ötmüşdü
576
. Cəmaləddin Əsnəvi, irəlidə haqqında ətraflı məlumat verəcəyimiz, 1012-
1107-ci illərdə yaşamış Əbu Bəkr Əhməd əz-Zəncaninin qazi Muhyəddin Əbhərinin
müəllimi olduğunu qeyd etmişdir
577
. 1107-ci ildə vəfat etmiş bir şəxsin tələbəsi
olduğuna görə görünür vəfat edərkən Muhyəddin Əbhərinin yaşı 100-ü xeyli ötübmüş.
Qazi Muhyəddin Əbu’t-Təyyib Muhəmməd ibnü’l-Mükərrəm ibn Məs’ud ibn
Həmmad əl-Əyyadi Əbhəri
Yaşadığı dövrün tanınmış fəqihlərindən və alimlərindən biri olmuşdur
578
. İbnü’l-Fuvati
alimin yaşadığı dövr və ya ölüm tarixiylə bağlı heç bir məlumat verməmişdir.
Müəddib İzzəddin Əbü’l-Fəzl Muhəmməd ibn Əbdürrəhman ibn Muhəmməd Əhəri
Onun atası Şəmsəddin Əbdürrəhman dövrünün tanınmış alimlərindən idi və köçüb
Təbrizdə məskunlaşmışdı. İzzəddin Əbü’l-Fəzl Əhəri öz atasının yanında təhsil almışdı.
O, gözəl xəttlə yazı yazırdı. İzzəddin Əbü’l-Fəzl Əhərinin Təbriz şəhərində əyan və
zadəgan uşaqlarının təhsil aldıqları şəxsi məktəbi var idi. Tarixçi İbnü’l-Fuvati onunla
iki dəfə görüşdüyünü qeyd etmişdir. Birinci dəfə Əhərdə şeyx Cəlaləddin Əbdülhəqq
Əhərinin yanında, ikinci dəfə isə 1266-cı ildə Təbrizdə xətib Şihabəddin əl-Həddadi
Təbrizinin evində
579
. İbnü’l-Fuvati İzzəddin Əhərinin ölüm tarixini qeyd etməmişdir.
Güman ki, o, İbnü’l-Fuvatidən (öl. 1323) sonra vəfat etmişdir.
Hacib Fəxrəddin Cəbrayıl ibn Əhməd Peykər Əhəri
İbnü’l-Fuvati onun haciblər nəslinə mənsub olduğunu və hacib ‚Təşkin əl-Kəbir‛in
580
oğlu olduğunu qeyd edir. Hacib Fəxrəddin Cəbrayılın Nurəddin Mikayıl adlı bir
qardaşı da var idi. Hacib Fəxrəddin Azərbaycanın Əhər, Əvrab, Mincarun qalalarının
və bu qalaların ətrafındakı ərazilərin hakimi idi. O, vəzir Rəbibəddin Əbü’l-Qasım
576
BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67.
577
ƏSNƏVİ,
Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 301-302.
578
BÜNYADOV,
həmin məqalə.
579
BÜNYADOV,
həmin məqalə.
580
[ه٤ثٌُا ٖ٤ٌشذ]
Harunun yaxın dostu idi. Onun ölümündən sonra Şəmsəddin Əlişir haciblik
vəzifəsində təyin olunmuşdu
581
.
İbnü’l-Fuvatinin ‚Məcməü’l-Adab‛ını təhqiq edib nəşrə hazırlayan Dr. Mustafa Cavad
bu adı şərh edərkən ‚bu ad Nuştəkin adını xatırladır və Nuştəkin Əbu Nəsr ibn
Cuheyrin xidmətində olan əmirlərdən biri idi‛ deyə qeyd etmişdir. Azərbaycanın
coğrafiyası və tarixi ilə tanış olmaması naşiri yanıltmışdır. Burada sözü gedən şəxsin
adı əslində ‚Təşkinü’l-Kəbir‛ deyil Piştəkindir. Bu şəxs və onun nəsli haqqında Nəsəvi
öz əsərində ətraflı və maraqlı məlumat verir. Nəsəvinin yazdığına görə sultan
Muhəmməd Xarəzmşah (1200-1220) İran, İraqi-Əcəm və Azərbaycanın bir qismini işğal
edib atabəy Özbəyin (1211-1225) ordusu məğlub edəndən sonra atabəyin vəziri
Rəbibəddin Əbü’l-Qasım Harunu və atabəyin əmirlərindən məlik Nüsrətəddin
Muhəmməd ibn Piştəkini (öl. 1231) əsir almışdı
582
. Muhəmməd Xarəzmşah hər gün
Həmədan şəhərinin meydanında topağac (polo) oynayır, əsir vəziri və əmirləri də
meydanda ayaq üstə dayanıb ona tamaşa etməyə məcbur edirdi. Bunula o, əslində
əsirləri alçaltmaq məqsədi güdürdü. Belə günlərdən birində sultan Muhəmmədin
gözünə məlik Nüsrətəddin Muhəmmədin qulaqlarındakı iri sırğalar sataşdı. Bu
halqavari sırğaların hər biri bilərzik böyüklüyündə idi. Sultan məlik Nüsrətəddinə
yaxınlaşıb ‚bunlar nədir belə?‛ deyə soruşmuşdu. Məlik Nüsrətəddin isə belə cavab
vermişdi: ‚Böyük Səlcuqlu sultanı Alparslan (1063-1072) gürcü çarının (IV Baqrat)
ordusunu məğlub etdiyi vaxt (1064) əsir alınmış gürcü komandanları onun hüzuruna
gətirilmişdilər. Sultan onları edam etdirməyib canlarını bağışladı, sonra da onları
Böyük Səlcuqlu dövlətinə xidmət etmələri şərtiylə əsirlikdən azad etdi. Onların hər biri
üçün bir cüt qızıl sırğa düzəltdirib üstünə öz adını yazdırdı və onların qulaqlarına
taxdırdı. Səlcuqlu dövləti zəiflədiyi vaxt həmin məmlüklər itaətdən imtina etdilər.
Sadəcə mənim babam İslamı qəbul etdi. O, Allaha itaət və sultana sədaqətdən ötrü
peşman olmadı‛. Onun bu sözləri Muhəmməd Xarəzmşahı mütəəssir etdi, sultanın
qəlbi riqqətə gəldi və onu əsirlərin arasından ayırdı. Hətta öz əli ilə ona xələt
geyindirdi. Sonra ondan Azərbaycanda haranın hakimi olduğunu soruşdu. Məlik
581
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 140.
582
Bu haqda daha ətraflı məlumat üçün bax: BÜNYADOV, Azərbaycan Atabəyləri Dövləti, s. 110; İbrahim
KAFESOĞLU, Harezmşahlar Devleti Tarihi, s. 203, Ankara 1992.
Nüsrətəddin ‚Əhər və Ləvla qalalarının‛ deyə cavab verdi. Sultan sahib olduğu
mülklərin və üstəlik Sərab şəhərinin də hakimliyini ona verdiyinə dair fərman
imzaladı‛
583
. Göründüyü kimi məlik Nüsrətəddin Muhəmməd ibn Piştəkin babasının
gürcü ordu komandanı olduğunu, əsir düşüb, sonra azad edildiyini və İslamı qəbul
edərək Əhər və ətraf vilayətlərin hakimi olduğunu bildirmişdir. İbnü’l-Fuvati isə hacib
Fəxrəddin Cəbrayılın atasının adının ‚Təşkinü’l-Kəbir‛, yəni böyük Təşkin (yəni
Piştəkin) olduğunu yazmışdır. Ehtimal ki, əlyazmada ‚Biştəkinü’l-Kəbir‛ və ya
‚Bişkinü’l-Kəbir‛ yazılmışdır. Çünki ərəb dilində ‚p‛ səsi və bunu ifadə edən hərf
yoxdur. Naşir isə bunu ‚Təşkin‛ kimi oxumuşdur. Ərəb orfoqrafiyasının
xüsusiyyətlərindən irəli gələn dolaşıqlığın Dr. Mustafa Cavadı yanıltdığını düşünürük.
Əmir Piştəkinin Əhərdən başqa sahib olduğu, Nəsəvinin Ləvla, İbnü’l-Fuvatinin isə
Əvrab olaraq qeyd etdikləri, qala isə indiki Meşkin şəhəridir ki, Əhərlə Ərdəbil
arasında yerləşir. Meşkin isə ‚Piştəkin‛in
584
vaxt keçdikcə deformasiyaya uğramış
şəklidir. Həmidullah Müstəvfi (öl. 1350) Azərbaycan coğrafiyası haqqında məlumat
verərkən ‚Pişkin‛ maddəsində belə yazır: ‚Bu şəhərin əvvəlki adı Vəravi idi. Lakin
sonra gürcü Pişkin buraya canişin təyin olundu və şəhər onun adı ilə adlandırıldı‛
585
.
Həmidullah Müstəvfinin ‚Pişkin‛ adlandırdığı gürcü canişin isə bu şəhərin
hakimlərinin babası böyük Piştəkindən başqası deyildir
586
.
İbnü’l-Fuvatinin qeydlərindən hacib Fəxrəddin Cəbrayıl Əhərinin atabəy Özbəyin
(1211-1225) vəziri Rəbibəddin Əbü’l-Qasım Harunun müasiri olduğu məlum olur. Elə
isə hacib Fəxrəddinin XII-XIII əsrlərdə yaşadığını təxmin etmək olar. Ehtimal ki, məlik
583
Siyrətü’s-Sultan Cəlaləddin Məngübərti, s. 60-61.
584
Fikrimizcə bu ad məhz ‚Piştəkin‛ olaraq oxunmalıdır. Sözü gedən şəxsin gürcü ordusunun əsir düşmüş hərbi
komandanı olduğunu nərzərə alaraq belə demək olar. ‚Piştəkin‛ iki ayrı sözün, farsca ön, qabaq, qabaqcıl, rəhbər,
öndəki mənasını ifadə edən ‚piş‛ və türkcə şahzadə, bəyzadə mənasını ifadə edən ‚təkin‛ (əslində ‚tegin‛ və ya
‚tigin‛) sözlərinin birləşməsindən meydana gəlmişdir. Türk və İslam tarixində əsirlikdən əmirliyə və hökmdarlığa
yüksəlmis çox sayıda mənşəcə türk olan şəxsə rast gəlmək olar. Məsələn bunlardan Alptəkin, Səbüktəkin, Savtəkin,
Ənuştəkin, Böritəkin, Bəgtəkini nümunə göstərmək olar. Fikrimizcə burada sözü gedən Piştəkin də gürcü ordusunda
xidmət edən və məşəcə türk olan sərkərdə idi. Çünki sözü gedən dövrdə gürcü ordusunda çox sayıda qıpçaq türkü
xidmət etmişdir. Məlik Nüsrətəddinin də dediyi kimi onun ulu babası Səlcuqlu dövlətinin zəifləməsindən sui-
istifadə edərək itaətdən boyun qaçırmamış, əksinə İslamı qəbul etmişdi. Fikrimizcə onu belə bir addıma sövq edən
şey Azərbaycanda məzh öz irqdaşları arasında olması olmuşdur. ‚Piş‛ və ‚Tegin‛ sözləri üçün bax: KANAR, Büyük
Farsça-Türkçe Sözlük, s. 154; Orhan Güdül KUTALMIŞ,
Türkçe İnsan Adları ve Anlam-kökenleri, s. 249, 252.
http://www.kitablar.org/details.php?book_id=1008
585
Həmidullah Əhməd ibn Əbu Bəkr əl-MÜSTƏVFİ,
Nüzhətü’l-Qülub, s. 85, (Nşr. G. Le Strange) London 1919.
586
Piştəkinlər sülaləsi haqqında bax: İ. P. PETRUŞEVSKİY,
Oçerki po İstorii Feodalnıx Otnoşeniy v Azerbaydjane i
Armenii v XVI-XIX vv, s. 79, Leninqrad 1949.