Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə13/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   9   10   11   12   13   14   15   16   ...   187

girişdilər. Üç gün davam edən döyüş müsəlmanların qələbəsi ilə bitdi. Azərbaycan və 

İrandan  sağ  qayıda  bilmiş  30  min  rusun  sadəcə  5  mini  əl-larisilərin  qılıncından  canını 

qurtara bilmişdi. 25 minə yaxını isə öldürülmüş və dənizdə batırılmışdı. 5 min nəfər isə 

gəmiləri  ilə  Volqa  boyunca  şimala  üzərək  burtasların  ölkəsinə  (indiki  Çuvaşiya)  daxil 

olmuşdular.  Burtaslar  onlara  hücum  edib  ağır  itgi  verdirmişdilər.  Onların  geri 

qalanlarını isə müsəlman bulğarlar qılıncdan keçirmişdilər

40

. 938-ci ildə ruslar 38 gəmi 



ilə  yenidən  Bakı  sahillərinə  hücum  etmişdilər.  Şirvanşah  Mənuçöhr  ibn  Yəzidin  səyi 

nəticəsində  onların  Kür  çayı  ilə  ölkənin  içərilərinə  doğru  soxulmaq  cəhdinin  qarşısı 

alınmışdı.  

Orta  əsrlər  Azərbaycan  şəhərlərinin  ən  əhəmiyyətlilərindən  biri  də  Bərdə  şəhəri  idi. 

Mənbələrdə  ‚Partava‛,  ‚Firuzabad‛,  ‚Bərdə‛  adları  ilə  şöhrət  tapmış  bu  şəhər 

Tərtərçayın sol sahilində,  30 km

2

 ərazidə yerləşmişdi



41

. Həmidullah Qəzvini Bərdənin 

Makedoniyalı  İsgəndər  tərəfindən  salındığını,  şah  I  Qubadın  isə  şəhəri  əsaslı  şəkildə 

təmir  etdiyini  yazır

42

.  Yaqut  əl-Həməvi  Bərdə  şəhərinin  əsasının  Sasani  şahı  I  Qubad 



(488-531)  tərəfindən  qoyulduğunu  yazır.  Şəhərin  isə  farsca  ‚bərdə‛-qul,  kölə 

[

ٙقهت



]

  və 


‚dar‛-sahib,  malik 

[

ناق



]

  sözlərinin  birləşməsindən  meyadan  gəlmiş  ‚Bərdədar‛ 

kəlməsindən törədiyini qeyd edir

43

. Qasım Hacıyev öz əsərində Yaqut əl-Həməvinin bu 



fikri ilə razılaşmadığını qeyd etmişdir

44

. Ərəbdilli mənbələrdə şəhərin adı bəzən 



[

حػلهت


]

 

Bərza’ə, bəzən də 



[

حػقهت


]

 Bərda’ə  formasında  yazılır.  Bu da ərəb dilində ‚yəhər‛ və ya 

‚palan‛ mənasını ifadə edir

45

. Belə görünür ki, Bərdə adının etimoloji baxımdan dəqiq 



izah etmək xeyli çətindir. Çünki bu şəhərin adı müxtəlif dillərdə qələmə alınmış tarixi 

mənbələrdə  müxtəlif  cür  yazılmışdır,  bu  səbəbdən  də  bir-birindən  çox  fərqli  mənalar 

ortaya çıxmaqdadır.     

                                                 

40

 MƏS’UDİ, Mürucü’z-Zəhəb, C. I, s. 79-80; VƏLİXANLI, həmin əsər, s. 89. 



41

 Rəşid GÖYÜŞOV, Azərbaycan Arxeologiyası, s. 131, Bakı 1983. 

42

 Nüzhətü’l-Qülub, s. 92.  



43

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 270. 

[

٢ثٍُا غظٞٓ ح٤ٌنالُات ٙا٘ؼٓٝ ناق ٙقهت بهؼٓ حػلهت



]

 

44



 Qasım HACIYEV, Bərdə Şəhəri, Coğrafi, Siyasi və Mədəni Tarixi, s. 24-25, Bakı 2008. 

45

 Bax: Mevlüt SARI, Arapça-Türkçe Lugat, s. 86, İstanbul 1982. Həmçinin bax: X. K. BARANOV, Arabsko-Russkiy Slovar



s. 65, Moskva 2007. 


Bərdə  647-ci  ilin  yayında  Salman  ibn  Rəbiə  əl-Bahilinin  (ا)  əmrindəki  xilafət  orduları 

tərəfindən  fəth  edilmişdi

46

.  Əməvilərin  dövründə  xilafət  canişinləri  Bərdə  şəhərində 



yaşayır, Arranla yanaşı Ərməniyyəni də buradan idarə edirdilər. İnzibati idarə mərkəzi 

olmaqla  yanaşı,  ölkədaxili  və  beynəlxalq  ticarət  yolları  üzərində  yerləşməsi  xilafət 

dövründə Bərdənin sürətlə inkişaf edərək Azərbaycanın ən böyük iqtisadi, mədəni və 

elm mərkəzlərinə çevrilməsi üçün əlverişli zəmin hazırlamışdı. İrəlidə görəcəyimiz kimi 

bu  şəhərdə  bütün  İslam  dünyasında  şöhrət  tapmış  çox  sayıda  alim  yetişmişdi.  Bu  da 

onu göstərir ki, Bərdə VII-X əsrlərdə Azərbaycanın, eləcə də xilafətin ən böyük elmi və 

dini  mərkəzlərindən  biri  olmuşdur.  əl-İstəxri  Bərdə  haqqında  ‚Bərdə  şəhəri  həqiqətən 

çox böyük şəhərdir‛ deyərək onun Dərbənd və Tiflislə birlikdə Arranın ən böyük şəhəri 

olduğunu qeyd etmişdir

47

. İbn Hövqəl isə onu ‚Arranın anası‛ adlandırmış, Bərdənin, 



İsfəhan və Reydən sonra, regionun ən böyük şəhəri olduğunu bildirmişdi

48

. Şəmsəddin 



əl-Məqdisi  (947-990)  Bərdəni  bu  yerlərin  Bağdadı  adlandırmışdı

49

.  Həmin  dövrdə 



Bərdənin  əhalisi  100  mindən  çox  idi.  Şəhərdə  4  böyük  bazar,  ayrıca  sənətkar 

məhəllələri, bir neçə hamam, məscid, mədrəsə kimi çoxlu dini, ictimai binalar mövcud 

olmuşdu

50

.  Bərdə  xilafət  dövründə,  Babü’l-Əbvab  (Dərbənd)  və  Yəzdiyyə  (Şamaxı)  ilə 



birlikdə,  zərbxananın  fəaliyyət  göstərdiyi  regionun  üçüncü  şəhəri  idi

51

.  Bərdə 



zərbxanasında  qızıl,  gümüş  və  mis  pullar  kəsilirdi

52

.  Əməvilər  dövründə  Arranda 



kəsilən  ən  qədim  pul  h.  89-cu  (707-708)  il  tarixli  gümüş  dirhəmdir

53

.  Son  Əməvi 



hökmdarı  II  Mərvan  ibn  Muhəmməd  (744-750)  şahzadəlik  illərində  şərqi  Anadolu  və 

Azərbaycan canişini olaraq Bərdədə yaşamışdı. O, burada Xəzər xaqanlığı  ilə aparılan 

müharibələrdə  aktiv  iştirak  etmişdi

54

.  Səid  ibn  Süleym  və  Əli  ibn  İsa  ibn  Mahanın 



Arranın idarə edilməsində göstərdikləri uğursuzluqdan sonra Harun ər-Rəşid (786-809) 

Yəzid ibn Məzyəd əş-Şeybanini Arran və Ərməniyyə valisi təyin etmişdi. Bərdəyə gələn 

                                                 

46

  Əbü’l-Abbas  Əhməd  ibn  Yəhya  BƏLAZURİ,  Fütuhü’l-Büldan,  (Nşr.  A.  ət-Təbba),  s.  285-287,  Beyrut  1987;  İBNü’l-



Ə’SƏM, Fəthlər Kitabı, s. 9. 

47

 İSTƏXRİ, Məsalik, s. 67, 73. 



[

 اًاكظ جه٤ثً ح٘٣كٓ اٜٗاك حػلهت آأٝ

]

  

48



 Əbü’l-Qasım Muhəmməd İBN HÖVQƏL, Surətü’l-Ərz, s. 337, Leiden 1939. 

[

ٕا ّهُا ُّّا ٠ٜك حػلهت ح٘٣كٓٝ



...

 ٝ ماهؼُا ٖ٤ت ٌٖ٣ ُْٝ

 ٕاٜثصا ٝ ٟ ّهُا كؼت ٕارٌهثغ

اٜ٘ٓ هثًأ ح٘٣كٓ

]

 

49



 MƏQDİSİ, Əhsənü’t-Təqasim, s. 185. 

[

حػلهت



 ...

ْ٤ِهلإا امٛ قاكـت ٢ٛ

]

 

50



 GÖYÜŞOV, həmin əsər, s. 131-132. 

51

 BÜNYADOV, həmin əsər, s. 148; GÖYÜŞOV, həmin əsər, s. 132. 



52

 GÖYÜŞOV, həmin əsər, s. 132. 

53

 BÜNYADOV, həmin əsər, s. 148. 



54

 BÜNYADOV, həmin əsər, s. 110; ARTAMONOV, həmin əsər, s. 219-224. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə