Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə34/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   30   31   32   33   34   35   36   37   ...   187

Məqdisi

308


,  Məs’udi

309


,  İdrisi

310


,  İbn  Xordadbeh

311


  kimi  müəlliflər  Varsanın  Araz  çayı 

sahilində  olduğunu  qeyd  etmişdirlər.  Bəlazuri  Varsan  şəhərinin  Azərbaycan  valisi 

Mərvan  ibn  Muhəmməd  tərəfindən  inşa  etdirilib,  ətrafında  möhkəm  qala  divarları 

tikdirdiyini  və  ətrafındakı  torpaqları  dirçəltdiyin  qeyd  edir.  O,  həmçinin  Varsanda 

körpü  olduğunu  da  qeyd  etmişdir

312


.  Görünür  Varsan  şəhərinin  qala  divarları  və 

istehkamları kifayət qədər möhkəm imiş. Çünki 731-ci ildə Varsan qalasını mühasirəyə 

alan  xəzərilər  şəhəri  uzun  müddət  mühasirədə  saxlasalar  da  onu  ələ  keçirə 

bilməmişdilər.  Əməvilərin  Azərbaycan  valisi  Səid  ibn  Əmr  əl-Hərəşinin  şəhər 

müdafiçilərinin  köməyinə  gəlməsi  xəzərilərin  oradan  uzaqlaşmalarına  səbəb 

olmuşdu


313

.  Yaqut  əl-Həməvi  Varsandan  Araz  çayı  vadisinə  2  fərsəx  (11,37  km), 

Varsanla  Beyləqan  arasında  isə  7  fərsəx  (39,79  km)  məsafə  olduğunu  qeyd  edir

314


.  İbn 

Hövqəl  Beyləqandan  Varsana  7,  Varsandan  Bəlhəbə  7,  Bəlhəbdən  Bərzəndə  7, 

Bərzənddən  Ərdəbilə  15  fərsəx  (85,27  km)  məsafə  olduğunu  yazır

315


.  İstəxri  də  eyni 

məlumatı  verir

316

.  İbn  Xordadbeh  Bərdə  ilə  Varsan  arasında  8  mənzil  (181,92  km) 



məsafə  olduğunu  qeyd  edir

317


.  V.  Minorskiy  belə  hesab  etmişdir  ki,  Altan  adlı 

xarabalıqlar  Varsan  şəhərinə  aiddir

318

.  N.  Vəlixanlı  da  bu  fikirlə  razıdır  ki,  Daşburun 



dəmir  yolu  stansiyası  yaxınlığındakı  Altan  xarabalıqları  qədim  Varsan  şəhərinə 

aiddir


319

.  İndiki  Saatlı  rayonunun  Varxan  kəndinin  adı  və  coğrafi  mövqeyi,  yəni  Araz 

çayı  kənarında  yerləşməsi  qədim  Varsan  şəhərinin  bir  zamanlar  məhz  burada 

yerləşdiyi  düşünməyə  əsas  verir.  Varxan  kəndi  ilə  Bərzənd  arasındakı  80-90  km-lik 

məsafədə  də  mənbələrin  verdiyi  məlumata  təqribən  uyğun  gəlir.  Varxandan  bir  neçə 

km  aralı,  Araz  çayının  sol  sahilində  İmişli  rayonunun  Bəcirəvan  kəndinin  olması  da 

mənbələrdəki  Bacərvan  şəhərini  xatırladır.  Mənbələrin  verdiyi  məmulatına  görə 

                                                 

308

 Əhsənü’t-Təqasim, s. 185;  



309

 Əbü’l-Həsən Əli əl-MƏS’UDİ, Tənbih və’l-İşraf, s. 20, Beyrut 1981 

310

 Nüzhətü’l-Müştaq, s. 35. 



311

 Məsalikü’l-Məmalik, s. 54. 

312

 BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 294.



جهط٘ه ٕاشنٝ دٗاً

...

حؼ٤ظ ُٚ خناصك اٜ٘صؼٝ اٜظنأ ا٤ؼأٝ محمد ٖت ٕاٝهٓ اٛا٘ثك 



 ]

 

313



 Əhməd İBNü’l-Ə’SƏM əl-Kufi, Fəthlər Kitabı, (Trc. Z. Bünyadov), s. 27, Bakı 1995. 

314


 Mu'cəmü'l-Büldan, C. V, s. 556-557. 

315


 Surətü’l-Ərz, s. 299. 

316


 İSTƏXRİ, Məsalikü’l-Məmalik, s. 76. 

317


 İBN XORDADBEH, Məsalikü’l-Məmalik, s. 39. 

[

يٌٌ ٢ٗأش حَػلهت ٠ُئ ٕاشنٝ ٖٓ



]

 

318



 İstoriya Şirvana i Derbenta X-XI vekov, s. 109. 

319


 VƏLİXANLI, həmin əsər, s. 103. 


Varsanla  Bacərvan  bir-birinə  yaxın  şəhərlər  olmuşdular

320


.  Digər  tərəfdən  qədim 

Beyləqanın  xarabalıqlarının  yerləşdiyi  Örənqaladan  Daşburuna  38-39  km,    Varxan 

kəndinə  isə  68  km  məsafə  olması  V.  Minorskinin  ehtimalını  gücləndirir.  Daşburunla 

Bərzənd kəndi arasındakı məsafə də 70 km-dən bir qədər çoxdur. Bu da V. Minorskinin 

öz  təxminində  yanılmadığını  göstərir.  Bununla  belə  qədim  Varsanın  yerinin  dəqiq 

müəyyənləşdirilməsi üçün arxeoloji tədqiqatların aparılması zəruridir.  

İlk  İslam  fütahtı  dövründə  adına  mənbələrdə  rast  gəlinməyən  Xalxal  haqqında  Yaqut 

əl-Həməvi  öz  əsərində  məlumat  vermişdir.  Müəllif  Qəzvindən  7,  Ərdəbildən  isə  2 

günlük  uzaqlıqda  olan  bu  şəhəri  Gilan  vilayəti  ilə  həmsərhəd,  dağlar  qoynunda  səfalı 

və  gözəl  təbii  şəraitə  malik  bir  yer  kimi  təsvir  etmişdi.  Yaqut  əl-Həməvi  Xalxal 

ətrafındakı dağlarda bir sıra alınmaz qalaların olduğunu bildirmişdir

321


. Ondan bir əsr 

sonra, XIV əsrin əvvəllərində Xalxal haqqında məlumat verən Həmidullah Qəzvini isə 

Xalxalın bir vaxtlar kifayət qədər böyük şəhər olduğunu, indi isə yüzə yaxın məzra ilə 

əhatə  olunmuş  kəndi  xatırlatdığını  qeyd  edir

322

.  Güman  ki,  Azərbaycanın  digər 



şəhərləri,  o  cümlədən  Avrasiyanın  böyük  bir  qismindəki  yaşayış  məskənləri  kimi, 

Xalxal da moğol vəhşətindən öz payına düşəni almışı. 

Azərbaycanın  qərbində,  Anadolu  torpaqları  ilə  səmsərhəd  ərazidə  yerləşən  Xoy 

şəhərinin  adına  ilk  dövr  müsəlman  tarixçilərin  əsərlərində  rast  gəlinir.  Yuxarıda  qeyd 

etdiyimiz  kimi,  Xoy  Səlmas  ilə  birlikdə,  Azərbaycanda  əhalisi  İslamı  ilk  qəbul  edən 

şəhərdir. 639-cu ildə İyaz ibn Ğənəm (ا) Xoy və Səlmas ətrafındakı ərazilərə hərbi yürüş 

təşkil etmişdi. əl-Vaqidi (747-823) bu səfər vaxtı Xoy və Səlmas əhalisinin əksəriyyətinin 

İslamı  qəbul  etdiklərini  qeyd  etmişdir

323

.  Yaqut  əl-Həməvi  (XIII  əsr)  Xoyun  möhkəm   



qala divarları ilə müdafiə olunan, torqağı məhsuldar, bol meyvəli və yaşıllıq  içində bir 

şəhər olduğunu, ‚əl-xüvəyyiə‛ adlı ilə məşhur olan paltarın bu şəhərdə tikildiyini qeyd 

etmişdir

324


.  Əbdürrəşid  Bakuvi  də  Xoyu  bol  sulu,  nemətləri  çox  olan  şəhər  kimi  təsvir 

etmişdi


325

.  Həmidullah  Qəzvini  Xoy  şəhərini  təsvir  edərkən  şəhərin  ətrafının  6500 

                                                 

320


 Bax: İBNü’l-Ə’SƏM, Fəthlər Kitabı, s. 20, QƏZVİNİ, Nuzhətü’l-Qülub, s. 91. 

321


 Mu’cəmü’l-Büldan, C. III, s. 145. 

322


 QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 84. 

323


 VAQİDİ, Fütuhü’ş-Şam, C. II, s. 169. 

324


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. III, s. 182. 

[

ح٣ٞفُا با٤صُا ٢٤ُئ ةٍ٘٣



]

 

325



 Təlxisü'l-Asar, s. 121. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə