Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə38/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   34   35   36   37   38   39   40   41   ...   191

 

 

161 



 

kimi  hamıya  söylədiyim  nəqarəti  əzbərdən  dedim. 

Üzümə  elə  baxırdı  ki,  ona  yazığım  gəldi.  Mənə 

verdiyi 


məktubu 

«tələm-tələsik» 

ġəkurəyə 

aparmağımı  tapĢırdı.  Bütün  səfehlər  eĢqlərində 

sanki  çox  məxsusi  tələskənlik  tələb  eləyən 

vəziyyətin  olduğunu  fikirləĢib,  sevgisinin  Ģiddətini 

üzə  çıxarıb  aĢiqlərinin  əlinə  silah  verir:  onlar  da 

ağıllıdılarsa,  cavabı  gecikdirirlər.  Nəticə:  eşqdə 



tələskənlik işləri gecikdirir. 

Buna  görə  Qara  əfəndi  «tələs,  tələs»  deyə 

verdiyi  məktubu  əvvəlcə  baĢqa  bir  yerə  apardığımı 

bilsəydi,  mənə  Ģükür  eləyərdi.  ÇarĢı  yerində  onu 

uzun-uzadı 

gözləyəndə  donmuĢdum.  Dedim, 

isinmək  üçün  əvvəlcə  yolumun  üstündəki 

övladlarımın  birinin  yanına  gedərəm.  Mən 

məktubunu  daĢıyıb,  öz  əlimlə  evləndirdiyim 

qızlarıma  «övladım»  deyirəm.  Bu  yassar qız  mənə 

elə  minnətdardı  ki,  hər  dəfə  gələndə  pərvanə  kimi 

baĢıma dolanmaqdan baĢqa, əlimə bir neçə ağca da 

dürtür.  HamiləymiĢ,  sevincliydi.  Cökə  qaynatdı, 

ləzzət  ala-ala  içdim.  Tək  qalanda  Qara  əfəndinin 

verdiyi pulları da saydım. Ġyirmi ağcaydı. 

Yenə yola düzəldim. Ara küçələrdən, palçığı 

donub  keçilməz  hala  düĢmüĢ  miskin  keçidlərdən 

keçdim.  Evin  qapısını  döyəndə  zarafatcıllığım 

tutdu, qıĢqırdım. 

downloaded from KitabYurdu.org




 

 

162 



 

«Boğçaçı gəldi, boğçaçı», – dedim. «PadĢaha layiq, 

ən əlasından rəqsbəndim var, KəĢmirdən gətirilmiĢ 

möcüzə Ģallarım, Bursa məxmərindən qurĢaqlığım, 

ən  yaxĢısından,  qırağı  ipəkli  Misir  çitindən 

köynəkliyim,  naxıĢ-naxıĢ  tülbənddən  örtüklərim, 

döĢək və yataq mələfələrim, rəngarəng yaylıqlarım 

var, boğçaçı!» 

Qapı  açıldı,  içəri  girdim.  HəmiĢəki  kimi  ev 

yataq,  yuxu,  qızarmıĢ  yağ  və  nəm  qoxuyurdu. 

Qocalmağa  doğru  gedən  subay  kiĢilərin  o  dəhĢətli 

qoxusunu. 

«BoĢboğaz», – dedi. «Niyə bağırırsan?»  

Heç  bir  Ģey  demədən  çıxarıb  məktubu 

verdim.  Yarıqaranlıq  otaqda  kölgə  kimi  yaxınlaĢıb 

bir anda onu əlimdən qapdı. Yan otağa keçdi, orada 

yanan  bir  lampa  varıydı.  Qapının  ağzında 

dayandım. 

«Atan əfəndi yoxdumu?» – dedim. 

Cavab  vermədi,  özünü  unudub  məktubu 

oxuyurdu.  Ġmkan  verdim  ki,  oxusun.  Lampa 

arxasında  olduğu  üçün  üzünü  heç  görə  bilmirdim. 

Məktubu baĢa vuran kimi bir də oxumağa baĢladı.  

«Hə, – dedim, – nə yazıb?» 

Hasan oxudu: 

«Sevgilim  Şəkurə  xanım.  Mən  də  illər  boyu 

bircə  adamın  xəyalıyla  yaşadığıma  görə  ərini 

gözləməyini,  ondan  başqa  heç  kəsin  barəsində 

downloaded from KitabYurdu.org




 

 

163 



 

düşünməməyini təqdir eləyir, anlayıram. Sənin kimi 

bir  qadından  dürüstlük  və  iffətdən  başqa  nə 

gözləmək  olar  ki  (Hasan  qəhqəhə  çəkdi).  Amma 

naxış  üçün  atanı  görməyə  gəlməyim  sənə  təcavüz 

eləmək  deyil.  Bu  heç  ağlımdan  da  keçmir.  Səndən 

işarə,  üstəlik  cəsarət  aldığımı  heç  qabardan  da 

deyiləm.  Üzün  pəncərədə  nur  kimi  görünəndə 

bunun Allahın mənə lütfü olduğundan başqa bir şey 

düşünmədim. Çünki sənin üzünü görmək xoşbəxtliyi 

mənə  bəs  elər  («Burasını  Nizamidən  çırpıĢdırıb», 

orada qəzəblə qeyd elədi). Amma bir halda ki, mənə 



yaxınlaşma  deyirsən,  de  görüm,  mələksənmi  ki, 

sənə yaxınlaşmaq qorxulu olsun? Dinlə məni, bunu 

dinlə: gecəyarıları ümidsiz xan nökəriylə edamdan 

qaçan  quldurlardan  başqa  kimsələrin  qonaq 

qalmadığı, 

lənətli 

karvansarayların 

pəncərələrindən  çılpaq  dağlara  düşən  Ay  işığına 

tamaşa  eləyə-eləyə,  məndən  də  bəxtsiz  olan 

yalquzaqların  ulartılarını  dinləyə-dinləyə  yatmağa 

çalışanda düşünürdüm ki, bir gün qəfildən mənə elə 

o pəncərədə göründüyün kimi görünəcəksən. Dinlə: 

indi  kitab  üçün  babanın  yanına  geri  qayıdanda 

uşaq  vaxtı  çəkdiyim  rəsmi  mənə  geri  qaytarırsan. 

Bilirəm, bu, məndən ötrü səni tapdığımın əlamətidi. 

Ölümün əlaməti deyil. Oğullarından birini, Orxanı 

gördüm. Yazıq yetim. Onun atası olacağam!»  

downloaded from KitabYurdu.org




 

 

164 



 

«MaĢallah,  yaxĢı  yazıb,  –  dedim,  –  bu,  Ģair 

olub». 

«Mələksənmi  ki,  sənə  yaxınlaşmaq  qorxulu 



olsun»,  –  dedi.  «Həmin  sözü  Ġbn  Zərkanidən 

çırpıĢdırıb. Mən daha yaxĢı yazaram». Cibindən öz 

məktubunu da çıxartdı. «Al, bunu ġəkurəyə apar».  

Məktublarla  birgə  verdiyi  pul  ilk  dəfə  məni 

narahat  elədi.  Bu  adamın  cavab  ala  bilmədiyi 

eĢqinə çılğınlıqla bağlanmasında diksindirici bir Ģey 

hiss  elədim.  Hasan  sanki  sezdiklərimi  təsdiqləmək 

istəyirmiĢ  kimi,  uzun  müddətdən  bəri  ilk  dəfə 

əfəndiliyi bir yana qoyub kobudluqla belə dedi: 

«Ona  de,  istəsək,  onu  qazı  zoruna  evə 

gətirərik». 

          «Doğrudan deyimmi?»  

         Sükut  çökdü.  «Demə»,  –  dedi.  Otaqdakı 

lampanın  iĢığı  üzünə  düĢdü,  günahını  bilən  uĢaq 

təki  gözlərini  aĢağı  dikdiyini  gördüm.  Belə 

vəziyyətindən  xəbərdar  olduğuma  görə  eĢqinə 

hörmət  duyur,  məktublarını  aparıram.  Güman 

edildiyi kimi, pul üçün yox. 

          Evdən 

çıxırdım,  Hasan  məni  qapıda 

dayandırdı. 

«ġəkurəyə  onu  nə  qədər  çox  sevdiyimi 

deyərsənmi?» – həyəcanla, səfehliklə soruĢdu. 

«Sən bunu məktubunda yazmırsanmı?» 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə