Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə60/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   56   57   58   59   60   61   62   63   ...   187

əsər  kitabxanalarında  Cəmaləddin  Ərdəbilinin  ‚Şərhu  Unmuzəc  fi’n-Nəhv‛inin 

yüzlərlə  nüsxəsi  mövcuddur.  Paris  milli  kitabxanasında  isə  əsərin  dörd  nüsxəsi 

saxlanılır

599


.  Bu  da  əsərin  uzun  müddət  mədrəsələrdə  dərslik  kimi  oxudulduğunu 

göstərir.  



 

Qazi Kəmaləddin Musa ibn Abdullah ibn Mahmud ibn İsmayıl Ərdəbili 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  O,  Mosulda  seyyid  Rüknəddinin  tələbəsi  olmuş, 

ondan fiqh elmini öyrənmişdi. İbnü’l-Fuvati onun h. 714-cü (1315) ildə Sultaniyyədəki 

əl-Qazaniyyə mədrəsəsinin müdərrisi olduğunu yazmışdır. Müəllif həmçinin qeyd edir 

ki, o, qazi Kəmaləddin Ərdəbilidə vəzir Rəşidəddin Qəzvininin ‚Cəmiü’t-Təvarix‛ adlı 

əsərini görmüş və bu əsərlə ilk dəfə belə tanış olmuşdu

600

. Qazi Kəmaləddin Ərdəbilinin 



ölüm tarixi məlum deyil. XIII-XIV əsrlərdə yaşamışdır.      

 

Şeyx Sənanəddin Ərdəbili 

Təsəvvüf əhlindən xəlvətiyyə təriqətinə mənsub şeyx idi. Təsəvvüf yoluna mürşidi şeyx 

Çələbi Xəlifə

601


 vasitəsi ilə qədəm qoymuşdu. İstanbuldakı ilk xəlvətiyyə xanəgahı olan 

Qoca  Mustafa  paşa  xanəgahında  irşad,  mənəvi  tərbiyə  və  ibadətlə  məşğul  olmuşdu. 

Çələbi Xəlifə bu xanəgahın ilk şeyxi olmuşdur. Şeyx Sənanəddin Ərdəbili zahid və abid 

insan idi. H. 951-ci ildə (öl. 1554) qaldığı zaviyədə vəfat etmişdi

602

. O, sufilərin rəqs və 



səma mərasimlərinə dair ‚Risalə fi Dövranü’s-sufiyyə‛ adlı əsəri ərəb dilindən türkcəyə 

tərcümə  etmişdir.  Bu  tərcümənin  bir  nüsxəsi  Qahirədə,  Misir  milli  kitabxanası  türkcə 

əlyazmalar bölməsində saxlanılır.  

 

Əbü’l-Qasım Hibətullah ibn Abdullah ibn Əhməd ibn Cə’fər əl-Kəmmuni Ərdəbili 

                                                                                                                                                             

Çünki onun təfsirinə şərh yazdığı qazi Nasirəddin Bəyzavi 1289-cu ildə vəfat etmişdi. 1249-cu ildə ölmüş bir şəxsin 

özündən  40  il  sonra  vəfat  edəcək  alimin  əsərinə  şərh  yazması  mümkün  deyil.  Bundan  başqa,  yuxarıda  qeyd 

etdiyimiz  kimi,  Cəmaləddin  Ərdəbili  həmçinin  ‚Qazizadə‛  soyadı  ilə  tanınmışdır.  Bu  cür  soyadlarına  daha  çox 

Osmanlı imperatorluğundakı alim və bürokratlarda rast gəlinir. 

599


 Mac Guckin DE SLANE, Catalogue des Manuscrits Arabes, s. 650, 652, Paris 1883-1895. 

600


 BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67. 

601


  Çələbi  Xəlifə  və  Camal  əl-Xəlvəti  kimi  adlarla  tanınmış  şeyx  Hamidəddin  Muhəmməd  Ağsarayi  (öl.  1494) 

Xəlvətiyyə təriqətinin tanınmış şeyxlərindən idi.  

602

 TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə, s. 317. 




Yaşadığı  dövrdə  şafi’i  məzhəbinin  tanınmış  fəqihlərindən  biri  idi.  Qəzvin 

mədrəsələrində hədis və fiqh dərsləri almışdı. Qəzvində fəqih Əbu Zur’ə Abdullah ibn 

Hüseyn  ibn  Əhməd,  qazi  Əbdülcabbar  ibn  Əhməd

603


  kimi  alimlərdən  dərs  almışdı

604


Əbü’l-Qasım Hibətullah Ərdəbilinin ölüm tarixi məlum deyil. X-XI əsrlərdə yaşamışdır.  

 

İshaq ibn Əhməd Ərdəbili 

Hənəfi  məzhəbinə  mənsub  mütəkəllim  idi.  Sultan  IV  Muradın  hakimiyyəti  dövründə 

(1623-1640)  Osmanlı  imperatorluğunun  tanınmış  kəlam  alimlərindən  biri  idi.  O,  İbn 

Nuceym kimi məşhur olmuş kəlam alimi Zeynəddin ibn İbrahim əl-Misrinin (1562) ‚əl-

İşbah  və’n-Nəzair‛  adlı  əsəninə  şərh  mahiyətində  yazılmış  ‚Risalə  ələ’l-İşbah  və’n-

Nəzair‛ adlı əsərin müəllifi idi. İshaq Ərdəbili h. 1055-ci ildə (1645) vəfat etmişdir

605



 



Şeyx Əlaəddin Əli ibn Qasım Ərdəbili 

Şafi’i məzhəbinə mənsub qari  idi. Fələstinin  əl-Xəlil  şəhərində yaşamışdı. Kəmaləddin 

ibn Əbi Şərifin tələbəsi olmuşdu. O, Qur’ani-Kərimin tərtillə oxunması, qiraətdə təcvid 

qaydalarına riayət edilməsində öz dövrünün mahir qarilərindən idi. Bundan başqa ərəb 

dilinin  qrammatikası,  fəraiz,  fiqh  və  riyaziyyat  sahələrində  də  dərin  biliyə  malik  idi. 

İmam Şatibinin qiraət məktəbinin davamçılarından biri hesab olunurdu. Alim h. 896-cı 

ilin rəbiələvvəl ayında (yanvar 1491) əl-Xəlildə vəfat etmişdi

606


.  

 

Cəmaləddin Abdullah ibn Muhəmməd Həsən ibn Xıdır əl-Gürani Ərdəbili 

Şafi’i  məzhəbinə  mənsub  müfəssir  və  mütəkəllim  idi.  Güran

607


  qəsəbəsində  dünyaya 

gəldiyi  üçün  həmçinin  əl-Gürani  nisbəsi  ilə  tanınırdı.  Kəlam  sahəsindəki  dərin  elmi 

                                                 

603


  Qazi  İmadəddin  Əbdülcabbar  Əbü’l-Həsən  ibn  Əhməd  Əstərabadi  (öl.  1024)  mö’təzilə  məzhəbinin  tanınmış 

alimlərindən biri idi.  

604

 RAFİ’İ, Tədvin, C. IV, s. 134. 



605

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 339. 

606

 SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 97. 



607

  Ərəbcə  *ٕانًٞ+,  farscada  isə  *

گ

ٕانٝ +  formasında  yazılan  bu  yer  adını  Güran,  Kuran  və  ya  azərbaycan  türkcəsinə 



uyğun  şəkildə  Goran  kimi  oxumaq  mümkündür.  Güran  adı  ilə  iki  yaşayış  məntəqəsi  bilinir.  Bunlardan  biri  İranın 

İsfərayin şəhəri ətrafındakı, digəri isə yenə də İrandakı Şəhrizur yaxınlığındakı kənddir. Lakin məlum olduğu kimi 

Azərbaycanda  da,  Goranboy  rayonunda,  Goran  adlı  yaşayış  məntəqəsi  var.  Cəmaləddin  Abdullah  Ərdəbilinin 

Goranda  anadan  olması  da  mümkündür.  əl-Gürani  nisbəsi  ilə  məşhur  olan  başqa  bir  alim  mövlana  Şəmsəddin 

Əhməd ibn İsmayıl Güranidir (öl. 1488). Osmanlı tarixində qısaca Molla Gürani kimi tanınan kürd mənşəli bu alim 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə