Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə181/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   177   178   179   180   181   182   183   184   ...   187

səmtindədir.  O,  qazi  Bəyzavinin  ‚Ənvarü’t-Tənzil  və  Əsrarü’t-Tə’vil‛  adlı  Qur’an 

təfsirinə  haşiyə,  ‚Tə’liqat  ələ’t-Təlvih‛,  ‚Tə’liqati-Miftah‛,  ‚Tə’liqati’l-Məvaqif‛  və 

‚Kəlimat ələ’l-Hidayə‛ adlı əsərlərin müəllifi idi

1894


 

Mövlana Muhyəddin Muhəmməd ibn Əli Qarabaği 

Hənəfi məzhəbinə mənsub fəqih idi. Bundan başqa ərəb filologiyası, təfsir, hədis, üsul 

və kəlam sahələrində də yaşadığı dövrün tanınmış alimlərindən biri idi. Azərbaycanın 

qədim diyarı Qarabağda dünaya gəlmiş, ilk təhsilini vətənində aldıqdan sonra təhsilini 

davam  etdirmək  üçün  Osmanlı  ölkəsinə  getmişdi.  Anadolunun  şəhərlərini  gəzmiş  və 

buradakı  mədrəsələrdə  təhsil  almışdı.  Mövlana  Yaqub  ibn  Seyyidi  Əlinin  tələbəsi 

olaraq  alim  kimi  yetişəndən  sonra  Osmanlı  dövlətinin  ilk  mədrəsələrindən  biri  olan 

İznikdəki mədrəsənin müdərrisliyinə təyin olunmuşdu. Mövlana Muhyəddin Qarabaği 

vəfatına qədər bu mədrəsədə tədrislə məşğul olmuşdu. Taşköprülüzadə onun haqqında 

‚gecə və gündüz elmi tədqiqatla məşğul idi‛ yazmışdı. Mövlana Muhyəddin Qarabaği 

Carullah  Zəməxşəri  (öl.  1144),  Əzudəddin  əl-İci  (öl.  1355),  Nasirəddin  Bəyzavi  (öl. 

1289),  Cəlaləddin  Dəvvani  (öl.  1502),  Übeydullah  ibn  Məs’ud  (öl.  1346)  kimi  alimlərin 

əsərlərinə şərh və haşiyələr yazmışdı. Bundan başqa o, ‚Kitabü’l-Muhazirat‛ adlı əsərin 

müəllifi  idi.  Mövlana  Muhyəddin  Muhəmməd  Qarabaği  gözəl  əxlaqlı,  təmiz  əqidəli, 

həlim, təvazökar və saleh insan idi. O, həmçinin şair idi və gözəl şe’rlər yazırdı. Alim h. 

942-ci  ildə  (1535)  vəfat  etmişdi

1895


.  Onun  müəllifi  olduğu  ‚Haşiyəi-Sədrü’ş-Şəriə‛  və 

‚Şərhi-Adabi-Əzudiyyə‛

1896

 Türkiyənin Kütahya şəhəri Vahidpaşa İHK, ‚Şərhu-risaləti 



İsbati’l-Vacib  li’d-Dəvvani‛

1897


  İstanbul  Köprülü  yazma  əsərlər  kitabxanasında, 

‚Haşiyətu  ələ’l-Bəyzavi  li’l-cüzi’l-axir‛

1898

  İstanbul  Atıf  əfəndi  yazma  əsər  kitabxanası, 



                                                 

1894


 SÜREYYA, Sicil-i Osmani, C. V, s. 1578; BURSALI, Osmanlı Müəllifləri, C. II, s. 22. Mehmed Süreyya onun Gəncəli, 

Bursalı Mehmed Tahir isə Qarabağlı olduğunu yazmışdırlar. Ehtimal ki, mövlana Şəmsəddin Əhməd əslən Qarabağlı 

idi və Gəncədə təhsil almış və yaşamışdı. 

1895


 TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə, s. 272. 

1896


 Məşhur şafi’i alimi Əzudəddin əl-İcinin (öl. 1355) məntiq elmi sahəsindəki ‚Adabü’l-Bəhs‛ adlı əsərinə yazılmış 

şərhdir.  Mövlana  Muhyəddin  Qarabağinin  qələmə  aldığı  bu  şərhin  əlyazma  nüsxələrindən  biri  AMEA  Əİ-nun 

fondunda saxlanılır. Bu şərh haqqında ətraflı məlumat üçün bax: ŞƏRİFOV, Əbdülqəni Əfənd...i, s. 260.  

1897


 Ağqoyunlular dövrü hənəfi alimlərindən Cəlaləddin Dəvvaninin əqaid və kəlam elminə dair (öl. 1502) ‚Risalə fi 

İsbati’l-Vacib‛ adlı əsərinə yazılmış şərhdir.  

1898

 Elxanilərin hakimiyyəti dövründə Təbriz qazisi olmuş Nasirəddin Bəyzavinin (öl. 1289) Qur’ani-Kərimə yazdığı 



‚Ənvarü’t-Tənzil və Əsrarü’t-Tə’vil‛ adlı təfsirin son cildinə yazılmış haşiyədir. 


‚Haşiyə  ələ  Şərhi-Viqayəti’r-Rivayə  fi  Məsailü’l-Hidayə‛

1899


  Konya  BYEK,  ‚Calib’s-

Sürur və Səblü’l-Qürur‛ Konya Yusifağa kitabxanasında saxlanılır.  

 

Əbu Həfs Ömər ibn Əli ibn Əhməd Zəncani 

Şafi’i məzhəbinə mənsub fəqih  idi. Bir müddət Dəməşqdə yaşayandan sonra Bağdada 

getmiş və orada məskunlaşmışdı. Qazi Əbu Təyyib ət-Təbəridən fiqh, Mosul qazisi Əbu 

Cə’fər  Əhməd  ibn  Muhəmməd  əs-Simnanidən  kəlam  elmini  öyrənmişdi.  Əbu 

Muhəmməd  əl-Cəvhəri  və  Əbu  Nəsr  ibn  Təlabdan  hədis  dinləmiş  və  nəql  etmişdi. 

Fəqih  Əbu  Əli  ibn  Əbu  Hureysə  əl-Maliki  ondan  hədis  dinləmişdi.  H.  459-cu  ilin 

cəmadiələvvəl  ayında  (aprel  1067)  vəfat  etmişdi

1900


.  Əbu  Həfs  Ömər  Zəncani  ‚əl-

Mu’təməd‛ adlı əsərin müəllifi idi

1901

. 



 

Vaiz Əbü’l-Məşhur Mə’ruf ibn Muhəmməd ibn Mə’ruf Zəncani 

Mühəddis  və  vaiz  idi.  Dəməşqdə  Əbü’l-Müstənzi  Müaviyyə  ibn  Əvs  ibn  Lihyə’, 

Məkkədə Əbu Muhəmməd Əbdürrəhman ibn Abdullah ibnü’l-Müqri, Əbu Sə’id ibnü’l-

Əaribi  (854-951),  Həsən  ibn  Müləyyəh  əl-Misri,  Qasım  ibn  İbrahim  əl-Muləti,  qazi 

Übeydullah  ibn  Hüseyn  əl-Antaki,  Əbü’l-Həsən  İbrahim  ibn  Əbdüssəlam  əl-Haşimi, 

Əbu  Abdullah  Cə’fər  ibn  İdris  Qəzvinidən  hədis  dinləmiş  və  nəql  etmişdi.  Əbu  Nəsr 

Hüseyn  ibn  Əbdülvahid  Şirazi,  Əbü’l-Həsən  Əli  ibn  Şüca  İsfəhani,  Əbü’l-Həsən  əl-

Ətiqi,  Əbu  Bəkr  əl-Birqani,  Rizvan  ibn  Muhəmməd  Dinəvəri  ondan  hədis 

dinləmişdilər

1902


. Ölüm tarixi məlum deyil. X əsrdə yaşamışdır. Nəql silsiləsində Əbü’l-

Məşhur Mə’ruf Zəncaninin də olduğu əsərlərdən biri aşağıdakıdır: 

Abdullah  ibn  Ömər  (ا)  ərəfə  günü  orucuna  dair  ona  verilən  suala  belə  cavab  verdi: 

‚Allah Rəsulu (م), Əbu Bəkr (ا), Ömər (ا), Osman (ا) ərəfə günü oruc tutmadılar. Mən də 

                                                 

1899


  ‚Haşiyə  ələ  Şərhi-Viqayəti’r-Rivayə  fi  Məsailü’l-Hidayə‛  və  ‚Haşiyəi-Sədrü’ş-Şəriə‛  fikrimizcə  eyni  əsərə 

müstənsixlər,  yəni  əsərin  üzünü  köçürmüş  katiblər  tərəfindən,  verilmiş  iki  müxtəlif  addır.  Çünki  mövlana 

Muhyəddin  Qarabaği  bu  əsərini  Sədrü’ş-Şəriə  ləqəbi  ilə  məşhur  olmuş  Türküstanlı  hənəfi  fəqihi  və  kəlamçısı 

Übeydullah  ibn  Məs’ud  əl-Məhbubi  əl-Buxarin  (öl.  1346) əqaidə  dair  ‚Şərhi-Viqayəti’r-Rivayə  fi  Məsailü’l-Hidayə‛ 

adlı əsərinə haşiyə olaraq qələmə almışdı.  

1900


 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. IV5, s. 298; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 305; SƏM’ANİ, Kitabü’l-

Ənsab, C. II, s. 328-329. 

1901


 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s. 912. 

1902


 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LIX, s. 351. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə