Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə36/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   32   33   34   35   36   37   38   39   ...   187

və əxlaqa dair əsər olsa da bu əsərdə Azərbaycan, Arran və Anadoluda yaşayan oğuzlar 

haqqında  dəyərli  tarixi  məlumatlar  var

339

.  ‚Ənisü’l-Qülub‛  Anadoludakı  farsdilli 



ədəbiyyatın  qiymətli  nümunələrindən  biridir.  Bu  əsər  Firdovsinin  ‚Şahnamə‛si 

tərzində  qələmə  alınmışdır  və  bir  növ  xəlifələrin  tərənnüm  edildiyi  şahnamədir

340



‚Ənisü’l-Qülub‛un  məlum  olan  yeganə  nüsxəsi  İstanbulda  Ayasofiya  kitabxanasında 



saxlanılır. Burhanəddin Anəvinin ölüm tarixi 1214-cü ildən sonraya təsadüf edir.  

 

Əbu Abdullah Nafi’ ibn Əli ibn Yəhya əs-Səravi əl-Azərbaycani 

Şafi’i  məzhəbinə  mənsub  mühəddis  və  fəqih  idi.  Əbu  Əyyaş  Cə’fər  ibn  Muhəmməd 

Ərdəbilidən hədis dinləmişdi. Əli ibn Muhəmməd ibn Məhruyə Qəzvini, Əbü’l-Həsən 

Əli  ibn  İbrahim  əl-Qəttan  Qəzvininin  tələbəsi  olmuş,  onların  yanında  fiqh  elmini 

öyrənmişdi.  Əbü’l-Həsən  Əhməd  ibn  Muhəmməd  əl-Ətiqi  ondan  hədis  dinləmiş  və 

nəql  etmişdi

341


.  Əbu  Abdullah  Nafi’  əl-Azərbaycani  h.  382-ci  ildə  (992)  həcc 

ziyarətindən qaydarkən Bağdada gəlmiş və burada hədis dərsləri vermişdi

342

. əs-Səravi 



(١ٝهٍُا)  nisbəsinin  haradan,  hansı  yaşayış  məntəqəsindən  gəldiyinə  dair  yuxarıda 

məlumat  vermişdik,  bu  nisbə  cənubi  Azərbaycanın  Sərab  şəhərinə  aiddir.  Səm’ani 

alimin h. 400-cü ildən (1010) əvvəl vəfat etdiyini yazır

343


 

Muhəmməd ibn Muhəmməd ibn Hüseyn ibn Əbduk əl-Azərbaycani 

Mühəddis  idi.  Hədis  dinləmək  üçün  səyahətə  çıxmış,  Hicaz,  İraq,  Misir  və  Şam 

diyarının  mühəddislərindən  hədis  dinləmişdi.  İbnü’l-Müqəyyir,  İbn  Rəvahə,  İbn 

Qumeyrə,  İbn  Rəvvac  və  Səxavi  onun  hədis  dinlədiyi  mühəddislərdən  idilər.  Qüds 

şəhərində  yaşamış  və  burada  hədis  dərsləri  vermişdi.  İbn  Xubbaz  və  İbn  Əttar  kimi 

                                                 

339


 KÖPRÜLÜ, həmin məqalə

340


  Mikayıl  BAYRAM,  ‚Selçuklular  Zamanında  Anadolu’da  Bazı  Yöreler  Arasındaki  Farklı  Kültürel  Yapılanma  ve 

Siyasi Boyutları‛, SÜTAD, S. 1, Konya 1994, ss. 79-92; Ali ÖNGÜL, ‚Selçuklularda Eğitim Faaliyetleri ve Yetişen İlim 

Adamlarına Genel Bir Bakış‛, CBÜSBED, C. I, S. 2, Manisa 2003, ss. 67-78.  

341


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. IV, s. 66-67; Əbu Nəsr Əli ibn Hibətullah İBN MAKULA, İkmal, C. II, s. 

119,  Qahirə  1976;  Əbü’l-Fəzl  İBNü’l-QEYSƏRANİ,  Ənsabü’l-Müttəfiqə,  s.  22,  Bağdad  1970.  İbnül-Qeysərani  alimin 

adını digər müəlliflərdən bir qədər fərqli, ‚Əbu Abdullah Nafi’ ibn Əli ibn Bəhr ibn Əmr ibn Hazim‛  olaraq qeyd 

etmişdir. 

342

 Xətib Əhməd ibn Əli əl-BAĞDADİ, Tarixu-Mədinətü’s-Səlam Bağdad, C. XIII, s. 322, Qahirə 1931. 



343

 Yenə orada




hədis alimləri onun tələbəsi olmuşdular. Alim h. 682-ci ilin rəcəb ayında (oktyabr 1283) 

vəfat etmişdi

344



 



Əbu Yə’la Muhəmməd ibn Muhəmməd ibn Saleh ibnü’l-Haruyə əl-Azərbaycani 

Mühəddis,  siqa  hədis  ravisi  idi.  Azərbaycanda  dünyaya  gəlmiş,  lakin  gənclik  illəri 

Bağdadda  keçmiş  və  bu  şəhərdə  təhsil  almışdı.  Əbu  Cə’fər  ibnü’l-Məsləmə,  Malik  əl-

Banyasi  kimi  mühəddislərdən  hədis  dinləmiş  və  nəql  etmişdi.  Hafiz  Muhəmməd  ibn 

Əbdülvahid  əd-Dəqqaq,  Əbu  Qalib  Daməğani,  şair  Əbu  Bəkr  əl-Ərcani  ondan  hədis 

dinləmiş və nəql etmişdilər. Əbu Yə’la Muhəmməd əl-Azərbaycani həmçinin tanınmış 

ədib və tənqidçi idi. O, nəzm və nəsr tərzində çox gözəl ədəbi əsərlər qələmə almışdı. 

Bunlardan  ‚Nətayicü’l-Fitnə  fi  Nəzmi-Kəlilə  və  Dimnə‛,  ‚əs-Sadih‛  adlı  əsərlərinin 

adlarını çəkmək olar. Əbu Yə’la Muhəmməd əl-Azərbaycani İraqi-ərəb və İraqi-əcəmin 

bir  sıra  şəhərlərinə  səyahət  etmişdi.  Ömrünün  sonlarına  doğru  Kirmana  getmiş  və 

burada h. 509-cu ilin səfər ayında (iyul 1115), 95 yaşında ikən, vəfat etmişdi

345


.  

 

Əbu Bəkr Muhəmməd ibn Musa ibn Saleh əl-Mərəndi əl-Azərbaycani  

Hədis ravisi idi. Səmərqənddə yaşamış, burada hədis nəql etmişdi. Əli ibn Muhəmməd 

ibn  Hatim  ibn  Dinar  əl-Qəumsidən  hədis  dinləmişdi.  Həsən  ibn  Muhəmməd  ibn  Səhl 

əl-Farsi  də  ondan  hədis  dinləmişdi.  Ölüm  tarixi  h.  325-ci  ildən  (937)  sonraya  təsadüf 

edir


346

.  


 

Əbü’l-Fəth Saleh ibn Əhməd əl-Azəri 

Mühəddis  idi.  Əbu  Bəkr  Əhməd  ibn  Həccaf  əl-Azəri  Naxçıvanidən  hədis  dinləmiş  və 

hədis dərsləri vermişdi

347


. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.  

 

Əbu Abdullah Muhəmməd ibn Musa əl-Azəri 

                                                 

344


  Səlahəddin  Xəlil  ibn  Aybək  SƏFƏDİ,  Vafi  bi'l-Vəfayat,  (Nşr.  Z.  Mustafa-Arnavut  Ə),  C.  I,  s.  183,  Beyrut  2000; 

Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ZƏHƏBİ, Mu’cəmü’l-Muxtəs bi’l-Mühəddisin, s. 80, Taif 1988. 

345

 Əhməd ibn Əli İBN HƏCƏR əl-ƏsqəlaniLisanü’l-Mizan, C. V, s. 283-284, Beyrut 1986. 



346

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV s. 253-254. 

347

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 437. 




Mühəddis  idi.  Əbu  Bəkr  Əhməd  ibn  Həccaf  əl-Azəri  Naxçıvanidən  hədis  dinləmiş  və 

hədis dərsləri vermişdi

 348

. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır. 



 

Əbu Muhəmməd Həsən əl-Azəri 

XI  əsrdə  yaşamış  azərbaycanlı  tarixçi  alim  idi.  Əbu  Muhəmməd  Həsən  əl-Azəri 

‚Müxtəsər  ələ  Təbəqatü’l-Müluk‛  və  ‚Əxbaru  Müluki-Əcəm  və  Xüləfa‛  adlı  farsca 

tarixə  dair  əsərlərin  müəllifi  idi.  ‚Əxbaru  Müluki-Əcəm  və  Xüləfa‛  qədim  İran 

şahlarının tarixi ilə başlayıb Abbasi xəlifəsi Qaim bi-Əmrillahın (1031-1075) hakimiyyəti 

ilə sona çatmışdır

349

. Alimin ölüm tarixi məlum deyil.  



 

Əbdülxaliq ibn Əbü’l-Məali ibn Muhəmməd əl-Arrani 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Şam  diyarında  şeyxü’ş-şüyux  Sədrəddin  Əbü’l-

Həsən  ibn  Həmmuyənin,  sonra  isə  Mosulda  əllamə  İmadəddin  Əbu  Hamid 

Muhəmməd  ibn  Yunis  Məvsilinin  tələbəsi  olmuş,  onlardan  şafi’i  fiqhini  öyrənmişdi. 

Təhsilini  başa  vurduqdan  sonra  Əxlat  şəhərinə  getmişdi.  Buradakı  mədrəsələrdə 

müdərris və müfti olmuşdu. Əxlatşah hökmdarları ona hörmət və ehtiram bəsləyirdilər. 

Alim  xarəzmlilərin  Əxlat  və  ətraf  vilayətləri  xarabazara  çevirmələrindən

350


  sonra  bu 

diyarı  tərk  edərək  Dəməşqə  getmiş  və  h.  15  şəvval  633-cü  ildə  (21  iyun  1236)  burada 

vəfat etmişdi

351


 

                                                 



348

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 437. 

349

 Səid NƏFİSİ, Tarixi-Nəzm və Nəsr dər İran və dər Zebane-Farisi, C. II, s. 719, Tehran 1344. 



 

350


  Əxlatşahlar  və  ya  Sökəmənlər  dövləti  1100-1207-ci  illərdə  Anadolunun  şərqində,  Van  gölü  ətrafında  mövcud 

olmuş  türk dövləti idi. Bu dövlətin ərazisinə qismən Azərbaycanın qərb torpaqları da daxil olmuşdu. 1197-ci ildən 

etibarən  bu  dövləti  Sökmən  ailəsinə  mənsub  məmlük  əmirlər  idarə  etmişdilər.  1207-ci  ildə  əmir  Balabanın 

ölümündən  sonra  Əxlat  Əyyubilərin  əlinə  keçmişdi.  Lakin  Xarəzmşah  Cəlaləddin  Məngübərtinin  bu  coğrafiyaya 

gəlişindən  sonra  Əxlat  Əyyubilərlə  Xarəzmşah  arasındakı  hərbi  toqquşmanın  mərkəzində  qalmışı.  1226-cı  ilin 

dekabrında  Əxlat  Xarəzmşahın  əlinə  keçmişdi.  1231-ci  ildə  Əyyubi  və  Anadolu  Səlcuqlularının  müttəfiq  orduları 

Xarəzmşah  Cəlaləddini  Yassıçəmən  döyüşündə  ağır  məğlubiyyətə  uğratmışdılar.  Xarəzmşah  Cəlaləddin  Əxlatın 

Əyyubilərin  əlinə  keçəcəyini  bildiyi  üçün  şəhəri  oda  verib  xaraba  qoymuşdu.  Ehtimal  ki,  Əbdülxaliq  Arraninin 

Əxlatı  tərk  etməsi  də  bu  şəhər  üçün  fəlakətli  olan  1220-ci  illərə  təsadüf  etmişdi.  Bax:  Muhəmməd  ibn  Əhməd 

NƏSƏVİ,  Siyrətü’s-Sultan  Cəlaləddin  Məngübərti,  (Nşr.  Ə.  Həmdi),  s.  299-326,  Qahirə  1952;  İBNü’l-ƏSİR,  Kamil  fi’t-



Tarix, C. XII, s. 417, 427. 

351


  ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə,  C.  I,  s.  74;  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan,  C.  I,  s.  87.  Yaqut  əl-Həməvinin 

1229-cu  ildə  Şam  diyarının  digər  bir  şəhəri  Hələbdə  vəfat  etdiyini  nəzərə  alaraq  onun  Əbdülxaliq  əl-Arrani  ilə 

görüşdüyünü ehtimal etmək olar.  



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə