P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə59/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   55   56   57   58   59   60   61   62   ...   103

210 
 
 
 
Qüds sınağı 
 
 
Hicri  V  (miladi  XII)  əsrin  əvvəlləri  Qüds  şəhəri  üçün  ilk               
sınaq  oldu.  Bu  sınaq  doxsan  il  çəkdi.  Nəhayət,  Səlahəddin  
Əyyubi  Qüdsü  səlibçilərdən  azad  etdi,  oranı  tükürpərdici 
vəhşiliklər  törətmiş  vandalların  murdarlığından  təmizlədi. 
Amma  o  da  məlumdur  ki,  bu  müsəlman  sərkərdəsi  bura-               
ları  tamamilə  təmizləməmişdi!  Çünki  səlibçilər  çox  saylı  xris-            
tian  kütlələrini  özləri  ilə  birlikdə  bu  torpaqlara  gətirmişdilər. 
Onlar  da  İslam  dünyasındakı  dini  etiqad  azadlığından  istifa-                
də  edərək  müsəlman  torpaqlarında  qalıb-yaşamağa  üstünlük 
verdilər.  
Düşünürəm  ki,  xristian  kütlələrin  müsəlman  torpaqlarında 
məskunlaşmalarının  ciddi  fəsadları  olmuşdur.  Çünki  müsəl-
manları  taleyin  dönüklüyü  gözləyirdi.  Üfüqləri  qara  buludlar 
örtən  kimi,  həmin  xristianların  əsil  siması  üzə  çıxdı! 
Bağdad  süqut  etdikdən  sonra  onlar  namərdcəsinə  hərəkətə 
keçdilər.  Bax  bunu  öyrənməyə  dəyər.  
“İslam  dövlətləri”  kitabında  Zəhəbi  Abbasilər  xilafətinin  sü-
qutundan  iki  il  sonrakı  hadisələr  haqda  yazırdı: 
“Xristianlar  Dəməşqdə  baş  qaldırdılar.  Ölkənin  hər  ye-                
rində  xaçlar  asdılar.  Hətta  adi  aşxanalarda  insanları  məcbur 
etdilər  ki,  xaça  təzim  göstərsinlər.  Müsəlmanlarla  bağladıqları 
müqaviləni  təkzib  etdilər.  Ramazan  ayının  iyirmi  ikisi  idi.            
“Doğru  din – İsanın  dini  qayıtdı!” – deyə  bağırmağa  başladılar.  


211 
 
Sonra  Misir  əsgərləri  Şama  yetişdilər.  Onları  Hülakunun               
ordusu  qarşıladı.  Başlarında  xristianlığı  qəbul  etmiş  Ketbo-                
ğa  Noyan  adlı  sərkərdə  dayanırdı.  Eyni-Calutda  toqquşma                
baş  verdi  (1260).  Allah  öz  dininə  kömək  etdi.  Tatarlar              
məğlub  oldular,  sərkərdələri  də  öldürüldü. 
Bu  xəbər  Dəməşqə  gecə  gəlib  çatdı.  Xristianlar  öldürülüb  
qarət  edildilər.  Onların  baş  kilsəsi  də  yandırıldı...”. 
Mən  özümdən  asılı  olmayaraq,  təəssüf  doğuran  bu  hadi-                
səni  danışıram.  Nə  edə  bilərəm  axı?!  Görəndə  ki,  Cənubi  Li-              
van  ordusu  yəhudi  yaşayış  məskənlərinin  keşiyini  çəkir,  ta-               
rixin  təkrarlandığını  düşünürəm.  “Səbra”  və  “Şatilla”  qaçqın 
düşərgələrində  ərəblərin  vəhşicəsinə  qətlə  yetirildiyi  o  mə-               
şum  səhnə  gözlərimin  önündən  getmir.  Vaxtı  ilə  bu  ərəb-                     
ləri  səlibçilər  rəhmsizcəsinə  qılıncdan  keçirmişdilər.  Müsibət-             
lər  bir-birini  əvəz  edir... 
Dövrümüzdə  Livan  hadisələri  baş  verdi.  Ərəb  liderləri  Taif 
müqaviləsini  (1989)  imzalayıb  razılaşdılar  ki,  Livanın  pre-            
zidenti  xristian  ərəblərdən  seçilsin.  Və  müsəlmanlar  da  onun-              
la  şərəfli  əməkdaşlığa  girsinlər! 
Ay  barışıq  oldu  ha!  Əslində  məqsəd  ərəbliyi  və  islamı                   
məhv  etmək  üçün  İsraillə  əməkdaşlıq  edəcək,  ümmətin  bağ-
rındakı  yaranı  dərinlədəcək,  müsəlmanların  dağınıqlığını  bö-
yüdəcək  bir  sistem  yaratmaq  idi.  
Bu  günün  faciəsi  dünənin  faciəsindən  doğub.  Bu  ümməti                
diri  saxlamaq  üçün  “Vay  islamın  halına!”  –  deyə  hayqıran                
kimsə  vardırmı? 
Məhəmməd  peyğəmbər
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  aləmlərə 
rəhmət  olaraq  göndərilmişdi.  İslam  millətçilik  cərəyanı  və  ya                


212 
 
irqi  oyanış  deyildi.  Tarixdən  məlumdur  ki,  bizanslılar  Af-             
rikanın  şimalını,  Anadolunu  (Kiçik  Asiyanı),  Şamı  və  Şimali 
Ərəbistanı  öz  hakimiyyətləri  altına  almışdılar... 
İslam  bütün  bu  əraziləri  azad  edib,  Bizans  despotizmi-                     
nin  buxovlarını  qırıb  atdı.  Bizanslılar  islama  oğrunun  polisə 
baxdığı  kimi  baxmağa  başladılar.  Çünki  “polis”  “oğru”nun                 
işinə  mane  olmuş,  caynaqlarını  kəsmiş,  ədəb-ərkanın  nə  ol-
duğunu  ona  başa  salmışdı! 
Bizanslılar  heç  də  səmimi  xristian  deyildilər.  Azğınlıq  və 
zorakılıq  onları  İsanın  dinindən  uzaqlaşdırmışdı.  
Qulaqburması  aldıqdan  sonra  öz  qınlarına  çəkilib  him  göz-
ləməyə  başladılar.  Hicri  V  əsrin  əvvəllərindən  etibarən  bütün 
Avropanın  iştirak  etdiyi  dəhşətli  yürüşlər  təşkil  olundu.  Şərq-              
dən  İslam  dünyasına  hücum  etsinlər  deyə  monqollarla  mü-            
qavilə  bağladılar.  Səlibçilər  də  qərbdən  hücuma  keçdilər. 
Müharibə  dəyirmanı  öz  daşını  təxminən  üç  əsr  hərlədi;  in-              
sanlar  qətlə  yetirildi,  ölkələr  viran  qaldı. 
Allah  “quduz  sel”in  geri  çəkilməsini  istədi  və  müsəl-                       
manlar  öz  torpaqlarının  hər  bir  qarışını  azad  etdilər.  Tarix 
səhnəsində  osmanlı  türkləri  göründülər:  bizanslıların  paytax-              
tını  fəth  edib,  Vyanaya  qədər  irəlilədilər.  
Amansız  müharibələr  sonrakı  əsrlərdə  də  davam  etdi.  Nə-
hayət,  türklər  məlum  səbəblərə  görə  məğlub  oldular.  Bu  məğ-
lubiyyətin  ardından  bütün  islam  dünyası  süquta  uğradı.  Məhz             
bu  süqut  haqda  bir  az  şərh  vermək  lazımdır. 
Rusiya  Şimal  Buzlu  okeanın  cənubunda  yerləşən  və  Sakit 
okeanınadək  uzanan  torpaqları  təkbaşına  ələ  keçirib,  ərazi-                
sini  dəfələrlə  genişlədib.  Bununla  da,  Sibir,  Türküstan,  Ural,  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə