنأ ٖٓ هثًأ ح٘٣كٓ اٜٗاك َ٤تق آأٝ

 ]

    


119

 VARDAN, həmin əsər, s. 112.  

120

 SMBAT SPARAPET, Letopis, (Trc. Qlastyan), s. 25, İrəvan 1974. 



121

 İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XI, s. 228; BÜNYADOV, Azərbaycan Atabəyləri Dövləti, s. 52, 98.  




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə