başlıca elm və mədəniyyət mərkəzlərindəki hədis almlərindən dərs almış və hədis
dinləmişdi. Bu şəhərlərdə o, Abbas ibn Vəlid əl-Uzri, Yəzid ibn Muhəmməd ibn
Əbdüssəməd, Süleyman ibn Bəhr, Süleyman ibn Şueybr əl-Kəttani, Süleyman ibn Seyf
əl-Hərrani, Nəsr ibn Əli əl-Cəhzəmi, Yəhya ibn Abdullah əl-Kərabisi, Yusif ibn Səid ibn
Müslim, İshaq ibn Səyyar ən-Nəsibi, Əmr ibn Abdullah əl-Əudi, Məhəmməd ibn İshaq
əs-Səğani, Əbu Səid Abdullah əl-Əşca əl-Kindi, Əli ibn Əşkab, Harun ibn İshaq əl-
Həmədani, Sə’d ibn Əyyub əl-Vasiti, Əbu Zurə’ ər-Razi (öl. 878), Bəhr ibn Nəsr əl-Misri
kimi mühəddislərdən hədis dinləmişdi. Alim iki dəfə İsfəhana gedərək bir müddət bu
şəhərdə
442
sonra isə Nişapurda yaşamış buradakı mühəddislərdən hədis elminə dair
bilikləri öyrənmişdi. Nişapurda dövrün məşhur mühəddislərindən Muhəmməd ibn
Yəhya əz-Zıhlinin tələbəsi olmuşdu. Daha sonra Bağdadda məskunlaşmış, hədis
elmlərinin tədrisi ilə məşğul olmuşdu. Cə’fər ibn Əhməd ibn Sənan əl-Quttan, Əbu Bəkr
Muhəmməd ibn Abdullah əş-Şafi’i, Əli ibn Muhəmməd ibn Lü’lu əl-Vərraq, Əbü’l-
Qasım Süleyman ət-Təbərani
443
, Əbu Əli Muhəmməd ibn Əhməd ibnü’s-Səvvaf kimi
ravilər də ondan hədis dinləmiş və nəql etmişdilər. Əbü’l-Həsən Əli Darəqutni onu ‚əs-
siqa‛, yəni mötəbər hədis mənbəyi adlandırmışdı. ‚əl-Müstədrək‛ adlı hədis
külliyatının müəllifi olan Hakim Nişapurinin ustadı Əbu Əli əl-Hafiz Məkkədə ikən
Əbu Bəkr Əhməd Bərdici ilə görüşmüş və ondan hədis dinləmişdi. Alim h. 230-cu ildə
(845) anadan olmuş, h. 301-ci ilin ramazan ayında (aprel 914) Bağdadda vəfat etmişdi
444
.
Əbu Bəkr Əhməd ibn Harun Bərdici aşağıda mətnini qeyd etdiyimiz məşhur hədisin
ravilərindən biridir. Əbu Bəkr Əhməd Bərdici, Humeyd ibn Əyyaş ər-Rəmlidən, o,
Muəmməl ibn İsmayıldan, o, Şu’bədən, o, Qatədədən, o, Humeyd ət-Tuveyldən, o,
Müaviyyə ibn Qurtdan, o, Ənəs ibn Malikdən (ا), o, dedi: Allah Rəsuludan (م) eşitdim,
dedi ki; ‚Cənnətə daxil olmuş heç bir kəs, dünyanın bütün nemətləri ona və’d edilsə
belə, dünyaya qayıtmaq istəməz. Yalnız şəhid istisna. Cənnətdə gördüyü ikram və təşrif
442
ƏBU NUEYM İSBƏHANİ, Zikr Əxbaru-İsbəhan, C. I, s. 113.
443
Əbü’l-Qasım Süleyman ibn Əhməd ibn Əyyub ət-Təbərani (873-971) böyük hədis alimlərindən biridir. Hədis
elminə dair onlarla əsərin, o cümlədən ‚Mu’cəmü’s-Səğir‛ adlı hədis külliyatının müəllifi.
444
ZƏHƏBİ,
Kitab Təzkərətü’l-Hüffaz, s. 746-747; XƏTİB BAĞDADİ,
Tarixu-Bağdad, C. V, s. 194; SƏM’ANİ,
Kitabü’l-
Ənsab, C. I, s. 212-213; İBN MAKULA,
İkmal, C. I, s. 130; Kəmaləddin Ömər ibn Əhməd İBNü’l-ADİM,
Buğyətü’t-Tələb
fi Tarixi-Hələb, (Nşr. S. Zəkkar), C. I, s. 404-408, Beyrut 1987; SÜYUTİ,
Təbəqatü’l-Hüffaz, s. 115; Əbu Muhəmməd
Abdullah ibn Muhəmməd ƏNSARİ, Təbəqatu’l-Mühəddisin bi-İsbəhan və’l-Varidin Əleyha, s. 267-268, Beyrut 1989;
MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 6-7.
səbəbiylə (şəhid olaraq ölmək ona elə sevdirilir ki) on dəfə daha dünyaya qayıdıb şəhid
olmaq istəyər‛
445
. Bu gözəl kəlamın sahibinə Allahın səlat və səlamı olsun, onu sonrakı
nəsillərə çatdıranlardan biri olduğu üçün Əbu Bəkr Əhməd Bərdicini rəhmətlə yad
edirik.
Yaqut əl-Həməvi alimin h. 351-ci ilin ramazan ayında (oktyabr 962) vəfat etdiyini
yazır
446
. İbn Kəsir isə onun h. 301-ci ildə (914) vəfat etdiyini, lakin adını ‚Əbu Bəkr
Muhəmməd ibn Harun‛ olaraq qeyd edir
447
. Alimin ölüm tarixi və adı barədə başqa heç
bir mənbədə Yaqut əl-Həməvi və İbn Kəsirin qeyd etdiyinə bənzər məlumata rast
gəlinmir.
Əbu Bəkr Əhməd Bərdici hədis elmlərinə dair bir sıra əsərlər qələmə almışdır. Alim
‚Təbəqatu’l-Əsmai’l-Mufrədə minə’s-Səhabə və’t-Tabiin‛ adlı əsərin müəllifidir.
Dünyanın bir çox kitabxanasında bu əsərin əlyazma nüsxəsi mövcuddur. Əsər
Dəməşqdə 1987 və 1990-cı illərdə nəşr olunmuşdur. Əbu Bəkr Əhməd Bərdicinin hədis
elminə dair ‚Cüz’ fihə min Rəvayə əni’n-Nəbi minə’s-Səhabə fi’l-Kəbair‛ adlı bir digər
əsəri isə 2005-ci ildə ər-Riyadda Muhəmməd ibn Türk ət-Türki tərəfindən nəşr
edilmişdir.
Hafiz Əbu Bəkr Firuz Bərdici
Hədis hafizi, həmçinin ərəb filologiyası sahəsində mütəxəssis idi. İbnü’s-Səlah (öl. 1245)
‚Ülumu’l-Hədis‛
448
adlı əsərini qələmə alarkən onun risalələrindən faydalanmışdı
449
.
Ölüm tarixi məlum deyil. Təqribən IX-X əsrlərdə yaşamışdır.
Əbu Əli Həsən ibn Əbü’l-Həsən Bərzəndi
445
İbrahim CANAN, Kutubi-Sitte, Tercüme ve Şerhi, C. V, s. 44, Akçağ Yayınları 2004; BUXARİ, Səhih, Cihad bölümü,
5/21; MÜSLİM,
Səhih, Əmarət bölümü, hədis Nr. 1877; TİRMİZİ
, Sünən, Fəzailu’l-Cihad, hədis Nr. 1643; NƏSAİ
,
Sünən, Cihad bölümü, hədis Nr. 3109. (
ٍَاَه ٌَََِّْ َٝ ِْٚ٤ََِػ ُ َّللَّا ٠ََِّص ِّ٢ِثَُّ٘ا َْٖػ َُْٚ٘ػ ُ َّللَّا َ٢ ِظ َن ٍيُِآَ َْٖت ًَََٗأ ٖػ
(
اَ٤ُّْٗكُا ٠َُِئ َغ ِظ ْهَ٣ َْٕأ ُّة ِؽُ٣ َحََّ٘عُْا َُُـْكَ٣ ٌكَؼَأ آَ
ِحَٓا َهٌَُْا ِْٖٓ ٟ َهَ٣ أَُِ ٍخا َّهَٓ َهْشَػ َََرْوُ٤َك اَ٤ُّْٗكُا ٠َُِئ َغ ِظ ْهَ٣ َْٕأ ٠َََّ٘ٔرَ٣ ُك٤َِّٜشُا َّلاِئ ٍءْ٢َش ِْٖٓ ِض ْنَ ْلأا ٠ََِػ آَ َُُٚ َٝ)
446
YAQUT əl-HƏMƏVİ,
Mu’cəmü’l-Büldan, C. I, s. 410.
447
İBN KƏSİR,
Bidayə və’n-Nihayə, C. II, s. 218.
448
Şeyx Təqiyəddin Əbu Əmr Osman ibn Əbdürrəhman ibnü’s-Səlah Şəhrizuri (1181-1245) tanınmış mühəddis idi.
Bir sıra əsərlələrlə yanaşı Ülumu’l-Hədis (Hədis Elmləri) adlı əsərin müəllifi idi.
449
HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 61.