130
130
iran aşıqlarının dastanları
Görünməz gülgəz görünməz.
Abbas qaldı yana yana
Yandı bağrım döndü qana
Yar gedibdi isfəhana
Görünməz gülgəz görünməz.
Anası gördü abbas az qalır dəlı olsun . anası dedı ay bala
narahat olma gülgəzdən gözəl qız alaram sənə. Abbas dedı
ana sən nə deyirsən ? mən gərək gedəm isfahana gülgəzin
dalıycan.anası özün oldürür kı vay evim yıxıldı abbas
gedəcək isfahana orda şah abbas bunun oğlun tuturacax.
Burda abbas götürüb anasına də deyir.
Anacan yara kağız yazmağa
Nə kağız tapılır nə qalam indi.
Məndə oldum qəm yükünün barkeşı
Istirəm bir neçə nəqalam indi.
Mənim əhvalıma ağlır xalq hamı
Yarın dərdi sızıldadır yaramı
Dərd əlindən qurtarırdım yaxamı
Çətindi bu dərddən sağalam indi.
ərşin payəsində yazıldı adım
bu xak zəmində mən necə yatım
həqiqəttəd yetdi mənım baratım
yarsız bu dünyada nə qalam indi.
131
131
iran aşıqlarının dastanları
Şirin canı bəsləmişəm şah ala
Leşgər çəkib gəlıb onu şah ala
Insaf deyil onu məndən şah ala
Nə tabı-tavan var nə qalam indi.
Ruzuqar həqiqətdən cumada getdi
Peyğəmbər meraca cumada getdi
Abbas ağlar gülgəz çü bada getdi
Gülgəsiz bu yerdə nə qalam indi.
Bu sözlər qutarıb abbas daha dura bilmədi istədı çıxsın
getsin isfahana bu zaman abbasın əmisi gəldı abbası bu
halda gördü istədı abbasa ürək versin amma abbas götürüb
burda əmisinə nə deyir.
əmican mənə təskinlik vermə
mənım ərzim gedər şaha yetişı.
Xalları ləl olsa qimətə gəlməz
Min tümənə bəzirgana yetişı.
Yeğıb yığıb qəm yükünü bağlaram
Sinəm başın çallı- çarpaz dağlaram
Illər boyu yar-yar deyib ağlaram
Bir dərdim var min dərmana yetişı.
Doğru söyleyərəm yalan gəlməz dilimə
Özgə quşu qoymam qona gülümə
Hərkəs yarın əlın versə əlımə
Mehdi divanında sala yetışı.
132
132
iran aşıqlarının dastanları
Abbas diyər gülgəz ləqabin atdı
Gül üzün görsədıb günü yubatdı
Hər kəs öz yarının gəncinə battdı
Səkkiz cənnət o rizvana yetişdı.
Abbas evdən çıxıb getsin yolun saldı əmısi qızının gülşan
bağına bağdan keçəndə gözü sataşdı ağacən butağında bir
bülbülə. Gördü bir bülbül bir güldə
N ötrü özünü həlak eləyir. Dedı bax mənə mən bir bülbül
kimi də yoxam. Burda götürüb görək nədedı.
Səhər tezdən əzmi gülşan eylədım
Gül gördüm camalı yadıma düşdü.
Hər yana baxıram qonçan görünməz
Ləbi şəkər balın yadıma düşdü.
Nəsim təkan verir gülə -gülşanə
Həsrətin çəkirəm mən yana-yana
Güzarəmı saldım nərgizistana
Çeşm caduların yadıma düşdü.
Ölüncə bu yolda gəlmərəm dilə
Allah kömək olsun peyğəmbər belə
Bülbül nisar edır canını gülə
Abbasam misalın yadıma düşdü.
Abbas gülgəzin gülşən bağından çıxıb düşdü yola ama
kecavə iki gündü yol gerib tufarqanda çox aralanıb. Abbas
yürüyə-yürüyə gəlir ama birdən şəhərin knarında gözü
133
133
iran aşıqlarının dastanları
sataşdı məzaristana dedı gedım atamında qəbrinə bir dəyim
gedim. Gəldi məzarın üstünə görək atasına də deyir.
əsəblənıb yar yar deyib düranda
diskinim yuxudan ayılan canım.
Kimsə yoxdu mən dərdimi söylüyəm
Qaleydin yanımda aynan canım.
Yatmışdım quşuma səda gələndə
Saqinin dəstində badə gələndə
əmim qızı gülgəz yada gələndə
huş başımnan çıxar ayınan canım.
Abbasam çəkmərəm heçkəsdən minnət
Peyğəmbər fərzinən sünnət
Çox əziz saxladun vermədun zillət
Ya əğrəb yiyəcək ya ilan canım.
Abbas burdan yola düşüb gedir ama bir dəlı adam kimi
gah yolunan gah kolunan gah dağınad gah daşınan. Gəlib
çatıb(sərdəruda) soyux suva bu zaman bir karvan yolunan
keçəndə gözləri sataşdı abbası uzaxdan görən bilərdi ki
bunun bir narahatçılığı var. Abbasadan soruşdular oğlan
sən niyə bugündəsən sənə nəolub. Abbas dedı icazə verin
görun mən sizdən nə soruşuram.
Ay ağalar sərdəruddan
Burdan bir cüt mayə keşdi?
Dərsin alıb əlif beydən
134
134
iran aşıqlarının dastanları
əlif qalıb mayə keşdi.
Bu karvanda olanlar dedılər vay o iki gün bundan qabax o
kecavəki kdirdi isfahana deyirdilər bir qızı zorunan
aparırlar şah abbasa bax bu yazığın nişanlısimiş ha. Abbas
götürüb ikinci bəndin necə soruşur.
Biri qabaxda peş atar
Biri kamandar ox atar
Biri eşvə qəmzə satar
Həftə qaldı ayə keşdi.
Ucada düşüb köçləri
Dabanın döyər saçları
Huri – pəri yoldaşları
Mənim ömrüm zayə keçdi.
əyninə geyib qırmızı
çırağban eyləyib düzü
gözlərı şövlə nərgizi
günü qoyub ayə keçdı.
Abbasdiyər əmizadə
Sinəm üstə saldı caddə
Naməhrəm var haram zadə
Abır qaldı hayə keçdı.
Bu karvanın başçısı dedı oğul abbas sən bizi hər bir
əhvalatdan agah elədin allah sənun köməgin olsun bizim
əlimizdən bir kömək gəlməz sənə edək amma sənə bir şad
Dostları ilə paylaş: |