Muhəmməd ibn Yəhya Nişapuri və əllamə Qütbəddin İbrahim ibn Əli Əndəlusidən də
müxtəlif elm sahələrinə dair bilikləri öyrənmişdi
457
. Əbu Əhməd Zəki Beyləqani
həmçinin varlı tacir idi. H. 636-cı ildə (1239) ticarət məqsədiylə Dəməşqə səyahət
etmişdi. O, köçüb Yəməndə məskunlaşmış, uzun ömür sürmüş və h. 675-ci ildə (1276)
Ədən şəhərində vəfat etmişdi
458
. Ədəndəki mədrəsələrdən birində müdərris olan Zəki
Beyləqani vəsərsəlik hüququ sahəsindəki dərin biliyi ilə yanaşı riyaziyyat, fiqh, fiqh
üsulu, hədis, cədəl, məntiq kimi elm sahələrində dövrün tanınmış mütəxəssislərindən
biri olmuşdu. Ədəndə onun dərslərində çox sayıda tələbə iştirak edirdi. Nurəddin
Əbü’l-Həsən Haşimi, Əhməd ibn Muhəmməd əl-Hərrazi, Əbü’l-Xeyr ibn Mənsur
Şəmmaxi, İsmayıl əl-Hədrami onun tələbəsi olmuşdular
459
. Yafi’i (öl. 1367) öz əsərində
onun sultanla mübahisə etdiyini, bu mübahisədən sonra köçüb Yəməndə
məskunlaşdığını qeyd edir. Lakin müəllif onun hansı sultanla və hansı mövzuda
mübahisə etdiyini bildirmir. Yafi’i özü əslən Yəmənli idi, gəncliyi və tələbəlik illəri
Ədəndə keçmişdi. Ehtimal ki, bu hadisə xeyli məşhur hadisə olmuşdur və Yafi’i
təfərrüatına varmadan qısaca bunu öz əsərində qeyd etmişdi. Cəmaləddin Abdullah
Himyəri isə onun əmisi oğlu Şəmsəddin Əbu Tahir Beyləqanin vəsiyyətinə əməl
edərək, Misir Məmlüklü sultanı Müzəffər Seyfəddin Qutuzun (1259-1260) hakimiyyəti
dövründə, özünün və əmisi oğlunun ailəsi ilə birlikdə Misirdən Yəmənə köçdüyünü
qeyd etmişdir
460
. Sultan Müzəffər Qutuzun cəmi 1 il hakimiyyətdə qaldığını nəzərə
alaraq bu hadisənin də 1259-1260-cı illərdə baş verdiyini təxmin etmək olar. Lakin
Himyəri onun və ya əmisi oğlunun hakimiyyət dairələri ilə aralarında hər hansı bir
ziddiyət olduğundan söhbət açmır. Bəhaəddin Cəndi öz əsərində Əbu Əhməd Zəki
Beyləqani və əmisi oğlunun Misirdəki bəzi fəqihlərlə, xüsusilə də bir qazi ilə, aralarında
dərin ziddiyətlər olduğunu, bu səbəbdən bu iki əmi oğlunun müxtəlif vaxtlarda Misiri
tərk edərək Yəmənə köçdüklərini qeyd etmişdir. Bundan başqa Bəhaddən Cəndi sultan
457
Cəmaliddin Muhəmməd İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmalü’l-İkmal fi’l-Ənsab, (Nşr. M. Cavad), s. 55, Bağdad 1957;
HİMYƏRİ,
Nisbə ilə’l-Məvazi’, C. I, s. 143. Bəzi mənbələrdə alimin babasının adı ‚Ömər‛, bəzilərində isə ‚İmran‛ kimi
qeyd edilmişdir.
458
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. V, s. 632; Abdullah ibn Əsəd əl-YAFİ’İ, Miratü’l-Cənan və İbrətü’l-Yəqzan, C. II, s.
580, Beyrut 1997; ƏSNƏVİ,
Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 133. Əsnəvi onun h. 676-cı ildə (1277) vəfat etdiyini qeyd
etmişdir.
459
HİMYƏRİ, yenə orada; Əhməd ibn Əli İBN HƏCƏR əl-Əsqəlani, Dürərü’l-Kaminə fi Əyanü’l-miəti’s-Saminə, C. II, s.
84, Heydərabad 1929.
460
HİMYƏRİ,
yenə orada.
Müzəffər Qutuzun imam Şəmsəddin Əbu Tahir Zəki Beyləqaniyə dərin hörmət
bəslədiyini, hətta tez-tez elmi mövzularda onun fikirlərinə müraciət etdiyini, Yəmənə
köçəndən sonra da onu yenidən Misirə dəvət etdiyini yazır
461
. Digər tərəfdən
Şəmsəddin Əbu Tahir Beyləqaninin hansı səbəbdən belə bir vəsiyyət etdiyi də sual
doğurur. Ehtimal ki, sultan Müzəffər Qutuzun ölümündən (1260) sonra Əbu Əhməd
Zəki Beyləqani Misir Məmlüklü sarayı tərəfindən göstərilən himayədən məhrum olmuş
və Yəmənə getmək məcburiyyətində qalmışdı.
Müəyyinəddin Əbu Əli Əyyub ibn Əhməd ibnü’l-Əziz Beyləqani
Təsəvvüf əhlinə mənub mühəddis idi. Çox sayıda hədisi, tarixi hadisəni və şerləri əzbər
bilirdi
462
. İbnü’l-Fuvati Müəyyinəddin Əli Beyləqaninin yaşadığı dövr və ya ölüm tarixi
haqqında heç bir məlumat verməmişdir.
Qazi Üməyyədəddin Əbü’l-Fərəc Məs’ud ibn Əhməd ibn Mahmud Beyləqani
Şafi’i məzhəbinə mənsub fəqih, Beyləqanın əyan və əsilzadə ailəsinə mənsub möhtərəm
şəxslərindən biri idi. Bütün Arranda fəziləti, fiqh elmindəki dərin biliyi ilə tanınmışdı.
Həmçinin öz dövrünün görkəmli ədibi idi. İbnü’l-Fuvati h. 657-ci ildə (1259) Əhərdə
onun ərəbcə yazdığı gözəl bir qəzəli dinlədiyini bildirmiş və həmin qəzəli əsərində
qeyd etmişdi
463
:
ٍٚ٘ؽت بِٞوُا ٠ُا ء٢ٍ٣ هٔه
Ay qəlbləri öz gözəlliyi ilə bəzəyir
ُْوٍٗ ٝ ُّػٍٗ ٙهظاٗ ْوٍت ٝ
Baxanın korluğu da buna mane deyil
ٙن ْٞٗ ٝ ة٤غهُا ٖصـُا ٝ ْ٣هً
Ceyran kimi dik duruşun, şux qamətinlə
ٍُْثُٔاٝ ُٚٓاٞه ٝ ٚظاؽُأ
Diqqətin, baxışın və nurlu təbəssümünlə
طٜثٔت ىاظن ٖٓ اًآٞ٣ ُخىك لا
Sənin rizanı qazandığım gün sevincdən uçdum
ّأٌأ يثؼ ة٣مؼذ ٖٓ ُدً٘ ٕا
Sən mənə sevgimdən ötrü əzab versəndə
461
CƏNDİ, Süluk fi Təbəqati’l-Üləma və’l-Müluk, C. I, s. 439-441.
462
BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67.
463
Kəmaləddin Əbü’l-Fəzl Əbdürrəzzaq ibn Əhməd İBNü’l-FUVATİ, Məcməü’l-Adab fi Mu’cəmü’l-Əlqab, C. IV/2, s.
954-955, (Nşr. M. Cavad), Dəməşq 1963.