87
87
iran aşıqlarının dastanları
deyir bir bir gəlın bu oğlan sizi görsün hansinizi bəyənsə
onan toy eləsin bəlkə qalanızında baxı aşılsın. Amma
hərəniz əlızdə bir şey gətirin oğlana. əvəl böyük qız gəlır
əlındədə bir dana gətirir. Bunu görən Tahirmirza götürüb
belə deyır.
Yanında gətirir dana
Məni qoyub yana yana
Ağzı sulu burnu jhkh
Ay baba bağbanın qızı.
Sən yandırıb yaxdin bizi.
O biri qız bir inəyinən gəlır onada belə cavab verır.
Yanında gətırır inək
Söz danışır biz bilmiyək
Qıçı çolaq əyri bilək
Ay baba bağbanın qızı.
Sən yandırıb yaxdin bizi.
Nobə çatır üçüncü qıza oda bir quzu gətırır. Tahir onada
belə deyir.
Yanında gətirir quzu
Zəhərdən acıdır sözü
Şıplaxlıdı iki gözü
Ay baba bağbanın qızı.
Sən yandırıb yaxdin bizi.
88
88
iran aşıqlarının dastanları
Dördüncü qız əlındə bir qoyun gəlır. Onada belə deyir.
Yanında gətirir qoyun
Hər bir işi olub oyun
Qıçı topal əyri boyun
Ay baba bağbanın qızı.
Sən yandırıb yaxdin bizi.
Nobə çatır obiri qıza . tahir bunu görəndə belə deyir.
əyri əyri tikişlərı
ağızda qazma dişləri
kömürdən Qara dişləri
Ay baba bağbanın qızı.
Başı keçəl yoxdu tükü
Arxasının yox örtükü
Qoşalanıbdı kiprigi
Ay baba bağbanın qızı.
Tahir burda qalan deyil
Heç vaxt sənı alan deyil
Allah bilir yalan deyil
Ay baba bağbanın qızı.
Bağban dedı oğlan sən ki bu qızların hərəsinə bir irad
tapdin indi özuva bir söz de görək özuva nə deyirsən. Tahir
özxünə munasib belə deyir.
Tahir mirza deyir özü
89
89
iran aşıqlarının dastanları
Aləmə şəms olub sözü
Heç kimsədə yoxdur sözü
Zöhrə HatəmSultan qızı
Yandırdin yaxdin sən bizi.
Bu zaman bağban deyir oğlan nə səndən evlənən çıxar
nədə işlıyən gəl gedək. Bağban Tahiri gətirir xanımın
yanına deyir: ay Ballıxanım gəl bunan nə işləyən olar nədə
sənə bir ər. Bu Zöhrə-Zöhrə deməkdən ağzından alov
qalxır mənnlik olsa bunu burax qoy cəhənnəm olsun.
Ballıxanı tahiri oturdur yerə diyir oğlan gəl bu dünyanı
başuva dar eləmə məni al burda evlən bizədə başçılıq elə.
Burda Tahir belə deyir.
Ballıxanım mən sənə bir qonağam
Hesab eyləməni biygünah kimi.
Dilim gəlmir mən sənilə danışam
Olubdur ürəyəm ğəmxanə kimi.
Həsrət qaldım mən bağımın barına
Almasına, heyvasına, narına
Hər kəsin ki əlı çatmaz yarına
Dolanar dünyanı divana kimi.
Gecə-gündüz ağ yar ilə danışar
Dərd əlındən şövlə çəkər alışar
Cismi-canı torpağlara qarışar
Mənı dərd yandırar divanə kimi.
Adil şah istirəm gedəm dıvana
90
90
iran aşıqlarının dastanları
Az qalıbdı naləm ərşə dayana
Hətəmin zülmündən gəldım amana
Etdilər qəddimi kamana kimi.
Ballı xanımın bacılarıda gəldilər hərnə israr etdilər ki Tahir
Zöhrədən əl çəksin qalsın burda olmadı. Buzaman Ballı
xanım dedı oğlan sən bu zöhrədən əl çəkmirsən o necə bir
kimdiki bizə de bizdə onan bir şey bilək.burda Tahir belə
deyir.
Başına döndüyüm ay ballı xanım
Mən yarı vermərəm göydə mələyə.
Mənim yarım gözəllərin gözəlı
Göydə huri, yerdə bənzər mələyə.
Maral ağlar dağda nəsi gözləyər
Səyyad gəzər onu necə izləyər
Yarı gedən gecə gündüz mələyər
Məni fələk əcəb saldı cələyə.
Qaradır qaşları aladır gözü
Ömürlər tükədıb əfsanə gözü
Vllili züflfləri, vilzuva üzü
Vəlşəms saçları kimdə niliyə.
Tahir mirza gedər burada qalmaz
Eşqinin meylini bir kasa salmaz
Xanım Zöhrə yerin huridə almaz
Sənə belə ərz halın eylıyə.
91
91
iran aşıqlarının dastanları
ballıXanım dedı qızlar görduz buna diyərlər haqq aşığı.
Sinəinə ğeybidən nəsözlər gəlır . mən istirəm buna kim
zülm edıb qısasın alam və bunun öz sevgilisi Zöhrə
Xanımıda alam verəm buna . ona görə mən bu oğlanı
aparıram Ədil şahın yanına . bular gəldilər Ədil Şahın
yanına. Burda görək tahir mirzə nə deyir.
ədil paşa sənı deyib gəlmişəm
sən təbib ol yetir dərmana mənı.
Hətəm sultan mənə ğəzəb eyləyib
Salıbdır çaylara ummana mənı.
Səndən başqa kimə gedım divana
Bağrım başı yanırçəkir zəbanə
Zülm əlindən bağrım dönübdür qana
Yanar oddan çıxart bir yana məni.
Çərx fələk cövrün mənə bildirdi
Bağrım qanın gözlərimdən sildirdi
Atamı anamı Hətəm öldürdü
Həsrət qoydu məni nazlı canana.
ədil paşa tahirin sözlərini eşidəndən sonra buna ürəyi yandı
çağırdı ballıxanımı dedı analar qoşununu götür get bu
zülmə son qoy. Ballıxanı tahiri çağırıb dedı tahir mən bir
böyük qoşun götürüb gedirəm Hətəm Sultanin taxtı tacına
od salam və sənun dedıyin Zöhrənidə sənə alam və
toyunuda edəm amma bir şərtı var baxacıyam əyər zöhrə
məndən gözəl olsa dedıyimi edəciyəm amma elə olmasa
sədi tikə tikə edəciyəm və nişanlın Zöhrənıdə gətırəciyəm
Dostları ilə paylaş: |