Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə39/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   35   36   37   38   39   40   41   42   ...   187

ziyarəti  üçün  yola  çıxan  Əbu  Səid  Əhməd  Bərdəi  həccdən  sonra  Bağdada  gəlmiş, 

burada təhsil almış və məskunlaşmışdı. Əbu Səid Əhməd Bərdəi hənəfi fiqhini Əbu Əli 

əd-Dəqqaq  və  Musa  ibn  Nəsr  ər-Razidən  öyrənmişdi.  Əbu  Səid  Əhməd  Bərdəinin 

tələbələri  arasından  Əbü’l-Həsən  əl-Kərxi,  Əbu  Tahir  əd-Dəbbas,  Əbu  Əmr  ət-Təbəri 

kimi  kəlam  alimləri  yetişmişdir.  Əllamə  Əbu  Səid  Əhməd  Bərdəi  ‚Kitabü’l-Məxaric‛ 

adlı əsərin müəllifi  idi

377

. Alim h. 317-ci  il zilhiccə ayının  8-i  (11 yanvar 930) Məkkədə 



həcc ziyarətini yerinə yetirərkən qərmətilər tərəfindən qətlə yetirilmişdi

378


.  

 

Əbü’l-Həsən Əli ibn Mərdək ibn Əbdüləziz Bərdəi 

Mühəddis,  hədis  ravisi  idi.  Bağdadda  yaşayıb  parça  ticarəti  ilə  məşğul  olan  Əbü’l-

Həsən  Əli  Bərdəi  Bağdadın  varlı  tacirlərindən  biri  idi.  İbn  Kəsir  onun  böyük  sərvət 

sahibi olmasına baxmayaraq sadə və dəbdəbədən uzaq həyat sürdüyünü qeyd etmişdir. 

O, çox ibadət edən, zahid və saleh insan idi. Əbü’l-Həsən Əli Bərdəi Əbdürrəhman ibn 

Əbu  Hatim  Muhəmməd  ər-Razidən  hədis  dinləmiş  və  nəql  etmişdi.  Bir  müddət 

Qəzvində  təhsil  almış  və  burada  Süleyman  ibn  Yəzid  əl-Famidən  hədis  dinləmişdi. 

Əbü’l-Həsən  Əli  Bərdəi  siqa,  yəni  mötəbər  hədis  ravilərindən  biri  idi.  Tanınmış 

mühəddis  şərif  Əbü’l-Hüseyn  Muhəmməd  ibn  Əli  ibnü’l-Mühtədi  Billah  əl-Haşimi 

onun tələbələrindən biri olmuş, ondan hədis dinləmişdi. Əbü’l-Həsən Əli Bərdəi h. 387-

ci ilin məhərrəm ayında (yanvar 997) vəfat etmişdi

379

.  


 

Əbü’l-Qasım Abdullah ibn Əhməd ibn Yusif Bərdəi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Əbü’l-Qasım  Bərdəi  adı  ilə  tanınan  alim  məşhur 

mühəddis Əbü’l-Həsən Əli Darəqutninin (öl. 995) yaxın dostu idi. Əbü’l-Qasım Bərdəi 

həmçinin  istedalı  şair  idi.  O,  imam  Şafi’ini  (öl.  819)  mədh  edən  qəsidələr  yazmışdı. 

                                                 

377


 Zeynəddin Əbü’l-Ədl Qasım İBN QUTLUBUĞA əl-Misri, Tacü’t-Tərcim fi Təbəqatü’l-Hənəfiyyə, s. 35, Bağdad 1962. 

378


 Muhyəddin Əbu Muhəmməd Əbdülqadir İBN ƏBÜ’l-VƏFA əl-Quraşi, Cəvahirü’l-Muziyyə fi Təbəqatü’l-Hənəfiyyə

C.  I,  s.  163-166,  Beyrut  1993;  Əbu  İshaq  İbrahim  ibn  Əli  ŞİRAZİ,  Təbəqatü’l-Füqəha,  s.  53,  Beyrut  1970;  XƏTİB 

BAĞDADİ, Tarixu-Bağdad, C. IV, s. 99; Muhəmməd ibn İshaq İBNÜ’n-NƏDİM, əl-Fihrist, (Nşr. R. Təcəddüd), s. 212, 

Beyrut  1978;  SƏFƏDİ,  Vafi  bi’l-Vəfayat,  C.  VI,  s.  8;  İBN  TAĞRIBİRDİ,  Nücumu’z-Zahirə,  C.  I,  s.  398.  Qərmətilər  bu 

qətliamda minlərlə zəvvarı qətlə yetirmiş, Kə’bənin örtüsünü yırtmış və Hacərü’l-Əsvədi (Kə’bədəki qara daş) söküb 

Bəhreynə  aparmışdılar.  Hacərü’l-Əsvəd  22  il  sonra  qərmətilərdən  alınıb  yerinə  qoyulmuşdu.  Bu  haqda  ətraflı 

məlumat üçün bax: Süheyl ZƏKKAR, Əxbaru’l-Qəramitə, s. 52, Qahirə 1982. 

379


  İBNü’l-İMAD,  Şəzəratü’z-Zəhəb,  C.  III,  s.  246;  İBN  KƏSİR,  Biyadə  və’n-Niyahə,  C.  II,  s.  545;  Əbdülkərim  ibn 

Muhəmməd ər-RAFİ’İ əl-Qəzvini, Tədvin fi Əxbari Qəzvin, (Nşr. Ə. Utaridi), C. IV, s. 89, Beyrut 1978.  




Dostu Əbü’l-Qasım Bərdəinin vəfatından mütəəssir olan Əbü’l-Həsən Əli Darəqutni bu 

münasibətlə  bir  qəsidə  qələmə  almışdı.  İbnü’s-Səlah  həmin  qəsidənin  bir  neçə  beytini 

öz  əsərində  qeyd  etmişdi

380


.  Əbü’l-Qasım  Bərdəinin  ölüm  tarixini  müəyyənləşdirmək 

mümkün  olmamışdır.  Darəqutninin  müasiri  olduğuna  görə  onun  X  əsrdə  yaşadığını 

təxmin etmək olar.  

 

Əbu Hənifə Muhəmməd ibn Əbdürrəhman ibn Malik Bərdəi 

Hədis ravisi idi. Məkkədə yaşamış və bu şəhərdəki mühəddislərdən hədis dinləmişdi. 

Onun  hədis  dinlədiyi  mühəddislərdən  biri  də  Əhməd  ibn  Muhəmməd  ibn  Yunis  əl-

Yəmami  idi

381


.  Əbu  Hənifə  Bərdəinin  ölüm  tarixi  məlum  deyil.  IX  əsrdə  yaşamışdır. 

Nəql  silsiləsində  Əbu  Hənifə  Muhəmməd  Bərdəinin  də  olduğu  hədislərdən  biri 

aşağıdakıdır:  

Abdullah  ibn  Ömər  ibn  Xəttab  (ا)  dedi:  Ömər  ibn  Xəttab  (ا)  Allah  Rəsuluna  (م) 

‚Bizlərdən  biri  cünub  ikən  yata  bilərmi?‛  deyə  sual  verdi.  Allah  Rəsulu  (م):  ‚Bəli, 

namaz  üçün  dəstəmaz  alan  kimi  dəstəmaz  alsın  (sonra  istəsə  yatsın)‛  deyə  cavab 

verdi

382


.  

 

 



Əbu Bəkr Əhməd ibn Muhəmməd ibn Əli Bərdəi 

Hədis  ravisi  idi.  Tahir  ibn  İsmayıl  ər-Razidən  hədis  dinləmiş  və  nəql  etmişdi. 

Əbdülvahid  ibn  Bəkr  də  ondan  hədis  dinləmiş  və  nəql  etmişdi

383


.  Yaşadığı  dövrü 

müəyyən etmək mümkün olmamışdır.  

 

Əbu Zur’ə Muhəmməd ibn Cə’fər ibn Hüseyn ibn Muhəmməd Bərdəi 

Yaşadığı dövrün tanınmış mühəddis və ədiblərindən idi. Xorasanın Nişapur şəhərində 

məskunlaşmış,  bu  şəhərdə  yaşamışdı.  Təqiyəddin  Seyrəfini  onun  siqa  hədis  ravisi 

                                                 

380

 Təqiyəddin Əbu Əmr Osman ibnü’s-Səlah ŞƏHRƏZURİTəbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, (Hzr. M. Ə. Nəcib), C. I, s. 



501, Beyrut 1992. 

381


 Əbu Bəkr Muhəmməd ibn İbrahim İSFƏHANİ, Mu’cəmü’ş-Şüyux, C. I, s. 23, 

http://


www.balligho.com

.

   



382

  ƏBU  BƏKR  İSFƏHANİ,  Mu’cəmü’ş-Şüyux,  C.  I,  s.  23.  Bu  hədis  üçün  bax:  BUXARİ,  Səhih,  390;  MÜSLİM,  Səhih

306/2324; TİRMİZİ, Sünən, hədis Nr. 120. (

 ٍاه ؟ ة٘ظ ٞٛٝ اٗكؼأ كهه٣أ

 :

جلاصُِ ٙءٞظٝ أظٞر٣ٝ ، ْؼٗ



). 

383


 Əbu Nueym Əhməd ibn Abdullah İSBƏHANİ, Hilyətü’l-Əvliya və Təbəqatü’l-Əsfiya, C. VI, s. 199, Beyrut 2007.  


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə