Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə182/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   179   180   181   182   183   184   185   186   187

ərəfə  günü  oruc  tutmuram.  Sizə  ərəfə  günü  oruc  tutmanızı  əmr  etmirəm,  bunu  sizə 

qadağan da etmirəm‛

1903

.  


 

Əbu Talib Əhməd ibn Muhəmməd Zəncani 

Hədis  ravisi  idi.  Əbdülvəhhab  ibn  Hüseyn  ibn  Ömər  əl-Qəzzaldan  hədis  dinləmişdi. 

Abdullah  ibn  Əhməd  ibnü’s-Səmərqəndi  də  ondan  hədis  dinləmişdi

1904


.  Ölüm  tarixi 

məlum deyil. 



 

Əbu Bəkr Ətiq ibn Bədəl Zəncani 

Mühəddis idi. Bağdadda Əbü’l-Fəth ibnü’t-Tayidən, Zəncanda Əbu Hənifə əl-Xətibidən 

hədis dərsləri almışdı.  Əbu Bəkr Muhəmməd Bağdadi onunla Məkkədə görüşdüyünü 

və alimin h. 618-ci ildə (1221) Məkkədə vəfat etdiyini qeyd etmişdir

1905

.  


 

Əbu Abdullah Məkki ibn Bəndar ibn Məkki ibn Asim Zəncani 

Mühəddis  idi.  Üsamə  ibn  Əli  ibn  Səid  ər-Razi,  Muhəmməd  ibn  Zəncveyh  əl-Qəzvini, 

U’rs  ibn  Fəhd  əl-Məvsili,  Muhəmməd  ibn  Hüseyn  əz-Zəfəranidən  hədis  dinləmiş  və 

nəql etmişdi. Hədis dinləmək üçün səyahət etmiş, Misir, İraq və Şam diyarını gəzmişdi. 

H.  339-cu  ildə  İsfahana  gedərək  buradakı  mühəddislərdən  hədis  dinləmişdi.  Əbü’l-

Həsən Əli  ibn Ömər Darəqutni,  Əbü’l-Həsən Muhəmməd ibn Əhməd əl-Bəzzaz, hafiz 

Əbu  Bəkr  Əhməd  ibn  Musa  ibn  Mərduyə  ondan  hədis  dinləmişdilər

1906


.  Nəql 

silsiləsində Əbu Abdullah Məkki Zəncaninin olduğu hədislərdən biri aşağıdakıdır: 

Ənəs ibn Malik (ا) dedi: Allah Rəsulu (ا) buyurdular ki: ‚Qadınların hüznü şiddətli olur, 

onları (dəfn mərasimi vaxtı) cənazədən uzaq tutun‛

1907

.  


                                                 

1903


 İBN ƏSAKİR, yenə orada. Daha ətraflı məlumat üçün bax: Müvəffəqəddin Abdullah ibn Əhməd İBN QUDAMƏ 

əl-Muğni, Kitabu’s-Siəm, hədis Nr. 2137, 

http://www.islamweb.net/newlibrary/Bookslist.php 

 

)



صلى الله عليه وسلم ٢ثُ٘ا غٓ دععؼ

 

 ٚٔص٣ ِْك ،



 -

ّٞ٣ ٢٘ؼ٣


 

حكهػ


 - 

غٓٝ


 

هٌت ٢تأ


 

غٓٝ ، ٚٔص٣ ِْك

 

هٔػ


 

غٓٝ ، ٚٔص٣ ِْك

 

ٕأصػ


 

 ٠ٜٗأ لاٝ ، ٚت هٓآ لاٝ ، ٚٓٞصأ لا اٗأٝ ، ٚٔص٣ ِْك

ٚ٘ػ



 



1904

 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 754. 

1905

 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. IV, s. 122. 



1906

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 328-329; XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. XIII, s. 120. 

1907

 XƏTİB BAĞDADİ,  Tarixu-Bağdad, C. XIII, s. 120. Bu hədis üçün bax: İBNü’l-CƏVZİ,  İ’lili’l-Mütənahiyə, Kitabu’s-



Sədəqə,  C.  II,  s.  817.  Qadınların  dəfn  mərasimlərində  iştirak  etməmələrinə  dair  bax:  ƏBU  DAVUD,  Sünən,  Cənaiz 

25/3127. 




 

İmam Əbu Abdullah Əhməd ibn Muhəmməd ibn Sakin Zəncani 

Şafi’i  məzhəbinə mənsub fəqih və mühəddis  idi. İraq, Hicaz və Misirə  səyahət edərək 

dövrün  məşhur  alimlərindən  hədis  və  fiqh  dirsləri  almışdı.  Bağdadda  Əhməd  ibnü’l-

Müqəddəm  əl-İcli  və  Yaqub  əd-Dəvraqidən,  Bəsrədə  Nəsr  ibn  Əli  və  Əbu  Musa 

Bəsridən,  Kufədə  İsmayıl  əs-Səviyy  və  Əbu  Kərəb  Kufidən,  Misirdə  Yusus  ibn 

Əbdüləla, ər-Rəbiy və əl-Muzənidən fiqh və hədis dərsləri almışdı. Hədis elmində onun 

ən  əsas  ustadı  Əbu  Zur’ə  Əbdürrəhman  ibn  Əmr  Dəməşqi  (öl.  893)  olmuşdu.  İmam 

Əbu Abdullah Əhməd Zəncani yaşadığı dövrün böyük mühəddisi və fəqihlərindən biri 

kimi şöhrət tapmışdı. Ölüm tarixi h. 300-cü (913) ildən əvvələ təsadüf edir

1908


 

Əllamə Şihabəddin Əbü’l-Mənaqib Mahmud ibn Əhməd ibn Mahmud ibn Bəxtiyar 



Zəncani 

 

Yaşadığı dövrdə tanınmış şafi’i fəqihlərindən biri idi. Bağdadda təhsil almış, buradakı 

mühəddislərdən  hədis  dinləmişdi.  İcazətnaməsini  (diplomunu)  ona  şəxsən  xəlifə  ən-

Nasir Lidinillah (1180-1225) təqdim etmişdi. Daha sonra xəlifə onu Bağdad şəhərinin və 

İraqın baş qaziliyinə (qaziü’l-quzat) təyin etmişdi. Lakin o, bu vəzifəni icra etdiyi altı ay 

müddətində çox haqsızlıqlara və ədalətsizliklərə yol vermişdi. Əbu Bəkr Bağdadi onun 

haqqında  ‚xətası  çox,  insafı  az  idi,  nəhayət  h.  619-cu  ilin  rəbiələvvəl  ayında  (1222) 

vəzifəsindən  azad  edildi  və  beləcə  Allah  müsəlmanları  onun  şərrindən  qorudu‛

1909



Lakin  xəlifə  sadəcə  onu  vəzifəsindən  azad  etməklə  kifayətlənməmiş,  həmçinin  əmlakı 



müsadirə  edilmişdi.  Vəzifəsindən  sui-istifadə  etməsinə  baxmayaraq  öz  dövrünün 

qabaqcıl  hüquqşünaslarından  olan  Əbü’l-Mənaqib  Mahmud  Zəncani  h.  625-ci  ildə 

(1228)  Bağdaddakı  Nizamiyyə  mədrəsəsinə  müdərris  təyin  edilmişdi.  H.  626-cı  ildə 

(1229) o, yenidən irəli çəkilmiş və Abbasi sarayında məmur olmuşdu. Lakin bu vəzifədə 

də  uzun  müddət  qalmamış  və  azad  edilmişdi

1910


.  Şəmsəddin  Zəhəbi  onun  həris  və 

dünya  malına  düşkün  bir  insan  olduğunu  qeyd  etmişdi.  633-cü  ildə  (1236)  əllamə 

Əbü’l-Mənaqib  Mahmud  Zəncani  Bağdaddakı  Müstənsiriyyə  mədrəsəsinə  müdərris 

                                                 

1908

 MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. I, s. 720. 



1909

 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. IV, s. 144. 

1910

 İBNü’l-FUVATİ, Həvadisü’l-Camiə’, s. 2.  




təyin olunmuşdu. O, ‚Tənqihü’s-Sihah‛ kimi fiqh və fiqh üsuluna dair bir sıra əsərlərin 

müəllifi  idi.  Alim  h.  656-cı  ildə  (1258)  Hülagü  xanın  Bağdadı  işğalı  vaxtı  moğollar 

tərəfindən  öz  oğulları  və  bir  sıra  yüksək  rütbəli  dövlət  məmuru  ilə  birlikdə 

Müstənsiriyyə mədrəsəsində qətlə yetirilmişdi

1911

.    


 

İmam Əbu Bəkr Əhməd ibn Muhəmməd ibn Əhməd ibn Zəncuveyh Zəncani 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mühəddis  idi.  H.  403-cü  ildə  (1012)  Zəncanda 

dünyaya  gəlmişdi.  Qazi  Əbu  Təyyib  ət-Təbərinin  tələbəsi  olmuş,  ondan  fiqh  dərsi 

almışdı.  Yaşadığı  dövrdə  Zəncanın  mötəbər  və  qabaqcıl  alimlərindən  olan  Əbu  Bəkr 

Əhməd  Zəncani  fəzilət,  vəra’  sahibi,  zahid  insan  idi.  O,  h.  500-cü  ildə  (1107)  vəfat 

etmişdi


1912

.  Onun  hədis  dinlədiyi  mühəddislərin  arasında  qazi  Əbu  Abdullah  Hüseyn 

ibn  Muhəmməd  ibn  Hüseyn  əl-Fəlaki  də  var  idi.  Əbu  Tahir  Əhməd  əs-Süləfi  İsfəhani 

Zəncanda  onunla  görümüş  və  ondan  hədis  dinləmişdi

1913

.  Onun  Əbu  Bəkr  Əhməd 



Zəncanidən dinləyib nəql etdiyi hədislərdən biri aşağıdakıdır: 

Əbu  Hureyrə  (ا)  dedi:  Rəsulullah  (م)  buyurdular  ki;  ‚Ölülərinizi  saleh  insanların 

arasında  dəfn  ediniz.  Çünki  yaşayan  (hər  hansı  bir  şəxs)  özünün  pis  qonşusundan 

əziyyət gördüyü kimi ölü də pis qonşusundan əziyyət görür‛

1914



 



Əbü’l-Qasım Yusif ibn Əli ibn Muhəmməd ibn Hüseyn Zəncani 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  H.  439-cu  ildə  (1047)  anadan  olmuşdu.  Bağdadda 

şeyxülislam  Əbu  İshaq  İbrahim  Şirazinin  tələbəsi  olmuşdu.  Təhsilini  başa  vurduqdan 

sonra Bağdadda qalmış və tezliklə bu şəhərin tanınmış fəqihlərindən birinə çevrilmişdi. 

O,  Bağdada  şafi’i  məzhəbinə  mənsub  fətva  mərcilərindən  biri  idi.  Alim  h.  500-cü  ilin 

səfər ayında (oktyabr 1106) vəfat etmişdi

1915



 



                                                 

1911


 ZƏHƏBİ, Siyəru Ə’lamü’n-Nübəla, s. XXIII, s. 133. 

1912


 ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 301-302.  

1913


 ƏBU TAHİR İSFƏHANİ, Ərbəinü’l-Büldaniyyə, 63. 

1914


 ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 31. Mühəddis Əbü’l-Həsən Müzəffər ibn Həsən ibn Mihnəd Səlmasi 

də bu hədisi (Abdullah ibn Məs’uddan (ا) nəql etmişdi. Bax: s. ???. 

1915

 ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 306. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə