Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə16/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   12   13   14   15   16   17   18   19   ...   187

qeyd  etsələr

82

  də  arxeoloji  qazıntılar  hələ  e.ə.  III  minilliyin  əvvəllərindən  Dərbənd 



ərazisində  qədim  yaşayış  yeri  olduğunu  üzə  çıxarmışdır

83

.  Bu  şəhərin  ətrafının  qala 



divarları  ilə  möhkəmləndirilməsinin  tarixi  isə  e.ə.  VIII-VI  əsrlərə  qədər  gedib  çıxır

84



Sasanilərin  hakimiyyəti  dövründə  isə  Dərbənd  yenidən  inşa  edilərək  alınmaz  qalaya 

çevrilmişdi. Ənuşirvan adı  ilə məşhur olmuş şah I  Xosrov Pərviz (531-579) Dərbəndin 

yenidən inşa edilib möhkəmləndiriməsində mühüm rol oynamışdı

85

. Sasanilər Dərbədə 



və ətraf vilayətlərdə çox sayıda farsdilli əhali  məskunlaşdırmışdılar. Şimal-cənub yolu 

üzərində,  Qafqazla  Xəzər  arasındakı  dar  keçidə  nəzarət  etdiyi  üçün  Dərbənd  cənubi 

Qafqazın  açarı  hesab  edilirdi.  İnzibati-hərbi  əhəmiyyəti  ilə  yanaşı  Dərbənd  həm  də 

Xəzər  sahillərindəki  mühüm  limanlardan  biri  idi.  İbnü’l-Verdi  Dərbənd  qalasının 

üzərində yerləşdiyi dağdan dənizin içinə doğru uzanan qala divarları üzərində on ədəd 

qapının


86

,  yəni  nəzarət-buraxılış  məntəqəsinin  olduğunu  qeyd  etmişdir.  VIII  əsrin 

birinci  yarısından  etibarən  Dərbənd  xilafətin  şimala  açılan  qapısına  çevrilmişdi.  İstər 

Əməvilər, istərsə də Abbasilər Dərbəndin müdafiə sistemininin möhkəmləndirilməsinə 

böyük  əhəmiyyət  vermişdilər.  Xilafətin  zəiflədiyi  dövrlərdə  isə  Dərbənddə  qurulan 

Haşimi  əmirliyi  şəhəri  və  ətraf  vilayətləri  idarə  etmişdi.  988-ci  ildə  Dərbənd  Haşimi 

əmirliyi  Şirvanşahlar  dövlətinə  birləşdirilmişdi.  1077-ci  ildə  isə  Dərbəndə  də  Şirvanla 

birlikdə  İraq  Səlcuqlu  dövlətinə  daxil  edilmişdi.  XII  əsrdən  XIII  ikinci  rübünə  qədər 

Dərbənd  yenidən  müstəqil  əmirlik  kimi  idarə  olunmuşdu

87

.  Sonrakı  əsrlərdə  Dərbənd 



Şivanşahlar  dövlətinin  şimalındakı  ən  mühüm  iqtisadi,  inzibati  və  mədəni  mərkəz 

olmuşdu.    

1130-cu illərin əvvəllərində Dərbəndə olan şafi’i fəqihi və səyyah Əbu Hamid əl-Qırnati 

(1080-1170)  bu  şəhərin  və  ətraf  vilayətlərin  iqtisadi  və  ictimai  həyatı  haqqında  dəyərli 

məlumatlar  vermişdir.  Səyyahın  qeydlərindən  məlum  olur  ki,  Dərbənd  şəri’  elmlərin 

tədris  olunduğu  mərkəz  olaraq  şimali  Qafqaz  xalqları  arasında  İslamın  yayılmasında 

müstəsna  rol  oynamışdı.  Dərbənd  əmiri  Əbü’l-Qasımın  qonağı  olduğunu  yazan  Əbu 

                                                 

82

  Siracəddin  Əbü’l-Həfs  Ömər  İBNü’l-VERDİ,  Xəridətü’l-Əcaib  və  Fəridətü’l-Qəraib,  (Nşr.  A.  Bədravi),  s.  114-115, 



Beyrut 1970; YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. I, s. 211. 

83

 GÖYÜŞOV, həmin əsər, s. 134. 



84

 Yenə orada

85

 BARTOLD, Soçineniya, C. III, s. 419-437. 



86

 İBNü’l-VERDİ, Xəridətü’l-Əcaib, s. 115. 

87

 Sara AŞURBƏYLİ, Şirvanşahlar Dövləti, VI-XVI əsrlər, s. 188, 239, Bakı 2006. 




Hamid  əl-Qırnati  əmirin  onun  dərslərində  ‚əl-Muqni‛

88

  adlı  fiqh  kitabını  oxuduğunu 



qeyd  edir.  O,  həmçinin  qafqazlı  müsəlmanlarının  dini  elmlərə  böyük  maraq 

göstərdiyini  də  yazır.  Fiqh  dərslərində  müxtəlif  dillərdə  danışan  qafqazlıların  iştirak 

etdiyini  qeyd  edən  Əbu  Hamid  əl-Qırnati  əmir  Əbü’l-Qasımın  dərslərdə  onun  üçün 

tərcümanlıq  etdiyini  bildirir.  Qırnati  əmirin  ərəbcə,  farsca,  türkcə  ilə  yanaşı  ləkz, 

təbərsəran,  filan,  haydaq,  qumuq,  qalan,  sərir,  alan  (osetin),  zərihkəran  dillərində  də 

sərbəst danışdığını qeyd etmişdir. Əmirin bacısının evində qonaq ikən qadının qardaşı 

vasitəsi  ilə  ona  sırf  qadınlara  aid  bir  sual  verməsini  yazan  əl-Qırnati  sualı 

cavablandırdıqdan  sonra  qadının  belə  bir  sualla  müraciət  etməsinə  müsbət 

münasibətini  bildirmiş  və  Peyğəmbərin  (م)  ‚Ənsarın  qadınları  nə  yaxşı  xanımlardır. 

Həya  (utancaqlıq)  onların  öz  dinlərini  öyrənmələrinə  mane  olmur‛

89

  hədisini 



xatırlatmışdı

90

.  



Başqa  bir  alim,  hafiz  Əbu  Tahir  əs-Süləfi  İsfəhani  (1083-1181)  də  Azərbaycanın 

şəhərlərini gəzmiş, o cümlədən Dərbənddə olmuşdu.  Hafiz Əbu Tahir burada dövrün 

tanınmış fəqih və mühəddislərindən olan Əbü’l-Qasım Maymun Dərbəndi ilə görüşüb 

ondan hədis dinlədiyini yazır

91

. Hafiz Əbu Tahir İsfəhani ilə Əbu Hamid əl-Qırnatinin 



səyahətləri təqribən eyni dövrə təsadüf edir. Əbu Tahirin hədis dinlədiyi Əbü’l-Qasım 

Maymun Dərbəndi ilə əl-Qırnatinin haqqında bəhs etdiyi əmir Əbü’l-Qasımın eyni şəxs 

olub  olmadığını  müəyyənləşdirmək  mümkün  olmadı.  Lakin  hər  iki  müəllifin  qeydləri 

Dərbəndin  bu  dövrdə  Azərbaycanın  mühüm  elm  və  mədəniyyət  mərkəzlərindən  biri 

olduğunu deməyə əsas verir.  

Orta əsr müsəlman tarixçi və coğrafiyaşünasların əsərlərində bu şəhərin adı ‚Dərbənd‛, 

‚Babü’l-Əbvab‛ və ya qısaca ‚əl-Bab‛ kimi qeyd olunduğu kimi bioqrafiya kitablarında 

da  dərbəndli  məşhur  şəxsiyyətlərin  nisbəsinin  ‚Dərbəndi‛  və  ‚əl-Babi‛  kimi 

yazıldığının  şahidi  oluruq.  Biz  burada  haqqında  məlumat  verdiyimiz  şəxslərin 

                                                 

88

 ‚Kitabü’l-Muqni‛ Bağdadlı tanınmış şafi’i fəqihi Əbü’l-Həsən Əhməd əl-Məhamilinin (978-1024) əsəridir. 



89

 Bu hədis üçün bax: Əbu Abdullah Muhəmməd ibn Yəzid İBN MACƏ əl-Qəzvini, Sünən, Təharət, Nr. 642, (Trc. H. 

Hatipoğlu), C. II, s. 549, İstanbul 1983. 

(

ناصٗلأا ءاٍٗ ُءاٍُ٘ا َْْؼِٗ



 ،

ٖ٣كُا ٢ك ٖٜولر٣ ٕأ ءا٤ؽُا  َّٖٜؼ٘ٔ٣ ٌٖ٣ ُْ



)

 

90



 Əbu Hamid Muhəmməd ibn Əbdürrəhman əl-QIRNATİ, Nuxbətü’l-Əlzən fi Əcaibü’l-Büldan, (Trc. O. Bolşakov), s. 

27-28, Moskva 1971. İspaniyalı ərəb səyyahı və alimi Əbu Hamid əl-Qırnati 1117-1155-ci illərdə Əndəlüsdən Misirə 

gələrək, Hicaz, İraq, Şam diyarı, İran, Orta Asiya, Azərbaycan, Şimali Qafqaz, Rusiya, Ukrayna və Macarıstan əhatə 

edən səyahətə çıxmış və səyahət xatirələrini kitablaşdırmışdı. 

91

 Əbu Tahir Əhməd ibn Muhəmməd əs-Süləfi İSFƏHANİ, Ərbəinü’l-Büldaniyyə, (Hzr. A. Rabih), s. 177-178, Dəməşq 



1992. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə