Hədis ravisi idi. Təbəristanın Amul şəhərində Əbdürrəhman ibn Quyerş əl-Hərəvidən
hədis dinləmişdi. Hafiz Əbu Əhməd Abdullah ibn Ədiy əl-Cürcani (890-976) də ondan
hədis dinləmiş və nəql etmişdir
450
. IX-X əsrlərdə yaşamışdır.
Əbü’l-Həsən Əli ibn Muhəmməd Bərzəndi
Qari idi. Qur’ani-Kərimin qiraət və təcvidini Əbu Əli Həsən ibn Süleyman əl-Antakidən
(öl. 1009) öyrənmişdi
451
. Əbü’l-Həsən Əli Bərzəndinin ölüm tarixi məlum deyil. O, X-XI
əsrlərdə yaşamışdır.
Əbü’l-Qasım Budeyl ibn Əli ibn Budeyl Bərzəndi
Şafi’i məzhəbinə mənsub fəqih, həmçinin hədis ravisi idi. Bağdadda qazi Əbu Təyyib
ət-Təbəri, Əbu Muhəmməd Həsən Cəvhəri və şeyx Əbu İshaq Şirazinin tələbəsi olmuş,
ondan şafi’i fiqhini öyrənmişdi. Aşağıda haqqında məlumat verdiyimiz Əbu Mənsur
Saleh Bərzəndinin atası idi. Əbu Talib əl-Əş’əri, Əbu İshaq əl-Bərməkidən hədis
dinləmiş və nəql etmişdi. Təbriz şəhəri qazisi olan Əbü’l-Qasım Bərzəndi öz sahəsində
dərin elmi biliyə malik, xoş söhbətli, ünsiyyətcil insan kimi tanınmışdı. Səduq, yəni
doğru sözlü, səmimi və mötəbər mühəddislərindən biri idi. H. 475-ci (1082) ildə vəfat
etmişdi
452
.
Əbu Mənsur Saleh ibn Budeyl ibn Əli ibn Budeyl Bərzəndi
Hədis ravisi idi. Atası Bağdada gəlmiş, burada məskunlaşmış və Əbu Mənsur Saleh
Bərzəndi də Bağdadda dünyaya gəlmişdi. Əbü’l-Qənaim Əbdüssəməd ibn Əli əl-
Mə’mun, Əbu Mənsur Bəkr ibn Muhəmməd ibn Heydərdən hədis dinləmişdi. Əbü’l-
450
SƏM’ANİ,
Kitabü’l-Ənsab, C. I, s. 215-216.
451
Şəmsəddin Muhəmməd İBNü’l-CƏZƏRİ,
Qayətü’n-Nihayə fi Təbəqatü’l-Qurra, s. 741, Beyrut 2006.
452
YAQUT əl-HƏMƏVİ,
Mu’cəmü’l-Büldan, C. I, s. 115, 415; SƏFƏDİ,
Vafi bi’l-Vəfayat, C. X, s. 36; ƏSNƏVİ,
Təbəqatu’ş-
Şafi’iyyə, C. I, s. 116. Cəmaləddin Əsnəvi, Yaqut əl-Həməvidən fərqli olaraq onun künyəsini ‚Əbü’l-Qasım‛ deyil
‚Əbü’l-Həsən‛ olaraq qeyd etmişdi.
Qasım ər-Ruveydəşti əl-İsfəhani ondan hədis dinləmiş və nəql etmişdi. Əbu Mənsur
Saleh Bərzəndi h. 493-cü il şaban ayında (iyun 1100) Bağdadda vəfat etmişdi
453
.
İmam Şəmsəddin Əbu Tahir Zəki ibn Hüseyn ibn Ömər əl-Xərrəqi
454
Beyləqani
Şafi’i məzhəbinə mənsub fəqih idi. Şəmsəddin Əbu Tahir Beyləqani 582-ci ildə (1157)
Beyləqanda dünyaya göz açmışdı. O, Fəxrəddin ər-Razinin tələbəsi olmuş, ondan elm
öyrənmək məqsədiylə doğma şəhərini tərk edərək Xorasana getmişdi. Təhsilini başa
vurduqdan sonra Beyləqana qayıtmışdı. Sonra, ehtimal ki, moğolların dağıdıcı
hücumları vaxtı, Misirə köçmüş və orada yaşamışdı. Daha sonra Yəmənin Ədən
şəhərinə getmişdi. Ədəndə və sonra Məkkədə bir müddət qaldıqdan sonra Misirə
qayıtmış və İsgəndəriyyə şəhərində yaşamışdı. O, Misirə qayıdanda onu izdihamlı
insan kütləsi qarşılamışdı. Şəmsəddin Əbu Tahir Beyləqani qazilik vəzifəsinə təyin
edilmiş və uzun müddət bu işdə çalışmışdı. O, əmisi oğlu Əbu Əhməd Zəki
Beyləqaniyə vəfatından sonra ailəsi ilə birlikdə Ədənə köçməyi vəsiyyət etmişdi
455
.
Onun ölüm tarixi 1259-1260-cı illərə təsadüf etir.
Əbu Əhməd Zəki ibn Həsən ibn Ömər Beyləqani
Şafi’i məzhəbinə mənsub mütəkəllim və fəqih idi. H. 582-ci ildə (1186) anadan olmuşdu.
Fiqh üsulu və kəlam elmlərində dərinləşmişdi. Fəxrəddin Razinin
456
tələbələrindən biri
olmuşdu. Müəyyəd ət-Tusidən hədis dinləmiş, Fəxrəddin Muhəmməd ibn Əbu Bəkr
Nəvqanidən fiqh elmini öyrənmişdi. O, Fəxrəddin Muhəmməd Nəvqaninin yanında
Əbu Hamid Qəzzalinin ‚əl-Vəciz‛ adlı əsərini oxumuşdu. Bundan başqa imam
453
SƏM’ANİ,
Kitabü’l-Ənsab, C. I, s. 215-216; YAQUT əl-HƏMƏVİ,
Mu’cəmü’l-Büldan, C. I, s. 115, 415; BAĞDADİ,
Təkmilətü'l-İkmal, C. I, s. 251.
454
Himyəri ‚Xərrəq‛in Beyləqanda bir məhəllə adı olduğunu qeyd etmişdir. Bax:
Nisbə ilə’l-Məvazi’, C. I, s. 273.
455
HİMYƏRİ,
Nisbə ilə’l-Məvazi’, C. I, s. 143.
456
Fəxrəddin Əbu Abdullah Muhəmməd ibn Ömər ər-Razi (1149-1209) İranın Rey şəhərində anadan olmuş,
Əfqanıstanın Herat şəhərində vəfat etmişdi. Bütün dövrlərin məşhur təfsir alimi, böyük mütəfəkkir idi. Atası Reydə
xətib idi, cümə xütbələrini oxuyurdu. Təhsilini dövrün ən tanınmış alimlərindən almışdı. Daha sonra səyahətə
çıxmışdı. Xarəzmdə mö’təzilə məzhəbinə mənsub alimlərlə elmi diskussiyalar aparmış, onları dəfələrlə məğlub
etmiş, sultan Əlaəddin Xarəzmşah ona böyük ehtiram göstərməsinə baxmayaraq Xarəzmi tərk etməyə məcbur
edilmişdi. Guri hökmdarı sultan Qiyasəddin onu öz ölkəsinə dəvət etmiş, Heratda onun üçün mədrəsə tikdirmişdi.
Heratda ifrat şiə cərəyanı olan kərramilərlə girişdiyi elmi mübahisələrdə qalib gəldiyi üçün burada da sıxışdırılmış
və bir müddət Heratı tərk etməyə məcbur olmuşdu. Lakin Razi özünün dərin biliyi ilə getdiyi hər yerdə
hökmdarlarlardan rəğbət görür, ətrafına çox sayıda tələbə kütləsi toplaşırdı. Fəxrəddin Razi müxtəlif elm sahələrinə
aid 40-dan çox əsərin müəllifidir. Onun yetişdirmələri arasında çox sayıda azərbaycanlı alim vardı.