266
Ģeyi bir-bir atama çatdırdığı – onun qoynuna
girəndən bəri – ağlıma gəlir, qorxuram.
«Qara gözlüm, qara baxtlım, gözəllər
gözəlim, gecikdim, çünki ərim olacaq donuz Nəsim
məni heç cür buraxmırdı», – Ester dedi. «BaĢının
üstündə zəhləni tökən ərin yoxdu, bunun qiymətini
bil».
Məktubları çıxaran kimi əlindən qapdım.
Xeyriyyə əl-ayağa dolaĢmayacağı, ancaq hər Ģeyi
eĢidə biləcəyi guĢəyə çəkilmiĢdi. Üzümü görə
bilməsin deyə arxamı Esterə çevirib oxudum.
AsılmıĢ yəhudinin evini yadıma salanda bir anlığa
titrədim. Özümə: «Qorxma, ġəkurə, sən hər Ģeyin
içindən çıxarsan», – deyib Hasanın məktubunu
oxumağa baĢladım, o da qudurmaq üzrəydi.
«Şəkurə xanım, korun-korun yanıram, amma
bilirəm, bu, sənin vecinə deyil. Gecələr
yuxularımda özümü zülmət təpələrdə sənin
xəyalının arxasınca yüyürən görürəm. Oxuduğunu
bildiyim məktublarımı hər dəfə cavabsız qoyanda
ürəyimə sapı üç tüklü ox saplanır. Bəlkə buna
cavab verəcəyinə görə yazıram. Eşidiblər, söhbət
ağızdan-ağıza yayılıb, uşaqların söyləyibmiş,
deyirsənmiş: «Yuxumda gördüm, ərim ölüb, artıq
sərbəstəm». Doğrudumu, bilmirəm. Bildiyim hələ
mənim böyük qardaşımla evli olduğun, bu evə
bağlılığının yəqinliyidi. Artıq atam da mənə haqq
downloaded from KitabYurdu.org
267
verdiyinə görə səni evə geri gətirmək üçün bu gün
qazının yanına gedirik. Yığacağımız adamlarla
gələcəyik, bunu atan da bilsin. Boğçanı hazırla, evə
qayıdırsan. Cavabını dərhal Esterlə yollayarsan».
Məktubu ikinci dəfə oxuyandan sonra özümü
ələ alıb sual dolu nəzərlərlə Esterə baxdım. Amma
mənə nə Hasan, nə Qara haqqında yeni bir Ģey
söylədi.
Qazan dolabının qırağında gizlətdiyim
qələmi dərhal çəkib çıxartdım, kağızı çörək
taxtasının üstünə qoyub Qaraya yeni bir məktub
yazmağa baĢlayacaqdım ki, dayandım.
Ağlıma bir Ģey gəldi. Dönüb Esterə baxdım:
gül suyu Ģərbətinə gonbul uĢaq xoĢbəxtliyi ilə elə
giriĢmiĢdi ki, bir anlığa düĢündüyümün Esterin
ağlına gəlməsi mənə çox gülməli göründü. Kağız-
qələmi yerinə qoydum, dönüb Esterə gülümsədim.
«Bax nə Ģirin gülürsən, gözəlim», – dilləndi.
«Narahat olma, hər Ģey axırda yaxĢı olacaq.
Ġstanbul sənin kimi gözəllər gözəli, on barmağında
on mərifət olan qızla evlənmək üçün can atan varlı
bəylər, paĢalarla qaynayır».
Bilirsiniz, bəzən inandığımız bir şeyi bir
nəfərə elə deyirik ki, sonra özümüzdən soruşuruq,
«bu sözə o qədər inanmamağıma baxmayaraq, niyə
onu inanmaya-inanmaya söylədim?» Mən də elə
belə dedim:
downloaded from KitabYurdu.org
268
«Amma Ester, sən Allah, ikiuĢaqlı dul
qadınla kim evlənmək istəyər ki!»
«Sənin kimisiylə çox-çox adam istəyər», –
əliylə də çox iĢarəsi eləyib dedi.
Gözlərinin içinə baxırdım. Onu sevmədiyimi
fikirləĢirdim. Elə sükuta daldım ki, məktub
verməyəcəyimi, getmək lazım gəldiyini baĢa düĢdü.
Ester gedəndən sonra götür-qoy etdim, eyni sükutu,
necə deyim sizə, ruhumda da hiss eləyib öz
hücrəmə çəkildim.
Divara söykənib uzun müddət heç bir Ģey
eləmədən ayaq üstə durdum. Özüm barədə
düĢündüm, neyləyəcəyimi, içimdə böyüyən qorxu
haqda fikirləĢdim. Bütün bu vaxtlar ərzində
ġövkətlə
Orxanın
yuxarıda
öz
aralarında
danıĢdıqlarını eĢidə bilirdim.
«Arvad kimi qorxaqsan», – ġövkət dilləndi.
«Arxadan hücum eləyirsən!»
«DiĢim laxlayır», – Orxan dedi.
Amma bir yandan da ağlımın bir guĢəsiylə
atamla Qara arasında olanları izləyirdim.
NaxıĢ otağının mavi qapısı açıq olduğundan
danıĢdıqlarını rahatca eĢidə bilirdim. «Ġtalyan
ustadlarının portretlərindən sonra insan qorxuyla
baĢa düĢür ki, – atam dilləndi, – rəsmdə artıq gözlər
hamısı bir-birinə oxĢayan ayrı-ayrı yuvarlaq və
sadə dəlik yox, bizim iĢığı aynatək əks etdirən,
downloaded from KitabYurdu.org
269
quyu sayaq çəkən gözlərimizə oxĢayır. Dodaqlar
kağız kimi dümdüz üzlərin ortasındakı xüsusi yarıq
deyil, gərilib – gövĢəyib bizim bütün nəĢəmizi,
kədərimizi və ruhumuzu ifadə eləyən, hər biri bir
fərqli
olan
qırmızı,
məna
düyümləridi.
Burunlarımız üzlərimizi ortadan ikiyə bölən xüsusi
xoĢagəlməz divar deyil, hər birimiz üçün ayrıca
forması olan xüsusi canlı və maraqlı alətdi».
Qara da mənim kimi rəsmlərini çəkdirən
gavur bəyləri barədə atamın «biz» kimi bəhs
eləməsinə heyrətlənmirdimi? DeĢikdən baxanda
Qaranın üzünü elə solğun gördüm ki, bir anlığa
qorxdum. Canım Əsmərim, kədərli igidim, məni
düĢünə-düĢünə bütün gecəni yatmadın, bətin-
bənizin də ondanmı qaçdı?
Bəlkə bilmirsiniz: Qara uzunboylu, arıq və
yaraĢıqlıdı. GeniĢ alnı, badam kimi gözləri, güclü,
qüvvətli və zərif burnu var. UĢaq vaxtlarında
olduğu kimi qolları nazik, uzun, barmaqları oynaq
və qıvraqdı. Ayağa qalxanda Ģüvülə oxĢayır,
dimdik çiyinləri azca geniĢdi, amma çiyinlik
hambalı kimi çox geniĢ də deyil. UĢaq vaxtı bədəni
də, üzü də yerli-yerinə oturmamıĢdı. On iki il sonra
bu qaranlıq guĢədən ona ilk dəfə tamaĢa eləyəndə
kamala çatdığını dərhal baĢa düĢdüm.
Ġndi, qaranlıqda gözümü deĢiyə lap
yaxınlaĢdıranda Qaranın üzündə on iki il sonra
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |