Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə11/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   7   8   9   10   11   12   13   14   ...   187

bildirən  Yaqut  əl-Həməvi,  Azərbadın  Nuh  (vəfatı  e.ə.  2892)  peyğəmbərin  kötükcəsi 

olduğunu  yazır

18

.  IX-X  əsrlərdə  yaşamış  coğrafiyaşünas  alim  İbn  Fəqih  də  Nuh  (×) 



peyğəmbərin  nəvəsi  əl-Əsvədin  nəvəsinin  adının  Azərbad  olduğunu  yazır

19

.  Yaqut  əl-



Həməvi ilə İbn Fəqihin verdiyi bu məlumatın doğru olma ehtimalı böyükdür. Belə ki, 

od zərdüştilikdən əvvəl də bir sıra paqan dinlərdə ehtiramla yanaşılan, bəzən isə ibadət 

edilən bir obyekt olmuşdur. Hətta səmavi dinlərdə də buna misal ola biləcək hadisələr 

var. Musa peyğəmbərin (×) gecənin qaranlığında yanan odu görərək ona yaxınlaşması 

və  orada  Allahla  danışması  barədə  həm  yəhudi

20

,  həm  də  İslam  dini  mənbələrində



21

 

məlumat  verilir.  Məhəmmədəli  Tərbiyət  tarixi  mənbələrə  istinad  edərək  azərbaycanlı 



Zərdüştün ibrani qövmünə mənsub peyğəmbərlərdən İlyasın (×) əshabından olduğunu 

bildirmişdir

22

. Bütün bunlara istinadən ‚Azərbad‛ və ya ‚Azərabad‛ adlanan zərdüşti 



din xadimlərinin hələ çox qədim zamanlardan bəri mövcud olduqlarını söyləyə bilərik. 

Hətta İslam dininin yaranmasından çox sonra, Abbasilər dövründə də bu titulu daşıyan 

zərdüşti din xadimləri mövcud olmuşdular

23

.  



‚Gan‛  və  ya  ‚qan‛  isə  yer,  ölkə,  məmləkət  mənasını  ifadə  edir.  Sonu  ‚gan‛,  ‚qan‛la 

bitən  bir  sıra  yaşayış  məntəqəsinin  adını  çəkmək olar. Məsələn  Beyləqan,  Mərdəkan

24



Nəməngan



25

,  Uruzqan

26

,  Şebergan



27

  və  s.  Beləcə  zərdüşti  məbədinin  (və  ya  din 

xadimlərinin) ölkəsi mənasını ifadə edən ‚Azərbadgan‛ 

[

ٕاگقاتنلآ



]

  və ya ‚Azərabadgan‛ 

[

ٕاگقاتانلآ



]

 kəlməsi meydana çıxmışdır. Məlum olduğu kimi ‚Azərabadgan‛ sözü pəhləvi 

dilində  həmçinin  zərdüşti  məbədi,  atəşkədə  mənasını  ifadə  edir

28

.  ‚Azərbadgan‛ın 



‚Azərbaycan‛a çevrilməsi isə ərəb dilində ‚g‛ səsinin mövcud olmaması ilə əlaqəlidir. 

                                                 

18

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 81. 



[

ّلاٍُا ٚ٤ِػ غٞٗ ٖت ّاٌ ٖت قٌٞلأا ٖت ٕاه٣ئ ٖت لاتنلأت جأٍٓ ٕاع٤تنلأ

 ....

 نلأ َت َ٤هٝ



ح٣ِٜٞلُات ناُ٘ا ٌْا

]

 



19

 Əhməd ibn Muhəmməd İBN FƏQİH əl-Həmədani, Kitabü'l-Büldan, (Nşr. M. De Goeje), s. 284, Leiden 1885. 

20

 Bax: Tövrat, Xüruc, III/1-13. 



21

 Bax: Qur’ani-Kərim, Taha surəsi, 10-cu ayə və sonrası. 

22

 Danişməndan, s. 152. 



23

  Bax:  Əbü’l-Həsən  Əli  əl-MƏS’UDİ,  Tənbih  və’l-İşraf,  s.  30,  Beyrut  1981.  Həmçinin  bax:  Berthold  SPULER,  Vierter 



Band Iranistik Zweiter Abschnitt Literatur, s. 44, Leiden 1968. 

24

 ‚Gan‛ və ya ‚qan‛ sonluğu bəzən ‚kan‛ formasına düşə bilir.  



25

 Naməngan-Özbəkistanın Fərqanə vilayətində şəhərdir.  

26

 Uruzqan-Əfqanıstanın eyni adlı vilayətində şəhərdir. 



27

  Şebergan və ya Şaburgan-Əfqanıstanın şimalında şəhərdir. 

28

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 81. Həmçinin bax: Mehmet KANAR, Büyük Farsça-Türkçe Sözlük, s. 



18, İstanbul 1993. 


Bu səbəbdən orta əsr ərəbdilli tarixi mənbələrdə Azərbadgan 

[

ٕاگقاتنلآ



]

 sözü Azərbadcan 

[

ٕاظقاتنلآ



]

 

, daha sonra isə Azərbaycan 



[

ٕاع٤تنلآ


]

 kimi yazılmışdı.  

Burada  əsasən  haqqında  bioqrafik  məlumat  verəcəyimizi  şəxslərin  mənsub  olduqları 

şəhərlər  haqqında  qısa  məlumat  verməklə  kifayətlənəcəyik.  Bunlardan  ilki  Ani 

şəhəridir. Ani Azərbaycanın şimali-qərbində, Arranın qərbində, Arpaçayın sol sahilində 

yerləşən qala-şəhər idi. Bu gün Türkiyə respublikasının Qars vilayətində, Ocaqlı kəndi 

yaxınlığında  yerləşən  Ani  xarabalıqlarının  tarixi  çox  qədim  zamanlara  gedib  çıxır. 

Anidə  ilk  arxeoloji  qazıntılar  1892-1917-ci  illərdə  N.  Marr,  daha  sonra  1965-ci  ildə 

Kamal  Balkan  və  1989-2005-ci  illərdə  Beyhan  Karamağaralı  tərəfindən  aparılmışdır. 

Qazıntılar  vaxtı  Azərbaycan  mədəniyyətinin  bariz  cizgilərini  özündə  ehtiva  edən  çox 

sayıda tapıntı əldə edilmişdir.  

Ani  özünün  möhkəm  qala  divarları  və  istehkamları  ilə  Ərməniyyə  ilə  Arran  arasında 

sərhəd  zastavası  rolunu  oynamışdı.  İbnü’l-Əsir  1162-ci  ilin  yay  aylarında  gürcülərin 

Aniyə 


 

[

٠ٗآ



]

    hücumu  haqqında  məlumat  verərkən  Aninin  Arranın  şəhərlərindən  biri 

olduğunu  qeyd  etmişdir

29

.  Anidə  aşkar  edilmiş  böyük  bir  atəşgahın  qalıntıları  da  bu 



şəhərin qədim Azərbaycan şəhəri olduğunu göstərir. Qalıntıların e.ə. I-IV əsrlərə aid bir 

atəşpərəstlik  məbədinə  aid  olduğu  güman  edilir.  Şəhər  430-646-cı  illər  arasında 

Sasanilərin  hakimiyyəti  altında  olmuşdur.  646-cı  ildə  isə  fəth  edilərək  xilafətə 

birləşdirilmişdi.  X  əsrin  ortalarında  Abbasilərin  zəifləməsi  fonunda  xilafət 

ərazisində müstəqil dövlətlərin meydana gəlmişdi. Erməni Baqratuni sülaləsi də 

regionda  güclənməyə  başlamışdı.  966-cı  ildə  Baqratuni  çarı  III  Aşot  Anini  zəbt 

edərək  şəhərin  qala  divarlarını  möhkəmlətmiş  və  Ani  erməni  çar lığının 

mərkəzinə  çevrilmişdi.  Daha  sonra  şəhər  qısa  müddətə  də  olsa  Bizansın  əlinə 

keçmişdi. Böyük Səlcuqlu sultanı Alp Arslanın Qafqaza hərbi yürüşü vaxtı 1064 -

cü  ildə Ani yenidən fəth edilərək Düveyn Şəddadi əmiri I Əbü’l -Əsvar Şavurun 

(1049-1067)  idarəsinə  verilmişdi.  Yaşlı  Əbü’l-Əsvar  oğlu  Mənuçöhr  bəyi  (1064-

1118)  Ani  hakimliyinə  təyin  etmişdi

30

.  Azərbaycan  Atabəylərinin  (1136-1225) 



hakimiyyəti  dövründə  Ani  bir  neçə  dəfə  gürcü  çarları  tərəfindən  işğal  edilmiş, 

                                                 

29

 İzzəddin Əli İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, (Trc. A. Ağırakça-Özaydın A), C. XI, s. 228, İstanbul 1987. 



 

[

ٕا ّنا قلات ٖٓ ٢ٗآ ح٘٣كٓ ٠ُا اٝناٌٝ



]

 

30



 Ani haqqında ətraflı məlumat üçün bax: 

http://www.ani.gov.tr/tarihce.asp; http://www.kars.gov.tr/trz_ani.htm




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə