Atmosfer -Yerin səthindən təqribən 3000 km-ə (kosmik sahəyə) qədər yayılmış
Yerin xarici qaz
örtüyüdür. Onun kütləsi təqribən Yerin kütləsinin milyonda bir hissəsinə bərabərdir. O, Yeri əhatə edərək, onunla fırlanır və Yerlə kosmos arasında “bufer” rolunu oynayır. Onun hesabına istilik, nəmlik ötürmələri,
fotosintez, enerji mübadiləsi prosesləri gedir və istilik dəyişmə, radiasiya, istilik balansları tənzimlənir və planetin iqlimi müəyyənləşdirilir. Atmosfer 3mld. ilə yaxındır ki,
fəaliyyət göstərir, baxmayaraq ki, son 50 ildə nisbətən stabillik qeyd olunur, bu müddət ərzində onun tərkibi və xüsusiyyətləri dəfələrlə dəyişmişdir.
Atmosfer yerdən 20-25
km-ədək troposfer, 20 km-dən 55 km-ədək stratosfer, 55 km-dən 78 km- ədək mezosfer, 78 km-dən 103km-ədək monosfer (ionosfer və ya termosfer) və 103 km-dən yuxarı ekzosfer qatlarına bölünür (şək. 4.1).
Hündürlükdən asılı olaraq, ciddi şəkildə sıxlıq və təzyiq azalır, temperatur isə trayektoriyanın
mürəkkəbliyinə görə dəyişir, bu da müxtəlif hündürlükdə qazlarla günəş enerjisinin bərabər udulmaması ilə izah olunur (atmosfer aşağı qatda yerin (qurunun) və okeanın hesabına qızır).
Atmosferin kimyəvi tərkibi 78,08 % azotdan, 20,95% oksigendən, 0,036% karbon qazından 0,934 % inert qazlardan və su buxarından ibarətdir. Dəniz səviyyəsindən və atmosfer təzyiqi kəskin surətdə dəyişilir.
Havanın əsas göstəriciləri və vəziyyəti metereoloji stansiyalarda sutkada 4 dəfə təyin edilir. Dünya okeanında və çox soyuq yerlərdə havanın vəziyyətini öyrənmək üçün xüsusi avtomatik radiometereoloji stansiyalardan, atmosferin yuxarı təbəqələrində (30–40km) havanın hərəkətinin öyrənilməsi
üçün radio-zondlardan, meteoroloji raketlərdən (120 km), raketlərdən (500 km), Yerin süni peyklərindən və kosmik gəmilərdən istifadə olunur. Bu zaman alınan bütün məlumatlar bir sutka üçün nəzərdə tutulan sinoptik xəritələrdə qeyd edilir və onlrın əsasında proqnoz çıxarılır. Proqnoz qısa müddətli (sutkalıq) və uzunmüddətli (on günlük və ya bir aylıq) olur.
Dünya üzrə havanın göstəricilərini öyrənmək məqsədi ilə Ümümdünya Hava Xidməti Bürosu yaradılmışdır. Dünya üzrə ən dəqiq meteoroloji stansiyalar Vaşinqton, Melbrun və Moskva şəhərlərində yerləşir.
Atmosfer Yeri xaricdən əhatə edən sərhəd təbəqəsi olduğundan o, planetimizi kosmosdan daxil olan mütləq
soyuğun təsirindən qoruyur, Günəşdən gələn şüalanmaları zəiflədir, biosferdə temperaturun kəskin dəyişməsinin qarşısını alır və onu tənzimləyir. O, həm də mikroorqanizmlərin, bitki toxumalrının və meyvələrin yayılmasında xüsusi rol oynayır, çoxlu həşəratların, quşların və məməlilərin yaşayış mühiti sayılır.
Atmosfer Yer kürəsində həyatın mövcud olması
üçün əsas şərtdir, əgər atmosfer havası olmasaydı planetimizin ümumi temperaturu indikindən 380C aşağı düşərək bütün canlıların məhvinə səbəb olardı. Real faktdır ki, insan qidasız beş həftə,
susuz beş gün, havasız isə beş dəqiqə yaşıya bilir. Insan hər gün 12- 15 kq, hər dəqiqiə isə 5–100l hava qəbul edir. Orta hesabla hər insana bir gün ərzində 11000l-ə qədər hava lazımdır. Bu da öz növbəsində insanın sutkalıq ərzağa və suya tələbatın-
dan çoxdur.