Əbü’l-Vəlid Yunis Qurtubi müasir olmuşdurlar. Beləcə Əhməd Bərdəinin X-XI əsrlərdə
yaşadığını təxmin etmək olar.
Əbu Cə’fər Muhəmməd ibn Xalid ibn Yəzid Bərdəi
Siqa hədis ravisi idi. Məkkədə məskunlaşmışdı. Muhəmməd ibn Səid ibnü’l-Əməş, Əbu
Sələmə Übeydullah ibn Xələsə, Asim ibn Rəvvad ibnü’l-Cərrah, Əbu Abdullah Xələf,
Ətiyyə ibn Bəqiyyədən hədis dinləmiş və nəql etmişdi. Əbü’l-Qasim Təbərani Misirdə
onun hədis dərslərində iştirak etmişdi. Əbu Muhəmməd Abdullah ibn Əbdan əl-Muqri,
Əbu Əli Hüseyn ibn Əli Nişaburi (öl. 960) ondan hədis nəql etmişdilər. Alim h. 317-ci il
zilhiccə ayının 8-i (11 yanvar 930) Məkkədə həcc ziyarətini yerinə yetirərkən qərmətilər
tərəfindən şəhid edilmişdi
432
.
Əbu Bəkr Muhəmməd ibn Abbas ibnü’l-Fəzl əl-Ətrablisi Bərdəi
Hədis ravisi idi. Əbu Bəkr Muhəmməd Bərdəi Ətrablisdə
433
yaşamış və burada Səid ibn
Əmr əs-Səkvənidən hədis nəql etmişdi. Əbdülvəhhab əl-Kilabi, Əbü’l-Qasım
Əbdülvahid ibn Əhməd ibnü’l-Əvf əl-Müzəni, Əbü’l-Vəfa Hüffaz ibn Həsən və
Əbdüləziz ibn Əhməd ondan hədis dinləmiş və nəql etmişdilər
434
. Ölüm tarixini və
yaşadığı dövrü müəyyən etmək mümkün olmamışdır.
Mövlana Muhyəddin Muhəmməd ibn Muhəmməd ibn Muhəmməd əl-Hənəfi Bərdəi
Fəzilət sahibi, gözəl əxlaqlı, lütfkar, təvazökar bir şəxs idi. Alim ailəsində böyümüşdü,
mənsub olduğu ailədə alimlər yetişmişdi. İlk təhsilini atasından almışdı. Daha sonra
Şiraza getmiş və bu şəhərin alimlərinin yanında müxtəlif elm sahələrinə aid biliklərə
yiyələnmişdi. Daha sonra Anadoluya getmiş və Bursa şəhərində Əhməd paşa
mədrəsəsinin müdərrisi olmuşdu. Bir müddət sultan Yavuz I Səlimin (1512-1520) əmri
432
ZƏHƏBİ,
Mizanü’l-E’tidal, C. I, s. 178; ƏBU NUEYM İSBƏHANİ,
Hilyətü’l-Əvliya, C. IV, s. 186; Əbu Hatim
Muhəmməd İBN HİBBAN ət-Təmimi əl-Busti, Kitabu’s-Suqat, C. IX, s. 126, Heydərabad 1975; MƏQRİZİ, Kitabü’l-
Müqəffa, C. V, s. 620. Qərmətilər tərəfindən həmin bu qətliamda öldülülən digər bir azərbaycanlı alim Əbu Səid
Əhməd Bərdəi olmuşdu.
433
Ətrablis və ya Trablis (Tripoli)-Livanın şimalında, Aralıq dənizi sahilində şəhər.
434
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LIII, s. 301.
ilə İstanbulda saray məmurlarının təlimi ilə məşğul olmuşdu. Sonra Ədirnəyə köçmüş
və buradakı mədrəsələrdə dərs vermişdi. Ərəb və fars dillərində təfsir, ərəb dili, fiqh
üsulu kimi elm sahələrinə dair bir sıra əsərlər qələmə almışdı. Yazdığı bir qəsidə Yavuz
Səlimin o dərəcədə xoşuna gəlmişdi ki, özü də şair olan sultan mükafat olaraq ona 300
qızıl əşrəfi
435
, bir samur kürk və hər üç ayda bir 80 aqça ülufə bağışlamışdı. Qazi
Bəyzavinin ‚Ənvarü’t-Tənzil və Əsrarü’t-Tə’vil‛ adlı Qur’an təfsirinə haşiyə,
Əzudəddin əl-İcinin
436
‚Adabü’l-Bəhs‛ adlı əsərinin şərhinə haşiyə, Seyyid Şərif
Cürcaninin ‚Təcrid‛
437
inə yazılmış şərhə haşiyə, ‚Haşiyə ələ’t-Təlvih‛ alimin
əsərlərindən bəziləridir
438
. Əhməd Ədnirəvi onun gözəl xətti olduğunu, fəzilətli, xoş
söhbətli, təmiz əqidəli və əxlaq sahibi insan olduğunu qeyd etmişdir
439
. Mövlana
Muhyəddin Bərdəi H. 927-ci ildə (1521) Ədirnədə vəfat etmişdi. Onun övladlarından
Şəmsəddin Həmdi də ‚Bərdəizadə‛ ləqəbi ilə tanınmış şair idi və farsca çox gözəl şerlər
qələmə almışdı
440
. Muhyəddin Bərdəinin ‚Haşiyə ələ şərhi İsağoci li’l-Kati‛ adlı əsəri
İstanbul Köprülü yazma əsərlər kitabxanası və Konya Yusifağa kitabxanasında,
‚Haşiyə ələ şərhi Adabi’l-Bəhs lil-İci‛, ‚Risalətü’l-Kəlamiyyə‛ və ‚Şərhu’l-Adabu’l-
Əzudiyyə‛ adlı əsərləri İstanbul Köprülü yazma əsərlər kitabxanasıında saxlanılır.
İmamü’s-Sibt Əbu Bəkr Əhməd ibn Harun ibn Ruh
441
Bərdici
Yaşadığı dövrün böyük hədis hafizlərindən biri idi. Hədis elmləri sahəsində bütün
İslam dünyasında mərci’ hesab olunurdu. Bəzi mənbələr onun nisbəsini həm də
‚Bərdəi‛ olaraq qeyd edirlər. Əbu Bəkr Bərdici hədis dinləmək üçün uzun səyahətlərə
çıxmış, Beyrut, Dəməşq, Hələb, Hums, Qahirə, Hərran, Kufə kimi İslam coğrafiyasının
435
Əşrəfi-Osmanlı imperatorluğunda bir neçə növ əşrəfi adlanan qızıl pul zərb edilmişdir. İlk ‚əşrəfi‛ (1=3,35 gr qızıl)
Yavuz I Səlimin hakimiyyəti illərində, Misirin Osmanlı dövlətinə birləşdirilməsindən sonra, zərb edilmişdi.
436
Qazi Əzudəddin Əbü’l-Fəzl Əbdürrəhman ibn Əhməd ibn Əbdülğəffar əl-İci (1300-1355). Əslən İranın Şiraz
vilayətinin İc qəsəbəsindəndir. Şafi’i məzhəbinə mənsub fəqih idi. Fiqh, fiqh üsulu, təfsir, tarix, əxlaq kimi sahələrə
dair bir sıra əsərlərin müəllifidir. Ən məşhur əsəri əqidəyə dair qələmə aldığı ‚Əqaidü’l-Əzudiyyə‛ adlı əsəridir.
437
Nəsrəddin Tusinin (öl. 1274) ‚ət-Təcrid fi İlmü’l-Kəlam‛ adlı əsəridir.
438
KATİB ÇƏLƏBİ,
Kəşfü’z-Zünun, C. I, s. 98; KƏHHALƏ,
Mu’cəmü’l-Müəllifin, C. III, s. 676.
439
Əhməd ibn Muhəmməd ƏDNİRƏVİ,
Təbəqatü’l-Müfəssirin, s. 176, Beyrut (trz).
440
İBNü’l-İMAD,
Şəzəratü’z-Zəhəb, C. VIII, s. 89; NƏFİSİ,
Tarixi-Nəzm və Nəsr, C. I, s. 340; İsaməddin Əhməd
TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə fi Üləmai-Dövləti’l-Osmaniyyə, s. 240-241, Beyrut 1985. Taşköprülüzadə
mövlana Muhyəddin Muhəmməd Bərdəinin h. 928 və ya 929-cu illərdə (1522 və ya 1523) vəfat etdiyini qeyd etmişdir.
441
Bəziləri bu adı ‚Rəvahə‛ kimi transkripsiya etmişdirlər. ‚Rəvahə‛ adı ərəb qrafikası ilə ‚حؼاٝن‛ kimi yazılır. Buna
görə də ‚غٝن‛ adını Ruh və ya Rəvəh kimi oxumaq daha münasib olacaqdır.