120
120
iran aşıqlarının dastanları
ABBAS TUFARQANLI VƏ GÜLGƏZ PƏRİ
URUMİYƏ VARYANTI
SÖYLÜYƏNİ AŞIQ HEDAYƏT MEHRİ
Mən sizə danışacam tufarqan şəhrindən. Tufarqanda iki
qardaş varı dibirinin adı saleh sovdayar və birinin adı Zərif
tacir başı. Bu iki qardaşın malı- dövlətinin sayı hesabı
bilinməziydi. Bu iki qardaşı bütüt varlı-karlı tacirlər
tanıyardılar. Çox bilən və çox gəzib-dolanan tacirlər
olublar. Amma buların heçbirinin evladı yoxudu. Yaşlarıda
yarıdan bir neçə qarış keçmişdi. Bir gün saleh sevdayar çox
narahat-nigəran . və məlul-müşgül durub-dayanmışdi bunu
qardaşı görüb çox narahat oldu. Dedi qardaş nə olub nelə
məlul müşgüloturubsan? Saleh sevdayar dedi qardaş
ömrümüzün çoxu gedib azı qalıb bizim gələcəyimiz nə
olacax? Axı bizim bir evladımız yoxduku öləndə
qəbrimizin üstündə bir şəm yandırsın və ya bu malo-
dövlətə sahab çıxsın . bundan artıx bir dərd olarmı?
Qardaşı dedi: saleh mən heçdə naumid deyiləm .
obaşımızın üstündəki yaradan nə istəsə edər . gələsən bir
neçə allah bəndəsinin dadina çatax . olmuyana puldan-
paradan verək mədirƏsədən-məktəbdən salax bir neçə
xəstəxanalar saldırax bəlkə o yaradanın nəzərini qazanax
mən fikelirəm biz bu işləri görsək allahtala bizi naümid
qaytarmaz. Onun qapısı həmişə və hamının üzünə
açıxdı.bu qardaşlar elədə elədilər və bir neçə il bunun
üstündən keçmişdi ki birgün saleh sevdagərin qapısını bir
şəxs çaldı. Saleh nökərə dedi: get gör kimdi qapıni çalır.
Gəldi qapını açdı gördü bir dərvişdi. Dedı saleh sevdayər
bir dərvişdi. Dedi: o dərvişi içəri gətir. Dərviş içəri
gələnkimi baxdı hərnəyi göz altında keçirdi. Baxdı bu evdə
121
121
iran aşıqlarının dastanları
diyəsən uşax səsi gəlmir bir yaşlı qadindan və bir neçə
nökər qulamdanbaşa gözə dəyən yoxdu ev bir boş kalavıya
bənzir. Saleh sevdayar nökərə dedi: dur bir az dərviş
babaya yemək gətir bir çay gətir. Çay çörək gəldi yedilə-
içdilər bir xeyli söhbətdən sonra dərviş getmək isdədi.
Saleh əlini saldı cibinə bir xeyli puldan-paradan çıxardib
dərvişə verəndə dərviş dedi: nə iş görürsən? Dedi bir az
xərclik və sənə pay verirəm.dərviş dedimən pay alan
dərvişlərdən
deyiləm
.
mən
özüm
pay
verən
dərvişlərdənəm. Siz iki qardaş bir neçə ildi tam xeyir
işlərinən məşğulsuz ona görə məni göndəriblar siz nə
isdəsəz sizə verəm. Indi de görüm sizə nə lazimdi?. Dedi
baba vallah səni görənən eləbilki mənim dil-ağzim quruyub
danışmağada ağlım kəsmir bilmirəm də diyəm. Dərviş dedi
mən bilirəm siz iki qardaş evlad arzısndasız . gəl sizə mən
dütfə bağlatısi bir behişt meyvəsi gətirmişəm . dərviş
torbasından bir alma çıxartdı öz əlinən almanı yarı böldü.
Yarısını verdi salehsevdayara və dedi bunu xanımuvunan
meyledərsiz. Və yarsınıda verdi dedi bunuda ver qardaşun
xanımiynan yesin . və bu bütvə almasından allah tala sizin
hərənizə bir evlad verər ama unutmuyun birinizin qızınız
olacax birinizində oğlu mütləq oları bir-birinə verməlisiniz.
Deyən kimi dərviş yola düşüb getdı.bu dərviş gedən kimi
saleh durub gəldi qardaşının yanına bütün əhvalatı
qardaşına danışdi. Qardaşı dedi bəlkə bir allah dərvişi olar
ver almanı . almanın yarısını qardaş alıb öz xanımıynan
bularda yedilə. Nə olacax vədə başa gəldi allah tala saleh
sevdəyara bir oğlan və qardaşınada bir qız. Bu uşağlar olan
kimi camat hamı bir birinə xəbər verdilər ki ay baba elə
deyirdilər fılankəslərin evladı olmur buda allahın Kərəmi .
122
122
iran aşıqlarının dastanları
camaatın sevicinin həddi –hududu yoxudu. Bu iki qardaş
bir ad qoyma məclisi təşkil elədilər. Camaat yedilər-içdilər
və elə oməclisdə oğlanın adini Abbas və qızın adinı
Güllgəz pəri qoydular. Bu iki uşağ böyüyüb 6 yaşa çatdılar
, buların ikisinidə bir məktəbə qoydular bular dərs oxuyub
və savada, ağıla ,kamala və həddi buluğa çatdılar bular 18
yaşa çatmışdılar bir gün saleh sevdayar gəldi qardaşının
yanına dedi: qardaş mən yuxu görmüşəm mən diyəsən mən
Abbasın toyunu görmüyəciyəm sənə vəsiyət edirəm
Abbasınan gülgəzi bir-birindən ayırma.qayıdıb bir neçə
gündan sonra saleh sevdayar dünyasını dayişdi. Üçü,
yeddisi, qırxıda çıxandan sonra abbas gördü bu vardövləti
tək başına yığışdıra bilmiyəcək başladı bütüm mal-davarı
satdı. Və başladı bütün nökərləri – qulları yolasalmağa
tamam qulları razı edib kimnə istəyirdi verdi yola saldı
qaldı bir qul abbdulla. Ama buna nəqədər mal- pul verdı bu
qul abbdulla razı olmadı ki- olmadı. Abbas dedi bəs sən nə
istəyirsən? Qul Abbdulla dedi: mən sənən qardaşam nə
varsa yarıyıx. Abbas dedi? Baba mənim atam başqa sənin
atan başqa biz axı hardan oldux qardaş . gəl mənim
evimdən çıx get indiyənə qədərdə nə işləyibsan muzdunuda
ki alıbsa nədə lazimdi verim səndə başa qullar kimi çıx get.
Qul Abbdulla xox dedi bir yolu var ! Abbas dedinə yoldu o
yol? Dedi gedək atanın məzarına orda sənə bir söz diyərəm
qəbul eləsə heç qəbul eləməsən mən çıxıb gedərəm. Bular
gəldilər məzarın üstündə buların sözləri düz gəlmədi . belə
olanda Qul Abbdullanın ağzından bir namərbut bir söz
çəxan kimi Abbas bir yumurux , Qul Abbdullanın ağzının-
burnunun qanı qarışdı bir-birinə. Daha orda qala bilməyib
Qul Abbdulla dedi Abbas mən daha burda qalmam amma
Dostları ilə paylaş: |