ziyarəti üçün yola çıxan Əbu Səid Əhməd Bərdəi həccdən sonra Bağdada gəlmiş,
burada təhsil almış və məskunlaşmışdı. Əbu Səid Əhməd Bərdəi hənəfi fiqhini Əbu Əli
əd-Dəqqaq və Musa ibn Nəsr ər-Razidən öyrənmişdi. Əbu Səid Əhməd Bərdəinin
tələbələri arasından Əbü’l-Həsən əl-Kərxi, Əbu Tahir əd-Dəbbas, Əbu Əmr ət-Təbəri
kimi kəlam alimləri yetişmişdir. Əllamə Əbu Səid Əhməd Bərdəi ‚Kitabü’l-Məxaric‛
adlı əsərin müəllifi idi
377
. Alim h. 317-ci il zilhiccə ayının 8-i (11 yanvar 930) Məkkədə
həcc ziyarətini yerinə yetirərkən qərmətilər tərəfindən
qətlə yetirilmişdi
378
.
Əbü’l-Həsən Əli ibn Mərdək ibn Əbdüləziz Bərdəi
Mühəddis, hədis ravisi idi. Bağdadda yaşayıb parça ticarəti ilə məşğul olan Əbü’l-
Həsən Əli Bərdəi Bağdadın varlı tacirlərindən biri idi. İbn Kəsir onun böyük sərvət
sahibi olmasına baxmayaraq sadə və dəbdəbədən uzaq həyat sürdüyünü qeyd etmişdir.
O, çox ibadət edən, zahid və saleh insan idi. Əbü’l-Həsən Əli Bərdəi Əbdürrəhman ibn
Əbu Hatim Muhəmməd ər-Razidən hədis dinləmiş və nəql etmişdi. Bir müddət
Qəzvində təhsil almış və burada Süleyman ibn Yəzid əl-Famidən hədis dinləmişdi.
Əbü’l-Həsən Əli Bərdəi siqa, yəni mötəbər hədis ravilərindən biri idi. Tanınmış
mühəddis şərif Əbü’l-Hüseyn Muhəmməd ibn Əli ibnü’l-Mühtədi Billah əl-Haşimi
onun tələbələrindən biri olmuş, ondan hədis dinləmişdi. Əbü’l-Həsən Əli Bərdəi h. 387-
ci ilin məhərrəm ayında (yanvar 997) vəfat etmişdi
379
.
Əbü’l-Qasım Abdullah ibn Əhməd ibn Yusif Bərdəi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Əbü’l-Qasım Bərdəi adı ilə tanınan alim məşhur
mühəddis Əbü’l-Həsən Əli Darəqutninin (öl. 995) yaxın dostu idi. Əbü’l-Qasım Bərdəi
həmçinin istedalı şair idi. O, imam Şafi’ini (öl. 819) mədh edən qəsidələr yazmışdı.
377
Zeynəddin Əbü’l-Ədl Qasım İBN QUTLUBUĞA əl-Misri,
Tacü’t-Tərcim fi Təbəqatü’l-Hənəfiyyə, s. 35, Bağdad 1962.
378
Muhyəddin Əbu Muhəmməd Əbdülqadir İBN ƏBÜ’l-VƏFA əl-Quraşi,
Cəvahirü’l-Muziyyə fi Təbəqatü’l-Hənəfiyyə,
C. I, s. 163-166, Beyrut 1993; Əbu İshaq İbrahim ibn Əli ŞİRAZİ, Təbəqatü’l-Füqəha, s. 53, Beyrut 1970; XƏTİB
BAĞDADİ, Tarixu-Bağdad, C. IV, s. 99; Muhəmməd ibn İshaq İBNÜ’n-NƏDİM, əl-Fihrist, (Nşr. R. Təcəddüd), s. 212,
Beyrut 1978; SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. VI, s. 8; İBN TAĞRIBİRDİ, Nücumu’z-Zahirə, C. I, s. 398. Qərmətilər bu
qətliamda minlərlə zəvvarı qətlə yetirmiş, Kə’bənin örtüsünü yırtmış və Hacərü’l-Əsvədi (Kə’bədəki qara daş) söküb
Bəhreynə aparmışdılar. Hacərü’l-Əsvəd 22 il sonra qərmətilərdən alınıb yerinə qoyulmuşdu. Bu haqda ətraflı
məlumat üçün bax: Süheyl ZƏKKAR, Əxbaru’l-Qəramitə, s. 52, Qahirə 1982.
379
İBNü’l-İMAD,
Şəzəratü’z-Zəhəb, C. III, s. 246; İBN KƏSİR,
Biyadə və’n-Niyahə, C. II, s. 545; Əbdülkərim ibn
Muhəmməd ər-RAFİ’İ əl-Qəzvini, Tədvin fi Əxbari Qəzvin, (Nşr. Ə. Utaridi), C. IV, s. 89, Beyrut 1978.
Dostu Əbü’l-Qasım Bərdəinin vəfatından mütəəssir olan Əbü’l-Həsən Əli Darəqutni bu
münasibətlə bir qəsidə qələmə almışdı. İbnü’s-Səlah həmin qəsidənin bir neçə beytini
öz əsərində qeyd etmişdi
380
. Əbü’l-Qasım Bərdəinin ölüm tarixini müəyyənləşdirmək
mümkün olmamışdır. Darəqutninin müasiri olduğuna görə onun X əsrdə yaşadığını
təxmin etmək olar.
Əbu Hənifə Muhəmməd ibn Əbdürrəhman ibn Malik Bərdəi
Hədis ravisi idi. Məkkədə yaşamış və bu şəhərdəki mühəddislərdən hədis dinləmişdi.
Onun hədis dinlədiyi mühəddislərdən biri də Əhməd ibn Muhəmməd ibn Yunis əl-
Yəmami idi
381
. Əbu Hənifə Bərdəinin ölüm tarixi məlum deyil. IX əsrdə yaşamışdır.
Nəql silsiləsində Əbu Hənifə Muhəmməd Bərdəinin də olduğu hədislərdən biri
aşağıdakıdır:
Abdullah ibn Ömər ibn Xəttab (ا) dedi: Ömər ibn Xəttab (ا) Allah Rəsuluna (م)
‚Bizlərdən biri cünub ikən yata bilərmi?‛ deyə sual verdi. Allah Rəsulu (م): ‚Bəli,
namaz üçün dəstəmaz alan kimi dəstəmaz alsın (sonra istəsə yatsın)‛ deyə cavab
verdi
382
.
Əbu Bəkr Əhməd ibn Muhəmməd ibn Əli Bərdəi
Hədis ravisi idi. Tahir ibn İsmayıl ər-Razidən hədis dinləmiş və nəql etmişdi.
Əbdülvahid ibn Bəkr də ondan hədis dinləmiş və nəql etmişdi
383
. Yaşadığı dövrü
müəyyən etmək mümkün olmamışdır.
Əbu Zur’ə Muhəmməd ibn Cə’fər ibn Hüseyn ibn Muhəmməd Bərdəi
Yaşadığı dövrün tanınmış mühəddis və ədiblərindən idi. Xorasanın Nişapur şəhərində
məskunlaşmış, bu şəhərdə yaşamışdı. Təqiyəddin Seyrəfini onun siqa hədis ravisi
380
Təqiyəddin Əbu Əmr Osman ibnü’s-Səlah ŞƏHRƏZURİ, Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, (Hzr. M. Ə. Nəcib), C. I, s.
501, Beyrut 1992.
381
Əbu Bəkr Muhəmməd ibn İbrahim İSFƏHANİ,
Mu’cəmü’ş-Şüyux, C. I, s. 23,
http://
www.balligho.com
.
382
ƏBU BƏKR İSFƏHANİ, Mu’cəmü’ş-Şüyux, C. I, s. 23. Bu hədis üçün bax: BUXARİ, Səhih, 390; MÜSLİM, Səhih,
306/2324; TİRMİZİ, Sünən, hədis Nr. 120. (
ٍاه ؟ ة٘ظ ٞٛٝ اٗكؼأ كهه٣أ
:
جلاصُِ ٙءٞظٝ أظٞر٣ٝ ، ْؼٗ
).
383
Əbu Nueym Əhməd ibn Abdullah İSBƏHANİ,
Hilyətü’l-Əvliya və Təbəqatü’l-Əsfiya, C. VI, s. 199, Beyrut 2007.