Mühəddis idi. H. 544-cü ildə (1149) Azərbaycanın Düveyn şəhərində anadan olmuşdu.
Təhsilini davam etdirmək məqsədiylə Misirə getmiş və İsgəndəriyyədə Əbu Tahir əs-
Süləfi İsfəhanidən hədis dərsləri almış, hədis dinləmişdi. Bundan başqa Əbu Abdullah
əl-Məs’udi, Şərif Əbu Əli Muhəmməd ibn Əsəd əl-Cəvvani və Əbu Yaqub Yusif ibnü’t-
Tüfeyl kimi Misirin tanınmış hədis alimlərindən hədis dərsləri almışdı. Əbu Abdullah
Muhəmməd Düveyni h. 628-ci ilin zilqədə ayında (sentyabr 1231) vəfat etmişdi
505
.
Əbdürrəhman ibn Yəhya Düveyni
Hədis ravisi idi. Səbbah ibn Müharib, Cuddar ibn Bəkr Düveynidən hədis dinləmiş və
nəql etmişdi
506
. Ölüm tarixi məlum deyil.
Əbü’l-Xeyr Fəxravər ibn Osman ibn Muhəmməd Düveyni
Mühəddis idi. Əbü’l-Qasım əl-Buseyri, Əbu Yaqub Yusif ibnü’t-Tüfeyl və
başqalarından hədis dinləmiş, hədis dərsləri almışdı. Cəmaləddin İbnü’s-Sabuni (öl.
1282) Əbü’l-Xeyr Düveyni ilə görüşdüyünü və elmi mövzularda fikir mübadiləsi
apardığını qeyd etmişdir. Əbü’l-Xeyr Düveyni h. 18 səfər 652-ci ildə (8 aprel 1254)
Qahirədə vəfat etmişdir
507
.
Şeyx Kəmaləddin Əbü’l-Fütuh Nəsrullah ibn Mənsur ibn Səhl Düveyni
Şafi’i məzhəbinə mənsub fəqih idi. Bağdadda məşhur alim və mütəfəkkir Əbu Hamid
Qəzzalinin tələbəsi olmuş, ondan şafi’i fiqhini öyrənmişdi. Daha sonra təhsilini davam
etdirmək üçün Xorasanın Nişapur, Mərv və Bəlx kimi şəhərlərini gəzmişdi. O, Əbü’l-
Həsən Əli ibn Əhməd əl-Mədyəni, Əbu Bəkr Əhməd ibn Səhl əs-Sərrac və Əbu Səid
Əbdülvahid əl-Quşeyridən hədis dinləmiş və nəql etmişdir. Qazi Kəmaləddin Şəhrəzuri
onun tələbəsi olmuş, onun yanında fiqh və fiqh üsulu oxumuşdu. Əbu Sə’d əs-Səm’ani
və başqaları ondan hədis nəql etmişdilər. Şeyx Kəmaləddin Düveyni Xorasanadakı
mədrəsələrdə tədrislə məşğul olmuşdu. Səm’ani onun Bəlxdəki Nizamiyyə
505
İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 54.
506
İBN MAKULA, İkmal, C. I, s. 384.
507
İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 54.
mədrəsəsinin müdərrisi olduğunu qeyd etmişdir. Alim h. 546-cı ilin ramazan ayında
(dekabr 1151) Əfqanıstanın Bəlx şəhərində vəfat etmişdi
508
.
Şueyb ibn Muhəmməd ibn Əhməd ibn Bəzyi’ Düveyni
Hədis ravisi idi. Səhl ibn Suqeyr əl-Əxlatidən hədis dinləmiş və nəql etmişdi. Əbu Bəkr
əl-Müfid də ondan hədis dinləmiş və nəql etmişdi
509
. Ölüm tarixini müəyyənləşdirmək
mümkün olmamışdır. Lakin onun hədis dinlədiyi Səhl ibn Suqeyrin tabiundan Süfyan
ibn Üyeynədən (725-813) hədis dinləyib nəql etdiyini nəzərə alaraq Şueyb Düveyninin
IX-X əsrlərdə yaşadığını təxmin etmək olar.
Əmir Əbu Mənsur Fərəc ibn Kişvarə Düveyni
Əyyubilər dövlətinin ordusunda xidmət etmiş hərbi bürokratlardan biri idi. Əyyubi
ordusu komandanlarından birinin müavini olmuş, əmir rütbəsinə yüksəlmişdi. Əmir
Əbu Mənsur Düveyni həmçinin mühəddis idi. O, öz dövrünün məşhur hədis
alimlərindən Hafiz Əbu Tahir əs-Süləfi İsfəhani (1083-1181), Əbu Tahir ibn Əvf və
Əbü’l-Fəth Mahmuddan hədis dərsləri almışdır
510
. Ölüm tarixi məlum deyil. Əbu Tahir
əs-Süləfinin müasiri olduğunu və aşağıda haqqında məlumat verdiyimiz qardaşının
ölüm tarixini nəzərə alaraqa Əmir Əbu Mənsur Düveynin XII-XIII əsrlərdə yaşadığını
söyləmək olar.
Fəridun ibn Kişvarə Düveyni
Mühəddis və əmir Əbu Mənsur Düveyninin qardaşı idi. O, da qardaşı kimi Hafiz Əbu
Tahir əs-Süləfinin tələbəsi olmuş, İsgəndəriyyədə ondan hədis dərsləri almışdı. Fəridun
508
İBNü’l-ƏSİR,
Lübab, C. I, s. 517; BAĞDADİ,
Təkmilətü'l-İkmal, C. II, s. 263; Əbu İbrahim İsmayıl ibn Cə’fər İBN
KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, v. 126a-b,
http://www.way2əannah.com
; YAQUT əl-HƏMƏVİ,
Mu’cəmü’l-Büldan, C. III, s. 757; SƏM’ANİ,
Kitabü’l-Ənsab, C. II, s. 218; HİMYƏRİ,
Nisbə ilə’l-Məvazi’, C. I, s. 314.
Cəmaləddin Himyəri əsərində ‚Əbü’l-Fütuh Nəsr ibn Mənsur əd-Düveyni‛ (öl. 1132) və ‚Kəmaləddin Nəsrullah ibn
Mənsur əd-Düveyni‛ (öl. 1151) adlı iki ayrı adam haqqında danışır.
509
İBN MAKULA,
İkmal, C. I, s. 384.
510
İBNü’s-SABUNİ,
Təkmilətü’l-İkmal, s. 54.
Düveyni Misirdə hədis dərsləri vermişdi. Alim h. 4 rəbiəlaxir 617-ci ildə (7 iyun 1220)
Qahirədə vəfat etmişdi
511
.
Əbu Muhəmməd Əbdürrəhman ibn Həməd ibn Həsən əs-Süfyani Düveyni
Yaşadığı dövrün tanınmış mühəddislərindən idi. Azərbaycanın qədim şəhəri
Düveyndə
512
hədis dərsləri vermişdi. Hafiz Əbu Tahir əs-Süləfi (öl. 1181) onunla
Düveyndə görüşüb söhbət etmiş, hədis dinləmişdi. Hafiz Əbu Tahir onun Əbu Nəsr
Əhməd əl-Kəssar Dinəvəridən hədis dinləyib nəql etdiyini qeyd etmişdir. Əbu
Muhəmməd Əbdürrəhman Düveyninin ölüm tarixi məlum deyil, XI-XII əsrlərdə
yaşamışdır. Hafiz Əbu Tahir, Əbu Muhəmməd Əbdürrəhman Düveynidən eşitdiyi
aşağıdakı məşhur hədisi öz əsərində qeyd etmişdir. Əbu Səid əl-Xudri (ا) dedi: Allah
Rəsulu (م) buyurdular ki: ‚Əzanı eşitdiyiniz vaxt siz də müəzzinin dediyini
təkrarlayın‛
513
.
Şeyx Əbü’l-Abbas Əhməd ibn Muhəmməd Düveyni
Şafi’i məzhəbinə mənsub fəqih idi. Misirə getmiş və orada məskunlaşmışdı. Əbü’l-
Abbas Əhməd Düveyni yaşadığı dövrdə şafi’i fiqhini böyük alimlərindən biri olmuşdu.
O, imam Şafi’inin (/) ‚əl-Umm‛
514
adlı əsərinə dərindən vaqif olan nadir alimlərdən idi.
Alimliyi ilə yanaşı Əbü’l-Abbas Düveyni həmçinin mömin, zöhd və vəra’ sahibi insan
idi. O, çox namaz qılır, çox oruc tutur və daim Qur’an tilavəti ilə məşğul olurdu. O,
yumuşaq xasiyyətli, həlim insan idi. Sadə, mötədil həyat tərzi sürmüşdü. Əbü’l-Abbas
Əhməd Düveyni məhkəmə hakimlərinin davranış qaydaları, məhkəmə intizamı və
mühakimə üsuluna dair ‚Ədəbü’l-Qəza‛ adlı əsərin müəllifi idi. Alim h. 373-cü ilin
ramazan (fevral 984) ayında vəfat etmişdi
515
.
511
İBNü’s-SABUNİ,
Təkmilətü’l-İkmal, s. 54.
512
Hafiz Əbu Tahir əs-Süləfi alim haqqında məlumat verərkən onun nisbəsini
[
٢ٗٝكُا
]
‚əd-Düvəni‛ kimi qeyd etmişdi.
‚Düveyn‛ şəhərinin adının orta əsr ərəbdilli tarixi mənbələrdə ‚Düvən‛ və bu şəhərə nisbənin də ‚Düvəni‛ kimi
qeyd olunduğuna rast gəlmək olur. Məsələn bax: İBN XƏLLİKAN, Vəfayatü’l-Əyan, C. I, s. 259.
513
ƏBU TAHİR İSFƏHANİ, Ərbəinü’l-Büldaniyyə, s. 73.
[
ٕلإُٔا ٍٞو٣ آ اُٞٞوك ءاكُ٘ا ْرؼٌٔ الا
]
. Bu hədis üçün bax: BUXARİ,
Səhih, Əzan, 13; MÜSLİM,
Səhih, Səlat, 11/381; ƏBU DAVUD,
Sünən, Səlat, 36/522; TİRMİZİ,
Sünən, Səlat, 154/208.
514
İmam Muhəmməd ibn İdris əş-Şafi’inin (767-819) İslam hüququna dair fikir, bəyan və verdiyi fətvaları ehtiva edən
əsəridir. Bu əsər 7 cild halında nəşr edilmişdir.
515
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 252.