Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə2/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   2   3   4   5   6   7   8   9   ...   191

 

 



 

açdıqları  süddən,  Ģərabdan,  dadlı  sudan  və  baldan 

ibarət  dörd  çaya  da,  təbii  ki,  heç  rast  gəlmədim. 

Haqlı  olaraq  o  biri  dünyanın  ümid  və  xəyallarıyla 

yaĢayan  bu  qədər  adamı  inancsızlığa  sürükləmək 

istəmədiyimə  görə  bütün  bunların  öz  xüsusi 

vəziyyətimlə  bağlı olduğunu dərhal  bildirməliyəm: 

ölümdən sonrakı həyat mövzusunda bir az da olsa, 

məlumatlı  hər  bir  mömin  kəs  mənim  vəziyyətimə 

düĢmüĢ  bədbəxtin  cənnət  çaylarını  görmək 

məcburiyyətində qaldığını qəbul eləyər. 

Qısası,  nəqqaĢlar  bölüyündə  və  ustadlar 

arasında  Zərif  əfəndi  kimi  tanınan  mən  öldüm, 

amma  basdırılmadım.  Bu  səbəbdən  də  ruhum 

bədənimi büsbütün tərk eləmədi. Cənnət-cəhənnəm 

taleyimin 

harasıdırsa, 

ruhumun 


oralara 

yaxınlaĢması  üçün  bədənim  bu  pis  vəziyyətdən 

çıxmalıdır.  BaĢqalarının  baĢına  da gələn bu istisna 

vəziyyətim ruhuma dəhĢətli əzablar verir. Kəlləmin 

param-parça  olmasını,  bədənimin  yarısının  buz 

kimi  suda  qırıqlar  və  yaralar  içində  çürüməsini 

duymuram,  amma  bədənimdən  çıxmaq  üçün 

çırpınan  ruhumun  dərin  əzabını  hiss  eləyirəm. 

Sanki  bütün  aləm  mənim  içimdə  bir  yerə  sığıĢıb 

daralmağa baĢlayır.  

Bu  daralma  hissini  ancaq  o  bənzərsiz  ölüm 

anımda  duyduğum  sarsıdıcı  geniĢlik  hissiylə 

müqayisə  eləyə  bilərəm.  Heç  gözləmədiyim  daĢ 

downloaded from KitabYurdu.org




 

 



 

zərbəsiylə qafa tasım böyründən qırılanda o alçağın 

məni  öldürmək  istədiyini  dərhal  anladım,  öldürə 

biləcəyinə  isə  inanmadım.  Ġçim  ümidlə  tamam 

doluymuĢ,  amma  nəqqaĢxanayla  evim  arasındakı 

solğun  həyatımı  yaĢayanda  bunun  heç  fərqinə 

varmamıĢdım.  Həyatdan  barmaqlarım,  dırnaqlarım 

və  ona  batırdığım  diĢlərimlə  bərk-bərk  yapıĢdım. 

BaĢımdan  aldığım  digər  zərbələrin  ağrısıyla  sizə 

əzab verməyim.  

Öləcəyimi  kədərlə  dərk  eləyəndə  qəlbimi 

ağlagəlməz  geniĢlik  hissi  bürüdü.  Keçid  anını 

həmin  geniĢlik  hissiylə  yaĢadım.  Bu  tərəfə 

keçməyim  insanın  röyasında  özünü  yatmıĢ  kimi 

görməsi  sayaq  yumĢaq  və  asan  oldu.  Lap  axırda 

alçaq  qatilimin  qarlı,  palçıqlı  ayaqqabılarını 

gördüm. Gözlərimi yumdum, elə bil yatırdım, sonra 

ləzzətli bir keçidlə bu tərəfə keçdim. 

Ġndiki  Ģikayətim  diĢlərimin  qanlı  ağzıma 

ləbləbi kimi tökülməsindən, üzümün tanınmayacaq 

qədər  əzilməsindən,  ya  da  bir  quyunun  dibində 

büzüĢüb 


qalmadan 

deyil, 


hələ 

diri 


sayılmağımdandı.  Sevənlərimin  tez-tez  məni  yada 

salıb  sağ,  hələ  Ġstanbulun  bir  guĢəsində  səfeh  iĢlə 

məĢğul  olduğumu,  hətta  baĢqa  qadının  ardınca 

getdiyimi güman eləmələri bədbəxt ruhuma əməlli-

baĢlı  əzab  verir.  Qoy  tezliklə  cəsədimi  tapsınlar, 

namazımı 

qılıb, 

cənazəmi 



qaldırıb, 

məni 


downloaded from KitabYurdu.org


 

 



 

basdırsınlar!  Daha  vacibisə  budur  ki,  qatilim 

tapılsın!  Gərək  biləsiniz  ki,  o  alçaq  tapılmasa, 

istəyirlər  məni  ən  möhtəĢəm  məzarda  basdırsınlar, 

bədbəxtlik 

içində 


qəbrimdə 

çevrilə-çevrilə 

gözləyəcəyəm,  hamınıza  inancsızlıq  aĢılayacağam. 

Qatilim  olacaq  qəhbə  oğlunu  tapın,  mən  də  sizə  o 

biri  dünyada  gördüklərimi  bir-bir  danıĢım!  Amma 

qatilimi  tapandan  sonra  ona  məngənə  alətiylə 

iĢgəncə  verib,  sümüklərindən  doqquz-onunu,  əl-

ayağının oynaq  sümüklərini  yavaĢ-yavaĢ  çatıldadıb 

qırmalı,  sonra  da  o  iyrənc  və  yağlı  saçlarını 

– 

iĢgəncə  verənlərin  bundan  ötrü  düzəldilmiĢ 



ĢiĢləriylə  baĢının  dərisini  deĢə-deĢə 

–  aradabir 

bağırda-bağırda yolmalısınız. 

Bu qədər qəzəb duyduğum qatilim kimdi, heç 

gözlənilməz  Ģəkildə  məni  niyə  öldürdü?  Bunlarla 

maraqlanın.  Deyirsiniz  ki,  «aləm  beĢ  qəpikdən 

keçməyən  qatillərlə  doludu,  biri  olmasın,  o  biri 

olsun?»  Onda  sizi  indidən  xəbərdar  eləyirəm: 

ölümümün  arxasında  dinimizə,  ənənələrimizə, 

dünyagörüĢümüzə  və  əxlaq  tərzimizə  qarĢı  iyrənc 

təcavüz  var.  Açın  gözlərinizi,  inandığınız  və 

yaĢadığınız  həyatın,  Ġslamın  düĢmənlərinin  məni 

niyə  öldürdüyünü,  bir  gün  sizi  nəyə  görə 

öldürəcəyini öyrənin. Bütün sözlərini göz yaĢlarıyla 

dinlədiyim  böyük  vaiz  ərzurumlu  Nüsrət  Xocanın 

downloaded from KitabYurdu.org




 

 



 

dedikləri  bir-bir  yerini  tapır.  Sizə  deyək  ki, 

baĢımıza gələnlər danıĢılıb kitabda yazılsa belə, ən 

usta nəqqaĢlar da onu rəsm eləyə bilməzlər. Eynilə 

Qurani-Kərim 

kimi 


qətiyyən 

səhv 

başa 

düşülməsin! – bu kitabın sarsıdıcı gücünün heç cür 

rəsm  edilə  bilməyəcəyindən  irəli  gəlir.  Bunu  dərk 

eləyə bildiyinizdən Ģübhələnirəm. 

Baxın,  mən  də  qulluqda  olduğum  vaxtlarda 

dərinliklərdəki gerçəkdən, o dünyadan gələn səsdən 

qorxar,  həm  də  fikir  verməzdim,  belə  Ģeylərə  lağ 

eləyərdim. Axırım bu rəzil quyunun dibi oldu! Bu, 

sizin  də  baĢınıza  gələ  bilər;  gözünüzü  dörd  açın. 

Ġndi  əməlli-baĢlı  çürüsəm,  bəlkə  məni  iyrənc 

qoxumdan  tapacaqlarına  ümid  eləməkdən  baĢqa 

əlimdən  heç  Ģey  gəlmir:  bir  də  rəzil  qatilim 

tapılanda xeyirxah adamın ona verəcəyi iĢgəncələri 

təsəvvürümdə canlandırmaqdan baĢqa. 

 

 



 

 

 



 

 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə