Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə180/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   176   177   178   179   180   181   182   183   ...   187

sultanın  cülus  (inaqurasiya)  mərasimində  iştirak  etmək  üçün  Əyyubi  sultanının 

təmsilçisi  olaraq  Anadoluya  getmişdi.  Yeni  sultan  Əfzələddin  Xunəcini  qiymətli 

hədiyyələrlə  təltif  etmişdi

1881


.  Qiyasəddin  II  Keyxosrovun  (1237-1246)  hakimiyyəti 

dövründə  Anadoluda  yaşamış  Əfzələddin  Xunəci  buradakı  mədrəsələrdə  tibb  və  fiqh 

dərsləri  vermişdi

1882


.  Alim  Kayseridəki  Gövhər  Nəsibə  xəstəxanası  və  Qiyasiyyə  tibb 

mədrəsəsində  dərs  vermiş  və  müalicə  işi  ilə  məşğul  olmuşdu

1883

.  Kosadağ 



müharibəsindən

1884


  sonra  Anadolunu  tərk  edərək  Misirə  qayıdan  Əfzələddin  Xunəci 

sultan Saleh tərəfindən (1240 - 1249) bu ölkənin qaziü’l-quzatlığına təyin edilmişdi

1885

.  


Əfzələddin  Xunəci  müxtəlif  elm  sahələrinə  dair  əsərlərin  müəllifidir.  ‚Mu’cəz  fi’l-

Məntiq‛,  ‚Cüməl  fi  Müxtəsəru-Nihayətü’l-Əməl  fi’l-Məntiq‛,  ‚Kəşfü’l-Əsrar  ən 

Qəvamidü’l-Əfkar‛,  ‚Şərh  mə  Qəvləhü’r-rəis  İbn  Sina‛  onun  fəlsəfə  və  məntiq 

sahəsində  qələmə  aldığı  əsərlərdir

1886

.  ‚Məqalətü’-Hüdud  və’r-Rüsum‛,  ‚Müxtəsərü’l-



Mətalibü’l-Aliyyə‛,  ‚Vəsayə‛  adlı  əsərləri  fiqh,  ‚Kitab  Ədvarü’l-Hümayat‛  isə  tibb 

sahəsində  qələmə  aldığı  əsərlərdir

1887

.  Bundan  başqa  Əfzələddin  Xunəci  kəlam  elminə 



dair  qələmə  aldığı  ‚Tuhfətü’s-Sultaniyyə  fi  Əsrari’l-Kəlamiyyə‛  adlı  əsərin  müəllifidir 

ki,  bu  əsərin  nüsxələrindən  biri  Antaliya  Təkəlioğlu  əlyazmalar  kitabxanasında  Nr. 

158/2-de saxlanmaqdadır. Həmin kitabxanada Nr. 426/2-də alimin ‚Vəsaya‛ adlı fiqhə 

dair əsərinin də nüsxələrindən biri saxlanılır

1888

. Onun ‚Məqalətü’l-Hüdud və’r-Rüsum‛ 



adlı İslam vergi hüququna dair əsərinin əlyazma nüsxəsi Süleymaniyyə kitabxanası Nr. 

322-də  mühafizə  edilməkdədir

1889

.  Ehtimal  ki,  alim  bu  əsərləri  Anadoluda  yaşadığı 



müddətdə qələmə almışdır. İbn Xəldun mütəəxxir alimlərin

1890


 mədrəsələrdə oxudulan 

kitabları və dərs proqramlarını ixtisar etmələrini tənqid edərkən Əfzələddin Xunəcinin 

                                                 

1881


 DƏVADARİ, Kənzü’d-Dürər, C. VII, s. 319. 

1882


 Claud CAHEN, Osmanlılardan Önce Anadoluda Türkler, s. 251, (trc. Y. Moran), İstanbul 1994. 

1883


 Ahmed Süheyl ÜNVER, Tıb Tarihi, s. 104, İstanbul 1943. 

1884


 Kosadağ müharibəsi 4 iyul 1243-cü ildə moğollarla türklər arasında baş vermişdi. Daha doğrusu burada döyüş 

əməliyyatları aparılmamış, oğuz əsgərləri və onların komandanları sultan Qiyasəddin II Keyxosrova nifrət etdikləri 

üçün döyüş meydanını tərk etmişdilər. Bununla da Anadolu moğol istilasına uğramışdı.  

1885


 TAŞKÖPRÜZADƏ, Mövzuatü’l-Ülum, C. I, s. 274. 

1886


 BROCKELMANN, Geschıchte der Arabıschen Lıtteratur, E.S, C. I, s. 838; TAŞKÖPRÜZADƏ, Mövzuatü’l-Ülum, C. I, 

s. 274; KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 744;MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 42-

43; SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. V, s. 108. 

1887


 BROCKELMANN, yenə orada; Mürtəza Müdərris ÇƏHARDEHİ, Tarixi-Fəlsəfeyi-İslam, C. I, s. 608-610, Tehran 1347. 

1888


 Türkiye Yazmaları Toplu Kataloğu, C. IV, s. 110-111, (Nşr. İ. Parmaksızoğlu-Uysal. A), İstanbul 1984. 

1889


 Türkiye Yazmaları Toplu Kataloğu, C. III, s. 4, (Nşr. İ. Parmaksızoğlu), Ankara 1987. 

1890


  Mütəəxxir  alimlər,  yəni  son  dövr  alimləri  deyərkən  İbn  Xəldun  (öl.  1406)  öz  yaşadığı  və  ona  yaxın  keçmişdəki 

alimləri nəzərdə tutmuşdur.  




də  bu  işi  məntiq  və  fəlsəfə  dərsləri  sahəsində  etdiyini  qeyd  etmişdir

1891


.  Alim  h.  6 

ramazan  646-cı  ildə  (23  dekabr  1248)  vəfat  etmiş  və  Qahirə  yaxınlığındakı  Səfhi-

müqəttəm qəbristanında dəfn edilmişdi

1892


 

Qazi Saleh ibn İshaq əş-Şirvani Qarabaği 

Hənəfi  məzhəbinə  mənsub  fəqih,  tarixçi,  müfəssir,  bioqraf  və  şair  olan  qazi  Saleh 

Qarabaği  h.  1031-ci  ildə  (1622)  dünyaya  gəlmişdi.  Sultan  IV  Mehmedin  hakimiyyəti 

illərində  (1648-1687)  Osmanlı  dövlətinin  tanınmış  elm  xadimlərindən  biri  olan  qazi 

Saleh  Qarabaği,  Zühri  İsqahzadə  adı  ilə  tanınmışdı.  Osmanlı  sarayı  tərəfindən  Beyrut 

şəhəri qaziliyinə təyin edilmiş alim daha sonra Misir qaziliyi vəzifəsini icra etmişdi. O, 

bir  sıra  əsərlərin  müəllifi  idi.  Bunların  ən  məşhuru  ‚Haşiyə  ələ  Təfsiri’l-Bəyzavi‛  adlı 

əsərdir. Alim h. 1083-cü ildə (1672) vəfat etmişdi

1893


.  

 

Molla Şəmsəddin Əhməd əl-Ənsari Gəncəvi Qarabaği 

Hənəfi  məzhəbinə  mənsub  fəqih  və  mühəddis  idi.  Azərbaycan  mədrəsələrində  təhsil 

aldıqdan sonra Osmanlı ölkəsinə getmiş, İstanbuldakı mədrəsələrdən birində müdərris 

olmuşdu.  H.  989-cu  ilin  cəmaziyələvvəl  ayında  (iyun  1581)  Dəməşq  mollalığına  təyin 

olunmuşdu. Daha sonra Ədirnə və h. 990-cı ilin zilhiccə ayında (yanvar 1583) İstanbul 

şəhəri mollalığına təyin olunmuşdu. Bir il yarım bu vəzifədə qaldıqdan sonra Anadolu 

qaziəsgəri  olmuş,  daha  sonra  Misir  müftiliyinə  təyin  olunmuşdu.  H.  997-ci  ildə  (1589) 

həcc ziyarətindən qayıdandan sonra ikinci dəfə Anadolu qaziəsgərliyinə, bir il sonra da 

Rumeli  qaziəsgərliyinə  təyin  olunmuşdu.  1001-ci  ilin  səfər  ayında  (noyabr  1592) 

Osmanlı  baş  vəziri  Qoca  Sənan  paşanın  (öl.  1596)  tikdirdiyi  Darü’l-Hədisin  (hədis 

mədrəsəsi) inşası başa çatmış və Şəmsəddin Qarabaği, 130 aqça maaşla, bu mədrəsənin 

baş  müdərrisliyinə  təyin  olunmuşdu.  H.  1006-cı  ilin  məhərrəm  ayında  (avqust  1597) 

təqaüdə  çıxarılmışdı.  Fəziləti  ilə  tanınan  alim  Şəmsəddin  Qarabaği  h.  13  səfər  1009-cu 

ildə  (24  avqust  1600)  İstanbulda  vəfat  etmişdi.  Məzarı  İstanbulun  Vəfa  adlanan 

                                                 

1891

 Vəliyəddin Əbdürrəhman İBN XƏLDUN, Kitabü’l-İbər və Divanü’l-Mübtəda və’l-Xəbər, C. I, s. 731, Beyrut 1979.  



1892

  ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə,  C.  I,  s.  241;  TAŞKÖPRÜZADƏ,  Mövzuat,  s.  325;  İBN  QAZİ  ŞUHBƏ,  Təbəqatü’ş-



Şafi’iyyə, C. II, 38; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. V, s. 571. 

1893


 BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 71; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 829. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə