Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə32/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   28   29   30   31   32   33   34   35   ...   187

Təbrizin ən gözəl və böyük mədrəsəsi olduğunu qeyd etmişdir

277


. Bu da onu göstərir ki, 

inşasının  üzərindən  iki  əsrdən  çox  vaxt  keçməsinə  baxmayaraq  Cahanşah  məscid  və 

mədrəsə  kompleksi  öz  ehtişamını  qoruyub  saxlaya  bilmişdi.  Lakin  Övliya  Çələbinin 

qeydlərindən məlum olur ki, Səfəvilər dövründə Təbrizin, eləcə də Azərbaycanın digər 

şəhərlərindəki  elm  ocaqlarında  elmi  və  intellektual  səviyyə  qat-qat  aşağı  düşmüşdü. 

Bunun birinci səbəbi həmin bu dövrün Osmanlı dövlətinin çiçəklənmə dövrünə təsadüf 

etməsidir.  XV əsrin birinci yarısı, xüsusilə də XVI əsrin əvvəllərindən etibarən Misirin 

də  Osmanlı  dövlətinə  birləşdirilməsindən  sonra  başda  İstanbul  olmaqla  Anadolunun 

böyük  şəhərləri  alimlər,  mədəniyyət  və  incəsənət  xadimləri  üçün  cazibə  mərkəzinə 

çevrilmişdi. İslam dünyasının dörd bir tərəfindən, o cümlədən Azərbaycandan Osmanlı 

torpaqlarına  yüzlərlə  alim  və  mütəfəkkir  gedərək  buradakı  tədris  müəssisələrində 

fəaliyyət  göstərməyə  başlamışdılar.  Bu  dövrdə  elm  xadimlərinin  Azərbaycanı  tərk 

etməsinin  əsas  səbəblərindən  biri  də  Səfəvilərin  İran  və  Azərbaycanda  hakimiyyətə 

gəlməsidir. Səfəvilər ən yaxşı halda təzyiq və təqiblər nəticəsində  sünni din xadimləri 

və  alimlərin  ölkəni  tərk  etməsinə  nail  olurdular.  Bir  sıra  hallarda  isə  Səfəvilərin  şafi’i, 

hənəfi kimi sünni fiqh məzhəblərinə mənsub alimlərə qarşı törətdikləri qanlı qətliamlar 

alimlərin öz vətənlərini tərk edərək Osmanlı, Misir Məmlüklü və Şeybanilər dövətlərinə 

pənah  aparmalarına  səbəb  olurdu.  Lakin  Səfəvilər  şiəliyin  dövlətinin  rəsmi  məzhəbi 

elan  edilməsinindən  sonra  ciddi  bir  problemlə  qarşılaşmışdılar.  Problem  ondan  ibarət 

idi  ki,  Azərbaycanda,  eləcə  də  İranda  bu  məzhəb  sahəsində  dini  ədəbiyyat  və  alimlər 

yox deyiləcək qədər az idi

278


. İbnü’l-Mütəhhərin ‚Qəvaidü’l-İslam‛ adlı kitabı xaricində 

təbliğat  xarakterli  dini  ədəbiyyat  yox  idi.  Bu  səbəblə  də  Səfəvilər Livanın  Cəbəli-Amil 

və  İraqın  cənub  regionlarından  şiə  ərəb  alimlərini  Azərbaycana  dəvət  etmişdilər

279


Təbrizdə  ilk  şiə  mədrəsəsini  XVI  əsrin  əvvəllərində  livanlı  Nurəddin  Əli  əl-Amili  əl-

Kərəki  (öl.  1534)  qurmuşdu

280


.  Bəhaəddin  əl-Amili,  şeyx  Hüseyn  əl-Amili,  Mir  Əbü’l-

Qasım Fəndəriski həmin bu dövrdə xaricdən Təbrizə gəlmiş din xadimləridir

281



                                                 



277

 Yenə orada

278

 Shahı AHMADOV, Azerbaycan’da Şiîliğin Yayılma Süreci, s. 102, Ankara 2005. 



279

 Yenə orada

280

 Yenə orada



281

 AHMADOV, həmin əsər, s. 102-105. 




Azərbaycanın qədim şəhərlərindən olan Tiflis (Suğdabil) orta əsrlərdə yetişdirdiyi elm 

və  mədəniyyət  xadimləri  ilə  məşhur  olmuşdu.  əl-İdrisi  (1100-1165)

282

,  əl-İstəxri  (X 



əsr)

283


,  Zəkəriyya  əl-Qəzvini

284


  və  Hüdudü’l-Aləm  müəllifi

285


  Tiflisin  Arranın 

şəhərlərindən  biri  olduğunu  qeyd  etmişdirlər.  Süyuti  ‚ət-Tiflisi‛  nisbəsi  haqqında 

məlumat  verərkən  yazır  ‚...Azərbaycanın  bəldələrindən  olan  Tiflisə  aid  edilir‛

286


İbnü’l-Əsir  də  Tiflisin  Azərbaycanın  sonuncu,  yəni  sərhədyanı  şəhərlərindən  biri 

olduğunu  qeyd  etmişdir

287


.  Əslində  Azərbaycana  məxsus  olan  Tiflisin  Kür  çayının 

cənubunda  qalan  hissəsidir.  İndi  olduğu  kimi  orta  əsrlərdə  də  Tiflis  Kür  çayı  ilə  iki 

qismə ayrılırdı

288


. Çayın cənubunda qalan qismi müsəlman, şimalında qalan hissəsi isə 

xristian Tiflisi idi. Əbdürrəşid Bakuvi yazır: ‚Şəhərdən Kür çayı axır. Əhalisi müsəlman 

və  xaçpərəstlərdir.  Kürün  bir  sahilində  əzan  deyilir,  digər  isə  kilsə  zəngləri  çalır‛

289


Mənbələrdə şəhərin sol sahili, yəni azərbaycanlılar yaşayan qismi Tiflis deyil, Suğdabil 

şəhəri  kimi  tanıdılır.  Yaqut  əl-Həməvi

290


  və  Əhməd  əl-Bəlazuri  Suğdabil  şəhərinin 

Tiflisin  cənubunda,  Kür  çayı  sahilində  olduğunu,  şah  I  Xosrov  Ənuşirvanın  (531-579) 

bu  şəhəri  bina  edib  abadlaşdırdığını  qeyd  edir.  Şəhərin  Suğdabil  adlanması  isə  I 

Xosrovun  buraya  Soğddan  (Soqdiana)

291

  farsdilli  əhalini  köçürüb  məskunlaşdırması 



səbəbiylə olmuşdu

292


.  

Osman  ibn  Əffanın  (ا)  hakimiyyəti  dövründə  (644-656)  Həbib  ibn  Məsləmə  əl-Fıhri  (ا) 

Tiflisi  fəth  edərək  əhalisi  ilə  cizyə  müqabilində  əhdnamə  bağlamışdı

293


.  722-ci  ildə 

Əməvilərin  cənubi  Qafqaza  təyin  etdikləri  vali  Cərrah  ibn  Abdullah  əl-Həkəmi  Tiflis, 

Girdiman,  Samsxa  (Cavaxetiya),  Şavşat  daxil  olmaqla  Gürcüstan  əhalisi  ilə  Həbib  ibn 

Məsləmə  ilə  bağladıqları  əhdnamənin  şərtlərinə  uyğun  olaraq  yeni    əhdnamə 

                                                 

282


 İDRİSİ, Nüzhətü’l-Müştaq, s. 34-35. 

283


  İSTƏXRİ, Məsalikü’l-Məmalik, s. 67. 

284


 QƏZVİNİ, Asarü’l-Bilad, s. 476-477.  

285


 ANONİM, Hüdudü’l-Aləm, s. 120-123. 

286


 SÜYUTİ, Lübbü’l-Lübab, s. 43. 

[

٢ٍ٤ِلرُا



...

ٕاع٤تنلأت كِت ً٤ِلذ ٠ُا حِٜٔٓ

]

   


287

 İBNü’l-ƏSİR, Lübab, C. II, s.218. 

[

٢ٍ٤ِلرُا


...

ٕاع٤تنلأ قلات ٖٓ جكِت هـآ ً٤ِلذ ٠ُا حثٍُ٘ا ٙمٛ

]

 

288



 İBN XORDADBEH, Məsalikü’l-Məmalik, s. 477. 

[

 ّهٌُا هٜٗ اٜت



 ...

حػقهت ةِت ٠ِػ ١هع٣ٝ نٌٞٔشٝ جى٘عت ْش اٜوش٣ ً٤ِلذ ح٘٣كٔت

]

 

289



 BAKUVİ, Təlxisü’l-Asar, s. 118 

290


 YAQUT əl-HƏMƏVİ,  Mu’cəm, C. IV, s. 305. 

[

َ٤تكـص



 :

هٌُا هٜٗ ٠ِػ ح٘٣كٓ

 ّ 

 ٍقاؼُا ٕاٝهش ٞٗأ ٟهًٍ اٛا٘ت ً٤ِلذ حُاثه ٢ههشُا ةٗاظ ٖٓ 



...

يناك ءا٘تأ ٖٓ كـصُا َٛأ ٖٓ آٞه اُٜىٗأ

]

 

291



 Qədim Soqdianaya (və ya Suquda) indiki Tacikistan, Özbəkistanın Buxara və Səmərqənd daxil olmaqla Fərqanə 

vilayəti və Əfqanıstanın şimalı daxil idi.   

292

 BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 275; Həmçinin bax: BÜNYADOV, Azərbaycan VII-IX Əsrlərdə, s. 174.  



293

 BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 213, 284. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə