Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə25/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   21   22   23   24   25   26   27   28   ...   187

Naxçıvan  sözünü  ‚Nəqşi-cahan‛,  yəni  aləmin  naxışı  kimi  izah  edir  və  bu  yerin 

əhalisinin  şafi’i  məzhəbində  olduqlarını  qeyd  edir

196

.  H.  Qəzvini  Naxçıvandakı 



binaların  böyük  əksəriyyətinin  bişmiş  kərpicdən  inşa  ediliyini,  Naxçıvan  yaxınlığında 

Əlincə,  Təğmar,  Fəğan  və  Sürmari  kimi  möhkəm  qalaların  yerləşdiyini  qeyd  edir. 

Qəzvini  həmçinin  Azad  qəsəbəsi  sakinlərinin  kobud  və  qəddar  təbiətli  olduqlarını 

yazır


197

.  XIII  əsrdə  yaşamış  tanınmış  sufi  şeyxi  Əvhədəddin  Kirmani  də  Naxçıvanda 

səfərdə ikən, şeyx olduğu bilinmədiyi üçün, bir neçə dəfə möhkəmcə döyülmüşdü. Onu 

döyənlər  şeyx  olduğunu  biləndən  sonra  dərin  peşmançılıq  hiss  etmiş  və  onun  müridi 

olmuşdular

198


.  Əcaibü’d-Dünya  müəllifi  isə  XIII  əsrdə  Naxçıvan  haqqında  yazır:  ‚Bu 

Azərbaycandakı böyük və rifah içindəki şəhərlərdən biridir. Hündürlükdə mövqe tutub 

və güclü istehkamlarla əhatə olunub. Naxçıvanda çoxlu saraylar, imarətlər və eyvanlar 

var.  Şəhərin  yaxınlığındakı  qalada  mədrəsə,  məscid  və  minarə  var.  Qalanın  içində 

həmçinin  bulaq  var.  Buradakı  bütün  binalar  bişmiş  kərpic  və  kəcdən  inşa  edilmişdir. 

İmarətlərin  çoxu  üç  və  dörd  mərtəbəlidir  və  qəsri  xatırladırlar.  Sünni  və  şafi’i 

məzhəbində  olan  Naxçıvan  əhalisi  yaraşıqlı  və  xoşxasiyyətli  insanlardır.  Onlar  cəsur, 

İslam  uğrunda  vuruşan,  sərrast  ox  atan,  qonaqpərvər  və  nitq  söyləməkdə 

mahirdirlər‛

199


Orta  əsr  ərəbdilli  müəlliflərin  əsərlərində  rast  gəlinməsə  də  XIV  əsr  müəllifi 

Həmidullah  Qəzvini  öz  əsərində  Qarabağ  və  onunla  Azərbaycanın  digər  yaşayış 

məntəqələri  arasındakı  məsafələr  haqqında  məlumat  verir

200

.  Bu  da  onu  göstərir  ki, 



artıq XIII-XIV əsrlərdə Qarabağ adı coğrafi məkan kimi tarix və coğrafiya kitablarında 

qeyd  olunmağa  başlamışdı.  V.  Bartold  moğol  işğalından  sonrakı  dövrdən  etibarən 

Arranın  cənub  hissəsinin  türkcə  Qarabağ  adı  ilə  tanınmağa  başladığını  yazır

201


.  Çar 

Rusiyasının  işğalından  sonrakı  dövrlərdə  Qarabağın  tarixiylə  bağlı  əsərlər  yazan 

azrbaycanlı  müəlliflər  coğrafi  məkan  kimi  Qarabağın  hüdudları  haqqında  məlumat 

vermişdirlər.  Mirzə  Camal  Cavanşir  yazır:  ‚Qədim  tarix  kitablarının  yazdığına  görə 

                                                 

196


 QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 90-91. 

197


 Yenə orada

198


 Muhəmməd SİVASİ, Mənaqibi-şeyx Əvhədəddini-Kirmani, s. 132, Tehran 1369 

199


 Əcaibü’d-Dünya, s. 244. 

200


 Nüzhətü’l-Qülub, s. 173-174. 

201


 Soçineniya, C. III, s. 335. 


Qarabağ  vilayətinin  sərhəddi  belədir:  cənub  tərəfdən  Xudafərin  körpüsündən  Sınıq 

körpüyə  qədər-(sərhəd)  Araz  çayıdır.  İnki  Sınıq  körpü  Qazax, Şəmsəddin  və  Dəmirçi-

Həsənli  camaatı  arasındadır  və  Rusiya  dövləti  məmurları  onu  rus  istilahilə  Krasnıy 

most,  yəni  Qızıl  körpü  (Qırmızı  körpü-E.N)  adlandırırlar.  Şərq  tərəfdən  (sərhəd)  Kür 

çayıdır  ki,  Cavad  kəndindən  Araz  çayına  qovuşaraq  gedib  Xəzər  dənizinə  tökülür. 

Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə-E.N) sərhəddi Kür çayına qədər-Goran 

çayıdır və Kür çayı çox yerdən keçib Araz çayına çatır. Qərb tərəfdən Kuşbək, Salvartı 

və  Ərikli  adlanan  uca  Qarabağ  dağlarıdır‛

202

.  Mir  Mehdi  Xəzani,  Rzaqulu  bəy  Mirzə 



Camal oğlu kimi müəlliflər də Qarabağın hüdudlarını yuxarıda göstərildiyi kimi qeyd 

etmişdirlər

203

.  Göründüyü  kimi  Qarabağın  şərq  və  cənub  sərhədləri  qədim  Arranın 



sərhədləri  ilə  demək  olar  ki,  eynidir.  Yəni  Kür  və  Araz  çayları  həm  orta  əsrlərdə 

Arranın, həm də yaxın çağda Qarabağın təbii hüdudu olmuşdular. Lakin şimal və qərb 

sərhədlərində bir qədər dəyişiklik var. Bəylərbəyi Ziyadoğlunun 1736-cı ildə Nadirqulu 

xanın  Muğanda  şah  elan  edilməsinə  qarşı  çıxması  səbəbilə  Nadir  şah  (1736-1747) 

Borçalı  mahalını  Gəncə  bəylərbəyliyindən  alıb  gürcü  Kartli-Kaxeti  çarlığına  peşkəş 

etmişdi. Bundan sonra da Arranın Xrami çayından şimalda qalan torpaqları Gürcüstan 

ərazisi  kimi  tanınmağa  başlamışdı.  Bir  vaxtlar  Araz  çayının  mənbəyinə  qədər  uzanan 

Arranın  qərb  sərhədləri  isə  təqribən  indiki  Azərbaycan-Ermənistan  sərhəddini  təşkil 

edən dağ silsilələrinə qədər geriləmişdi. Buradan belə nəticə çıxara bilərik ki, Arranda 

müsəlman  əhalinin  sıx  yaşadığı  hissə  Qarabağ  adı  ilə  tanınmağa  başamışdı.  Xristian 

əhalinin daha sıx yaşadığı qərbi Arran torpaqları isə Qarabağa aid edilməmişdir. Keçən 

əsrlər ərzində qriqoryanlaşdırma və erməniləşdirmə prosesi sayəsində Arranın xristian 

əhalisi  erməniləşməyə  məruz  qalmışdı.  XIX  əsrin  ilk  rübündə  cənubi  Qafqazı  işğalı 

etdikdən  sonra  Rusiya  İran  və  Osmanlı  dövlətləri  ərazisindəki  erməniləri  kütləvi 

şəkildə  Azərbaycanın  şimal-qərb  bölgələrinə,  İrəvan,  Naxçıvan  və  Qarabağa 

köçürmüşdü.  Məqsəd  İran  və  Osmanlı  sərhədlərində  Rusiya  imperyasının  etimad 

göstərdiyi  xristian  əhalinin  sayca  çoxluğunu  təmin  etmək  idi.  Türkmənçay 

müqaviləsinin (10 fevral 1928) bağlandığı il sadəcə may ayında 8000 erməni ailəsi qərbi 

                                                 

202


 MÜŞTƏRƏK, Qarabağnamələr, C. I, s. 107-108, Bakı 1989.  

203


 MÜŞTƏRƏK, Qarabağnamələr, C. II, s. 98-99, 205-206, Bakı 1991. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə