Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə26/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   22   23   24   25   26   27   28   29   ...   187

Azərbaycana  köçürülmüşdü

204


.  Rus  işğalının  ilk  7  ilində  köçürmə  siyasəti  nəticəsində 

ermənilərin qərbi Azərbaycandakı sayı 57,226 nəfərə çatdırılmışdı

205

. Buna baxmayaraq 



qərbi  Arranda  müsəlman  türklər  hər  zaman  əhalinin  böyük  əksəriyyətini  təşkil 

etmişdilər. XIX əsrin birinci yarısında cəmi 11,463 əhalisi olan İrəvanın Şaqar, Təpəbaşı 

və  Dəmirbulaq  səmtlərində  7,331  müsəlman  türk,  2,369  yerli  erməni,  1,715  İrandan 

köçürülmüş  erməni,  45  Anadoludan  köçürülmşü  erməni,  3  nəfər  isə  qeyri  millətin 

nümayəndəsi  yaşayırdı

206


.  Sonrakı  dövrlərdə  şərqi  Arranın  dağlıq  hissəsi  dağlıq 

Qarabağ, düzənlik hissəsi isə aran Qarabağ adı ilə tanınmağa başlamışdı.  

Haqqında  IX-X  əsr  müəlliflərinin  məlumat  verdikləri  Səlmas  Azərbaycanın  qərbində, 

Anadolu  torpaqları  ilə  səmsərhəd  ərazidə  yerləşir.  Səlmas,  Xoy  ilə  birlikdə, 

Azərbaycanda  İslamın  ilk  qəbul  edildiyi  şəhərdir.  639-cu  ildə  Van  gölü  ətrafındakı 

Ərməniyyə torpaqlarının fəth edən İyaz ibn Ğənəm (ا) bir müddət sonra Xoy və Səlmas 

şəhərlərini  də  ələ  keçirmişdi.  əl-Vaqidi  (747-823)  yazır  ki,  az  bir  qismi  istisna  olmaqla 

Xoy və  Səlmas  əhalisi  İslamı  qəbul  etmiş  və  bu  dini  öyrənmək  üçün  müsəlmanlardan 

müəllimlər  istəmişdilər

207


.  IX-X  əsr  coğrafiyaşünas  və  səyyahları  Səlmas  haqqında, 

ətraflı olmasa da, məlumat verirlər. Görünür bu dövrdə Səlmas elə də böyük olmayan, 

ölkənin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynamayan şəhər idi. XIII əsr 

müəllifi  Yaqut  əl-Həməvi  isə  Səlmasın  moğol  işğalçıları  tərəfindən  demək  olar  ki, 

tamamilə  dağıldıldığını  bildirir

208


.  Həmidullah  Qəzvininin  verdiyi  məlumatlardan 

Elxanilərin  hakimilyəti  illərində  Səlmasın  dirçələrək  abadlaşdığını  öyrənirik.  Müəllif 

şəhərin dağılmış qala divarlarının Elxanilərin vəziri Tacəddin Əlişah Təbrizi tərəfindən 

bərpa  edildiyini  və  Səlmasın  qala  divarlarının  uzunluğunun  8000  addım  (6,43  km) 

olduğunu  yazır.  O,  Səlmas  əhalisinin  qatı  dindar  sünni  olduqlarını  yazır

209


.  Müəllif 

həmçinin  səlmaslılarla  qonşuluqda  yaşayan  kürdlər  arasında  uzun  zamandan  bəri 

davam edən düşmənçilik və müharibənin olduğunu qeyd edir. Düşmənçiliyin nəsldən 

                                                 

204

 Sergey QLİNKA, Opisaniye Pereseleniya Armyan Azerbaydjanskix v Predelı Rossii, s. 92, Moskva 1831. 



205

 İvan ŞOPEN, İstoriçeskiy Pamyatnik Sostoyaniya Armyanskoy Oblasti v Epoxu Yeyo Prisoyedineniya k Rossiyskoy İmperii

s. 539-540, St.Peterburq 1852. 

206


 ŞOPEN, həmin əsər, s. 543-546. 

207


 Əbu Abdullah Muhəmməd ibn Ömər əl-VAQİDİ, Fütuhü’ş-Şam, (Nşr. Ə. Əbdürrəhman), C. II, s. 169, Beyrut 1997. 

[

ِّْٜٗٞٔؼ٣ اًلااظن ٖ٤ٍُِٔٔا ٖٓ سؼؼتٝ  َ٤ِوُا لائ اِٜٛأ ٌِْأك ضنلأا يِذ ٢ِؼ٣ آٝ يأٌِ ٝ ٟٞـ ٠ُا ضا٤ػ سؼتٝ



]

. Bu haqda daha ətraflı məlumat 

üçün bax: NƏSİROV, Raşidi Xəlifələr..., s. 51-52. 

208


 Mu’cəmü’l-Büldan, C. V, s. 234. 

209


 QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 87.  


nəslə  ötürülməsi  səbəbiylə  bu  iki  icmanı  barışdırmaq  mümkün  olmamışdır

210


.  H. 

Qəzvini Səlması taxılı və meyvə-tərəvəzi bol olan yer kimi təsvir etmişdir

211

. Ə. Bakuvi 



də Səlmasın bol taxılı və balı olduğunu yazır

212


.  

Sərab  şəhərinin  adının  mənbələrdə  daha  çox  ‚Sərav‛  və  ya  ‚Sərəv‛  kimi  yazıldığının 

şahidi  oluruq.  Yaqut  əl-Həməvi  öz  əsərində  bu  şəhərin  Ərdəbil  mahalında  olduğunu 

qeyd edir. Müəllif Sərabın Təbrizlə Ərdəbil arasında yerləşdiyini, Ərdəbildən Səraba üç 

günlük  yol  olduğunu  bildirir

213

.  Səm’ani  də  öz  əsərində  ‚Sərəv‛  adlı  yaşayış 



məntəqəsinin  iki  ayrı  yerdə  mövcud  olduğunu  qeyd  edir.  Müəllif  bunlardan  birinin 

İranın Mazəndaran vilayətində, digəri isə Azərbaycanın Ərdəbil vilayətində olduğunu 

yazır və bu şəhərdə bir çox mühəddisin yetişdiyini bildirir

214


. 1221-ci ilin yay aylarında 

moğolların hücumuna uğrayan Sərab ağır dağıntı və insan tələfatına məruz qalmışdı

215



Elxanilərin hakimiyyəti dövründə isə Sərab orta böyüklükdə şəhər idi. Sərab ətrafında 



100-ə yaxın kənd var idi. Bu torpaqlarda yüksək keyfiyyətli taxıl yetişirdi

216


.  

Kiçik  bir  qəsəbə  olan  Sücas  haqqında  mənbələrdə  çox  az  məlumat  var.  Yaqut  əl-

Həməvi bu qəsəbənin Azərbaycanın şəhərlərindən biri olduğunu və Həmədanla Əbhər 

arasında  yerləşdiyini  yazır

217

.  Bu  kiçik  şəhərdən  bir  çox  məşhur  alim  və  ədib,  o 



cümlədən tanınmış sufi şeyxi Rüknəddin Sücasi (öl. 1211) çıxmışdı. 

Sücas kimi Sührəvərd də mənbələrdə adına az rast gəlinən, lakin yetişdirdiyi mümtaz 

şəxsiyyətlərlə  məşhur  olmuş  kiçik  bir  şəhər  idi.  Sührəvərd  Zəncan  ətrafında  yerləşən 

qəsəbələrdən  biri  idi.  əl-İstəxri  Sührəvərdin  Azərbaycanın  sərhədyanı  qəsəbələrindən 

biri  və  Zəncandan  3  fərsəx  (17  km)  aralı  olduğunu  yazır

218


.  Həmçinin  Zəkəriyya 

Qəzvini,  İbnü’l-Əsir  və  Yaqut  əl-Həməvi  də  Sührəvərdin  Zəncan  yaxınlığında 

yerləşdiyini qeyd edirlər

219


.  

                                                 

210

 Yenə orada. 



211

 Yenə orada. 

212

 BAKUVİ, Təlxisü’l-Asar, s. 96. 



213

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. IV, s. 66-67. 

214

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 381. 



215

 İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XII, s. 338. 

216

 QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 87-88. 



217

 Mu’cəmü’l-Büldan, C. IV, s. 49. 

218

 Məsalikü’l-Məmalik, s. 77, 79. 



219

Zəkəriyya  Muhəmməd  əl-QƏZVİNİ,  Asarü’l-Bilad  və  Əxbarü’l-İbad,  (Nşr.  S.M.Şahmuradi),  s.  380,  Tehran  1373.; 

İBNü’l-ƏSİR, Lübab, C. II, s. 157; YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. IV, s. 167. 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə