Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə15/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   11   12   13   14   15   16   17   18   ...   187

Kürdəmirlə  İmişli  rayonları  ərazisinə  düşən  hissəsində  mövcud  olduğunu  söyləyə 

bilərik. Güman ki, Bərdic Kür çayı üzərindəki liman şəhəri idi.  Hüdudü’l-Aləm müəllifi 

Bərdicin  rifah  və  nemətlər  şəhəri  olduğunu  yazır

68

.  Bərdə,  Beyləqan  kimi  Arranın 



mərkəzi və qərb şəhərləri Kür çayı vasitəsi ilə dəniz ticarəti ilə məşğul olduğunu təxmin 

etmək  olar.  Çünki  İbn  Hövqəl  Kürün  böyük  və  gəmilərin  üzməsi  üçün  əlverişli  çay 

olduğunu qeyd edir

69

. Bundan başqa əgər rusların böyük bir ordunu gəmilərlə Bərdəyə 



qədər  daşıya  bilməsini  nəzərə  alaraq  Bərdicin  Kür  çayı  üzərində  ticarət  mərkəzi  və 

liman şəhəri olduğunu söyləyə bilərik. 

Bir zamanlar kiçik bir qəsəbə olan Bərzənd Abbasi xəlifələrindən Mö’təsimin (833-842) 

hakimiyyəti  illərində  qazandığı  hərbi-strateji  əhəmiyyət  sayəsində  böyük  şəhərə 

çevrilmişdi.  Mö’təsimin  əmri  ilə  Babəkin  başçılığı  altındakı  xürrəmi  qiyamını  yatıran 

orduya baş komandan təyin edilən Afşin Heydər ibn Kavus Bərzəndi özünə iqamətgah 

seçmişdi

70

.  Bu  haqda  məlumat  verən  Yaqut  əl-Həməvi  Bərzəndin  Tiflis  yaxınlığında 



yerləşən  bir  yaşayış  məntəqəsi  olduğunu  qeyd  etmişdir

71

.  Görəsən  müəllifi  nə 



yanıltmışdı?  Bir  zamanlar  Tiflis  ətrafında  da  eyni  adlı  yaşayış  məntəqəsinin  mövcud 

olması  yoxsa  başqa  bir  səbəb?  Əbdülkərim  əs-Səm’ani  Bərzəndin  Tiflis  yaxınlığında 

olduğunu zənn etdiyini qeyd edərək bu mövzuda tərəddüd etdiyini biruzə vermişdi

72



Bu yanılmanın səbəbi məlum deyil, amma Bərzənd şəhərinin indiki Yardımlı rayondan 

qərbdə,  Talış  dağlarının  ətəklərində  yerləşdiyi  məlumdur.  İbn  Xordadbeh  Ərdəbildən 

Xuşş  şəhərinə  8  fərsəx  (45,48  km),  Xuşşdan  Bərzəndə  6  fərsəx  (34,11  km)  məsafə 

olduğunu  qeyd  edir

73

.  Deməli  Bərzənd  Ərdəbildən  təqribən  80  km  şimali-qərbdə 



yerləşirdi.  Bu  gün  cənubi  Azərbaycanda  kiçik  bir  kənd  olan  Bərzənd  ehtimal  ki,  öz 

əhəmiyyətini elə xürrəmi üsyanı yatırılandan sonrakı  illərdə  itirməyə başlamışdı. Belə 

                                                                                                                                                             

67

 1 ərəb fərsəxi=5685 m. 



68

ANONİM, Hüdudü’l-Aləm minə’l-Məşriq ilə’l-Məğrib, (Nşr. Y. əl-Hadi), 123, Qahirə 1999. 

[

حٔؼٗ خال جهٓاػ حٛىٗ ح٘٣كٓ



]

 

69



 Surətü’l-Ərz, s. 345. 

70

 BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 461;YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. I, s. 273; Əhməd ibn Muhəmməd İBN FƏQİH 



əl-Həmədani, Kitabü'l-Büldan, (Nşr. M. De Goeje), s. 284, Leiden 1885. 

71

 Yenə orada



[

كٗوهت


 ...

ً٤ِلذ ٢ؼاٞٗ ٖٓ كِت

]

 

72



 Əbu Səid Əbdülkərim ibn Muhəmməd əs-SƏM’ANİ, Kitabü’l-Ənsab, (Nşr. A. əl-Barudi), C. I, s. 215, Beyrut 1988. 

[

كٗوهت



...

 

ً٤ِلذ ٢ؼاٞٗ ٖٓ اٜٗأ ٢٘ظٝ



]

 

73



 İBN XORDADBEH, Məsalik, s. 38 


ki,  XIII-XIV  əsrlərdə  yaşamış  Həmidullah  Qəzvini  artıq  Bərzəndin  əhəmiyyət  kəsb 

etməyən kiçik bir kənd olduğunu qeyd etmişdir

74

.   



İbn  Xordadbeh  (öl.  912)  Sasani  şahı  Firuz  oğlu  I  Qubadın  Bərdə  və  Qəbələ  ilə  yanaşı 

Beyləqan  şəhərinin  də  təməlini  qoyduğunu  yazır

75

.  Q.  Əhmədov  onun  bu  yanlışını 



sonralar  digər  ərəbdilli  coğrafiyaşünas  və  səyyahların  da  təkrarladığını  bildirir

76



Həqiqətən  də  istər  antik  dövr  mənbələri,  istərsə  də  arxeoloji  qazıntılar  Beyləqanın  I 

Qubaddan  əvvəl  də  mövcud  olduğunu  sübuta  yetirirlər.  Beyləqan  rayonunun  Kəbirli 

kəndi  yaxınlığındakı  Örənqala  adlanan  qədim  Beyləqan  xarabalıqlarında  aparılan 

qazıntılar  şəhərin  möhkəm  qala  divarları  ilə  əhatə  olunduğunu  göstərir.  İç  qalanın 

(əhmədək) divarlarının uzunluğu 1525 m, xarici qala divarlarının ümumi uzunluğu isə 

2400 m. dir. Qala divarlarının içində qalan ümumi sahə 40 ha-dır

77

. Əvvəl xilafət, sonra 



isə Böyük Səlcuqlular dövründə ticari-iqtisadi, mədəni-elmi baxımdan getdikcə inkişaf 

edən Beyləqan Azərbaycan Atabəyləri dövründə Azərbaycanın ən böyük şəhərlərindən 

birinə  çevrilmişdi

78

.  XII  əsrin  sonu-XIII  əsrin  əvvəllərində  gürcü  və  xarəzmlilərin 



işğalına  uğrayan  Beyləqan  dağıntılara  məruz  qalmışdı

79

.  1221-ci  ilin  noyabr  ayında 



Beyləqana yaxınlaşan moğol orduları mühasirəyə aldıqları Beyləqana danışıq aparmaq 

üçün öz nümayəndələrini göndərmişdilər. Şəhər əhalisi gələn moğol elçisini öldürmüş, 

bundan  sonra  moğollar  Beyləqana  hücum  edərək  şəhəri  zorla  ələ  keçirmişidlər. 

Moğollar  Beyləqan  əhalisini  böyük-kiçik,  qadın-uşaq  ayırmadan  hamısını  qılıncdan 

keçirərək  dəhşətli  qətliam  törətmiş,  şəhəri  demək  olar  ki,  yer  üzündən  silmidilər

80



Həmidullah Qəzvini XIV əsrdə bu şəhərin xarabalıqlardan ibarət olduğunu yazmışdır

81



Strateji  baxımdan  böyük  əhəmiyyətə  malik  coğrafiyada  yerləşdiyi  üçün  Dərbənd  hələ 

qədim  zamanlardan  özünün  qala  divarları  və  istehkamları  ilə  tanınmışdı.  Orta  əsr 

ərəbdilli  mənbələr  Dərbəndin  Sasani  şahı  Ənuşirvani-Adil  tərəfindən  inşa  edildiyini 

                                                 

74

 Nüzhətü’l-Qülub, s. 92.  



75

 Məsalik, s. 39. 

[

لاثه ٠٘تٝ



 

حَِثه ح٘٣كٓٝ حػلهت ح٘٣كٓٝ ٕاوِ٤ثُا ح٘٣كٓ

]

 

76



 Qara ƏHMƏDOV, Qədim Beyləqan, s. 37, Bakı 1997. 

77

 GÖYÜŞOV, həmin əsər, s. 126. 



78

 Bax: ƏHMƏDOV, həmin əsər, s. 44-79; Ziya BÜNYADOV, Azərbaycan Atabəyləri Tarixi, s. 195-197, Bakı 1985; 

79

 İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XII, s. 367. 



80

 İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XII, s. 337-339. 

81

 Nüzhətü’l-Qülub, s. 92. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə