Örtüyüdür. Onun kütləsi



Yüklə 264,32 Kb.
səhifə13/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   ...   9   10   11   12   13   14   15   16   ...   31
İqlim dəişmələri 1-6

Qurunun dənizlərin bölgüsü. Qurunun və dənizlərin coğrafi bölgüsü iqlimin mühüm amillərindəndir. İqlimin məhz kontinental və dəniz tiplərinə bölünməsi bilavasitə onlarla əlaqədardır. Həmçinin havanın temperaturu, yağıntılar və digər meteoroloji elementlərin yer səthində qeyri-bərabər paylanmasında həmin amillərin rolu da danılmazdır. Belə ki, okean səthi üstünlük təşkil edən Cənub yarımkürəsində quru səthi şimal yarımkürəsindəkinə nisbətən qütblərə daha simmetrikdir. Yəni cənub yarımkürəsində temperaturun, təzyiqin və küləyin paylanmasındakı zonallıq daha aydın nəzərə çarpır. Hətta materikin sahillərindən içəriyə doğru həm temperatur və həm də yağıntıların paylanmasında əhəmiyyətli dərəcədə müxtəliflik müşahidə olunur.

  • Oroqrafiya. Dağlıq regionlarda ərazinin iqlim şəraitinə təkcə dəniz səviyyəsindən olan yüksəklik yox, eyni zamanda dağ sistemlərinin istiqaməti, yamacların meyilliyi, ekspozisiyası, dağ dərələrinin morfometrik göstəriciləri və sair xüsusiyyətlər də əhəmiyyətli təsir göstərir.

    Məlumdur ki, dağ sistemləri hava axınını ləngidə də bilir, onun istiqamətini dəyişə də bilir. Atmosfer cəbhələrini isə deformasiya edə bilir (Məsələn: Böyük Qafqaz sıra dağları). Ensiz dağ sistemi arasındakı keçiddə hava axınlarının sürəti adi haldakından xeyli fərqli olur. Dağlarda sirkulyasiyanın yerli sistemləri - dağ-dərə və buzlaq küləkləri formalaşır.
    Müxtəlif baxarlı yamaclarda müxtəlif termik rejim, temperatur rejimi formalaşır. Relyef formaları temperaturun sutkalıq gedişinə də xeyli təsir göstərir. Hava axınlarının dağ sistemlərini aşması ilə əlaqədar külək tutan dağ yamaclarında buludların və yağıntının miqdarı çox olur. Külək tutmayan yamaclarda isə əksinə, quru və isti fyon küləkləri formalaşır. Dağların üzərində çox böyük sürətə malik küləklərə və xüsusi formalı buludlara tez-tez rast gəlinir.

    • Okean cərəyanları. Okean cərəyanları dəniz və okean sularının səthində çox kəskin temperatur fərqinə səbəb olmaqla yanaşı, havanın temperaturunun paylanmasına və həmçinin atmosfer sirkulyasiyasına da çox mühüm təsir göstərir. Okean cərəyanlarının dayanıqlı olması ətraf ərazilərin iqlim şəraitinə və onun formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Bunu temperaturun izonomal xəritəsindən aydın görmək olur. Belə ki, Qolfstrim cərəyanının isidici effekti Şimali Atlantik okeanının şərq hissələrinə, o cümlədən Qərbi Avropanın iqliminə əhəmiyyətli dərəcədə təsir göstərir.

    Soyuq okean cərəyanlarının hakim olduğu rayonlarda duman digər ərazilərə nisbətən, daha tez- tez müşahidə olunur. Bu hal Nyufaundlend regionunda daha aydın müşahidə olunur. Belə ki, hava isti Qolfstrim suları üzərindən Labrador cərəyanının soyuq suları üzərinə adlayan zaman güclü konveksiya prosesi gedir və buludluq kəskin artır. Eyni zamanda okean cərəyanları yağıntıların coğrafi bölgüsünə əhəmiyyətli təsir göstərir. Belə ki, isti okean cərəyanı hakim olduğu sahilboyu ərazilərə bol yağıntı düşdüyü halda, soyuq okean cərəyanı axdığı sahilboyu ərazilər az yağıntı alır. Nəticədə isti cərəyan zəngin bitki örtüyünü formalaşdırdığı halda soyuq cərəyan arid əraziləri formalaşdırır.

    Yüklə 264,32 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   9   10   11   12   13   14   15   16   ...   31




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə