Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə20/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   16   17   18   19   20   21   22   23   ...   187

sonra  Mücahidəddin  Bəhruz  bu  iki  qardaşdan  İraqı  tərk  etmələrini  tələb  etmişdi. 

Qardaşlar  uzun  zamandan  bəri  dostluq  etdikləri  atabəy  Nurəddin  Mahmud  Zənginin 

(1146-1174) yanına gedərək onun ordusunda xidmət etməyə başlamışdılar. 1099-cu ildə 

Fatimilər  Qüds  şəhərini  müdafiə  edə  bilməyərək  səlibçilərə  təslim  etmişdilər.  Buna 

baxmayaraq  səlibçilərlə  Fatimilər  arasındakı  müharibələr  davam  etmişdi.  Səlibçilər 

qarşısında  aciz  qalan  Fatimilər  Mosul  atabəyi  Nurəddin  Mahmud  Zəngidən  kömək 

istəmişdilər.  O,  da  öz  komandanlarından  Əsirəddin  Şirkuhu  ordu  ilə  Misirə 

göndərmişdi.  Qardaşı  oğlu  Səlahəddin  Yusiflə  birlikdə  Misirə  gələn  Əsirəddin  Şirkuh 

Fatimi hökmdarının vəziri olmuş, lakin bir müddət sonra ölmüşdü. Onun yerinə keçən 

Səlahəddin  Yusif  gözlənilmədən  1171-ci  ildə  Fatimi  dövlətinin  varlığına  son  qoyaq 

xütbəni  Abbasi  xəlifəsinin  adına  oxutmuş  və  Misirdə  Əyyubilər  dövlətinin  təməlini 

qoymuşdu. Səlahəddin Əyyubi (1174-1193) nizam-intizamlı, möhkəm ordu qurmuşdu. 

Səlahəddin  Əyyubi  5  iyul  1187-ci  ildə  Fələstindəki  Təbəriyyə  gölü  sahilindəki  Xuttin 

kəndi  yaxınlığında  Qüds  səlibçi  krallığının  ordusunu  ağır  məğlubiyyətə  uğratmışdı. 

Xuttin  döyüşündə  səlibçilərin  demək  olar  ki,  hamısı  məhv  edilmişdi.  Bu  döyüşdən 

sonra  hərbi  qüvvəsindən  məhrum  olan  Qüds  krallığı  da  aradan  qaldırıldı  və  Qüds  88 

illik  işğaldan  sonra  azad  edildi.  Qüdsün  azad  olunması  Avropanın  xristian  krallarını 

hərəkətə  gətirmişdi.  Alman  imperatoru  Fridrix  Barbarossa,  ingilis  kralı  ‚şir  ürəkli‛ 

ləqəbli Riçard

133


, Fransa kralı Filip Avqust 1189-cu ildə birləşmiş orduları ilə yaxın şərqə 

yürüş  etmişdilər.  Səlibçilər  Fələstindəki  Əkkə  qalası  yaxınlığında  sahilə  çıxıb  qalanı 

zəbt  etmişdilər.  Lakin  Səlahəddin  Əyyubinin  ordusu  qarşısında  məğlubiyyətə 

uğrayaraq sülh müqaviləsi bağlamağa məcbur olmuşdular

134



Əbhər  Zəncan  vilayətində,  Zəncan  şəhərindən  87  km  cənubda  yerləşən  qədim 



Azərbaycan şəhəridir. Orta əsr ərəbdilli coğrafi mənbələrdə Zəncan bəzən Cibal bəzən 

də  Azərbaycan  şəhəri  kimi  göstərilmişdir.  Cəmaləddin  əl-Himyəri  öz  əsərində 

Zəncanın  Azərbaycanın  vilayətlərindən  biri  olduğunu  qeyd  edir

135


.  Yaqut  əl-Həməvi 

Əbhərin Zəncan, Qəzvin və Həmədan arasında yerləşən məşhur şəhər olduğunu yazır. 

                                                 

133


  Krallarını  məğlub  etməsinə  baxmayaraq  ingilislər  1953-cü  ildə  istehsalına  başladıqları  zirehli  hərbi  texnikaya 

‚Saladin‛, yəni Səlahəddin adını vermişdilər. 

134

 İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XI, s. 278-280, 422-424, 431-436; İBN ŞƏDDAD, Sirət, s. 1-3. 



135

  Cəmaləddin  Abdullah  Təyyib  İbn  Abdullah  İbn  Əhməd  əl-HİMYƏRİ,  Nisbə  ilə’l-Məvazi’  və’l-Büldan,  C.  I,  s.  368, 

Beyrut (trz). 

[

ٕاعٗىُا



....

ٕاع٤تنلأ ْ٤ِهئ ٖٓ كِت 

]

 



Müəllif  şəhərin  adının  izahını  verərkən  bəzilərinin  ‚Əbhər‛  sözünün  farsca  su 

uzunqulağı mənasını ifadə etdiyini dediklərini yazır

136

. Lakin deyə bilərik ki, Yaqut əl-



Həməvi  yanılmışdır.  Çünki  su  uzunqulağı  mənasını  ifadə  etməsi  üçün  bu  bu  söz 

‚Əbhər‛ 


[

هٜتأ


]

  deyil  ‚Abxər‛ 

[

هفتآ


]

  olmalıdır.  Göründüyü  kimi  bu  iki  sözün  həm 

tələffüzü, həm də yazılışı fərqlidir. Hüdudü’l-Aləmdə bu şəhərin adını Əvhər 

[

هٛٝأ



]

 kimi 


yazımışdır

137


.  ‚Əbhər‛  ərəb  dilindəki  ‚bəhr‛-dəniz 

[

هٜت



]

    sözünün  cəm  formasıdır  və 

hərfi tərcüməsi ‚dənizlər‛dir. Şəmsəddin əd-Diməşqi Zəncan və Əbhərin Azərbaycanın 

şəhərləri  olduğunu  qeyd  edir

138

.  Səm’ani  Əbhərin  Zəncan  şəhərindən  qərbdə 



yerləşdiyini və buradan maliki məzhəbinə mənsub çox sayıda mühəddis, sufi və ədibin 

çıxdığını yazır

139

Əcaibü’d-Dünya müəllifi Əbhər yaxınlığında Heydəriyyə adlı möhkəm 



bir  qala  olduğunu,  lakin  Xarəzmşah  Təkişin  Eldənizlilərlə  müharibəsi  vaxtı  bu 

qalanının  dağıldıldığını  yazır

140

.  Həqiqətən  irəlidə  kitabın  bioqrafiyalar  qismində  də 



görcəyimizi  kimi  Əbhər  şəhərində  yetişmiş  alimlərin,  daha  dəqiq  desək  Əbhər 

əhalisinin  böyük  əksəriyyəti  maliki  məzhəbində  olmuşdular.  Halbuki  maliki  məzhəbi 

əsasən şimali Afrika və İspaniya müsəlmanları arasında yayılmışdı.  

IX-XI  əsr müəllifləinin əsərlərində  Əhərin adına rast gəlinməsə də XII əsrdən etibarən 

səyyah  və  coğrafiyaşünaslar  bu  kiçik  Azərbaycan  şəhir  haqqında  məlumat  verirlər. 

Yaqut əl-Həməvinin  qeydlərindən XIII  əsrin əvvəllərində Əhərin  kiçik olmaqla yanaşı 

abadlıq  və  bolluq  içində  bir  şəhər  olduğunu  öyrənirik.  O,  Əhərin  Təbrizlə  Ərdəbil 

arasında  olduğunu,  Vəravi  (indiki  Meşkin)  şəhərinə  isə  buradan  iki  günlük  yol 

olduğunu qeyd edir. Yaqut əl-Həməvi bu şəhərin İbn Bişikan adlı əmir tərəfindən idarə 

olunduğunu  yazır

141

.  Bu  şəxsin  adı  əslində  İbn  Piştəkindir.  ‚Piştəkin‛  adı,  həmçinin 



Əhər  və  ətraf  vilayətlər  haqqında  irəlidə,  Hacib  Fəxrəddin  Cəbrayıl  Əhəri  barəsində 

məlumat  verərkən  ətraflı  söz  açacağıq.  Həmidullah  Müstəvfi  Əhərin  soyuq  iqlimli,  su 

quyuları və kəhrizlərə malik kiçik şəhər olduğunu yazır. Müəllif şəhər əhalisinin şafi’i 

                                                 

136

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 47. 



137

 Hüdudü’l-Aləm, s. 108. 

138

 Şəmsəddin Əbu Abdullah Muhəmməd əl-Ənsari əd-DİMƏŞQİ, Nuxbətü’d-Dəhr fi Əcaibü’l-Bərr və’l-Bəhr, (Nşr. A. 



Mehren), s. 184, Leipzig 1923. 

[

 ٕاع٤تنلا قلات ٠ِت أّٓ أػٝ ٕاعٗو ٝ هٜتاٝ



]

 

139



 SƏM’ANİ, Katibü’l-Ənsab, C. I, s. 47. 

[

ءاتقلأاٝ ح٤كٞصُاٝ ٖ٤شكؽُٔاٝ ح٤ٌُأُا ءاٜولُا ٖٓ جه٤صً حػأظ اٜ٘ٓ ضهـ ،ٕاعٗو ٖٓ بهوُات جكِت ٢ٛٝ هٜتأ



]

 

140



 ANONİM, Əcaibü’d-Dünya, (Trc. L. Smirnova), s. 180, Moskva 1993. 

141


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 296. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə