Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə184/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   179   180   181   182   183   184   185   186   187

idi

1926


.  İmadəddin  Zəncani,  Əbu  Hamid  Qəzzalinin  şafi’i  fiqhinə  dair  ‚əl-Vəciz‛  adlı 

əsərinə  iki  cildlik  şərh  yazmışdı.  Bundan  başqa  o,  Qur’ani-Kərimin  bəzi  surələrinin 

təfsirinə  dair  ‚Nəqavətü’l-Əziz‛  adlı  əsərin  də  müəllifi  idi.  Alim  h.  625-ci  ilin  şaban 

ayında (iyul 1228) vəfat etmişdi

1927



 



Şeyx İzzəddin Əbü’l-Fəzail Əbdülvəhhab ibn İbrahim ibn Əbdülvəhhab ibn Əbü’l-

Məali Zəncani 

XIII  əsrin  tanınmış  filoloq  və  ədəbiyyatşünaslarından  biri  olan  şeyx  İzzəddin 

Əbdülvəhhab  Zəncani  yuxarıda  haqqında  bəhs  etdiyimiz  İmadi-Zəncaninin  (öl.  1228) 

oğlu  idi.  Şeyx  İzzəddin  Zəncani  Bağdaddan  cənubda  yerləşən  Mədain  şəhərində 

dünyaya  gəlmişdi.  O,  ‚Mə’ribu-İ’ma  fi’s-Sihah‛,  ‚Məğrib  fi’l-Lüğə‛,  ‚Me’yarü’ş-Şe’r‛, 

‚Hadi  fi’n-Nəhv  və’s-Sərf‛,  ‚Mübadi’  fi’t-Təsrif‛  və  ‚Kitabü’l-İzz  fi’t-Təsrif‛  adlı 

əsərlərin  müəllifi  idi.  Alim  həmçinin  İbnü’l-Hacib  Düveyninin  əsərinə  də  ‚Şərhü’l-

Kafiyyə‛  adlı  şərh  yazmışdır.  Bunlardan  ərəb  dilinin  qrammatikası  sahəsində  qələmə 

alınmış  ‚Kitabü’l-İzz  fi’t-Təsrif‛  adlı  əsər  uzun  müddət  bütün  İslam  coğrafiyasındakı 

mədrəsələrdə  dərslik  kimi  istifadə  olunmuşdur.  Türkiyədəki  əlyazma  əsər 

kitabxanalarında ‚Kitabü’l-İzz fi’t-Təsrif‛in yüzlərlə nüsxəsi mövcuddur. Bu əsər daha 

çox  ‚Təsrifü’l-İzzi‛  adı  ilə  tanınmışdır.  ‚Kitabü’l-İzz  fi’t-Təsrif‛in  əlyazma 

nüsxələrindən  biri  AMEA  Əİ-nun  fondunda  mövcuddur

1928


.  Bu  əsərin  əlyazma 

nüsxələrindən  biri  də  Qahirə  Milli  kitabxanasında  saxlanılır.  ‚Me’yarü’n-Nizar  fi 

İlmü’l-Əş’ar‛ da alimin qələmindən çıxmış əsərlərdəndir. Şeyx İzzəddin Zəncani h. 654-

cü ilin zilqədə ayında (dekabr 1256) Bağdadda vəfat etmişdi

1929

.  


 

Hafiz Əbü’l-Qasım Sə’d ibn Əli ibn Muhəmməd Zəncani 

Hədis  hafizi,  mühəddis  idi.  Təqribən  h.  380-ci  ildə  (990)  anadan  olmuşdu.  Şeyxü’l-

Həram adı  ilə tanınan Əbü’l-Qasım Sə’d Zəncani Məkkədə məskunlaşmış, bu  şəhərdə 

                                                 

1926

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 652. 



1927

 ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 309.  

1928

 ŞƏRİFOV, Əbdülqəni Əfəndi..., s. 95. 



1929

  KATİB  ÇƏLƏBİ,  Kəşfü'z-Zünun,  C.  II,  s.  213,  744,  918,  923,  1058;  BAĞDADLI,  İzahü’l-Məknun,  C.  II,  330; 

BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67. 



yaşamışdı. Hədis dinləmək və hədis dərsləri almaq üçün səyahət etmişdi. Doğma şəhəri 

Zəncanda  Muhəmməd  ibn  Əbu  Übeyddən,  Misirdə  Əbu  Abdullah  Muhəmməd  ibn 

Nəzif  əl-Fərra,  Hüseyn  ibn  Maymun  əs-Sədəfidən,  Qəzzədə  Əli  ibn  Səlamədən, 

Dəməşqdə  Əbdürrəhman  ibn  Yasir  əl-Cəvbəri  və  Əbü’l-Qasım  ibnü’t-Tubəyyizdən 

hədis dinləmişdi. İmam Əbü’l-Müzəffər Mənsur ibn Əbdülcəbbar əs-Səm’ani, Əbu Bəkr 

əl-Xətib,  Məkki  ibn  Əbdüssəlam  ər-Rumeyli,  Hibətullah  ibn  Faxir,  Əbü’l-Fəzl 

Muhəmməd  ibn  Tahir  əl-Məqdisi,  Əbdülmün’im  ibn  Əbü’l-Qasım  əl-Quşeyri,  Əbu 

Cə’fər  Həmədani  ondan  hədis  dinləmiş  və  nəql  etmişdilər.  Böyük  hədis  alimi  kimi 

onun şöhrəti sadəcə Məkkədə deyil, Misir və Şam diyarına da yayılmışdı. Məkkə əmiri 

hafiz  Əbü’l-Qasım  Sə’d  Zəncani  haqqında  ‚onun  əlini  öpənlərin  sayı,  hacərü’l-əsvədi 

öpənlərdən çoxdur‛ demişdi. Alim h. 471-ci ildə (1078) Məkkədə vəfat etmişdi

1930


.  

 

İzzəddin  Əbu  Muhəmməd  Əbdülvəhhab  ibn  İbrahim  ibn  Muhəmməd  əl-Xəraci 



Zəncani 

Yaşadığı  dövrün  tanınmış  ədiblərindən  idi.  O,  Zəncandan  köçüb  Təbrizdə 

məskunlaşmışdı.  Daha  əvvəl  (ehtimal  ki,  tələbəlik  illərində-E.N)  bir  müddət  Mosulda 

yaşamış  və  burada  şeyx  Şəmsəddin  ibn  Xubbazın

1931

  şəxsi  katibi  olmuş,  onun  diktə 



etdiyi  elmi  və  ədəbi  əsərləri  qələmə  almışdı.  İzzəddin  Əbdülvəhhab  Zəncani  ümumi 

dilçilik, ərəb dilinin qrammatikası, xitabət (ritorika), qafiyə (stilistika) haqqında bir sıra 

əsərlərin  müəllifi  idi.  Bunlardan  biri  də  ‚Təzkirətü’l-Məcdiyyə‛  adlanır.  Əvvəl 

Xorasana, sonra isə Mavəraünnəhrə səyahət edən alim bir müddət Buxarada yaşamış, 

sonra yenidən Təbrizə qayıtmışdı. İzzəddin Əbdülvəhhab Zəncani h. 660-cı (1262) ildə 

vəfat  etmişdi

1932

.  Yuxarıda  onun  oğlu  İmadəddin  Əbü’l-Məkarim  Muhəmməd  Təbrizi 



haqqında məlumat vermişik 

 

                                                 



1930

 Əbü’l-Fərəc Əbdürrəhman ibn Əli İBNü’l-CƏVZİ, Sifətü’s-Səfvə, (Hzr. M. Dəfaxuri), C. II, s. 266-267, Beyrut 1985; 

ZƏHƏBİ, İbər fi Xəbər mən Ğəbər, C. II, s. 48; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 328-329. İBN ƏBDÜLHADİ, Təbəqatu-

Üləma, C. III, s. 367-368. 

1931


 Şeyx Şəmsəddin Əbu Abdullah Əhməd ibn Hüseyn ibn Əhməd ibn Xubbaz əl-Ərbili (öl. 1273) yaşadığı dövrün 

tanınmış  filoloq  və  ədəbiyyatşünaslarından  biri  olmuşdu.  O,  ‚Nihayə  fi’n-Nəhv‛,  ‚Fihristü’l-Kitabü’n-Nəhvi’l-

Mutəbəvvi’ə‛ adlı əsərlərin müəllifi idi. 

1932


 BÜNYADOV, həmin məqalə


 

 

 



 


NƏTİCƏ 

Bilindiyi  kimi  qədim  yunan  mifologiyasında  Prometey  politeist  yunanların  tanrılarına 

qarşı silah kimi istifadə etmələri üçün insanlara odu vermişdi. İnsanlar bu od sayəsində 

qaranlıqdan  aydınlığa  çıxmış,  onları  əsir  etmək  istəyən  qara  qüvvələrlə  mübarizə 

aparmışdılar.  Maddi  (elm-düşüncə)  və  mənəvi  (vəhy-din)  alovların  işığının  birgə 

aydınlatdığı  yol  bəşəriyyəti  uğura,  yeniliklərə  və  sonsuz  səadətə  aparan  yoldur.  Bu 

mənada hər bir yenilikçi insan müəyyən mənada Prometeydir, qaranlıqları aydınladan 

alovu  yandırandır.  Muhəmməd  (م),  İsa  (×),  Musa  (×),  İbrahim  (×)  və  digər 

peyğəmbərlər,  Farabi,  İbn  Sina,  Biruni,  İbn  Teymiyyə,  İbn  Rüşd,  Konfiçus,  Solon, 

Kopernik,  Nyuton,  Eynişteyn,  Edison  və  daha  kimlər,  kimlər.  Ziyalılar  tarixin  bütün 

dövrlərində  millətlərin  və  cəmiyyətlərin  düşünən  beyni,  lokomotivi,  aparıcı  qüvvəsi 

olmuşdurlar. Hər bir mütəfəkkir, alim yaşadığı cəmiyyətin, mənsub olduğu millətin və 

mədəniyyətin  tərəqqisinə  öz  töhfəsini  verməklə  əslində  bəşər  mədəniyyəti 

adlandırdığımız  nəhəng  binaya  bir  qızıl  kərpic  qoymuşdur.  Təfəkkürləri  ilə  aid 

olduqları  sivilizasiyaya  nəfəs  verən  nadir  şəxslər  təfəkkürlərinin  məhsulu  olan  əsərlər 

sayəsində  həm  də  əsrlər  boyu  yaşamağa  müvəffəq  olmuşdurlar.  Bu  əsərdə  biz  orta 

əsrlərdə  Azərbaycanın,  eləcə  də  İslam  coğrafiyasındakı  bir  sıra  ölkələrin  dini,  elmi  və 

mədəni  həyatında  mühüm  rol  oynamış,  düşüncələri  və  əsərləri  ilə  keçmişdən 

günümüzə  səslənə  bilmiş  insanların  tərcümeyi-hallarını  qələmə  aldıq.  Haqqında 

məlumat  verdiyimiz  şəxslər  arasında  Azərbaycanda,  eləcə  də  bütün  cənubi  Qafqazda 

İslamın  yayılmasında  mühüm  rol  oynamış  alimlər  də  mövcuddur.  Bu  baxımdan  orta 

əsrləri  siyasi  baxımdan  olduğu  kimi  elmi-mədəni  tərəqqi  baxımından  da  Azərbaycan 

tarixinin  ən  parlaq  dövrü  hesab  etmək  olar.  Düşünürəm  ki,  bu  sahədə  hələ  görüləcək 

işlər kifayət qədər çoxdur.  



 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə