məzhəbində olduğunu, ətrafındakı 20 kəndlə birlikdə Əhərdən dövlət xəzinəsinə illik
15 min dinar vergi daxil olduğunu qeyd edir
142
.
Ərdəbil haqqında məlumat verən Həmidullah Müstəvfi bu şəhərin təməlinin kəyani
şahlarından Siyavuşun oğlu Keykavus tərəfindən qoyulduğunu yazır
143
. Hələ Sasanilər
dövründə inzibati mərkəz olan Ərdəbil Azərbaycanın ən böyük şəhərlərindən birinə
çevrilmişdi. Nəhavənd döyüşündən (642) sonra Hüzeyfə ibnü’l-Yəmanın (ا)
komandanlıq etdiyi xilafət ordusu Ərdəbili fəth etmişdi. Hüzeyfə ibnü’l-Yəman illik 800
min dirhəm cizyə ödəmək şərti ilə Ərdəbil əhalisi ilə əhdnamə bağlamışdı
144
. Xilafət
dövründə baş vermiş xəzər-ərəb müharibələrində xəzərilər tərəfində dağıldılıb əhalisi
qılıncdan keçirilən Ərdəbil
145
Salarilər və Sacilər dövründə Azərbaycanın əsas şəhərinə
çevrilmişdi.
Hüdudü’l-Aləm müəllifi Ərdəbilin qala divarları ilə əhatə olunmuş böyük
şəhər olduğunu və Azərbaycan hökmdarlarının bu şəhərdə yaşadıqlarını qeyd
etmişdir
146
. IX əsrin sonları-X əsrin əvvəllərində Yusif ibn Əbü’s-Sac Ərdəbili özünün
paytaxt şəhərinə çevirmişdi
147
. İbn Kəsirin verdiyi məlumatdan da Ərdəbilin bu dövrdə
xeyli böyük və əhalisi çox olan bir şəhər olduğu nəticəsini çıxarmaq olur. İbn Kəsir
Ərdəbildə baş vermiş iki zəlzələdə, 893-cü ildə 150 min və 901-ci ildə də təqribən 150
min, yəni cəmi 300 min insanın öldüyünü yazır
148
. Bu təbii fəlakətlər zamanı şəhər
əhalisinin hamısının qırılmadığını nəzər alsaq IX-X əsrlərdə Ərdəbilin əhalisinin 300
mini ötdüyünü söyləyə bilərik.
Həmidullah Qəzvini Ərdəbilin soyuq iqlimə malik olduğunu, Savalan dağından axıb
gələn çayın şəhəri su ilə təchiz etdiyini, bu suyun həzm üçün xeyli yararlı olması
səbəbiylə ərdəbillilərin qarınqulu olduqlarını yazır. Müəllif həmçinin şafi’i məzhəbində
olan şəhər əhalisinin şeyx Səfiyəddin Ərdəbiliyə dərin ehtiramla yanaşdıqlarını yazır
149
.
Azərbaycana səyahət etmiş Şəmsəddin əl-Məqdisi (947-990) ərdəbillilərin başqa
məzhəbdən olanlara qarşı dözümsüz, eyni zamanda məkrli və qafil insanlar olduğunu
142
QƏZVİNİ, Nüzhətü'l-Qülub, s. 85.
143
Həmin əsər, s. 83.
144
Bu haqda ətraflı məlumat üçün bax: NƏSİROV, Raşidi Xəlifələr...., s. 53.
145
ARTAMONOV, İstoriya Xazar, s. 213-214; BÜNYADOV, Azərbaycan VII-IX Əsrlərdə, s. 108, Bakı 1989.
146
Hüdudü’l-Aləm, s. 119-120.
[
َ٤تقنأ
...
ىِٞٓ هورٍٓ دٗاً
ٕاع٤تنلآ
]
147
VƏLİXANLI, həmin əsər, s. 95.
148
İmadəddin İsmayıl ibn Ömər İBN KƏSİR, Bidayə və’n-Nihayə, (Trc. M. Keskin), C. XI, s. 130-131, 155-156, İstanbul
1994.
149
Nüzhətü’l-Qülub, s. 83-84.
yazır
150
.
Əcaibü’d-Dünya müəllifi isə ərdəbillilərin səxavətli və əliaçıq insanlar olduğunu
qeyd edir
151
. İbn Miskəveyh Ziyari hökmdarı Vəşmgirin (934-967) səkərdələrindən
Ləşkərinin 938-ci ildə Ərdəbilə hücumunu təsvir edərkən cəsur, dözümlü və mətin
insanlar olan ərdəbillilərin silahdan istitifadədə mahir olduqlarını və düşmənə əzmlə
müqavimət göstərdilərini yazır
152
. Yaqut əl-Həməvi də Ərdəbilə səyahət etdiyini, onun
bu şəhəri tərk etməsindən sonra moğolların Ərdəbilə hücum etdiklərini, şəhər
əhalisinin igidliklə düşmənə müqavimət göstərdiklərin yazır. Müəllif qeyd edir ki,
şəhər müdafiəçiləri iki dəfə moğolların hücumunu dəf etmiş və şəhərə soxulan düşməni
geri oturtmuşdular. Üçüncü hücum vaxtı moğollar Ərdəbili zəbt edərək şəhər
əhalisinin tamamına yaxınını qılıncdan keçirmişdilər. Belə ki, yalnız gizlənə bilənlər sağ
qalmışdılar
153
.
Həmidullah Qəzvini Gəncə şəhərinin təməlinin h. 39-cu (659) ildə qoyulduğunu qeyd
etsə də bu məlumat digər mənbələrlə müqayisə edildikdə özünü doğrultmur
154
. M.
Kalankatuklu Gəncənin Arran və Ərməniyyə valisi Muhəmməd ibn Xalid ibn Yəzid
tərəfindən 846/7-ci ildə inşa edildiyini yazır
155
.
Şirvan və əl-Bab Tarixində isə Muhəmməd
ibn Xalidin bu şəhəri h. 245-ci (859) ildə bina etdiyi bildirilir
156
. Ehtimal ki, Gəncə
başlanqıcda hərbi məqsədlər üçün tikilmiş şəhərcik və ya düşərgə idi. Çünki onun inşa
edildiyi dövr cənubi Qafqazda, daha dəqiq desək Gürcüstanda xilafət əleyhinə
çıxışların baş verdiyi bir dövr idi. Xalid ibn Yəzid, onun oğlu Muhəmməd və Buğa əl-
Kəbir kimi sərkərdələr bu qiyamları yatırmaq üçün Tiflis və onun ətrafında hərbi
əməliyyatlar keçirmişdilər
157
. Bu səbəbdən də yaşayış məntəqəsi kimi uzun müddət
əhəmiyyət kəsb etmədiyi üçün IX-X əsr coğrafiyaşünasları Gəncə haqqında təfsilatlı
məlumat verməmişdirlər
158
. 944-cü ildə Bərdənin ruslar tərəfindən viran edilib xaraba
qoyulmasından sonra Gəncə ön plana çıxmış və Azərbaycanın şimalındakı inzibati və
150
Əhsənü't-Təqasim, s. 186.
[
ةٛامُٔا َٛأ ٕٝنمؼ٣ لاٝ ،ةهاٞؼُا ٢ك ٕٝهظ٘٣ لا حِلؿٝهٌٓ َٛأ
]
; həmçinin bax: VƏLİXANLI, həmin əsər, s.
95.
151
Əcaibü’d-Dünya, s. 179.
152
Təcaribü’l-Üməm, C. IV, s. 442.
153
Mu’cəm, C. I, s. 93.
154
Nüzhətü’l-Qülub, s. 93.
155
Albaniya Tarixi, s. 197-198.
156
Vladimir MİNORSKİY,
İstoriya Şirvana i Derbenta X-XI vekov, (Trc. A. Əlizadə), s. 47, Moskva 1963.
157
Bu haqda ətraflı məlumat üçün bax: BÜNYADOV,
həmin əsər, s. 193 və davamı.
158
BARTOLD,
Soçineniya, C. III, s. 405.