Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Əbü’l-Qasım Yusif ibn Həsən ibn Muhəmməd ət-Təfəkküri Zəncani



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə183/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   179   180   181   182   183   184   185   186   187

Əbü’l-Qasım Yusif ibn Həsən ibn Muhəmməd ət-Təfəkküri Zəncani 

Mühəddis idi. Alim, fəzilət sahibi, saleh  insan idi. Hafiz Əbu Yə’la Xəlil ibn Abdullah 

Qəzvini, Əbu Abdullah Hüseyn ibn Muhəmməd əl-Fəlaki və hafiz Əbu Nueym Əhməd 

ibn  Abdullah  İsfəhaninin  tələbəsi  olmuş,  onlardan  hədis  dinləmişdi.  Əbü’l-Qasım 

ibnü’s-Səmərqəndi,  Əbü’l-Fərəc  Əbdülxaliq  ibn  Əhməd  ibn  Yusif,  hafiz  Əbu  Şüca’ 

Şiruyə  ibn  Şəhrdar  Həmədani  ondan  hədis  dinləmiş  və  hədis  elminə  dair  bilikləri 

öyrənmişdilər.  Bağdadda  yaşamış,  h.  11  rəbiəlaxir  473-cü  ildə  (28  sentyabr  1080)  bu 

şəhərdə vəfat etmiş və Babi-hərb qəbristanında dəfn edilmişdi

1916

.  


 

Əbü’l-Fəzail Əbdürrəhim ibn Rüstəm Zəncani 

Təfsir, fiqh və fiqh üsulu sahələrində tanınmış mütəxəssis idi. O, həm də istedadlı şair 

idi. Bağdadda təhsil almış, İbn Rəzzazın tələbəsi olmuşdu. Əsərləri və çıxışları ilə əhli-

sünnənin  Qur’an  anlayışına  zidd  cərəyanlara  qarşı  şiddətli  mübarizə  aparmışdı. 

Dəməşqdə Mücahidiyyə və Qəzzaliyyə mədrəsəsində dərs vermişdi. Bəəlbək qaziliyinə 

təyin olunmuş və bu  vəzifəni  icra etmişdi.  Bəəlbək qazisi  ikən h.  563-cü  ilin rəbiəlaxir 

ayında (yanvar 1168) batini-xaşxaşlərin sui-qəsdinə uğrayaraq şəhid olmuşdu. Cənazəsi 

Dəməşqə gətirilərək burada dəfn edilmişdi

1917

.  


 

Əbü’l-Həsən Əbdülmuhsin ibn Abdullah ibn Əbdülmuhsin Zəncani 

Alim ailəsində dünyaya gəlmişdi. Atasından və əmisindən fiqh dərsləri almışdı. Daha 

sonra  Bağdada  getmiş  və  Üseyd  əl-Meyhəninin  tələbəsi  olmuşdu.  Bağdad 

mühəddislərindən  hədis  dinləyən  Əbü’l-Həsən  Zəncani  Azərbaycana  qayıtmışdı. 

Zəncan  qaziliyinə  təyin  edilmiş,  bu  vəzifəni  icra  etməklə  yanaşı  hədis  və  fiqh  dərsləri 

vermişdi. Ölüm tarixi h. 580-ci (1184-1194) illərə təsadüf edir

1918

.  


 

Şeyx Zəhirəddin Əbü’l-Məhamid Mahmud ibn Übeydullah ibn Əhməd Zəncani 

                                                 

1916

 İBN NÖQTƏ, Təqyid li-Mərifəti-Ruvat, s. 285. 



1917

 ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 307; NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, s. 317, 346. 

1918

 ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 307. 




Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  fütuvvət  şeyxi  idi.  Onun  atası  qazi  Əbu  Muaz 

Übeydullah Zəncani də yaşadığı dövrün tanınmış alimlərindən biri idi. H. 597-ci (1201) 

ildə  Dəməşqdə  dünyaya  gələn  şeyx  Zəhirəddin  Mahmud  Zəncani  bu  şəhərdə 

yaşamışdı.  O,  şeyxü’ş-şüyux  Şihabəddin  Ömər  Sührəvərdinin  (öl.  1234)  tələbəsi  və 

yaxın  dostu  olmuşdu.  Şihabəddin  Sührəvərdidən  onun  ‚Əvarifü’l-Məarif‛  adlı  əsərini 

dinləmişdi.  Təsəvvüfə  dair  digər  bir  əsəri,  Əbu  Nəsr  əs-Sərracın  müəllifi  olduğu  ‚əl-

Lüma‘‛nı  isə  h.  623-cü  (1226)  ildə  şeyx  Əbdüssəlam  əd-Dahiridən  dinləmişdi. 

Zəhirəddin  Zəncani  hafiz  Bədrəddin  Əbü’l-Xeyr  Bədəl  Təbrizi  (öl.  1238),  Əbü’l-Məali 

Said kimi mühəddislərdən hədis dinləmiş, bu elm sahəsinə dair biliklərə yiyələnmişdi. 

O, h. 674-cü ilin ramazan ayında (18 fevral-19 mart 1276) vəfat etmişdi. Şeyx Zəhirəddin 

Mahmud Zəncani ilə görüşüb söhbət etmiş Şəmsəddin Zəhəbi ondan eşitdiyi aşağıdakı 

hədisi əsərində qeyd etmişdi. Ömər ibn Xəttab (ا) dedi: Allah Rəsulu (م) buyurdular ki: 

‚Məscidlərini (qızılla) bəzəyəcək olan millət necə də bəd əməllidir‛

1919


Bu  hədis  İbn  Macənin  müəllifi  olduğu  hədis  külliyatında,  ‚Məscidlər‛  (hədis  Nr.  741) 

bölümündə  də  qeyd  edilmişdir.  İbn  Macənin  ‚Sünən‛ini  türkcəyə  tərcümə  etmiş 

Heydər  Xətiboğlu  bu  hədisi  şərh  edərkən  əl-Heysəminin  ‚Məcməü’z-Zəvaid‛  adlı 

əsərinə  istinadən  hədisin  nəql  silsiləsindəki  ravilərdən  Əbu  İshaqın  tədlis

1920


  etdiyini, 

Cübarə  ibnü’l-Muğlisin  isə  yalan  danışdığının  eşidildiyini  qeyd  etmişdir

1921

.  Buna 


baxmayaraq  məscidlərin  ifrat  bəzədilməsi  İslami  nöqteyi-nəzərdən  bəyənilən  bir  iş 

deyildir. Bu haqda bir çox hədis mövcuddur. 

 

Şəmsəddin Əbü’l-Məkarim Mənsur ibn Həsən ibn Mənsur Zəncani  

Şəmsi-Zəncani  ləqəbi  ilə  tanınan  Əbü’l-Məkarim  Mənsur  Zəncani  şafi’i  məzhəbinə 

mənsub  fəqih  idi.  Bağdad  Nizamiyyə  mədrəsəsində  təhsil  almışdı.  Təhsilini  başa 

vurduqdan  sonra  Bağdaddakı  əs-Suqtiyyə  mədrəsəsində  dərs  vermişdi.  Tədris 

fəaliyyəti  ilə  məşğul  olduğu  dövrdə  Bağdadda  əl-Qəsr  camesində  təşkil  olunan  elmi 

                                                 

1919

 ZƏHƏBİ, Mu’cəmü’ş-Şüyux, C. II, s. 332. 



[

َْٛك ِظآٍ اُٞكهْـ َو َّلاا ػه  ٍّٞه َٔػ َءاٌَ آ

]

 

1920



  Tədlis  etmək-Ravinin  nəql  etdiyi  hədisin  gizli  bir  cəhəti,  qüsuru  olduğu  halda  belə  bir  cəhətinin,  qüsurunun 

olmadığını düşündürəcək formada həmin hədisi nəql etməsidir. Belə ravilərə müdəllis, yəni tədlisçi deyilir. Tədlisin 

10-a yaxın növü var. Bu haqda daha ətraflı məlumat üçün bax: AYDINLI, həmin əsər, s. 152. 

1921


 İBN MACƏ, Sünən, C. II, s. 549. 


diskussiyalarda  iştirak  edirdi.  Əbü’l-Məkarim  Mənsur  Zəncani  h.  599-cu  ilin  ramazan 

ayında (may 1203) Bağdadda vəfat etmişdi

1922



 



Şeyx Əbu Müzəffər Əbdüssəməd ibn Hüseyn ibn Əbdülqəffar Zəncani 

Mühəddis, abid və saleh insan idi. Bağdadda Əbü’l-Qasım Hibətullah ibn Muhəmməd 

ibnü’l-Husayn əş-Şeybani (öl. 1131) və Əbü’l-Qasım Zahir ibn Tahir əş-Şihamidən hədis 

dinləmişdi. Hafiz Əbu Bəkr əl-Hazimi onun tələbəsi olmuş və ondan imam Əhməd ibn 

Hənbəlin  (/)  ‚Müsnəd‛  adlı  hədis  külliyatındakı  hədisləri  dinləmişdi.  Alim  h.  14 

ramazan 581-ci ildə (8 dekabr 1185) vəfat etmişdi

1923

.  


 

Əbu Cə’fər Muhəmməd ibn Mənsur ibn Muhəmməd Zəncani 

Mühəddis  və  şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Ömrünün  son  bir  neçə  ilini 

Əstərabadda

1924


  yaşamışdır.  Mömin,  fəzilət,  zöhd  və  vəra’  sahibi  insan  idi.  Əbu 

Abdullah  Muhəmməd  ibn  Cə’fər  əl-Qəzai,  Əhməd  ibn  İbrahim  ibn  Musa  əd-Dəqqaq, 

Əbu  Muhəmməd  Əbdürrəhman  ibn  Muhəmməd  ibn  Həsən  əl-Farisidən  hədis 

dinləmişdi. Əbu Həfs Ömər ibn Muhəmməd ibn Həsən əl-Fərğuvali Mərvdə, Əbu Nəsr 

Əbdülvəhhab  ibn  Əhməd  ibn  Əbdüssəlam  Əstərabadda  ondan  hədis  nəql  etmişdilər. 

Alim h. 480-cı (1087-1097) illərdə Əstərabadda vəfat etmişdi

1925

.   


 

Şeyx İmadəddin İbrahim ibn Əbdülvəhhab ibn Əbü’l-Məali Zəncani 

İmadi-Zəncani  olaraq  tanınan  İbrahim  ibn  Əbdülvəhhab  Zəncani  yaşadığı  dövrün 

tanınmış fəqih və mühəddislərindən idi. O, h. 594-cü ildə (1198) Mərv şəhərinə gedərək 

Fəxrəddin  İsmayıl  ibn  Muhəmməd  əl-Faşaninin  (öl.  1206)  tələbəsi  olmuş  və  onun 

yanında  hədis  elminə  dair  biliklərə  yiyələnmişdi.  İbnü’l-Fuvati  İmadəddin  Zəncanini 

‚öz  dövrünün  yeganəsi,  fəziltli  insan,  ədib,  alim  və  fəqih‛  kimi  sözlərlə  yad  etməkdə 

                                                 

1922


 ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 308. 

1923


 İBN NÖQTƏ, Təqyid li-Mərifəti-Ruvat, s. 218. 

1924


 Əstərabad-İranın şimali-şərqində, Xəzər dənizinin cənubi-şərq sahilindən bir neçə km aralıda yerləşən şəhər. 

1925


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 328-329. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə