123
123
iran aşıqlarının dastanları
vaxtında gəlib səndən əvəzini çıxaram deyıb gəldi nəyi
vardı yeğışdırıb getdi isfahan şəhrinə bilirdi ki isfəhanda
qula al sat olur. Və bu fikidə başıneydi ki isfəhanda olsam
bir gün yol taparam şah Abbasın sarayına və orda öz
şikayətimi Şaha diyərəm və acığımı Abbasdan aıaram. Qul
Abbdulla isfəhana getməkdə olsun sizə xəbər verim
Abbasdan. Abbasın əmisi Zərif tacirbaşı bir gün abbsı
çağırdı yanına dedi oğul atan mənə vəsiyyət eliyib mə
sənun toyuvu eliyəm sənən gülgəz GÖBƏK KƏSMƏ bir
birinizə nişanlısiz . gəl get toya nə lazimdi al gətir 40
gündən sonra sizin toyunuzu başlayaq. Abbas dedi: əmi
atam öləndən sonra təbrizə gedə bilməmişəm orda çox
mənə borcu olan var sən toy tadərikini gör mən gedim
təbrizdən borclarımı yığım gəlim. Abbas gəldi təbrizə bir
neçəgün lazim olan işlərini yerinə qoydu . bir dostu varıydi
onan şəhəri dolanırdı yolları düşdü SABİR ƏMİR
məscidinin yanına Abbas dedi yoldaş bi az mənə icazə ver
mən gedim bir neçə rükət namaz qılım bir razo-niyaz
eliyim gəlim gedək. Abbas gəldi namazını qıldı qayıtdı
gördü dostuyoxdu hərnə gözlədi xəbər olmadı məcbur oldu
birdə qayıtdı məscidə ki bəlkə dostu gələ məsciddə bunu
tapa . Abbas məscidin mənbərinə dayanıb gözləməkdəydi
ki Abbası yuxu apardı . Abbas məsciddə yuxlamaxda
qalsın sizə danəşım Qul abdulladan. Bu nəhilə işlətmişdi
özünü qatmışdı Şah Abbasın Qullarına Şahın sarayında
yeyıb – içib lap qəssab pişiyinə dönmüşdü. Bir gün Şah
Abbasın bir cəşni variydi kı bütün vəzir- vəkil , hamı o
məclisdəydilər. Camaat yeyib –içməkdə kefdə damağdaydı
ki şahda Allaverdi vəziriylə əl-ələ dolanırdılar , birdən Şah
dedi: vəzir görəsən mənim bu hərəm xanamda olan
124
124
iran aşıqlarının dastanları
gözəllərdan başqa bir yerdədə gözəl varmı? Qul Abbdulla
bunu eşidən kimi dedi : hə ! indi burda işimi görəbilərəm .
tez bir addım atdı irəli dedi: Şah sağ olsun VACIB
ƏRZƏM. Şah dedi nədi sözun? Dedi Şah sağ olsun bu
hərəmxanada olan gözəllərdən baş bir gözəl bilirəm özüdə
ölür səndən ötrü. Bunu diyən kimi Şah ğmr elədi ! cəllad.
Cəllad odəyqə qılıncı dayadı Qul Abbdullanın boynuna.
Vəzir dedi: Şah sağ olsun niyə cəllad çağrdun o yazıx bəlkə
düz deyir bir yoxla görək olmasa öldürtdür. Şah dedi Qul
adun dədi sən hardansan və o gözəl hardadı? Dedi: adım
Qul abbdulladı Azərbaycanlıyam Tufarqanda Saleh
sevdayarın quluydum o öləndən sonra gəlmişəm sənun
qulun olmuşam o gözəldəki deyirəm Zərif tacirin qızıdı.
Inanmasan
adam
göndər
gətirsinlə
bu
gözəllərin
hamısından baş olmasa mənim boynumu verdır. Şah Abbas
əmr verdi 500 atlı , vəziri sarı xoca və Qul Abbdulla
tufarqana gülgəz pərini isfəhana gətirməyə yola düşdülər.
Şahın adamları gec gəlib – tez gəlib ancan çatdılar
tifarqana. Hamıya xəbər çatdıki ŞahAbbasın adamlarıdı
gəliblər gülgəz pərini aparalar Şah Abbasa. Tifarqan
camaatına pıçağ vırasan qanları şıxmaz. Belə bir
ədalətsizliyə millət dözə bilmir ama əllərindəndə bir iş
gəlmir şah hökmüdür gərəg Gülgəz pərini aparsınlar.
Məxləs Şahın adamları gülgəzin gözlərindən qanyaş axa-
axa götürüb qoydular bir kəcaviyə yola düşdülər isfahana
sarı. Bular isfəhana getməkdə olsunlar sizə xəbər verim
baxtı yatmış Abbasdan. Abbas Sabir əmir məscidində
dostunun yolunu gözlədi-gözlədi bunu yuxu apardı bir
zaman rovyada gördü bir nurani şəxs əlində bir bada durub
başınin üstündə deyir oğul qalx ayağa bu badəni iç sənun
125
125
iran aşıqlarının dastanları
çətin bir səfərin var , ama qorxma sən mətləbinə
çatacaxsan. Bu badəni Abbas ağasının əlindən alıb içən
kimi yuxudan ayıldı. Ama qalxa bilmirdı . məscidin xadimi
sübh namazına gələndə gördü burda bir cavan yatıb ama
ağzında köpük kəlir . əliynən Abbası tərptdı Abbas ayıldı .
dedı oğul niyə bu hala düşübsən sən nəvaxtdan burda
yatmışdin sən kimsən sənə nə olub. Burda götürüb görək
Abbas nə deyir.
Ağamın dəstindən ab kovsərdə
Içmişəm əlindən bir cam əziz.
Iskəndər axtardı bulub işmədi
Xızr içibən oldu cavan ol əziz.
Peyğəmbər meraca mindi bir burağ
Sənə qurban olum ey şah çirağ
Balaca şərabdan sərincə bulağ
Suyu sütdən ağır xoşnam əziz.
Ilahi Abbası eyləmə zəlil
Həqqin əda etdi İbrahim xəlil
Quranı göndərdi insana dəlil
Onan öyrəşmişik iman əziz.
Abbas bu sözləri diyəndən sonra məscidin xadimi dedi nala
sən nədeyirsən danışırsan mən bilmirəm durçıx eşiyə bular
bir birləriynən danışmaxdeydilər süb namazına gələnlər
gördülər məscidin xadimi bir cavan oğlanan cəl-bəs eləyir.
Bularda sözlərin qoydular xadimin sözünün üstünə istədilər
Abbası atsınlar məsciddən eşiyə bu zaman ağalar ağası
Dostları ilə paylaş: |