Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə14/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   10   11   12   13   14   15   16   17   ...   187

Yəzid  ibn  Məzyəd  buradakı  inzibati-idari  və  iqtisadi  işləri  yoluna  qoymuşdu

55

.  Bu 



tarixdən  sonra  Arran  onun  nəslindən  olan  Məzyədilər  sülaləsi  tərəfindən  idarə 

olunmuş,  Bərdə  isə  bu  sülalənin  paytaxt  şəhərinə  çevrilmişdi.  VIII-X  əsrlər  Bərdənin 

çiçəklənmə  dövrü  olmuşdur

56

.  Xilafətin  zəifləyib  mərkəzdənqaçma  meyllərinin  ardığı 



dövrdə  Bərdə  Azərbaycan  Sacilər  dövlətinin  (889-942)  mərkəzi  şəhərlərindən  birinə 

çevrilmişdi.  Muhəmməd  ibn  Əbu’s-Sacın  (889-901)  dövründə  Bərdə  şəhəri  ölkənin 

inzibati  mərkəzi  olaraq  inkişaf  etmişdi

57

.  Salarilərin  (942-981)  hakimiyyətinin  ilk 



illərində isə Bərdə özünün ən fəlakətli günlərini yaşamış, 944-cü il Bərdə tarixinə ağır və 

müsibətli  illərdən  biri  kimi  daxil  olmuşdu

58

.  X  əsrin  birinci  yarısında  bir  neçə  dəfə 



Azərbaycan torpaqlarına basqın edən ruslar 944-cü ildə Xəzər xaqanının izni ilə Volqa 

çayından Xəzər dənizinə keçirdikləri gəmiləri ilə Azərbaycan sahillərinə yanaşmış, Kür 

çayı  ilə  üzərək  Bərdə  şəhərinə  yaxınlaşmışdılar.  Salarilərin  Bərdə  valisinin  əmri 

altındakı  5000-dən  çox  əsgər  gəmilərindən  enən  ruslara  hücum  etmişdilər.  İbn 

Miskəveyh yazır ki, ‚onlar (şəhər müdafiəçiləri-E.N) ruslar barədə yanılmışdılar, onları 

yunan və ermənilər kimi zənn etmişidlər‛

59

. İbn Miskəveyhin yazdığından anlaşıldığına 



görə  bir-iki  qılınc  zərbəsindən  sonra  onların  da  yunan  və  ermənilər  kimi  arxalarını 

dönüb 


qaçacağını 

zənn 


etmiş 

şəhər 


müdafiəçiləri 

düşməni 


lazımınca 

qiymətləndirmədikləri üçün özlərinə arxayın olmuş, döyüşdən əvvəl zəruri hazırlıq və 

planlaşdırmanı aparmamışdılar. Bu səbəbdəndir ki, hücumu cəmi bir saat davam etdirə 

bilmiş,  rusların  güclü  əks  hücumu  qarşısında  Bərdəyə  tərəf  qaçmağa  məcbur 

olmuşdular.  Sadəcə  ordudakı  deyləmli  əsgərlər  geri  çəkilməyərək  hamısı  şəhid  olana 

qədər  vuruşmuşdular

60

.  Ruslar  müdafiəsiz  qalan  Bərdəyə  daxil  olandan  sonra  şəhərin 



istehkamlarında  möhkəmlənmişdilər.  İbnü’l-Əsir  rusların  dinc  əhaliyə  aman  verərək 

                                                 

55

 İBNü’l-Ə’SƏM, Fəthlər Kitabı, s. 65. 



56

 VIII-X əsrlər Bərdə şəhərinin tarixi barədə ətraflı məlumat üçün bax: HACIYEV, Bərdə Şəhəri, s. 85-109. 

57

 VƏLİXANLI, Ərəb Xilafəti və Azərbaycan, s. 85; HACIYEV, Bərdə Şəhəri, s. 111. 



58

 VƏLİXANLI, həmin əsər, s. 85. 

59

 Əbu Əli Muhəmməd ibn Muhəmməd İBN MİSKƏVEYH, Təcaribü’l-Üməm, (Trc. H. Amedroz), C. V, s. 68, London 



1921. İbn Miskəveyhin belə bir müqayisə etməsini rusların fiziki cəhətdən yunan və ermənilərdən fərqlənməsindən 

irəli  gəlirdiyini  təxmin  etmək  olar.  Ərəb  səyyah  İbn  Fəzlan  da  Volqa  çayı  sahillərində  ilk  dəfə  rusları  görəndə 

heyrətlənmişdi.  O,  ‚onlardan  daha  iri  insan  görməmişdim.  Hər  biri  xurma  ağacı  kimi  ucaboy,  sarışın  və  sağlam 

insanlar idi‛ deyə yazır. Bax: Səyahətnamə, (Nşr. R. Şeşen), s. 68-69, İstanbul 1995. 

60

 Yenə orada




onlara  toxunmayacaqlarına  dair  söz  verdiyini  yazır

61

.  Müəllif  qeyd  edir  ki,  buna 



baxmayaraq bərdəlilər şəhərin rusların əlində qalması ilə heç cür razılaşa bilmir, tez-tez 

təkbir nərələri ilə onlara hücum edirdilər. Hətta silahsız olanlar da işğalçılara daş ataraq 

mübarizə  aparırdılar.  İşğalçılar  xalqı  müqavimət  göstərmək  əzmindən  daşındırmağa 

çalışmanın  faydasız  olduğunu  görüb  bərdəlilərdən  üç  gün  ərzində  şəhəri  tərk 

etmələrini tələb etdilər. Lakin onların əksəriyyətinin Bərdəni tərk etmədiyini görüb dinc 

əhaliyə  hücum  etdilər.  Onlar  əhalinin  tamamına  yaxınını  qırıb  mallarını  talan  etmiş, 

qadın və uşaqları isə əsir götürmüşdülər. Bu vaxt ətraf əyalətlərdən toplanan könüllülər 

də Bərdəyə gəlib dörd bir tərəfdən ruslara hücum edirdilər

62

. Salari hömdarı Mərzuban 



ibn  Muhəmməd  30  minlik  ordusu  ilə  aylarla  Bərdəni  işğaldan  azad  etmək  üçün 

vuruşmuş,  ruslara  ağır  itgi  verdirmişdi.  Lakin  Bərdə  qalasında  möhkəmlənmiş  rusları 

heç  cür  oradan  sıxışdırıb  çıxarmaq  mümkün  olmamışdı

63

.  Bu  vaxt  Salari  Mərzuban 



Mosul hakiminin Səlmasa hücum etdiyi xəbərini alaraq rusların Bərdədə mühasirəsini 

davam etdirmək üçün burada 4000 əsgər qoyaraq özü orudunun əsas hissəsi ilə ölkənin 

cənubuna  üz  tutmuşdu.  945-ci  ilin  isti  yay  günlərində  rusların  arasında  yayılan 

yoluxucu  xəstəlik  onların  bir  çoxunun  qırılmasına  səbəb  olmuşdu.  Nəhayət  ruslardan 

sağ  qalanlar  aldıqları  əsir  və  qənimətlərlə  avqustun  12-də  Bərdəni  tərk  edib  gəldikləri 

yolla  geri  qayıtmışdılar

64

.  Mosul  hakimi  ölkənin  cənubuna  basqın  etməsəydi  bəlkə  də 



işğalçıları tamamən məhv etmək mümkün olardı. Bu hadisədən sonra Bərdə şəhəri bir 

daha  dirçəlib  əvvəlki  ehtişamına  qayıda  bilmədi.  X  əsrin  ikinci  yarısından  etibarən 

Gəncə  əhəmiyyət  qazanaraq  Azərbaycanın  şimalındakı  ən  böyük  siyasi,  iqtisadi  və 

mədəniyyət mərkəzinə çevrilməyə başlamışdı.    

Orda  əsrlərdə  Azərbaycanın  şimalındakı  mühüm  şəhərlərdən  biri  də  Bərdic  idi. 

Mənbələrin verdiyi məlumatdan məlum olur ki, Bərdic Bərdədən 14 fərsəx aralıda, Kür 

çayı sahilində mövcud olmuşdu

65

. Yaqut əl-Həməvi Kür çayının bu şəhəri əhatə etdiyini 



yazır

66

.  14  fərsəxin  79,59  km-ə  bərabər  olduğunu



67

  nəzərə  alaraq  Bərdicin  Kür  çayının 

                                                 

61

 İBNü'l-ƏSİR, Kamil fi't-Tarix, C. VIII, s. 350-351. 



62

 Yenə orada

63

 İBN MİSKƏVEYH, Təcaribü’l-Üməm, C. V, s. 72. 



64

 MÜŞTƏRƏK, Azərbaycan Tarixi, s. 281, Bakı 1994. 

65

 İBNü’l-ƏSİR, Lübab, C. I, s. 136; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 269.  



66

 Yenə orada

[

هٜٗ ٢ك اٜت ػ٤ؽ٣ ءأُاٝ



...

هٌُا


]

 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə