Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə29/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   25   26   27   28   29   30   31   32   ...   187

[

هصه


]

sözünün  cəm  forması  olan,  qəsrlər  mənasını  ifadə  edən  ‚qisar‛ 

 

[

ناَصِه



]

sözündən 

törəmiş  olması  ehtimalı  böyükdür.  Qusar  sözünün  ən  hündür,  son  hədd  mənasındakı 

‚qusarə‛dən 

 

244


[

ٟ َناَصُه

]

  meydana  gəlmiş  olması  da  mümkündür.  Çünki  regionda  ən 



hündür relyefə malik yaşayış məntəqəsi Qusardır. 

     


Bu  gün  Xaçmaz  şəhərindən  14  km  şərqdə,  Xəzər  dənizi  sahilində  yerləşən  Niyazabad 

bir  zamanlar  Xəzər  dənizinin  qərb  sahilindəki  ən  mühüm  limanlardan  biri  idi. 

Azərbaycanın  cənubundan  başlayan  ticarət  yolu  bu  liman  şəhərindən  keçərək 

Dərbəndə çatırdı

245

. XVIII əsrin birinci yarısında rus səyyahları da Azərbaycana səyahət 



edərkən  bu  liman  şəhərinə  gəlmiş,  gündəliklərində  Niyazabadı  ətraflı  təsvir 

etmişdilər

246

.  Türk  səyyahı  Övliya  Çələbi  (XVII  əsr)  bu  şəhər  haqqında  təfsilatlı 



məlumat  verir.  Müəllif  yazır:  ‚Əvsafi-şəhri-Niyazabad:  Şirvan  hüdudundadır. 

Yəzdigərd  şah  tərəfindən  bina  edilmişdir.  Qədim  zamanlarda  böyük  şəhər  imiş.  Hələ 

də  mövcud  olan  binaları  bir  vaxtların  ehtişamından  xəbər  verir.  Moğollar,  sonra  da 

dağıstanlı qumuq, qaytaq və.s tayfalar buraya hücum edib təxrib etmişdirlər. Sultan III 

Muradın  böyük  komandanı  Qoca  Fərhad  paşa  bu  şəhərdə  qışlamış,  sonra  ordusu  ilə 

Şirvan  tərəfə  hərəkət  etməmişdən  əvvəl  Niyazabad  qalasını  təmir  etdirmişdi.  Bura 

Dağıstanla  Şirvan  arasındadır.  Şəhərdə  qırx  məhəllə  və  qırx  minbər  (məscid)  var. 

Şəhərdə  cümə  camesi,  karvansaray,  hamam  və  bazar  var.  Niyazabad  ayrıca 

sultanlıqdır,  minə  qədər  nökəri  (əsgəri-N.Ə),  on  iki  hakimi  var.  Şəhərin  kələntəri 

Niyazabadda 6000

247

 bağ-bağçalı evin olduğunu deyir. Abad, gözəlləri çox, əkinə yararlı 



torpaqları  bol  olan  yerdir.  Lakin  şəhərin  ortasındakı  qala  divarları  xarabadır.  Belə 

məhsuldar,  ab-havası  lətif  yerdə  qalanın  olması  çox  vacib  ikən  uçub  dağılmışdır. 

Niyazabadda  xacə  Əhməd  Yəsəvinin  nəslindən  olan  Əfşar  babanın  türbəsi  var. 

Əcəmlərin  bu  şəxsin  təriqətinə  inam  və  ehtiramları  vardır.  Belə  ki,  buradakı  təkyədə 

yüzdən  çox  füqəra  (dərviş-E.N)  var.  Təkyədə  gələn  gedənə  yemək  verilir.  Bu  şəhərin 

əhalisi hənəfi məzhəbindədir‛

248

.  


                                                 

244


 Bax: BARANOV, Arabsko-Russkiy Slovar, s. 641. Həmçinin bax: SARI, Arapça-Türkçe Lugat, s. 1233. 

245


 Vaqif PİRİYEV, Azərbaycanın Tarixi-Siyasi Coğrafiyası, s. 33, Bakı 2006. 

246


 Elçin QARAYEV, Azərbaycan XVIII Əsr Rus və Qərbi Avropa Səyyahlarının Təsvirində, s. 22-23, Bakı 2005. 

247


 Əgər təqribən hər evdə 5 nəfərin yaşadığını nəzərə alsaq XVII əsrdə Niyazabadın 30 mindən çox əhalisi olan orta 

böyüklükdə bir şəhər olduğunu söyləyə bilərik. 

248

 ÖVLİYA ÇƏLƏBİ, Səyahətnamə, C. II, s. 292-293. 




Arxeoloji  qazıntılar  vaxtı  aşkar  edilən  zəngin  maddi  mədəniyyət  nümunələri 

göstərmişdir  ki,    Şamaxı  şəhərinin  yerində  hələ  antik  dövrdən  bəri  yaşayış  məskəni 

olmuşdur. VIII-XI əsrlərdə Şamaxı Yəzidiyyə adı ilə və Şirvanşahların inzibati mərkəzi 

kimi məşhur olmuşdu

249

. Abbasilərin Şirvan canişini Əbu Tahir Yəzid ibn Muhəmməd 



əş-Şeybani  h.  306-cı  (918)  ildə  Şirvan  torpağında  Yəzidiyyə  şəhərini  saldırmışdı

250


.  Bu 

dövrdə  Yəzidiyyə  özünün  sikkə  zərbxanası  ilə  məşhur  olmuş,  eyni  zamanda  ‚darü’l-

mülk‛, yəni paytaxt şəhəri kimi şöhrət tapmışdı. XII əsrdə Şamaxıda təxminən 100 minə 

yaxın  əhali  yaşamışdı

251

.  Orta  əsrlərdə  Şamaxı  yetişdirdiyi  elm,  mədəniyyət,  dövlət 



xadimləri, sənətkarlarla yanaşı əhalisinin  igidliyi və mərdiliyi  ilə  də məşhur olmuşdu. 

İbnü’l-Əsir  1221-ci  ildə  moğolların  Şamaxıya  hücumu  təsvir  edərkən  yazır:  ‚Moğollar 

dəvə, inək, keçi, qoyun və.s heyvan leşlərini, bunlarla birlikdə öldürdükləri insanların 

cəsədlərin  üst-üstə  yığıb  müqavimət  göstərən  Şamaxı  qalasının  divarlarını  aşmağa 

çalışmışdılar. Şəhər əhalisi bu döyüşlərdə ciddi müqavimət göstərmiş, üç gün  şiddətli 

və qanlı döyüşlər getmişdi. Çətin vəziyyətə düşən şəhər müdafiəçiləri ‚istənilən halda 

bu  işin  axırında  ölüm  var  və  qılınc  boynumuza  dirənəcək,  ən  yaxşısı  səbrlə  düşmənə 

müqavimət  göstərib  şərəfimizlə  ölək‛  deyərək  moğollarla  vuruşmağa  davam 

etmişdilər. Nəhayət moğollar qılınc gücünə Şamaxını ələ keçirə bilmişdilər. Şamaxının 

işğalı ağır insan itkisi və talanla müşayət olunmuşdu

252

.        



Orta  əsr  mənbələrində  Şirvan  həm  vilayət  həm  də  şəhər  adı  kimi  qeyd  olunmuşdur. 

Coğrafi  məkan  olaraq  Şirvan  adı  ilə  daha  çox  Arranın  Kür  çayından  şimalda  qalan 

qismi nəzərdə tutulmuşdur. A. Bakıxanov Şirvan vilayətinin hüdudlarını təsvir edərkən 

yazır:  ‚Şirvan  vilayəti,  şərq  tərəfdən  Xəzər  dənizi  ilə,  cənub-qərbdən  onu  Muğan  və 

Ermənistan  (Arran-E.N)  vilayətlərindən  ayıran  Kür  çayı  ilə,  şimal-qərbdən  Qanıq 

(Alazan)  çayı  ilə,  İlisu  nahiyəsindən  keçən  qeyri-müəyyən  xətlə,  Qafqaz  sıradağları, 

Kürə  və  Təbərsəran  nahiyələrini  Qaziqumuq  və  Qaytaq  məmləkətlərindən  ayıran  dağ 

silsiləsi ilə və oradan da, Dərvaq çayı yatağından onun Xəzər dənizinə qovuşduğu yerə 

                                                 

249


 GÖYÜŞOV, həmin əsər, s. 136-137. 

250


 AŞURBƏYLİ, həmin əsər, s. 100. 

251


 GÖYÜŞOV, həmin əsər, s. 137. 

252


 İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XII, s. 340. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə