126
126
iran aşıqlarının dastanları
heçkimin gözünə görünmədən Abbasın gözünə göründü.
Abbas Ağasını görən kimi dedi ay ağalar bax budu gəldi.
Camaat bir birinə dedilər bu yazx dəlidi bizdən başqa bir
kimsə burda yoxduku bu deyir gəldi . burda Abbas deyir
yox siz görmürsünüz qulaq asın görun kim gəlib.
Ay ağalar səlli əla məhəmməd
ərənlər sərvəri gəldi ha gəldi
hünər fəttahidi özü tacisər
aləmin rəhbəri gəldi ha gəldi.
Səhər səhər açar cənnətin gülü
Həsən Hüseyn o cənnətin bülbülü
Daş yarıldi çıxdı şahın düldülü
Yanında qənbəri gəldi ha gəldi.
Qurani oxular ayat üzündən
Nur tökülür Şah heydərin sözündən
Muxənəslər düşər həqqin gözündən
Abbasın heydəri gəldi ha gəldi.
Bu sözlərdən sonra camat bir birinə dıyirdi ki vallah bu
oğlan dəli olu. Abbasa buların sözləri çox gülünc gəlir .
butərəfdəndə ağası Abbası qandırıb ki tufarqanda aləm bir-
birinə dəyib. Ama Abbas ağasınan soruşa bilmədi ki
tufarqanda nə var ancan Abbas nigarandı burda dedi ağalar
dayanın görun mən nə deyirəm.
Dindirməyin, qan ağlaram,
Artıbdı fəraqim mənim.
127
127
iran aşıqlarının dastanları
Başımı alıb gedərəm,
Dönübdü varağım mənim.
Fələk məni saldı təngə,
Düşmüşəm qovqaya, cəngə.
Gedərəm Hində, Firəngə,
Heç gəlməz sorağım mənim.
Abbas qurbət elə varsa,
Müxənnəsdən, kamın alsa
Deyilənlər doğru çıxsa,
Sönübdür çırağım mənim.
Bu zaman camatın arasında Abbas bir yol tapıb dəli bir adamkimi
başladı qaçmağa şəhərdən çıxdı ama elə gedir ki ayağının atını
görmür . birdən ayağı bir daşa ilişib başınan gəldi yerə . qan üz-
gözünü bürüdü. Qalxdı çox nigaran nəbir suvar üzün yusun nə bir
başının qanın bağlamağa dəstmal . birdən yadina düşdükü ey dədi
bidad axı mənə ağam demişdi darda qalanda məni çağır mən niyə
onu çağırmayım elə bu fikirdəydi gördü ağası dayanıb başının
üstündə. Ağası əl çəkdi Abbasın başına qan dayandı. Abbas dahada
iyman gətirdi ki mən daha bundan sonra heç vaxt tək dəyiləm. Abbas
dedi ağa mən nigaranam bir mənə agah elə görüm tufarqanda nə
xəbər var. Ağası dedi oğul bax barmağımın arasından gör nə
görürsən. Abbas gördü bir ləşgər gəlib nişanlisı Gülgəz pərini aparır.
Burda Abbas dözə bilməyib götürüb ağasından nə soruşur.
Aman mulam səndən imdad istərəm
Nədən ləşgər gəlib o tufarqana?
o gülgəz pərimdi gedir əlimdən
ya gəl canımı al ya yetir cana.
Bir adun əsdulahdı ya şahmərdan
Babullah ismini eylərəm bəyan
Bir adun yədulla aduva qurban
128
128
iran aşıqlarının dastanları
Alimlər dərs alar həqqin özündən
Cəbrail dərs aldı onun sözündən
Abbas nur tökülür şahın üzündən
Belində zülfüqar gəldi meydanə.
Bu sözlər qutaran kimi Abbas dedı ağa mən indi nə iş görməliyəm?
Ağası dedi oğul get tufarqana . Abbas dedi ağa mənim nişanlımı
aparırlar mən tufarqana nəyə gedim. Mən burdan tufarqana
gedibçatana on gün olar onda gülgəzdən əlim çıxar . ağa sən mənə
bir kömək elə ağası dedı oğul gözləruvu yum bir səlavat çövür.
Abbas gözünü yumdu bir sələvat çövürdü gözünü açdı gördü
tufarqanın dərvazasındadı ama bunun qulu qəmmbər dayanıb
qarşısında. Ama gözləri yaşdı. Dedi qənbər bir de görüm tufarqanda
nə baş verib. Qul belə bilirdi ki Abbasın heç nədən xəbəri yoxdu.
Abbas dedi Qənbər sənənəm de danış. Burda Abbasın qulu nə deyir
və Abbas ona nə deyir .
Canım ağa eşidəsən biləsən
Hökm olundu apardılar gülgəzi.
Dəstmal ola gözyaşımı siləsən
Hökm olundu apardılar gülgəzi.
Bir ərzim var qulum sənə söyləyim
Niyə qoydun apardılar gülgəzi.
ərzi halı dürüst bəyan eyləyin
Niyə qoydun apardılar gülgəzi.
Dan ulduzu hər ulduzdan ucadı
Bilmirəm ki indi günüz gecədi
Aparan Abbdulla Sarı Xocadı
Niyə qoydun apardılar gülgəzi.
129
129
iran aşıqlarının dastanları
Səndə mənə bu xəbəri yetirdin
Sinəm üstə qəm xərmənin bitirdin
CƏsədimi qəbr evinə götürdun
Niyə qoydun apardılar gülgəzi.
Bilirsən ki Qənbər danışmaz yalan
Tufarqan elinə saldılar talan
Şah Abbasdan gəldi bu hökmü fərman
Niyə qoydun apardılar gülgəzi.
Abbası eylədin dəlı divanə
Bir od saldin sən bu şirin canə
Yandırıb bağrımı döndərdin qanə
Niyə qoydun apardılar gülgəzi.
Bu sözlərdən sonra bular ikisi gəldilər tufarqana çatan kimi
anası çıxdı abbasın qabağına ana abbası nə danışdırdı abbas
cavab vermədi. Ana belə bilirdı abbası işdən xəbəri yoxdu.
Abbas gəlir gülgəzin otağına anada düşün oğlunun
arxasınca gəldilər abbas gülgəzin otağının qapısını açdı
gördü gülgəz yoxdu. Abbas otağı boş görüb götürüb burda
nə deyir.
Qədəm qoydum otağına
Görünməz gülgəz görünməz.
Gərək düşəm sorağına
Görünməz gülgəz görünməz.
Bulud ayı saldı tara
Ürəgimə vırdı yara
Yar gedıb qurbət diyara
Dostları ilə paylaş: |