Hədis ravisi idi. Əbdüləziz ibn Abdullah Haşimi, Əhməd ibn Muhəmməd ibn Qalib əl-
Bahili, Muhəmməd ibn Hişam ibn Əbi’d-Dumeyk əl-Müsəmlidən hədis dinləmiş və
nəql etmişdi. Əbu Həfs ibn Şahin və Əbu Həfs əl-Kinani əl-Muqri ondan hədis
dinləmişdilər
422
. Xətib Bağdadi onun ölüm tarixini qeyd etməmişdir. Əbu Həfs ibn
Şahinin (öl. 995) müasiri olduğu üçün onun IX-X əsrlərdə yaşadığını təxmin etmək olar.
Muhəmməd ibn Əbdüləziz ibn Cə’fər ibn Muhəmməd ibn Həsən Bərdəi
Mühəddis idi. Qazi Əbu Bəkr Muhəmməd Əbhəri
423
(öl. h. 985), Əli ibn Qərqər əd-
Dəqqaq, Muhəmməd ibn Abdullah ibn Şuxeyr əs-Seyrəfi, Muhəmməd ibn Əhməd ibn
İmran, Əli ibn İbrahim Əttar, Əbu Bəkr ibn Şazan, Əbü’l-Müfəzzəl əş-Şeybani, Əhməd
ibn Muhəmməd Meyridən hədis dinləmiş və nəql etmişdi. Muhəmməd ibn Əbdüləziz
hədis dinləmək üçün etdiyi səyahətdən vətənə qayıdandan sonra qardaşı Übeydullah
ibn Əbdüləziz Bərdəi h. 358-ci ildə (969) Bərdədə ondan hədis dinləmişdi. Muhəmməd
ibn Əbdüləziz Bərdəi daha sonra Bağdada getmiş və h. 21 cəmadiələvvəl 421-ci ildə (27
may 1030) burada vəfat etmişdi
424
.
Əbü’l-Qasım Übeydullah ibn Əbdüləziz ibn Cə’fər ibn Muhəmməd ibn Həsən
Bərdəi
Mühəddis, səduq hədis ravisi idi. H. 363-cü ildə (974) anadan olmuşdu. Qardaşı
Muhəmməd ibn Əbdüləzizdən, Muhəmməd ibn Übeydullah ibnü’l-Şüxeyr əs-Seyrəfi,
Muhəmməd ibn Müzəffər, Əbu Bəkr ibn Şazan, Əbü’l-Fəzl əş-Şeybani, Əbu Bəkr ibn
Əbi Musa Haşimidən hədis dinləmiş və nəql etmişdi. Alim h. 434-cü ilin zilhiccə ayında
(1043) vəfat etmişdi
425
.
Əhməd ibn Muhəmməd ibn Əbdürrəhim Bərdəi
422
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. II, s. 198.
423
ZƏHƏBİ, Mizanü’l-E’tidal, C. III, s. 432
424
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. II, s. 353; Əbü’l-Hüseyn Muhəmməd ibn Muhəmməd İBN ƏBİ YƏ’LA,
Təbaqatü’l-Hənabilə, s. 203, Qahirə 1952; İBN HƏCƏR,
Lisanü’l-Mizan, C. V, s. 204.
425
XƏTİB BAĞDADİ,
Tarixu-Bağdad, C. X, s. 384.
Mühəddis idi. Təhsil almaq üçün Əndəlüsə getmiş və buradakı Mursiyyə
426
şəhərində
yaşamışdı. Əndəlüs mədrəsələrində Əbü’l-Həsən Əli ibn Muhəmməd ibn Şəfyi’ əl-
Busti
427
, İbn Müvəhhəb və imam Əbü’l-Vəlid Yunis ibn Abdullah ibn Muğis Qurtubi
428
kimi alimlərin tələbəsi olmuş, hədis, fiqh, üsul və ədəbiyyat dərsləri almışdı. Təhsilin
başa vurduqdan sonra İspaniyada qalmış və buradakı mədrəsələrdə tədrislə məşğul
olmuşdu. Onun tələbələri arasından Əbu Abdullah əl-Əndərəşi
429
(1149-1224) kimi
alimlər yetişmişdi
430
.
Əhməd
Bərdəinin
ölüm
tarixi
məlum
deyil.
Onun
yaşadığı
dövrün
müəyyənləşdirilməsində də müəyəyyən tərəddüd meydana çıxmışdır. Bu tərəddüd İbn
Həcər Əsqəlaninin verdiyi məlumatdan irəli gəlir. İbn Həcərin yazdığına görə Əhməd
ibn Muhəmməd Bərdəi Əndəlüsdə, eləcə də bütün İslam dünyasında, tanınmış alim
olan imam Əbü’l-Vəlid Yunis Qurtubinin tələsəni olmuşdur. Yenə müəllif Əndəlüs ərəb
şe’rinin tanınmış simalarından olan Əbu Abdullah əl-Əndərəşinin Əhməd Bərdəidən
dərs aldığını qeyd etmişdir. Əbü’l-Həsən ibn Abdullah ən-Nəbahi öz əsərində Əbü’l-
Vəlid Yunis Qurtubinin Əndəlüs Əməvi xəlifələrinin sonuncusu III Hişam ibn
Muhəmməd əl-Mərvani tərəfindən h. 419-cu ildə (1028) Əndəlüs baş qaziliyinə təyin
olduğunu və alimin h. 429-cu ildə (1038) vəfat etdiyini qeyd etmişdir
431
. Əbu Abdullah
əl-Əndərəşi isə 1149-1224-cü illərdə yaşamışdır. Əhməd Bərdəinin bircisinin ölüm,
ikincisinin isə təvəllüd tarixi arasında 111 il olan iki ayrı şəxsin müasiri olması mümkün
olmadığı üçün düşünürük ki, İbn Həcər əl-Əsqəlani burada xətaya yol vermişdir.
Ehtimal ki, Əbu Abdullah əl-Əndərəşi Əhməd Bərdəidən deyil, onun yetişdirdiyi hədis
alimlərinin birindən hədis dərsləri almışdı. Çünki adı çəkilən digər iki şəxslə imam
426
Mursiyyə-
[
ح٤ٌهٓ
]
indiki İspaniyanın cənubi-şərqindəki Murcia şəhəridir. 1492-ci ilə qədər Əndəlüsdəki Qranda
əmirliyini mühüm elm və mədəniyyət mərkəzlərindən biri idi.
427
Öz dövrünü məşhur ədib və şairlərdən biri idi. Əndəlüsün əl-Busta (indi İspaniyada Baza şəhəri) şəhərində
doğulub böyümüşdü.
428
İmam Əbü’l-Vəlid Yunis ibn Abdullah ibn Muğis Qurtubi (öl. 1038) yaşadığı dövrün tanınmış alimlərindən idi.
Əslən Əndəlüsün Qurtuba (indi İspaniyada Kordova) şəhərindən olub hədis elmləri sahəsində dərinləşmişdi.
İspaniyanın qaziü’l-quzatlığına təyin olunmuş və vəfatına qədər bu vəzifəni icra etmişdi. İmam Əbü’l-Vəlid Yunis
Qurtubi təfsir, hədis, fiqh və.s sahələrə dair bir sıra əsərlərin müəllifi idi.
429
Yaşadığı dövrdə Əndəlüsün tanınmış mühəddislərindən biri olmuşdu. Onun doğulub böyüdüyü Əndərəş indiki
İspaniyanın Andaraks şəhəridir.
430
İBN HƏCƏR, Lisanü’l-Mizan, C. I, s. 206.
431
Əbü’l-Həsən ibn Abdullah ən-Nəbahi əl-ƏNDƏLÜSİ, Tarixu Quzatu’l-Əndəlus, s. 95, Beyrut 1983.