idi
1926
. İmadəddin Zəncani, Əbu Hamid Qəzzalinin şafi’i fiqhinə dair ‚əl-Vəciz‛ adlı
əsərinə iki cildlik şərh yazmışdı. Bundan başqa o, Qur’ani-Kərimin bəzi surələrinin
təfsirinə dair ‚Nəqavətü’l-Əziz‛ adlı əsərin də müəllifi idi. Alim h. 625-ci ilin şaban
ayında (iyul 1228) vəfat etmişdi
1927
.
Şeyx İzzəddin Əbü’l-Fəzail Əbdülvəhhab ibn İbrahim ibn Əbdülvəhhab ibn Əbü’l-
Məali Zəncani
XIII əsrin tanınmış filoloq və ədəbiyyatşünaslarından biri olan şeyx İzzəddin
Əbdülvəhhab Zəncani yuxarıda haqqında bəhs etdiyimiz İmadi-Zəncaninin (öl. 1228)
oğlu idi. Şeyx İzzəddin Zəncani Bağdaddan cənubda yerləşən Mədain şəhərində
dünyaya gəlmişdi. O, ‚Mə’ribu-İ’ma fi’s-Sihah‛, ‚Məğrib fi’l-Lüğə‛, ‚Me’yarü’ş-Şe’r‛,
‚Hadi fi’n-Nəhv və’s-Sərf‛, ‚Mübadi’ fi’t-Təsrif‛ və ‚Kitabü’l-İzz fi’t-Təsrif‛ adlı
əsərlərin müəllifi idi. Alim həmçinin İbnü’l-Hacib Düveyninin əsərinə də ‚Şərhü’l-
Kafiyyə‛ adlı şərh yazmışdır. Bunlardan ərəb dilinin qrammatikası sahəsində qələmə
alınmış ‚Kitabü’l-İzz fi’t-Təsrif‛ adlı əsər uzun müddət bütün İslam coğrafiyasındakı
mədrəsələrdə dərslik kimi istifadə olunmuşdur. Türkiyədəki əlyazma əsər
kitabxanalarında ‚Kitabü’l-İzz fi’t-Təsrif‛in yüzlərlə nüsxəsi mövcuddur. Bu əsər daha
çox ‚Təsrifü’l-İzzi‛ adı ilə tanınmışdır. ‚Kitabü’l-İzz fi’t-Təsrif‛in əlyazma
nüsxələrindən biri AMEA Əİ-nun fondunda mövcuddur
1928
. Bu əsərin əlyazma
nüsxələrindən biri də Qahirə Milli kitabxanasında saxlanılır. ‚Me’yarü’n-Nizar fi
İlmü’l-Əş’ar‛ da alimin qələmindən çıxmış əsərlərdəndir. Şeyx İzzəddin Zəncani h. 654-
cü ilin zilqədə ayında (dekabr 1256) Bağdadda vəfat etmişdi
1929
.
Hafiz Əbü’l-Qasım Sə’d ibn Əli ibn Muhəmməd Zəncani
Hədis hafizi, mühəddis idi. Təqribən h. 380-ci ildə (990) anadan olmuşdu. Şeyxü’l-
Həram adı ilə tanınan Əbü’l-Qasım Sə’d Zəncani Məkkədə məskunlaşmış, bu şəhərdə
1926
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 652.
1927
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 309.
1928
ŞƏRİFOV, Əbdülqəni Əfəndi..., s. 95.
1929
KATİB ÇƏLƏBİ, Kəşfü'z-Zünun, C. II, s. 213, 744, 918, 923, 1058; BAĞDADLI, İzahü’l-Məknun, C. II, 330;
BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67.
yaşamışdı. Hədis dinləmək və hədis dərsləri almaq üçün səyahət etmişdi. Doğma şəhəri
Zəncanda Muhəmməd ibn Əbu Übeyddən, Misirdə Əbu Abdullah Muhəmməd ibn
Nəzif əl-Fərra, Hüseyn ibn Maymun əs-Sədəfidən, Qəzzədə Əli ibn Səlamədən,
Dəməşqdə Əbdürrəhman ibn Yasir əl-Cəvbəri və Əbü’l-Qasım ibnü’t-Tubəyyizdən
hədis dinləmişdi. İmam Əbü’l-Müzəffər Mənsur ibn Əbdülcəbbar əs-Səm’ani, Əbu Bəkr
əl-Xətib, Məkki ibn Əbdüssəlam ər-Rumeyli, Hibətullah ibn Faxir, Əbü’l-Fəzl
Muhəmməd ibn Tahir əl-Məqdisi, Əbdülmün’im ibn Əbü’l-Qasım əl-Quşeyri, Əbu
Cə’fər Həmədani ondan hədis dinləmiş və nəql etmişdilər. Böyük hədis alimi kimi
onun şöhrəti sadəcə Məkkədə deyil, Misir və Şam diyarına da yayılmışdı. Məkkə əmiri
hafiz Əbü’l-Qasım Sə’d Zəncani haqqında ‚onun əlini öpənlərin sayı, hacərü’l-əsvədi
öpənlərdən çoxdur‛ demişdi. Alim h. 471-ci ildə (1078) Məkkədə vəfat etmişdi
1930
.
İzzəddin Əbu Muhəmməd Əbdülvəhhab ibn İbrahim ibn Muhəmməd əl-Xəraci
Zəncani
Yaşadığı dövrün tanınmış ədiblərindən idi. O, Zəncandan köçüb Təbrizdə
məskunlaşmışdı. Daha əvvəl (ehtimal ki, tələbəlik illərində-E.N) bir müddət Mosulda
yaşamış və burada şeyx Şəmsəddin ibn Xubbazın
1931
şəxsi katibi olmuş, onun diktə
etdiyi elmi və ədəbi əsərləri qələmə almışdı. İzzəddin Əbdülvəhhab Zəncani ümumi
dilçilik, ərəb dilinin qrammatikası, xitabət (ritorika), qafiyə (stilistika) haqqında bir sıra
əsərlərin müəllifi idi. Bunlardan biri də ‚Təzkirətü’l-Məcdiyyə‛ adlanır. Əvvəl
Xorasana, sonra isə Mavəraünnəhrə səyahət edən alim bir müddət Buxarada yaşamış,
sonra yenidən Təbrizə qayıtmışdı. İzzəddin Əbdülvəhhab Zəncani h. 660-cı (1262) ildə
vəfat etmişdi
1932
. Yuxarıda onun oğlu İmadəddin Əbü’l-Məkarim Muhəmməd Təbrizi
haqqında məlumat vermişik
1930
Əbü’l-Fərəc Əbdürrəhman ibn Əli İBNü’l-CƏVZİ, Sifətü’s-Səfvə, (Hzr. M. Dəfaxuri), C. II, s. 266-267, Beyrut 1985;
ZƏHƏBİ, İbər fi Xəbər mən Ğəbər, C. II, s. 48; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 328-329. İBN ƏBDÜLHADİ, Təbəqatu-
Üləma, C. III, s. 367-368.
1931
Şeyx Şəmsəddin Əbu Abdullah Əhməd ibn Hüseyn ibn Əhməd ibn Xubbaz əl-Ərbili (öl. 1273) yaşadığı dövrün
tanınmış filoloq və ədəbiyyatşünaslarından biri olmuşdu. O, ‚Nihayə fi’n-Nəhv‛, ‚Fihristü’l-Kitabü’n-Nəhvi’l-
Mutəbəvvi’ə‛ adlı əsərlərin müəllifi idi.
1932
BÜNYADOV, həmin məqalə.
NƏTİCƏ
Bilindiyi kimi qədim yunan mifologiyasında Prometey politeist yunanların tanrılarına
qarşı silah kimi istifadə etmələri üçün insanlara odu vermişdi. İnsanlar bu od sayəsində
qaranlıqdan aydınlığa çıxmış, onları əsir etmək istəyən qara qüvvələrlə mübarizə
aparmışdılar. Maddi (elm-düşüncə) və mənəvi (vəhy-din) alovların işığının birgə
aydınlatdığı yol bəşəriyyəti uğura, yeniliklərə və sonsuz səadətə aparan yoldur. Bu
mənada hər bir yenilikçi insan müəyyən mənada Prometeydir, qaranlıqları aydınladan
alovu yandırandır. Muhəmməd (م), İsa (×), Musa (×), İbrahim (×) və digər
peyğəmbərlər, Farabi, İbn Sina, Biruni, İbn Teymiyyə, İbn Rüşd, Konfiçus, Solon,
Kopernik, Nyuton, Eynişteyn, Edison və daha kimlər, kimlər. Ziyalılar tarixin bütün
dövrlərində millətlərin və cəmiyyətlərin düşünən beyni, lokomotivi, aparıcı qüvvəsi
olmuşdurlar. Hər bir mütəfəkkir, alim yaşadığı cəmiyyətin, mənsub olduğu millətin və
mədəniyyətin tərəqqisinə öz töhfəsini verməklə əslində bəşər mədəniyyəti
adlandırdığımız nəhəng binaya bir qızıl kərpic qoymuşdur. Təfəkkürləri ilə aid
olduqları sivilizasiyaya nəfəs verən nadir şəxslər təfəkkürlərinin məhsulu olan əsərlər
sayəsində həm də əsrlər boyu yaşamağa müvəffəq olmuşdurlar. Bu əsərdə biz orta
əsrlərdə Azərbaycanın, eləcə də İslam coğrafiyasındakı bir sıra ölkələrin dini, elmi və
mədəni həyatında mühüm rol oynamış, düşüncələri və əsərləri ilə keçmişdən
günümüzə səslənə bilmiş insanların tərcümeyi-hallarını qələmə aldıq. Haqqında
məlumat verdiyimiz şəxslər arasında Azərbaycanda, eləcə də bütün cənubi Qafqazda
İslamın yayılmasında mühüm rol oynamış alimlər də mövcuddur. Bu baxımdan orta
əsrləri siyasi baxımdan olduğu kimi elmi-mədəni tərəqqi baxımından da Azərbaycan
tarixinin ən parlaq dövrü hesab etmək olar. Düşünürəm ki, bu sahədə hələ görüləcək
işlər kifayət qədər çoxdur.
Dostları ilə paylaş: |