Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə59/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   55   56   57   58   59   60   61   62   ...   187

Nüsrətəddin  Muhəmməd  hacib  Fəxrəddin  Cəbrayıl  Əhərinin  və  ya  onun  qardaşı 

Nurəddin Mikayılın oğlu idi.  

 

Şeyx Fəxrəddin Əbü’l-Həsən Əli ibn Yunis ibn Mahmud Əhəri 

Təsəvvüf  əhlinə  mənsub  mühəddis  idi.  İbnü’l-Fuvati  onun  yaşadığı  dövrün  böyük 

təsəvvüf alimlərindən  biri olduğu qeyd etmişdir. Alim h. 664-cü  ildə (1266) Marağaya 

gəlmiş və bu şəhərdə yaşamışdır. O, daim sükut edir

587

, sadəcə ondan nəsə soruşulanda 



cavab verirdi

588


. Ölüm tarixi qeyd olunmamışdır.  

 

Şeyx İmadəddin Əbü’l-Fəzl Fəzlullah ibn Hüseyn ibn Əbdüləziz Əhəri 

Mühəddis və təsəvvüf əhlinə mənsub şeyx idi. Şeyx İmadəddin Fəzlullah alim, zahid və 

saleh  insan  idi.  O,  Əhərdəki  məşhur  təsəvvüfçü  şeyxlərin  nəslindən  idi.  Ömər  ibn 

Əbü’l-Hüseyn  əl-Əştəridən  hədis  dərsləri  almışdı.  Onun  Əhərin  Babi-Kaşan  səmtində 

möhkəm  divarlarla  əhatə  olunmuş  zaviyəsi  var  idi.  İbnü’l-Fuvati  h.  659-cu  ildə  (1261) 

bu zaviyəni gördüyünü qeyd etmişdir. Şeyx İmadəddin Fəzlullah Əhəri həcc üçün yola 

çıxmış,  Bağdada,  oradan  da  Məkkəyə  getmişdir.  Həcc  ziyarətindən  sonra  bir  müddət 

Məkkədə qalmış və hədis dərsləri vermişdi. Onun dərslərini dinləmiş tələbələr arasında 

mühəddis  Rüknəddin  Əbü’l-Qasım  Əbdürrəhman  əl-Məkki  də  olmuşdur

589

.  Ölüm 


tarixi qeyd olunmamışdır. XII-XIII əsrlərdə yaşamışdır. 

 

Şeyx Şihabəddin Mahmud ibn Əhməd Əhəri  

Şafi’i məzhəbinə mənsub fəqih və fütüvvət şeyxi idi. h. 580-ci ilin şaban ayında (noyabr 

1184)  dünyaya  gəlmişdi.  Azərbaycan  Atabəylərinin  hakimiyyəti  dövründə 

Azərbaycanın tanınmış alim, zahid və abidlərindən biri olan şeyx Şihabəddin Mahmud 

Azərbaycan  mədrəsələrində  təhsil  alandan  sonra  təhsilini  davam  etdirmək  üçün 

təqribən  h.  606-cı  ildə  (1209)  Bağdada  getmişdi.  Bağdadda  azərbaycanlı  şeyx 

                                                 

587

  Bu  bir  növ  susma  orucu  olmalıdır.  Şeyx  Fəxrəddin Əli  Əhəri  hədis  alimi  olduğu  üçün  dilin  insanın  başına  bəla 



olan iki əsas  bədən üzvündən biri olduğu haqqındakı çoxsayılı hədisləri sözsüz ki, yaxşı bilirdi.  

588


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 263. 

589


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 806-807. 


Rüknəddin  Şücasi  ilə  tanış  olub  ona  intisab  etmiş,  müridi  olmuşdu.  Şeyx  Şihabəddin 

Mahmudun  ‚Eşqnamə‛  adlı  əsəri  olduğu  bilinir.  Şeyx  Şihabəddin  Mahmud  Əhəri  h. 

665-ci  ildə  (1267)  vəfat  etmiş  və  Əhərdəki  öz  xanəgahında  dəfn  edilmişdi.  Bu  gün 

qəbrinin  mövcud  olduğu  məqbərə,  məscid  və  xanəgah  təqribən  XIII  əsrin  axırlarında 

inşa edilmiş, sonrakı əsrlərdə bir neçə dəfə əsaslı təmir edilmişdi. 

 

Cəlaləddin Abdullah ibn Abdullah Ərdəbili 

Hənəfi məzhəbinə  mənsub  fəqih  idi. İraqın  tanınmış alimlərindən dərs almış, təhsilini 

başa  vurandan  sonra  Qahirəyə  getmişdi.  əl-Əşrəf  mədrəsəsinin  müdərrisi  olmuşdu. 

Həmçinin Misirdə qaziəsgər

590

 idi. H. 807-ci ilin ramazan ayında (mart 1405) Qahirədə 



vəfat etmişdi

591




 

Əbu Zur’ə Əbdülvəhhab ibn Muhəmməd ibn Əyyub Ərdəbili 

Hənəfi  məzhəbinə  mənsub  fəqih  idi.  Çox  ibadət  edən,  zahid  bir  şəxs  idi.  İranın  Fars 

vilayətində h. 415-ci il rəcəb ayının 5-i (11 sentyabr 1024) vəfat etmişdi

592


 

Şeyx Müinəddin Əbu Cə’fər Ömər ibn Muhəmməd ibn Xıdır Ərdəbili 

Təsəvvüf şeyxi və tarixçi idi. Mosulda anadan olmuş və bu şəhərdə böyümşüdü. Daha 

sonra Suriyaya gedərək burada məskunlaşmış və h. 570-ci ildə (1175) Dəməşqdə vəfat 

etmişdi.  Atabəy  Nurəddin  Mahmud  Zəngi

593


  (1146-1174)  şeyx  Müinəddin  Ömər 

Ərdəbiliyə  dərin  hörmət  və  ehtiram  bəsləyir,  onu  himayə  edirdi.  Müinəddin  Ömər 

Ərdəbili  Muhəmməd  peyğəmbərin  (م)  dövündəki  İslam  tarixinə  dair  ‚Vəsilətü’l-

Mütəəbbidin fi Sirəti Seyyidi’l-Mürsəlin‛ adlı əsərin müəllifi idi

594

.  


 

Qazi İmadəddin Əhməd ibn İsmayıl Ərdəbili 

                                                 

590

 Qaziəsgər və ya qaziüləsgər-hərbi işlər üzrə hakim. 



591

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VII, s. 736-737. 

592

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 68. 



593

  İmadəddin  Zənginin  Mosulda  qurduğu  Zəngilər  dövləti  (1127-1234)  onun  ölümünən  (1146)  sonra  oğulları 

arasında  bölüştürülmüşdü.  I  Seyfəddin  Ğazi  və  Qütbədin  Məvdud  Mosul  atabəyi,  Nurəddin  Mahmud  isə  Hələb 

atabəyi olmuşdu.  

594

 BAĞDADLI, İzahü’l-Məknun, C. II, s. 454; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 573. 




Qazi  İmadəddin  Əhməd  Ərdəbil  şəhərinin  qazilərinin  nəslindən  idi.  Onun  mənsub 

olduğu  ailə  raşid  xəlifələrdən  Ömər  ibn  Xəttab  (ا)  və  Əli  ibn  Əbu  Talibin  (ا)  öz  dəsti-

xəttləri  ilə  yazdıqları  məktublara  sahib  idi  və  nəsildən  nəslə  ötürərək  bu  məktubları 

mühafizə  edirdilər.  Qazi  İmadəddin  Əhməd,  Şihabəddin  Sührəvərdi

595

  və  mühəddis 



Əbü’l-Xeyr  Qəzvininin  (1118-1194)  tələbəsi  olmuşdu.  O,  Əbü’l-Xeyr  Qəzvinidən 

Muhyəddin  Hüseyn  Bəğəvinin  (öl.  1122)  ‚Şərhü’s-Sünnə‛  adlı  çoxcildli  hədis 

külliyatını dinləmişdi

596


 

Şeyx Cəmaləddin Abdullah Ərdəbili 

Hənəfi məzhəbinə mənsub  fəqih  idi.  Elmi  ilə yanaşı  fəziləti və salehliyi  ilə də  məşhur 

olmuşdu.  Misirdə  Sürqatmışiyyə  mədrəsəsində  müəllim  işləmiş,  daha  sonra 

Canıbəkiyyə  mədrəsəsinə  müdərris  təyin  olunmuşdu.  Cəmaləddin  Abdullah  vəfatına 

qədər bu mədrəsədə dərs vermişdi. Alim h. 869-cu ilin şaban ayında (aprel 1465) vəfat 

etmişdi.  Vəfatından  sonra  Canıbəkiyyə  mədrəsəsi  müdərrisliyinə  onun  yetişdirdiyi 

alimlərdən şeyx Xeyrəddin əl-Şunişi təyin olunmuşdu

597

.  


 

Cəmaləddin Muhəmməd ibn Əbdülqəni Ərdəbili 

Öz dövrünün məşhur filoloq və ədəbiyyatşünaslarından biri idi. Qənizadə ər-Rumi adı 

ilə  tanınan  alim  həmçinin  hənəfi  məzhəbinə  mənsub  fəqih  və  müfəssir  idi.  ‚ər-Rumi‛ 

nisbəsi  ilə  tanınması  onun  Anadoluda  yaşadığı  ehtimalını  gücləndirir.  Cəmaləddin 

Muhəmməd  Ərdəbili  h.  980-1036-cı  (1572-1627)  illərdə  yaşamışdır.  Alim  ‚Haşiyə  ələ 

Ənvari’t-Tənzil  li’l-Bəyzavi‛,  ‚Ənvar  fi’l-Fiqhü’ş-Şafi’i‛,  ‚Şərhü’l-Unmuzəc  fi’n-Nəhv‛ 

adlı  əsərlərin  müəllifi  idi.  Bu  sonuncu  əsəri  Əbu’l-Qasım  Carullah  Zəməxşərinin  ərəb 

filologiyasına dair ‚Unmuzəc fi’n-Nəhv‛ əsərinə yazmış şərh idi

598

. Türkiyənin əlyazma 



                                                 

595


  Buradakı  şəxsin  şeyx  Şihabəddin  Ömər  Sührəvərdi  (öl.  1234)  yoxsa  ‚məqtul‛  ləqəbli  filosof  Şihabəddin  Yəhya 

Sührəvərdi  (1155-1191)  olduğunu  dəqiqləşdirmək  mümkün  olmamışdır.  Ehtimal  ki,  söhbət  şeyx  Şihabəddin  Ömər 

Sührəvərdidən gedir.  

596


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 656-657. 

597


  Şəmsəddin  Əbü’l-Xeyr  Muhəmməd  ibn  Əbdürrəhman  əs-SƏXAVİ,  Zəvu’l-Lami’  fi  Üləmai’l-Qərnü’t-Tasi’,  C.  II,  s. 

463, Əmman 1992. 

598

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 417; ZİRİKLİ, Ə’lam, C. VI, s. 298; KATİB ÇƏLƏBİ, Kəşfü'z-Zünun, C. I, s. 



270. Katib Çələbi və ona istinadən Xeyrəddin Zirikli Cəmaləddin Ərdəbilinin h. 647-ci ildə (1249) vəfat etdiyini qeyd 

etmişdirlər.  Fikrimizcə  Katib  Çələbi  yanılmışdır,  burada  Ömər  Rza  Kəhhalənin  verdiyi  məlumat  daha  doğrudur. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə