Əbü’l-Qasım Yusif ibn Həsən ibn Muhəmməd ət-Təfəkküri Zəncani
Mühəddis idi. Alim, fəzilət sahibi, saleh insan idi. Hafiz Əbu Yə’la Xəlil ibn Abdullah
Qəzvini, Əbu Abdullah Hüseyn ibn Muhəmməd əl-Fəlaki və hafiz Əbu Nueym Əhməd
ibn Abdullah İsfəhaninin tələbəsi olmuş, onlardan hədis dinləmişdi. Əbü’l-Qasım
ibnü’s-Səmərqəndi, Əbü’l-Fərəc Əbdülxaliq ibn Əhməd ibn Yusif, hafiz Əbu Şüca’
Şiruyə ibn Şəhrdar Həmədani ondan hədis dinləmiş və hədis elminə dair bilikləri
öyrənmişdilər. Bağdadda yaşamış, h. 11 rəbiəlaxir 473-cü ildə (28 sentyabr 1080) bu
şəhərdə vəfat etmiş və Babi-hərb qəbristanında dəfn edilmişdi
1916
.
Əbü’l-Fəzail Əbdürrəhim ibn Rüstəm Zəncani
Təfsir, fiqh və fiqh üsulu sahələrində tanınmış mütəxəssis idi. O, həm də istedadlı şair
idi. Bağdadda təhsil almış, İbn Rəzzazın tələbəsi olmuşdu. Əsərləri və çıxışları ilə əhli-
sünnənin Qur’an anlayışına zidd cərəyanlara qarşı şiddətli mübarizə aparmışdı.
Dəməşqdə Mücahidiyyə və Qəzzaliyyə mədrəsəsində dərs vermişdi. Bəəlbək qaziliyinə
təyin olunmuş və bu vəzifəni icra etmişdi. Bəəlbək qazisi ikən h. 563-cü ilin rəbiəlaxir
ayında (yanvar 1168) batini-xaşxaşlərin sui-qəsdinə uğrayaraq şəhid olmuşdu. Cənazəsi
Dəməşqə gətirilərək burada dəfn edilmişdi
1917
.
Əbü’l-Həsən Əbdülmuhsin ibn Abdullah ibn Əbdülmuhsin Zəncani
Alim ailəsində dünyaya gəlmişdi. Atasından və əmisindən fiqh dərsləri almışdı. Daha
sonra Bağdada getmiş və Üseyd əl-Meyhəninin tələbəsi olmuşdu. Bağdad
mühəddislərindən hədis dinləyən Əbü’l-Həsən Zəncani Azərbaycana qayıtmışdı.
Zəncan qaziliyinə təyin edilmiş, bu vəzifəni icra etməklə yanaşı hədis və fiqh dərsləri
vermişdi. Ölüm tarixi h. 580-ci (1184-1194) illərə təsadüf edir
1918
.
Şeyx Zəhirəddin Əbü’l-Məhamid Mahmud ibn Übeydullah ibn Əhməd Zəncani
1916
İBN NÖQTƏ, Təqyid li-Mərifəti-Ruvat, s. 285.
1917
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 307; NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, s. 317, 346.
1918
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 307.
Şafi’i məzhəbinə mənsub fəqih və fütuvvət şeyxi idi. Onun atası qazi Əbu Muaz
Übeydullah Zəncani də yaşadığı dövrün tanınmış alimlərindən biri idi. H. 597-ci (1201)
ildə Dəməşqdə dünyaya gələn şeyx Zəhirəddin Mahmud Zəncani bu şəhərdə
yaşamışdı. O, şeyxü’ş-şüyux Şihabəddin Ömər Sührəvərdinin (öl. 1234) tələbəsi və
yaxın dostu olmuşdu. Şihabəddin Sührəvərdidən onun ‚Əvarifü’l-Məarif‛ adlı əsərini
dinləmişdi. Təsəvvüfə dair digər bir əsəri, Əbu Nəsr əs-Sərracın müəllifi olduğu ‚əl-
Lüma‘‛nı isə h. 623-cü (1226) ildə şeyx Əbdüssəlam əd-Dahiridən dinləmişdi.
Zəhirəddin Zəncani hafiz Bədrəddin Əbü’l-Xeyr Bədəl Təbrizi (öl. 1238), Əbü’l-Məali
Said kimi mühəddislərdən hədis dinləmiş, bu elm sahəsinə dair biliklərə yiyələnmişdi.
O, h. 674-cü ilin ramazan ayında (18 fevral-19 mart 1276) vəfat etmişdi. Şeyx Zəhirəddin
Mahmud Zəncani ilə görüşüb söhbət etmiş Şəmsəddin Zəhəbi ondan eşitdiyi aşağıdakı
hədisi əsərində qeyd etmişdi. Ömər ibn Xəttab (ا) dedi: Allah Rəsulu (م) buyurdular ki:
‚Məscidlərini (qızılla) bəzəyəcək olan millət necə də bəd əməllidir‛
1919
.
Bu hədis İbn Macənin müəllifi olduğu hədis külliyatında, ‚Məscidlər‛ (hədis Nr. 741)
bölümündə də qeyd edilmişdir. İbn Macənin ‚Sünən‛ini türkcəyə tərcümə etmiş
Heydər Xətiboğlu bu hədisi şərh edərkən əl-Heysəminin ‚Məcməü’z-Zəvaid‛ adlı
əsərinə istinadən hədisin nəql silsiləsindəki ravilərdən Əbu İshaqın tədlis
1920
etdiyini,
Cübarə ibnü’l-Muğlisin isə yalan danışdığının eşidildiyini qeyd etmişdir
1921
. Buna
baxmayaraq məscidlərin ifrat bəzədilməsi İslami nöqteyi-nəzərdən bəyənilən bir iş
deyildir. Bu haqda bir çox hədis mövcuddur.
Şəmsəddin Əbü’l-Məkarim Mənsur ibn Həsən ibn Mənsur Zəncani
Şəmsi-Zəncani ləqəbi ilə tanınan Əbü’l-Məkarim Mənsur Zəncani şafi’i məzhəbinə
mənsub fəqih idi. Bağdad Nizamiyyə mədrəsəsində təhsil almışdı. Təhsilini başa
vurduqdan sonra Bağdaddakı əs-Suqtiyyə mədrəsəsində dərs vermişdi. Tədris
fəaliyyəti ilə məşğul olduğu dövrdə Bağdadda əl-Qəsr camesində təşkil olunan elmi
1919
ZƏHƏBİ, Mu’cəmü’ş-Şüyux, C. II, s. 332.
[
َْٛك ِظآٍ اُٞكهْـ َو َّلاا ػه ٍّٞه َٔػ َءاٌَ آ
]
1920
Tədlis etmək-Ravinin nəql etdiyi hədisin gizli bir cəhəti, qüsuru olduğu halda belə bir cəhətinin, qüsurunun
olmadığını düşündürəcək formada həmin hədisi nəql etməsidir. Belə ravilərə müdəllis, yəni tədlisçi deyilir. Tədlisin
10-a yaxın növü var. Bu haqda daha ətraflı məlumat üçün bax: AYDINLI, həmin əsər, s. 152.
1921
İBN MACƏ,
Sünən, C. II, s. 549.
diskussiyalarda iştirak edirdi. Əbü’l-Məkarim Mənsur Zəncani h. 599-cu ilin ramazan
ayında (may 1203) Bağdadda vəfat etmişdi
1922
.
Şeyx Əbu Müzəffər Əbdüssəməd ibn Hüseyn ibn Əbdülqəffar Zəncani
Mühəddis, abid və saleh insan idi. Bağdadda Əbü’l-Qasım Hibətullah ibn Muhəmməd
ibnü’l-Husayn əş-Şeybani (öl. 1131) və Əbü’l-Qasım Zahir ibn Tahir əş-Şihamidən hədis
dinləmişdi. Hafiz Əbu Bəkr əl-Hazimi onun tələbəsi olmuş və ondan imam Əhməd ibn
Hənbəlin (/) ‚Müsnəd‛ adlı hədis külliyatındakı hədisləri dinləmişdi. Alim h. 14
ramazan 581-ci ildə (8 dekabr 1185) vəfat etmişdi
1923
.
Əbu Cə’fər Muhəmməd ibn Mənsur ibn Muhəmməd Zəncani
Mühəddis və şafi’i məzhəbinə mənsub fəqih idi. Ömrünün son bir neçə ilini
Əstərabadda
1924
yaşamışdır. Mömin, fəzilət, zöhd və vəra’ sahibi insan idi. Əbu
Abdullah Muhəmməd ibn Cə’fər əl-Qəzai, Əhməd ibn İbrahim ibn Musa əd-Dəqqaq,
Əbu Muhəmməd Əbdürrəhman ibn Muhəmməd ibn Həsən əl-Farisidən hədis
dinləmişdi. Əbu Həfs Ömər ibn Muhəmməd ibn Həsən əl-Fərğuvali Mərvdə, Əbu Nəsr
Əbdülvəhhab ibn Əhməd ibn Əbdüssəlam Əstərabadda ondan hədis nəql etmişdilər.
Alim h. 480-cı (1087-1097) illərdə Əstərabadda vəfat etmişdi
1925
.
Şeyx İmadəddin İbrahim ibn Əbdülvəhhab ibn Əbü’l-Məali Zəncani
İmadi-Zəncani olaraq tanınan İbrahim ibn Əbdülvəhhab Zəncani yaşadığı dövrün
tanınmış fəqih və mühəddislərindən idi. O, h. 594-cü ildə (1198) Mərv şəhərinə gedərək
Fəxrəddin İsmayıl ibn Muhəmməd əl-Faşaninin (öl. 1206) tələbəsi olmuş və onun
yanında hədis elminə dair biliklərə yiyələnmişdi. İbnü’l-Fuvati İmadəddin Zəncanini
‚öz dövrünün yeganəsi, fəziltli insan, ədib, alim və fəqih‛ kimi sözlərlə yad etməkdə
1922
ƏSNƏVİ,
Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 308.
1923
İBN NÖQTƏ,
Təqyid li-Mərifəti-Ruvat, s. 218.
1924
Əstərabad-İranın şimali-şərqində, Xəzər dənizinin cənubi-şərq sahilindən bir neçə km aralıda yerləşən şəhər.
1925
SƏM’ANİ,
Kitabü’l-Ənsab, C. II, s. 328-329.