Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə48/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   44   45   46   47   48   49   50   51   ...   187

Alimin  ölüm  tarixi  qeyd  olunmamışdır.  Qazi  Üməyyədəddin  Məs’ud  Beyləqani 

təqribən XII-XIII əsrlərdə yaşamışdır.  

 

Əbu Cə’fər Muhəmməd ibn Həsən Beyləqani 

Mühəddis  idi.  Azərbaycan  Atabəyləri  dövründə  müksir

464

  mühəddislərdən  biri  kimi 



tanınmışdı.  O,  Qəzvində  Əbü’l-Həsən  Əli  ibn  Muhəmməd  ibn  Quttan  əl-Farsinin  (öl. 

1231) tələbəsi olmuş, ondan hədis dinləmiş və hədis elmlərini öyrənmişdi

465

. Əbu Cə’fər 



Beyləqaninin ölüm tarixi qeyd olunmamışdır. Alim XII-XIII əsrlərdə yaşamışdır.  

 

Əbü’l-Məali Əbdülməlik ibn Əhməd ibn Əbdülməlik ibn Əbdikan Beyləqani 

Mühəddis idi. Hədis dinləmək məqsədiylə Xorasan və İraqa səyahət etmişdi. Bağdadda 

Əbu Cə’fər Muhəmməd ibn Əhməd ibnü’l-Məsləmə, Əbu Bəkr Muhəmməd ibn Əhməd 

əl-Qazidən,  Nişapurda  Əbu  Bəkr  Muhəmməd  ibn  Yəhya  əl-Müzəkkidən  hədis  elminə 

dair  bilikləri  öyrənmiş,  hədis  dinləmişdi.  Əbü’l-Məali  Əbdülməlik  Beyləqani  bəlağətli 

nitq söyləyir və gözəl xəttələ yazı yazırdı. O, mömin insan idi, çox oruc tutur, çox ibadət 

edirdi. Alim doğma şəhəri Beyləqanda yaşamış və h. 496-cı ildə (1103) Beyləqanda vəfat 

etmişdi

466


.   

 

Şeyx Əbü’l-Fəzl Hibətullah ibn Əbü’l-Qasım ibn Hibətullah ibn Yaqub Beyləqani 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  fütuvvət  şeyxi  idi.  H.  521-ci  ilin  məhərrəm  ayında 

(yanvar 1127) anadan olmuşdu. Həcc ziyarətindən sonra Bağdada gəlmiş və bu şəhərdə 

qalmışdı. Gözəl əxlaq sahibi, xoşrəftar insan idi. Şeyx Əbu’n-Nəcib Sührəvərdinin dostu 

idi  və  fütuvvət  təşkilatına  onun  vasitəsi  ilə  daxil  olmuşdu.  Bağdad  mühəddislərindən 

hədis dinləmişdi. Bir neçə dəfə Bağdadı tərk etmiş, sonra yenidən bu şəhərə qayıtmışdı. 

Fütuvvət təşkilatına mənsub şeyxlər Abbasi xəlifələri tərəfindən müəyyən bir tapşırıqla 

İslam  coğrafiyasının  müxtəlif  yerlərinə  göndərilirdilər.  Ehtimal  ki,  fütuvvət  əhlinə 

                                                 

464

 Müksir-çox hədis nəql edən mühəddis və ya ravi. Həmçinin nəql etdiyi hədislərin sayı 1000-dən çox olan səhabə 



də müksir hesab olunur. Daha ətraflı məlumat üçün bax: AYDINLI, Hadis Istılahları Sözlüğü, s. 110. 

465


 RAFİ’İ, Tədvin, C. I, s. 259. 

466


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. II, s. 137-138; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 292-293; SEYRƏFİNİ, 

Müntəxəb, s. 392. 


mənsub digər şeyxlər kimi, Əbü’l-Fəzl Hibətullah Beyləqani də müəyyən bir missiyanı 

icra etmək üçün Bağdadı tərk etmişdi. H. 548-ci ildə (1153) Bağdaddan getmiş, h. 564-cü 

ildə (1169) yenidən bu şəhərə qayıtmışdı. Təyin olunduğu qazilik vəzifəsini icra etmək 

üçün yenidən Bağdadı tərk etmiş və h. 599-cu ildə (1203) 3-cü dəfə Bağdada gəlmişdi. 

Ölüm tarixi h. 604-cü ildən (1208) sonraya təsadüf edir

467


  

Həkim ibn İbrahim ibn Həkim əl-Ləkzi əl-Xınalıqi Dərbəndi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Əslən  indiki  Quba  rayonunun  Xınalıq  kəndindən 

olan  alim  fəziləti,  abidliyi,  salehliyi  və  nəcibliyi  ilə  tanınmışdı.  Bağdad  Nizamiyyə 

mədrəsəsində təhsil almış, Əbu Hamid Qəzzalinin

468


 tələbəsi olmuşdu. İmam Müvəffəq 

ibn Əbdülkərim əl-Hərəvidən də dərs almışdı. Bir çox mühəddisdən hədis dinləmişdi. 

Dinlədiyi hədisləri qeyd edirdi. Ömrünün son iki ilini Buxarada yaşamış və h. 538-ci il 

şəvval ayının 12-si (17 aprel 1144) vəfat etmişdi

469

.   


 

Hilal ibn Harun ibn Muhəmməd ibn Şərih Dərbəndi 

Mühəddis  idi  və  yaşadığ  dövrün  tanınmış  mühəddislərindən  olan  Əbu  Bəkr 

Muhəmməd  ibn  İbrahim  İsfəhaninin  dostu  idi.  Əhməd  ibn  Saleh  Qəzvinidən  hədis 

dinləmiş və nəql etmişdi. Mühəddis Əhməd ibn Cə’fər Yəzdi ondan hədis dinləmiş və 

dinlədiyi  hədisləri  qeyd  etmişdir

470


.  Ölüm  tarixi  məlum  deyil.  Təqribən  XI  əsrdə 

yaşamışdır.  

 

Əbu Bəkr Muhəmməd ibn Əhməd ibn Hüseyn Dərbəndi 

Mühəddis  idi.  Qəzvində  Əbü’l-Həsən  Əli  ibn  Muhəmməd  ibn  Quttandan  (öl.  1231) 

hədis dinləmişdi

471


. Ölüm tarixi məlum deyil. XIII əsrdə yaşamışdır. 

 

                                                 



467

 SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. XXVIII, s. 103.  

468

  Əbu  Hamid  Muhəmməd  ibn  Muhəmməd  Qəzzali  (1058-1111)  əslən  Xorasanın  Tus  şəhərindən  idi.  Böyük 



Səlcuqlular dövrünün məşhur alimlərindən və mütəfəkkirlərindən biri olmuşdur. O, şafi’i məzhəbinə mənsub fəqih 

olsa da kəlam, hədis, əxlaq kimi mövzularda bir sıra əsərin müəllifidir.  

469

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 394-395; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 256.   



470

 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 158. 

471

 RAFİ’İ, Tədvin, C. I, s. 66. Əbdülkərim Rafi’i onun nisbəsini ‚əl-Babi‛ kimi qeyd etmişdir. 




Muhəmməd ibn Əbu İmran Dərbəndi 

Yaşadığ  dövrün  tanınmış  hədis  alimlərindən  biri  idi.  Təhsil  almaq  üçün  Dərbənddən 

Bərdəyə  getmiş  və  burada  mühəddis  İsmayıl  ibn  Müslüm  Xarəzmi  ilə  görüşüb  onun 

dərslərində  iştirak  etmişdi.  Muhəmməd  Dərbəndi  Bərdə  şəhərindəki  bir  sıra  hədis 

alimlərindən  hədis  dinləmişdi.  İbn  Hirarə  ləqəbi  ilə  tanınmış  Bərdəli  məşhur  hədis 

hafizi  əllamə  Əbü’l-Həsən  Muhəmməd  Bərdəi  (öl.  959)  Muhəmməd  Dərbəndinin 

tələbələrindən  olmuş,  ondan  hədis  dinləyib  nəql  etmişdi

472


.  Ölüm  tarixi  məlum  deyil. 

IX-X əsrlərdə yaşamışdır.  

 

Şeyx İmadəddin Əbü’l-Fəzl Muhəmməd ibn Cəbrayıl ibn Əbü’l-Fəvaris ibn Cəbrayıl 

ibn Əhməd ibn Əli ibn Xalid Dərbəndi 

Mühəddis idi. H. 581-ci ilin rəbiələvvəl ayında (iyun 1185) Qahirədə anadan olmuşdu. 

Misir  və  Şam  diyarının  tanınmış  mühəddislərinin  tələbəsi  olmuşdu.  Yaşadığı  dövrdə 

Əyyubilər  dövlətində  məşhur  mühəddislərdən  biri  olmuş,  əl-Müfəzzəl  ləqəbi  ilə 

tanınmışdı. Alim h. 17 zilqədə 650-ci ildə (19 yanvar 1253) Qahirədə vəfat etmişdi

473


.  

 

Şeyx İzzəddin Muhəmməd ibn Muhəmməd ibn Adəm ibn İbrahim Dərbəndi 

Dəməşqdə  əl-Əməvi  camesinin  müəzzini  idi

474


.  Mömin  və  saleh  insan  idi.  Onun  atası 

şeyx  Şəmsəddin  Muhəmməd  Dərbəndi  də  Suriyanın  tanınmış  zöhd  əhlindən  idi. 

İzzəddin  Muhəmməd  Dərbəndi  Dəməşqdəki  Təvavisiyyə  xanəgahında  qalır,  burada 

ibadətlə məşğul olurdu. O, həm də ədib və şair idi. Nəzm və nəsr formasında yazılmış 

bəzi  ədəbi  əsərlərin  müəllifi  idi.  Şeyx  İzzəddin  Dərbəndi  h.  21  zilhiccə  734-cü  ildə  (22 

avqust  1334)  yaşadığı  xanəgahda  vəfat  etmiş  və  Babü’s-Səğir  qəbristanında  dəfn 

edilmişdi

475


.   

 

Şeyx Əli ibn Muhəmməd ibn Muhəmməd ibn Adəm ibn İbrahim Dərbəndi 

                                                 

472


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 58. 

473


 MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. V, s. 479-450. 

474


 Səlahəddin Muhəmməd İBN ŞAKİR əl-KutubiFəvatü’l-Vəfayat, (Nşr. M. Əbdülhəmid), C. II, s. 174, Qahirə, 1951. 

475


  Əbdülqadir  ibn  Muhəmməd  ən-NUEYMİ  əd-Diməşqi,  Daris  fi  Tarixi’l-Mədaris,  C.  II,  s.  130,  (Nşr.  Şəmsəddin 

İbrahim), Beyrut 1990. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə