ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə24/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   20   21   22   23   24   25   26   27   ...   204

92

 

 



92

 

iran aşıqlarının dastanları    



 

 

 



qatambu  analar qoşununa. Bu şərtınən ballıxanımın analar 

qoşunu hamısı başlarına börk qoydular hər bir silaha 

yaraqlandılar Məncilə sarı yola düşdü. Bu qoşun bir çox 

yolgələndən sonra çatdılar Nərgiz xanımın şəhrinə. Nərgiz 

xanım işdən xəbərdar olub bir dəstə qoşunan bulara 

qoşulub Tahirə kömət üçün Hətəm Sultanın qızı Zöhrəni 

gətirməyə HətəmSultanın cənginə gedirlər. Bular neçə gün 

yol gələndən sonra çatdılar Bulqar xanımın şəhrinə Bulqar 

xanımda bu işdən xəbərdar olun çox şad oldu buda qoşulub 

Ballı xanımın Analar qoşununa bu qoşun nəhayət gəldi 

çatdı Tarım mahalında Məncil şəhrinin kanarında çadır 

qurdular. Ballı xanım qoşunu çadırlarda yerləşdirəndən 

sonra dedi qızlar 5 nəfər kim hazırdı mənən bir Zöhrə 

xanımın qalasına gedə? Buzaman Nərgiz xan altdan 

geyinib üstən qıfıllandı dedı mən hazıram , bulqar xanım 

dedı Tahir mirza sazını ver mənə məndə sazınan 

gedəciyəm buda sazınan, Durna ,Sona və Səhər xanım 

gəldilər qalanın qapısını çaldılar. Zöhrə xanım dedı Ağca 

qız bu qapını döyənlər yəqin  lənətə gəlmiş xain mirzə 

olacax mən özümü xəstəliyə verıb başımı çəkib yatıram get 

gör nə deyir. 

Ağca qız gəlib qapıni açdı ağca qızı görən xanımların 

ağızlarının suvu axdı bunun gözəlliyinə. Ballıxanım dedı: 

Zöhrə xanım icazə ver gələk içəriyə sənən bir neçə kəlmə 

sözümüz var. Ağcaqız dedı mən Zöhrə xanın kəniziyəm 

icazə verin gedim icazə alım gəlım sizə xəbər verım. Bu 

kəniz qayıtdı amma bu qızlar pıçıltıya düşdülər. Dedılər 

kənız belə gözəl olanda gör xanım nə gözəllikdədi.  Nə 

olacax ağca qız icazə gətirdı bular daxil oldular içəriyə. 

Zöhrə xanım yaramaz mirzənin qorxusundan başını bərk-




93

 

 



93

 

iran aşıqlarının dastanları    



 

 

 



bərk yörqanan çəkmişdi. Bunu belə görənBallı xanım  

görək burda nə deyir. 

 

Nə yatıbsan zöhrə xanım 



Oyan Zöhrə yarun gəldi. 

Sənə qurban şirin canım 

Oyan Zöhrə yarun gəldi. 

 

Yar gedəlı oldun xəstə 



Daha olma dil şikəstə 

Başun allam dizi ustə 

Oyan Zöhrə yarun gəldi. 

 

Bağçada açılıb güllər 



Sənə qurban şirin dillər 

dağılıb hər yana tellər 

Oyan Zöhrə yarun gəldi. 

 

 



Mən qurbanam gül camala 

Dodaq qaymaq dili bala 

Yanağında qoşa xala 

Oyan Zöhrə yarun gəldi. 

 

Zöhrə sən sözümə inan 



Nəyatıbsan daha olan 

Ballı xanım sənə qurban 

 Oyan Zöhrə yarun gəldi. 

 

 




94

 

 



94

 

iran aşıqlarının dastanları    



 

 

 



Bu zaman Zöhrə xanım başını yorqandan bir az eşiyə 

çıxartdı və Zöhrənin camalını görən Nərgiz xanım nə dedı. 

 

Nə Qaradır qaşın sənın 



Inci mərcan dişin sənin. 

Neçə olub yaşın sənın 

Təzə çıxır döşun Zöhrə. 

 

Mən Nərgizəm sözüm çoxdur 



Sözlərim peykandi oxdu 

Heç yerində eybin yoxdur 

Illa sənun qaşun Zöhrə. 

 

Bu zaman Zöhrə xanım yerindən qalxıb için-için ağladı. 



Bulqar xanım dedi Zöhrə xanım niyə ağlırsan biz qızlar 

qoşun çəkib gəlmişik sənin dediyini edək . Bulqar xanım 

götürüb görək nə deyir. 

 

Nə yatmısan xab içində 



Şuluğlaşıb başın Zöhrə. 

Heç yerində eybin yoxdur 

Qələm kimi qaşın Zöhrə. 

 

Sazın səsini eşıdən Zöhrə Xanım daha dözə bilməyib 



götürüb görək nə deyir. 

 

Bugörünən başı bulqa 



Ürək olub qabar-qabar 

Mənım yarımdan nə xəbər? 

Saz yiyəsi yar necolar? 



95

 

 



95

 

iran aşıqlarının dastanları    



 

 

 



 

Bulqar xanım belə cavab verır. 

 

Söylə görüm hanı yarın 



Aparıb səbr qərarın 

Hara getmiş Tahir yarın 

Axır gözdən yaşın Zöhrə. 

 

Ballı xanım: 



Biz gəlmişik sənə yoldaş 

Toyunda verərik şabaş 

Sənə yardır bizə qardaş 

Saz yiyəsin gətirmişik. 

 

Buzaman Zöhrə xanım dedı mənə köməyə nəyinən gəlıbsiz 



və Tahir hardadı. 

 

Taniyin Hatəm sultanı 



IlQara yöxdur imanı 

Sındırır əhd peymanı 

Saz yiyəsi yar necoldu. 

 

Ballı xanım: 



Mən ballıyamadlı sanlı 

Qoşunumun yoxdu sanı 

Öldürrəm Hətəm Sultanı 

Saz yiyəsin gətirmişəm. 

 



96

 

 



96

 

iran aşıqlarının dastanları    



 

 

 



Ballı xanım istir Zöhrə xanıma bilindirsin ki bizim 

Tahirmirzədə gözümüz yoxdu biz sənə kömək gəlmişik. 

Ona görə belə deyir. 

 

 Sənə deyim Zöhrə Xanım 



Tahir sənə yar olubdur. 

Sənə qurban mənim canım 

Tahir sənə yar olubdur. 

 

 



Mömünlər olarlar hacı 

Tapılıb dərdin əlacı 

Sən mənə mən sənə bacı 

Tahir sənə yar olubdur. 

 

 

Daha qurtar ah- zarın 



Getməsin səbri qərarın 

Tahir mirzə sənın yarın 

Tahir sənə yar olubdur. 

 

 



Uca dağlar maralıdır 

Ürəgi çox yaralıdır 

Atmaz səni vəfalıdı 

Tahir sənə yar olubdur. 

 

 

Ballı xanım sözün söylər 



Düşmənin bağrını teylər 


Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə