Hüseyn əl-Hərrani və Ömər ibn Əbu E’lan əs-Səqəfi kimi mühəddislərdən hədis
dinləmiş və nəql etmişdi
395
.
Hafiz Əbü’l-Hüseyn Əhməd ibn Əli ibn Əsəd Bərdəi
Məşhur hədis hafizi idi. Hirarə ləqəbi ilə tanınırdı. Hədis dinləmək üçün səyahət
etmişdi. Müxəllid ibn Malik, Əli ibn Hərb, Əbü’l-Hüseyn ibn Faris, Əhməd ibn Mun’i
və başqalarından hədis dinləmiş və nəql etmişdi. Əbü’l-Hüseyn ibn Faris onun
hafizliyini təsdiqləmişdi. Hafiz Nəsr ibn Əhməd, Məkki ibn Əbdan və başqaları da
ondan hədis dinləmiş və nəql etmişdilər
396
. VIII-IX əsrlərdə yaşamışdır.
Hafiz Əbu Bəkr Əbdüləziz ibn Həsən Bərdəi
Yaşadığı dövrün böyük hədis hafizlərindən biri idi. Hədis dinləmək üçün çox səyahət
etmiş və öz dövrünün məşhur mühəddislərindən bir çoxunun tələbəsi olmuşdu.
Dəməşqdə Muhəmməd ibnü’l-Abbasdan, Misirdə hafiz Muhəmməd ibn Əhməd, Əbu
Yaqub İshaq ibn İbrahim Bağdadidən, Mosulda Əhməd ibn Ömər Məvsilidən hədis
dinləmiş və nəql etmişdi. Ğəssan ibnü’r-Rəbi’, hafiz Əbu Əli Hüseyn ibn Əli, Əbu İshaq
İbrahim ibn Muhəmməd əl-Müzəkki, hafiz Əbu Muhəmməd Abdullah ibn Səid ondan
hədis dinləmişdilər. Dövrün müşhur mühəddislərindən Əbu Bəkr Muhəmməd ibn
İshaq ibn Xuzeymə ilə çox səmimi münasibəti var idi. Alim uzun müddət Xorasanın
Nişapur şəhərində yaşamış, h. 318-ci ildə (930) Nişapuru tərk edərək Fəravə şəhərinə
gəlmişdi. Fəravə ribatında
397
bir müddət yaşadıqdan sonra alim Nəsa
398
şəhərinə
köçmüş və h. 323-cü ildə (935) burada vəfat etmişdi
399
.
Hüseyn ibn Əhməd ibn Kamil Bərdəi
395
Ağa Bozorg TEHRANİ, Təbəqatü’l-İ’lami’ş-Şafi’iyyə, (Hzr. Ə. T. Fənrəvi), s. 212, 214, 234, Beyrut 1971; BAĞDADİ,
Təkmilətü'l-İkmal, C. II, s. 35-36.
396
İBN MAKULA, İkmal, C. I, s. 176; s. 198, Əhməd ibn Əli İBN HƏCƏR əl-Əsqəlani, Nüzhətü’l-Əlbab fi’l-Əlqab, (Nşr.
Ə. Sudeyri), s. 198, Riyad 1989.
397
Ribat-sərhəd qala-zastavası. Fəravə ribatı indiki Türkmənistanın Sərdar rayonu ərazisində yerləşirdi.
398
Nəsa-qədim Xorasanın şəhərlərindən biri idi. Xarabalıqları Türkmənistanın paytaxtı Aşqabadın 15 km qərbində,
Bagir kəndi yaxınlığında yerləşir. Qədim adı Parthaunisa olan şəhər Parfiya kralı I Mitridatın paytaxt şəhəri
olmuşdu.
399
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 411-414; ƏBU NUEYM İSBƏHANİ, Hilyətü’l-Əvliya, C. V, s. 63.
Hədis ravisi idi. Hüseyn ibn Abdullah ibnü’l-Xuseybdən hədis nəql etmişdi.
Muhəmməd ibn Muhəmməd əs-Səkkak da ondan hədis nəql etmişdi
400
. Yaşadığı dövrü
müəyyən etmək mümkün olmamışdır.
Hafiz Əbu Bəkr Məkki ibn Əhməd ibn Sə’dveyh Bərdəi
Yaşadığı dövrün böyük hədis hafizlərindən biri idi. Hədis dinləmək məqsədiylə İslam
coğrafiyasının bir çox yerlərinə səyahət etmişdi. Dəməşqdə Əhməd ibn Ümeyr,
Muhəmməd ibn Yusif əl-Hərəvidən, Trablusda Əbü’l-Qasım Abdullah ibn Hüseyn ibn
Əbdürrəhman əl-Bəzzazdan, Bağdadda Əbü’l-Qasım Bəğəvi, Səid ibn Əbdüləziz əl-
Hələbi, Əbu Muhəmməd Saəda, Əbu Yə’la Muhəmməd ibnü’l-Fəzl, Əbu Ərubə Hüseyn
əl-Hərrani, Əbu Cə’fər ət-Təhavi
401
, Əbdülhəkim ibn Əhməd əl-Misri, Muhəmməd ibn
Əhməd ibn Rica əl-Hənəfi, Muhəmməd ibn Ümeyr əl-Hənəfidən, Misirdə U’rs ibn Fəhd
əl-Məvsilidən hədis dinləmişdi. Ustad Əbü’l-Vəlid Həssan ibn Muhəmməd əl-Fəqih,
Hakim Əbu Abdullah, Əbü’l-Fəzl Nəsr ibn Muhəmməd əl-Əttar ondan hədis dinləmiş
və nəql etmişdilər. Əbu Bəkr Məkki Bərdəi h. 330-cu ildə (942) Xorasanın Nişapur
şəhərinə köçmüş və orada məskunlaşmışdı. H. 350-ci ildə (961) Nişapuru tərk edib
Mavərünnəhrə səyahət etmişdi. Xorasanda ikən hədis elminə dair bir neçə əsər qələmə
almışdı. H. 354-cü ildə (965) Şaş
402
şəhərində vəfat etmişdi
403
. Nəql silsiləsində Əbu Bəkr
Məkki Bərdəinin də olduğu hədislərdən biri aşağıdakıdır:
Abdullah ibn Əmr (ا) dedi: Allah Rəsulu (م) buyurdular: ‚Allah elmi insanlar(ın
beynindən, zehnindən)dan zorla çəkib almaz. Lakin aralarından alimləri almaqla elmi
də alıb aparar. (Cəmiyyətdə) alim qalmayandan sonra insanlar cahilləri özlərinə rəhbər
400
ƏBU NUEYM İSBƏHANİ, Hilyətü’l-Əvliya, C. IV, s. 168.
401
Əslən Misirlə olan imam Əbu Cə’fər Əhməd ibn Muhəmməd ibn Səlamə ibn Əbdülməlik əl-Əzdi ət-Təhavi (853-
933) əhli-sünnə alimlərinin məşhurlarından idi. ‚Əhkamu’l-Qur’an‛, ‚Nəvadiru’l-Fiqhiyyə‛, ‚Məani’l-Asar‛ kimi 15-
dən çox əsərin müəllifidir. Həmçinin ‚Əqidətü’t-Təhaviyyə‛ adlı əhli-sünnə əqidəsinə dair əsərin müəllifidir.
402
Şaş-indiki Özbəkistanın paytaxtı Daşkəndin qədim adı.
403
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 271; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 212; TEHRANİ, Təbəqatü’l-
İ’lam, s. 189.
qəbul edərlər. Onlar da savadsızca hökm verərlər, həm özləri yollarını azarlar, həm də
insanları yollarından (zəlalətə) sapdırarlar‛
404
.
Əbu Talib Səid ibn Muhəmməd Bərdəi
Hənəfi məzhəbinə mənsub mühəddis və fəqih idi. İmam Əbu Cə’fər Əhməd ibn
Muhəmməd Təhavinin yaxın dostlarından idi. Bağdadda imam Təhavidən hədis
dinləmiş və nəql etmişdi. Hafiz Əbu Muhəmməd Abdullah ibn Muhəmməd əl-Haris,
Əbu Talib Səid Bərdəidən hədis dinləmişdi
405
. Mənbələrdə Əbu Talib Səid Bərdəinin
ölüm tarixi qeyd olunmamışdır. İmam Təhavinin (853-933) müasiri olduğuna görə onun
da IX-X əsrlərdə yaşadığını söyləmək olar.
Əbü’l-Həsən Əhməd ibn Ömər ibn Əbdürrəhman Bərdəi
Mö’təzilə məzhəbi alimlərinin məşhurlarından, fəzilətli və nəcib insan idi. Əbbad ibn
Süleymanın tələbəsi olmuşdu. Əbbad ibn Süleyman isə Haşim əl-Fuvatinin yetirməsi
idi. Xətib Bağdadi Əbü’l-Həsən Əhməd Bərdəinin Əbu Əli əl-Cübbaidən
406
də dərs
aldığını qeyd etmişdir
407
. Əbü’l-Həsən Əhməd Bərdəi Bağdaddakı kəlam alimlərinin
qabaqcılı idi. Tez-tez elmi diskussiyalarda iştirak edirdi. Belə diskussiyalardan birində
Əbü’l-Abbas Hələbi ona belə bir sual vermişdi: ‚Fe’ldən əvvəl istitaənin
408
mövcud
olmasına dair dəliliniz nədir?‛. Əbü’l-Həsən Əhməd Bərdəi cavab verdi: ‚Allahın
kəlamı olan Qur’ani-Kərim‛, sonra bu ayəni oxudu: ‚Cinlərdən olan bir ifrit dedi: ‚Sən
yerindən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm,
etibarlıyam!‛
409
. Əbü’l-Abbas Hələbi dedi: ‚İfrit yalan danışmışdır. Onun sözü dəlil
404
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LX, s. 236. (
ِياَُّ٘ا َِٖٓ ااًػا َىِرْٗا َِِْْؼُْا ُطِثْوَ٣ لا َ َّللَّا َِّٕئ
,
َُْْ اَلِئ ٠َّرَؼ ، ِءأََُِؼُْا ِطْثَوِت َِِْْؼُْا ُطِثْوَ٣ ٌَُِْٖ
اَُِّٞظَأ َٝ اَُِّٞعَك ، ٍِِْْػ ِهْ٤َـِت ا َْٞرْكَأَك ، لااَُّٜظ ااًٌُٝء ُن ُياَُّ٘ا َمَفَّذا ، اأًُِاَػ ْى ُهْرَ٣). Bu hədis üçün bax: BUXARİ, Səhih, Elm, 34; MÜSLİM, Səhih,
Elm, 47/ 2673; TİRMİZİ, Sünən, Elm, 5/ 2652.
405
İBN ƏBÜ’l-VƏFA, Cəvahirü’l-Muziyyə, C. II, s. 224.
406
Əbu Əli Muhəmməd ibn Abdullah Cübbai (850-916) mö’təzilə məzhəbinin əsasını qoymuş nəzəriyyəçi
alimlərindən idi.
407
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. IV, s. 290.
408
İstitaə-hər hansı bir işi görmədən, əməli törətmədən, fe’li işləmədən əvvəl bunu edə biləcək qüdrətə sahib olma.
Mö’təzilə məzhəbinə görə insan hər hansı bir işi, əməli etmədən əvvəl bunu edə biləcək qüdrətə malik olmuş olur.
Belə ki, insan həmçinin öz əməlinin yaradıcısıdır.
409
Qur’ani-Kərim, Nəml surəsi, ayə 39.
(
ٌٖ٤َِٓأ يٌّ١َِٞوَُ ِْٚ٤ََِػ ٢ِِّٗئ َٝ َيِٓاَوَٓ ِْٖٓ َُّٞوَذ َْٕأ ََْثَه ِِٚت َي٤ِذآ اََٗأ ِّٖ ِعُْا َِٖٓ ٌد٣ ِهْلِػ ٍَاَه
)
Dostları ilə paylaş: |