Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə179/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   175   176   177   178   179   180   181   182   ...   187

Şeyx  Nəsirəddin  Mahmud  Xoyi  fütuvvət  təşkilatının  Anadoludakı  ən  məşhur 

təmsilçisi, həmçinin Əxi təşkilatının qurucusu və lideri idi. Əxi Əvrən adı ilə tanınan bu 

şəxs Əxi təşkilatının, bununla yanaşı fütuvvət hərəkatının Anadoluda möhkəmlənməsi 

və  yayılması  üçün  böyük  işlər  görmüşdü.  O,  hətta  bir  müddət  Anadolu  Səlcuqlu 

sultanlarından  birinin  vəziri  vəzifəsini  də  icra  etmişdi.  Əxi  Əvrən,  digər  adı  ilə  şeyx 

Nəsirəddin  Mahmud  Xoyi  haqqında  aparılmış  ən  geniş  tədqiqat  möhtərəm  ustadım 

prof. Mikayıl Bayrama məxsusdur. M. Bayram uzun  illər apardığı  ətraflı tədqiqatların 

nəticəsində  şeyx  Nəsirəddin  Mahmud  Xoyi  ilə  hazırcavablığı,  incə  təfəkkürü  və 

müdrikliyiylə bütün türk dünyasında məşhur olan, lətifələri dildən-dilə dolaşan Molla 

Nəsrəddinin eyni şəxs olduğunu sübuta yetirmişdir

1865

.  


Şeyx  Nəsirəddin  Mahmud  Xoyi  məşhur  alim  Fəxrəddin  Razinin  tələbələrindən  biri 

olmuşdu.  O,  həmçinin  şeyx  Əvhədəddin  Kirmaninin  müridlərindən  biri  və  şeyxin 

kürəkəni  olmuşdu.  1262-ci  ildə  Anadolunun  bir  çox  yerində  moğolların  əlaltısına 

çevrilmiş  hakimiyyətə  qarşı  qiyam  olmuş,  Ankara,  Çankırı,  Qastamonu,  Ağsaray, 

Danişmənd eli və Qırşəhərdə əxilər üsyan qaldırmışdılar. Bu üsyanlar qanlı qırğınlarla 

müşayət  olunmuş,  moğol  orduları  tərəfindən  amansızlıqla  yatırılmışdı

1866

.  Şeyx 


Nəsirəddin  Mahmud  Anadoludakı  əxi  qiyamının  ilhamvericisi  idi.  Moğol  komandanı 

Nurəddin  Cacanın  ordusu  1262-ci  ildə  Qırşəhər  üsyanını  yatırarkən  şeyx  Nəsirəddin 

Mahmud şəhid edilmişdi

1867


.  

Şeyx  Nəsirəddin  Mahmud  Xoyi  ‚Mətaliü’l-İman‛,  ‚Lətaifi-Qiyasiyyə‛,  ‚Mürşidü’l-

Kifayə‛,  ‚İlmü’t-Təşrih‛,  ‚Lətaifi-Hikmə‛,  ‚Mədhi-Fəqr  və  Zəmmi-Dünya‛  kimi 

əsərlərin müəllifi idi

1868

.  


 

Qazi Tacəddin Xoyi 

Fəqih Tacəddin Xoyi Anadolu Səlcuqlu sultanı Qiyasəddin III Keyxosrovun (1266-1284) 

əmri ilə 1266-cı ildə Qarahisar (Afyon) şəhəri qaziliyinə təyin olunmuşdu. Kəriməddin 

Aqsarayi  qazi  Tacəddin  Xoyinin  müctəhid  alim  olduğunu,  əqli  və  nəqli  elmlərdə 

                                                 

1865


 BAYRAM, Ahi Evren ve Ahi Teşkilatının Kuruluşu, s. 80-85. 

1866


 AQSARAYİ, Müsamərətü’l-Əxbar, s. 74-75. 

1867


 BAYRAM, həmin əsər, 102-107. 

1868


 BAYRAM, həmin əsər, 66-71. 


yüksək  dərəcəyə  çatdığını  qeyd  etmişdir

1869


.  K.  Aqsarayi  alimin  1277-ci  ildə  vəfat 

etdiyini  bildirmişdir

1870

.  Əlbistan  döyüşündə  (15  aprel  1277)  moğol  ordusunun  Misir 



Məmlüklü  sultanı  Rüknəddin  Bəybars  tərəfindən  ağır  məğlubiyyətə  uğratılmasından 

sonra  Anadoluya  gələn  Elxani  hökmdarı  Abaqa  xanın  bu  hadisəylə  bağlı  günahkar 

bilərək  edam  etdirdiyi  bəzi  Səlcuqlu  dövlət  xadimləri

1871


  arasında  ehtimal  ki,  qazi 

Tacəddin Xoyi də olmuşdur.  

Mövlana  Cəlaləddin  Rumi  alimə  ünvanladığı  bir  məktubunda  qazi  Tacəddin  Xoyini 

belə təsvir etmişdi: ‚alim, qazilərin qazisi, ədaləti yayan, üstünlüyü saçan, müdriklərin 

qüruru,  İslamın  və  müsəlmanların  fəxri,  sultanlara  öyüd  verən  Tacü’l-millə  və’d-

din.......‛ 

1872

.  Məktubun  sonrasında  mövlana  Cəlaləddin  Rumi  qazi  Tacəddin  Xoyinin 



Hüsaməddin  Çələbi  Urməvi  ilə  bağlı  ona  bir  söz  verdiyini  xatırladaraq  özünün  də 

qazinin  verdiyi  bu  vədə  zamin  durduğunu  bildirir.  Bu  vədin  nədən  ibarət  olduğunu 

açıqlamayan  Cəlaləddin  Ruminin  məktubu  ‚əlbəttə,  siz  mənim  üzümü  ağ  etsəniz,  bu 

xüsusda uca köməyinizi lütf etmiş olarsınız‛ sözləri ilə başa çatır

1873

.  


 

Məcdəddin İsmayıl ibn Əli Xunəci 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mütəkəllim  idi.  Həyatı  haqqında  ətraflı  məlumat 

mövcud  deyil.  ‚Muqtəsər  fi’l-Müxtəsər‛,  ‚Risalətü’l-Mənzumiyyə‛,  ‚Risalə  fi  Mənai’l-

Qəvl‛,  ‚Fəkuk  fi  Rəfi’l-Şükuk‛,  ‚Ümdətü’s-Səil  fi  Dəfi’s-Sail‛  kimi  əsərlərin  müəllifi 

olan  Məcdəddin  Xunəci  h.  744-cü  ilin  cəmadiələvvəl  ayında  (oktyabr  1343)  vəfat 

etmişdir


1874

.  


 

Qazi Zeynəddin Əli ibn Ruzbihan ibn Muhəmməd Xunəci 

Şafi’i  məzhəbinə  mənsub  fəqih,  filoloq  və  mütəkəllim  idi.  Qazi  Zeynəddin  Xunəci, 

İbnü’l-Hacib  Düveyninin  əsərinə  ‚Mu’təbər  fi  Şərhü’l-Müxtəsər‛  adlı  təəllüqün, 

‚Nihayə  fi  Şərhü’l-Qayə‛,  qazi  Nasirəddin  Bəyzavinin  əsərinə  ‚Şərhü’l-Minhəc‛, 

                                                 

1869


AQSARAYİ, Müsamərətü’l-Əxbar, s. 90, 121. 

1870


 Həmin əsər, 121. 

1871


 İBN BİBİ, Əxbari-Səlacuqe-Rum, s. 317. 

1872


 RUMİ, Mektuplar, s. 51. 

1873


 Yenə orada. Bax: məktub Nr. XXXIII 

1874


 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 373. 


İbnü’l-Hacib Düveyninin digər bir əsərinə ‚Şükuk ələ’l-Kafiyyə‛ adlı təhiqin, Fəxrəddin 

Razinin  əsərinə  ‚Əcvibəi-İradat  ələ  Kitabü’l-Məhsul‛  adlı  şərhin  müəllifi  idi.  Alim  h. 

707-ci ilin səfər ayında (avqust 1307) vəfat etmişdir

1875


.  

 

Əlaəddin Əbü’l-Abbas Əhməd ibn Davud ibn Xalid Xunəci 

Şafi’i məzhəbinə mənsub fəqih idi. Çox ibadət edən, zahid və saleh insan idi. Əlaəddin 

Xunəci həm də istedadlı şair idi. Ərəbcə gözəl qəzəllər yazmışdı. İbnü’l-Fuvati onun öz 

oğluna  vəsiyyətnaməsini  nəzmlə,  məsnəvi  üslubunda  yazdığını  qeyd  etmişdir

1876


Təqribən XII-XIII əsrlərdə yaşamışdır.   



 

Əllamə Əfzələddin Əbu Abdullah Muhəmməd ibn Namavər ibn Əbdülməlik Xunəci 

Şafi’i  məzhəbinə  mənsub  fəqih,  mütəkəllim  və  təbib  olan  Əfzələddin  Xunəci  h.  590-cı 

ilin  cəmadiələvvəl  ayında  (may  1194)  Azərbaycanın  Xalxal  vilayətinin  Xunə

1877


 

qəsəbəsində  anadan  olmuşdu.  Əfzələddin  Xunəci  ilk  təhsilini  Azərbaycanda  alandan 

sonra  təhsilini  davam  etdirmək  üçün  səyahətə  çıxmışdı.  İbnü’l-İbri  onun  Fəxrəddin 

Razinin  yetirmələrindən  biri  olduğunu  qeyd  etmişdir

1878

.  Əfzələddin  Xunəci  Misirə 



getmiş,  burada  həkim,  fəqih  və  mütəfəkkir  kimi  yetişərək  Qahirədəki  Səlahiyyə 

mədrəsəsinin  müəllimi  olmuşdu

1879

.  Əfzələddin  Xunəcinin  tələbəsi  olmuş  məşhur  tibb 



tarixçisi  İbn  Əbi  Üseybiyə  müəllimini  ‚əl-imamü’l-alim,  əs-sədrü’l-kamil,  seyyidü’l-

üləma və’l-hükəma, əvhədü’z-zaman‛ kimi sözlərlə mədh etmişdir

1880

.  


Əbu Bəkr Dəvadari öz əsərində fəqih Əfzələddin Xunəcinin Əyyubi hökmdarları Məlik 

Kamil  (1218-1238)  tərəfindən  h.  637-ci  ildə  (1237)  Anadoluya  göndərildiyini  qeyd 

etmişdir.  Sultan  Əlaəddin  I  Keyqubadın  (1220-1237)  vəfatından  sonra  yerinə  oğlu 

Qiyasəddin  II  Keyxosrov  keçmiş  və  Əfzələddin  Xunəci  də  böyük  ehtimalla  yeni 

                                                 

1875


 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 443. 

1876


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 992. 

1877


 ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s.87; İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. II, 38; İBNü’l-İMAD, Şəzəratü’z-

Zəhəb, C. V, s. 571. Yaqut əl-Həməvinin verdiyi məlumata görə Xuna və ya Xunəc Azərbaycanda, Marağa ilə Zəncan 

arasında, Rey yolu üzərində yerləşir və indi Kağezkonan adlanır. Bax: Mu’cəmü’l-Büldan, C. III, s. 180. 

1878

 İBNü’l-İBRİ, Tarixu Müxtəsərü’d-Düvəl, s. 212. 



1879

 İBN ƏBİ USEYBİYƏ, Təbəqatü’l-Ətibba, s. 586-587; İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIII, s. 326.    

1880

  İBN  ƏBİ  USEYBİYƏ,  Təbəqatü’l-Ətibba,  s.  586.  (rəhbər  alim,  kamil  lider,  alimlərin  və  müdriklərin  ağası,  dövlün 



yeganəsi).  


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə