imam Əbu Muhəmməd Qasım Şatibidən
497
Qur’an elmlərinə dair bilikləri öyrənmiş,
onun yanında ‚Təysir‛i
498
oxumuşdu. Qahirədə Əbü’l-Fəzl Muhəmməd ibn Yusif
Qəznəvi, Əbü’l-Cəud, əl-Buseyri, İbn Yasin kimi alimlərdən müxtəlif elm sahələrinə
dair bilikləri öyrənmişdi. Daha sonra Dəməşqə getmiş, burada Qasım ibn Əsakir
499
,
Həmmad əl-Hərrani
500
, mühəddisə Fatimə bint Əbü’l-Həsən Sə’dülxeyr əl-Ənsari, Əbu
Mənsur əl-Əbyaridən fiqh, hədis, təfsir və filologiya dərsləri almışdı. Təhsilini başa
vurduqdan sonra Dəməşqdəki ‚Zaviyətü’l-Malikiyyə‛ mədrəsəsində dərs vermişdi
501
.
Həmin illərdə filologiya, fiqh və fiqh üsulu sahələrində bir neçə risalə qələmə almışdı.
Alim h. 617-ci (1220) ilə qədər Dəməşqdə qalmış, sonra Qahirəyə qayıtmış və bu
şəhərdəki əl-Faziliyyə mədrəsəsində dərs vermişdi. Bir neçə il Qahirədə tədrislə məşğul
olduqdan sonra İsgəndəriyyəyə getmiş və bu şəhərdəki mədrəsələrdə dərs vermişdi.
Onun yetirmələri arasından Cəmaləddin əl-Fazil, Əbu Muhəmməd Əlcəzairi, Əbu Əli
ibnü’l-Cəlal, Əbü’l-Fəzl əl-Ərbili, Əbü’l-Həsən ibnü’l-Baqqal, qaziü’l-quzat Şihabəddin
Əbu Abdullah Muhəmməd Xoyi (öl. 1294) kimi alimlər çıxmışdı. Əllamə Cəmaləddin
Düveyni həm də istedadlı şair idi. İbn Tağrıbirdi onun haqqında məlumat verərkən
şerlərindən nümunələr də nəql etmişdi. Cəmaləddin Osman Düveyni h. 26 şəvval 646-cı
(11 fevral 1249) ildə İsgəndəriyyədə vəfat etmiş, Babü’l-Bəhr qəbristanında, şeyx Saleh
ibn Əbu Şamənin qəbrinin yanında, dəfn edilmişdi
502
.
Alimin ən məşhur əsərləri ərəb dilinin qrammatikasına dair qələmə aldığı ‚Kafiyyə fi’n-
Nəhv‛ və ‚Şafiyyə fi’s-Sərf‛adlı iki əsərdir. Bunlardan birincisi ərəb dilinin sintaksisi
(nəhv), ikincisi isə morfologiyasına (sərf) aid idi. Türkiyənin əlyazma əsər saxlanılan
bütün kitabxanalarında bu iki əsərin bir və ya bir neçə nüsxəsi mövcuddur. Bu da onu
göstərir ki, bu əsərlər uzun müddət Osmanlı mədrəsələrində ərəb dili dərslərdində əsas
497
İmam Əbu Muhəmməd Qasım ibn Firrə Şatibi (1143-1194) Əndəluslu gözdən əlil alim və bütün Qur’an
qiraətçilərin ustadı hesab olunurdu. Başqa bir məşhur qiraət və təcvid alimi ‚
Qayətü’n-Nihayə‛nin müəllifi İbnü’l-
Cəzərinin də müəllimi olmuşdu. Onun müəllifi olduğu ‚Şatibiyyə‛ əsəri uzun illər boyu mədrəsələrdə və
məktəblərdə Qur’an təcvidi və qiraəti sahəsində dərslik kimi istifadə olunmuşdur.
498
‚Təysir fi Qiraəti’s-Səb‘‛ Əbu Əmr Osman ibn Səid əd-Dani (981-1053) tərəfindən qələmə alınmış Qur’ani-Kərimin
təcvid və tilavət qaydalarına dair əsərdir.
499
Tarixçi və mühəddis Əbü’l-Qasım Əli ibn Əsakirin (öl. 1175) oğlu idi.
500
Əbü’s-Səna Həmmad ibn Hibətullah əl-Hərrani (1117-1202) yaşadığı dövrün tanınmış filoloq, şair və ədiblərindən
biri olmuşdu.
501
NUEYMİ,
Daris fi Tarixi’l-Mədaris, C. II, s. 1.
502
Cəmaləddin Əbü’l-Məhasin Yusif İBN TAĞRIBİRDİ,
Mənhəlü’s-Safi və’l-Müstəvfi bə’də’l-Vafi, (Nşr. M. M. Əmin), C.
II, s. 161, Qahirə 1984; ZƏHƏBİ, Siyəru Ə’lamü’n-Nübəla, C. XXIII, s. 101; İBN XƏLLİKAN, Vəfayatü’l-Əyan, C. III, s.
248-250.
dərslik kimi istifadə olunmuşdur. ‚Kafiyyə fi’n-Nəhv‛ və ‚Şafiyyə fi’s-Sərf‛in
Əbdülqəni əfəndi Nuxavi kolleksiyasından əldə edilmiş birər nüsxəsi AMEA Əİ-nun
fondunda da mövcuddur
503
. Əllamə Cəmaləddin Osman Düveyninin ərəb filologiyasına
dair qələmə aldığı ‚Əmali‛, ‚Qəsidə fi Bəyani’l-Əsmai’l-Müənnəs‛, ‚Risalə fi Təhqiqi’l-
Məf’ulat‛, ‚Vafiyyə fi Şərhi’l-Kafiyyə‛
504
adlı əsərləri Ankara Milli kitabxanasında,
‚Risalə fi’s-Sərf‛ adlı əsəri Türkiyə Çorum Həsən paşa İHK, ‚Qəsidətü’l-Müvəşşəhə
bi’l-Əsmai’l-Müənnəsə‛ və ‚İzah Şərhü’l-Müfəssəl‛ adlı əsərləri Türkiyə Diyarbəkir
İHK, ‚Safiyyə fi Şərhü’ş-Şafiyyə‛ adlı əsəri Ərzurum İHK, ‚Mənzumə fi’l-Müzəkkər
və’l-Müənnəs‛ adlı əsəri İstanbul SYEK, ‚Şərhü’t-Təsrif‛, ‚Muqribü’l-Kafiyyə‛, ‚Şərhu-
Şuzuri’z-Zəhəb‛ adlı əsərləri Türkiyə Kastamonu İHK, ‚Qəvaidü’l-İ’rab‛ adlı əsəri
Kütahya Vahidpaşa İHK, ‚Kafiyyə fi’n-Nəhv‛, ‚Şafiyyə fi’s-Sərf‛, ‚Risalə fi
Müqəddiməti’l-İ’rab və’t-Təsrif‛ adlı əsərləri Konya BYEK, ‚əl-Məsalik‛ və ‚Vafiyə fi
Şərhi’l-Kafiyyə‛ adlı əsərləri Manisa İHK, ‚Şəfa bi Tərifi-hüquqi’l-Mustafa‛ və ‚Şərhü’l-
Kafiyyə‛ adlı əsərləri Türkiyə VGMK-nin Ankara şöbəsində saxlanılır. Alimin ərəb
ədəbiyyatına dair qələmə aldığı ‚Şərhü’l-Qəsidəti’t-Təntəraniyyə‛ adlı əsəri Konya
BYEK, əruz vəzninə dair yazdığı ‚Hidayətü’s-saili’l-qəsdi’l-cəlil fi İlmi’l-xəlil‛ adlı əsər
Kastamonu İHK-də saxlanılır. Cəmaləddin Düveyninin müəllifi olduğu fiqhə dair
‚Müxtəsər fi Zikri Təbəqatü’l-Hənəfiyyə‛ adlı əsərin bir nüsxəsi Amasiya vilayəti
Beyazıd İHK, ‚Müxtəsərü’l-Müntəlai’l-Vüsul‛ adlı əsərin müəyyən etdiyimiz iki
nüsxəsindən biri Konya BYEK-də, digəri isə Qahirədə, Misir Milli kitabxanasında,
‚Üsuli’l-Fiqh‛ adlı əsəri isə Konya Yusifağa kitabxanasında mühafizə olunur. Həmin
kitabxanada ‚Kitab Müntəhai’l-Vüsul və’l-Əməl fi İlmi’l-Üsul və’l-Cədəl‛ adlı əsərinin
də bir nüsxəsi mövcuddur. ‚Müxtəsərü’l-Müntəlai’l-Vüsul‛un Qahirədəki nüsxəsində
Əzudəddin əl-İcinin (öl. 1355) bu əsərə yazdığı şərh də mövcuddur. Alimin fiqh
üsuluna dair ‚Kitab Müntəhai’l-Vüsul və’l-Əməl fi İlmi’l-Üsul və’l-Cədəl‛ adlı əsəri h.
1326-cı ildə (1908) Misirdə Mustafa əfəndi əl-Məkkəvi tərəfindən nəşr olunmuşdur.
Əbu Abdullah Muhəmməd ibn Mahmud ibn Əbi Nəsr ibn Fərəc Düveyni
503
Kamandar ŞƏRİFOV, Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə Kitabxanasının Kataloqu, C. I, s. 244-245, 308, Bakı 2009.
504
‚Vafiyyə fi Şərhi’l-Kafiyyə‛ uzun müddət Türkiyənin Tokat vilayəti Zilə İHK-də saxlanmışdır.