Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə55/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   51   52   53   54   55   56   57   58   ...   187

Mühəddis  idi.  Yuxarıda  həqqında  məlumat  verdiyimiz  Əbu  Muhəmməd  Abdullah 

Əbhərinin əmisi oğlu olan Əbu Bəkr Muhəmməd, hafiz Əbu Bəkr Əhməd ibn Musa ibn 

Mərduyə  və  Əbu  Abdullah  Muhəmməd  ibn  İbrahim  əl-Yəzdi  əl-Cürcani  kimi  hədis 

alimlərinin  tələbəsi  olmuşdu.  Əbu  Bəkr  Muhəmməd  Əbhəri  təhsilini  başa  vurduqdan 

sonra  hədis  elmləri  sahəsində  tədrislə  məşğul  olmuşdu.  Əbu  Sə’d  Əhməd  ibn 

Muhəmməd  Bağdadi,  Əbu  Mübarək  Əbdüləziz  ibn  Muhəmməd  əl-Adəmi  Şirazi,  Əbu 

Tahir Əhməd əs-Süləfi İsfəhani, hafiz Əbu Məs’ud Əbdülcəlil Kütah kimi hədis alimləri 

Əbu Bəkr Muhəmməd Əbhərinin tələbəsi olmuşdular

541

. Ölüm tarixi məlum deyil. XI-



XII əsrlərdə yaşamışdır. 

 

İbrahim ibn Yəhya ibn Həkəm əl-Hüzuri Əbhəri  

Hədis ravisi idi. Hafiz Əbu Davud Süleyman Təyalisi (öl. 819) və Bəkir ibn Bəkkar kimi 

mühəddislərdən  hədis  dinləmiş  və  nəql  etmişdi.  Oğlu  Muhəmməd  ibn  İbrahim 

atasından hədis dinləmiş və nəql etmişdi

542


. Ölüm tarixi məlum deyil. VIII-IX əsrlərdə 

yaşamışdır.  

 

Əbu Cə’fər Əhməd ibn Muhəmməd ibn Mərzban ibn Azər Əbhəri 

Maliki  məzhəbinə  mənsub  mühəddis  idi.  Əbu  Cə’fər  Muhəmməd  ibn  İbrahim  əl-

Hüzuri Əbhərinin tələbəsi olmuş, ondan hədis dinləmişdi. Əbü’l-Qasım Əbdürrəhman 

ibn  Mundə,  Mütəhhər  ibn  Əbdülvahid  əl-Bəzzani,  Əbu  Bəkr  Muhəmməd  ibn  Əhməd 

ibn  Macə,  Əbu  Bəkr  Muhəmməd  ibn  Ömər  Tehrani  ondan  hədis  dinləmiş  və  hədis 

elmlərini öyrənmişdilər

543

. Ölüm tarixi məlum deyil. Təqribən X-XI əsrlərdə yaşamışdır. 



 

Müqais ibn Əmr ibn Kə’b ibn Sə’d ibn Zeyd Mənat ibn Təmim Əbhəri 

Maliki  məzhəbinə  mənsub  fəqih  idi.  Əbu  Ərubə  Hüseyn  əl-Hərrani,  Muhəmməd  ibn 

Ömər əl-Bağəndi, Muhəmməd ibn Hüseyn əl-Əşnani, Abdullah ibn Zeydan Kufi, Əbu 

Bəkr ibn Əbu Davuddan hədis dinləmişdi. İbrahim ibn Müxəllid, onun oğlu İshaq ibn 

                                                 

541


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 86. 

542


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 341. 

543


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 426. 


İbrahim  ibn Müxəllid, Əbu Bəkr Birqani, Əbü’l-Qasım ət-Tənuxi,  Əbu Muhəmməd əl-

Cəvhəri ondan hədis dinləmiş və nəql etmişdilər. Maliki fiqhinə dair qiymətli əsərlərin 

müəllifi  idi. Müqais  ibn Əbhəri abid, zahid,  vəra’ sahibi  şəxs  idi.  Ona  Bağdad qaziliyi 

vəzifəsi təklif olunmuş, lakin o, imtina etmişdi. Alim h. 289-cu ildə (902) anadan olmuş, 

h. 375-ci il şəvval ayında (fevral 986) Bağdadda vəfat etmişdi

544


 

Əbu  Abdullah  Muhəmməd  ibn  Əbdürrəhman  ibn  Muhəmməd  ibn  Əbdürrəhman 



ibn Müslüm Əbhəri 

Maliki  məzhəbinə  mənsub  mühəddis  və  fəqih  idi.  Misirdə  Əbü’l-Bərəkat  Hüseyn  ibn 

Yəhya ibn Əbi Mərağədən hədis dinləmiş və hədis elmlərinə dair bilikləri öyrənmişdi. 

Fəqih Əbü’l-Fəth Nəsr ibn İbrahim əl-Məqdisi ondan hədis dinləmişdi. Dəməşqə getmiş 

və  burada  hədis  dərsləri  vermişdi.  Dərslərində  tələbələrə  əsasən  imam  Müslümün 

‚Səhih‛ adlı hədis külliyatını oxudurdu. Alim h. 3 rəbiəlaxir 472-ci ildə (1 oktyabr 1079) 

Dəməşqdə vəfat etmişdir

545


.  

 

Əbu’r-Rəşid Əhməd ibn Muhəmməd əl-Xəfifi Əbhəri  

Hədis  ravisi  idi.  Bağdadda  yaşamış,  burada  Zahir  ibn  Tahir  əş-Şəhhamidən  hədis 

dinləmişdi.  Süleyman  ibn  Muhəmməd  əl-Məvsili  ondan  hədis  dinləmişdi

546

.  Ölüm 


tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.  

 

Seyfəddin Əhməd Əbhəri  

XV əsrdə yaşamış hənəfi məzhəbinə mənsub fəqih və mütəkəllim idi. O, fiqh və kəlam 

elmlərinə  dair  bir  sıra  əsərlərin  müəllifi  idi.  ‚Haşiyə  ələ  Şərhi  Müxtəsəri’l-Müntəha‛, 

‚Haşiyə  ələ  Şərhi  Müntəxasi  Sual  və’l-Əməl‛,  ‚Şərhu  Müxtəsər  fi  İlmi’l-Əxlaq‛, 

‚Məvahibü’r-Rəhman  fi  Məzhəbi’n-Nu’man‛,  ‚Haşiyə  Şərhü’l-İşarat  li’t-Tusi‛  adlı 

əsərlər  Seyfəddin  Əhməd  Əbhərinin  qələmindən  çıxmışdı.  Bu  əsərlərin  əlyazma 

nüsxələri Türkiyənin Diyarbəkir İHK, Çorum Həsən paşa İHK, Manisa İHK və Ankara 

                                                 

544


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 69. 

545


  MƏQRİZİ,  Kitabü’l-Müqəffa,  C.  VI,  s.  46;  Hibətullah  ibn  Əhməd  ƏKFANİ,  Zeylu-Zeyl  Tarixi-Məvlidi’l-Üləma  və 

Vəfayatihim, (Nşr. A. Həməd), s. 10, Riyad 1409. 

546


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 707. 


Milli  kitabxanasında  saxlanılır.  Seyfəddin  Əhməd  Əbhərinin  ölüm  tarixi  h.  800-cü 

(1397) ildən sonraya təsadüf edir. 

 

Şihabəddin Əhməd ibn Muhəmməd Əbhəri 

XV əsrdə yaşamış dilçi alim idi. Onun ərəb dilinin qrammatikasına dair qələmə aldığı 

‚Şərhu  Müqəddimətü’l-Əcurrumiyyə‛

547


  adlı  əsərinin  əlyazma  nüsxələrindən  biri 

Ankara  Milli  kitabxanada  saxlanılır.  Şihabəddin  Əhməd  Əbhəri  h.  800-860-cı  (1398-

1456) illərdə yaşamışdır.  

 

Qazi Əbu Əli Hüseyn ibn Əbdürrəzzaq Əbhəri 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  Həmədan  şəhərinin  qazisi  olan  Hüseyn  Əbhəri  h. 

456-cı  (1064)  ildə  anadan  olmuşdu.  O,  Bağdadda  təhsil  almış,  şeyx  Xətib  Əli  ibn 

Muhəmməddin tələbəsi olmuş, fiqh elmini ondan öyrənmişdi. O, fəzilət sahibi, saleh və 

mötəbər insan kimi tanınmışdı. Alim h. 530-cu (1136) ildə vəfat etmişdir

548

.  


 

Əbu Zeyd Şükr ibn Əhməd ibn Həməd əl-Müəddib Əbhəri 

Mühəddis idi. İsfəhanda Əbu Abdullah Qasım ibn Fəzl əs-Səqəfidən hədis dinləmiş və 

nəql  etmişdi.  Hafiz  Əbü’l-Qasım  Əli  ibn  Əsakir  (öl.  1175)  onun  tələbələrindən  olmuş, 

onun  hədis  dərslərində  iştirak  etmişdi

549

.  Ölüm  tarixi  məlum  deyil.  XII-XIII  əsrlərdə 



yaşamışdır.  

 

Qazi Fəxrəddin Muhəmməd ibn Xalid ibn Şuheyr Əbu Mənsur əl-Xəfifi Əbhəri 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  qazi  idi.  Seyyid  Ziyaəddin  Fəzlullah  ibn  Əli  ibn 

Abdullah  ibn  Həsən  əl-Həsəni  ər-Ravəndinin  tələbəsi  olmuş  və  h.  570-ci  ildə  (1175) 

icazətini  (diplom)  ondan  almışdı.  Qazi  Fəxrəddin  Əbhəri  alim,  fəzilətli  və  saleh  insan 

                                                 

547

  İbn  Əcurrum  adı  ilə  məşhur  olmuş  Əbu  Abdullah  Muhəmməd  ibn  Muhəmməd  ibn  Davud  ibn  Əcurrum  əs-



Sinhəci  1273-1323-cü  illərdə  yaşamış  Mərakeşli  ərəb  filoloqu  idi.  Onun  dilçilik  sahəsində  qələmə  aldığı 

‚Müqəddimətü’l-Əcurrumiyyə‛ adlı kitab bu gün də bu sahədə ən samballı əsərlərdən biri hesab olunur. Bu əsərə 

bir  çox  filoloq  şərh  yazmışdır.  Azərbaycanlı  filoloqlar  Şihabəddin  Əhməd Əbhəri  və  Əbu  Bəkr  Şirvani də  bu  əsərə 

şərh yazmışdılar.  

548

 İBN KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, v. 112b-113a. 



549

 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. III, s. 435. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə